Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-962/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Faramarzi Türkeşin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Faramarzi Türkeşin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2175/2023 nömrəli qər arından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Faramarzi Türkeş 18 iyul 1987-ci il təvəllüdlü olmaqla İran İslam Respublikasının vətəndaşıdır. Azərbaycan Tibb Universitetinin magistratura tələbəsidir. 2.İddiaçı 15 fevral 2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuş ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmış, həmin müddət, cavabdehin 12 aprel 2020-ci il tarixli ******* nömrəli qərarı ilə 11 iyun 2020-ci il tarixədək (60 gün) uzadılmış, daha sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Xidmətə ünvanlanmış 05 iyul 2022-ci il tarixli 24/2-2031 nömrəli məktubda onun Azərbaycan Respublikasının milli təhlükəsitzliyinə qarşı təhdid yaratmaqla miqrasiya qaydalarını pozduğu bildir ilərək ölkə hüdudlarından kənara çıxarılması məsələsinə baxılması xahiş olunmuşdur. 15 iyul 2022-ci il tarixdə cavabdeh Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinə istinadən, iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarı ləğv etlmiş, Respublika ərazisini 48 saat ərzində tərk etməsi qərara alınmışdır.
3. İddiaçı Faramarzi Türkeş 23 fevral 2023-cü il tarixdə Azərbyacan Respublikasının vətəndaşı X1 ilə nikah bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, haqqında qəbul edilən xx.xx.2022-ci il tarixli 255 saylı qərarın ləğv edilməsini, onun Azərbaycana daxil olması üçün qoyulan məhdudiyyətin ara dan qaldırılmasını və qanunsuz saxlanılmasında təqsirkar olan şəxs və ya şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikasının vətəndaşıdır. O, Azərbaycan Tibb Universitetinin magistratura tələbəsidir. Üniversitetin birinci kursunu bitirib ikinci kursuna keçmişdir. Pandemiyadan əvvəl Azərbaycana gəlmiş, çıxış dayandırıldığı üçün müvəqqəti olma müddəti (MOM) kodu ilə yaşamışdır. xx.xx.2022ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə dəvət olunmuş və nümayəndəsi ilə birlikdə Xidmətə getmiş, Xidmətin rəisi onun MOM kodunu ləğv etdirərək miqrantların saxlama məntəqəsinə göndərmiş və orada ona ölkədən çıxarılma haqqında qərar əsasında birinci gün ölkəni məcburi tərk etməli olduğu bildirilmişdir. Sonda, xx.xx.2020-ci il tarixdə ailəsi ilə sağollaşmadan ölkədən çıxarılmışdır. İddiaçı hesab etmişdir ki, cavabdehin onun ölkədən çıxarılması barədə qərarı Azərbaycan Respublikası Konstitusiyasına və Miqrasiya Məcəlləsinə ziddir. Cvabdehin etirazı:
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1795/2023 saylı qərarı ilə iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli Azərbaycan Respubl ikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə qərarı mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçının müvəqqəti Azərbaycan Respublikasında olması ilə bağlı müddətin uzadılması haqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Xidmətə ünvanlanmış 05.072022-ci il tarixli məktubla əcnəbinin milli təhlükəsizliyə qarşı təhdid yaratmaqla miqrasiya qaydalarını pozduğu müəyyən edildiyindən, onun ölkə hüdudlarından kənara çıxarılması məsələsinə baxılmalıdır.
10. Hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sü but etməlidir.
11. Cavabdeh iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir.
12. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir.
13. Göründüyü kimi nəinki Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurma halı, həmçinin də milli təhlükəsizliyə zərər vurula biləcəyi halı da müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir.
14. Azərb aycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyasını isə Miqrasiya Xidməti yox, aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil.
15. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir.
16. Hazırkı iş üzrə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən cavabdehə ünvanlanmış məktubda iddiaçının milli təhlükəsizliyə təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə m alik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır. 17. 05 iyul 2022-ci il tarixli məktub da məhkəmə iclasında tətqiq edilmiş, qərarın qəbulu zamanı həmin məktubun əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olması və ailənin bütövlüyü baxımından ölkə ərazisindən kənarlaşmasının ailə münasibətlərinə ciddi təsir törətməsini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin halda özlüyündə hazırkı qərarın ləğvinin əsası qismində çıxış edə bilməz. Belə ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özünd ə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir.
18. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, cavabdehin ölkədə müvəqqəti olma müddətinin uzadılması haqqında iddiaçı barəsində çıxardığı xx.xx.2020-ci il tarixli qərarının vaxtından əvvəl ləğv edilməsini, habelə xx.xx.2022-ci il tarixli, 50 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2175/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112 )-1795/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ölkə ərazisindən çıxarılarkən nigah münasibətində olmamışdır.
21. Belə ki, iş materiallarından, o cümlədən “Nikah haqqında Beynəlxalq şəhadətnamədən (U01№219383) görünür ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul olunduğu halda, iddiaçı ilə Azərbyacan Respublikasının vətəndaşı X1 arasında nikah 7 ay sonra -xx.xx.2023-cü il tarixdə bağlanmışdır.
22. Cavabdehin mübahisələndirilən qərarı qanuni və əsaslıdır.
23. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. Apellyasiya instansiya məhkəməsi işin faktki halları üzrə heç bir araşdırma aparmamış, DTX-nın məktubu barədə iddiaçının nümayəndəsi və vəkilinə heç bir məlumat verməmiş, həmin sənədlə tanış olmaq üçün imkan yaratmamışdır. DTX-nın işə üçünçü şəxs qismində cəlb edilməsi barədə vəkilin vəsatətini əsassız olaraq rədd etmişdir. Ona görə məsələnin mahiyyətindən bixəbər olan iddiaçı tərəf öz müdafiəsi üçün məhkəməyə əks arqumentlər təqdim edə bilməmişdir.
25. İnsan Hüququları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının 7 saylı Protokolunun 1-ci maddəsinə əsasən qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olunmaqla, oradan çıxarıla bilməz və onun özünün çı xarılmasına qarşı arqumentlər təqdim etmək, öz işinə yenidən baxılmasını tələb etmək və bu məqsədlərə görə səlahiyyətli orqanlar qarşısında və ya belə orqanın təyin imkanları olmalıdır.
26. Məhkəmə ictimai marağın fərdi maraqdan üstün olması qənaətinə gəlmiş, lakin gəldiyi nəticələri işin faktiki hallarına münasibətdə əsaslandırmamışdır.Bu isə X3 Konvensiyasını 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması prinsipini kobud surtədə pozmuşdur.
27. İnsan Hüquqları haqqında Avropa Konvensiysının 8-ci maddəsində aşağıdakı prinsiplər təsbit edilmişdir:
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin İqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə praktikasından müəyyən olunur, AİHK-nın 8-ci maddəsində təsbit edilmiş insan hüquqların pozulmasının qarşısınının alınması üçün Avropa Məhkəməsi tərəfindən presedent hüququna malik olan bir çox qərarlar qəbul edilmişdir.
29. Belə ki, “Qiliyev və Şeynin Rusiya Federasiyasına qarşı “29790/14 nömrəli qərarının 48 ci maddəsində qeyd edilir ki, Konvensiyanın 8-ci maddəsi ilə bütün dövlətlərin üzərinə öhdəlik qoyulmuşdur, ər-arvadın özlərinə yaşayış yerini seçmək hü ququna hörmətlər yanaşmalı və ailə üzvlərinin öz dövlətinin ərazisində birləşmək hüququnu təmin etməlidir (Gül İsveçrəyə qarşı, xx.xx.1996-cı il tarixli qərarın 38-ci bəndi).
30. Hazırkı iş üzrə dövlət orqanları iddiaçının ölkdən çıxarımasını qanuni məqsədini belə göstərmişlər ki, iddiaçının ölkədə qalması dövləin milli təhlükəsizliyinə xələl gətirə bilər, lakin göstərilən hallar faktiki cəhəddən əsaslandırılmamışıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Miqrasiya Məcəlləsi Maddə 43.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmadığı hallar 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddət i aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Res publikasında olması arzuolunmaz hesab edildikdə. 43.2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.
33. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şik ayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.
35. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
38. İşin araşdırılmış hallarına görə, İran İslam Respublikasının vətəndaşı olan iddiaçı xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmış, həmin müddət, cavabdehin xx.xx.2020-ci il tarixli ******* nömrəli qərarı ilə xx.xx.2020-ci il tarixədək (60 gün) uzadılmış, daha sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Xidmətə ünvanlanmış xx.xx.2022-ci il tarixli 24/2-2031 nömrəli məktubda onun Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı təhdid yaratmaqla miqrasiya qaydalarını pozduğu bildirilərək ölkə hüdudların dan kənara çıxarılması məsələsinə baxılması xahiş olunmuşdur.Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinə istinadən, iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qərar ləğv edilmiş, Respublika ərazisini 48 saat ərzində tərk etməsi qərara alınmışdır.
39. Apellyasiya icraatı zamanı iddiaçı tərəf Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olması və ailənin bütövlüyü baxımından ölkə ərazisindən kənarlaşmasının ailə münasibətlərinə ciddi təsir törətməsini, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu bildirmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, həmin hal özlüyündə hazırkı qərarın ləğvinin əsası qismində çıxış edə bilməz. Belə ki, əvvəla mübahisələndirilən inzibati akt qəbul edilərkən - xx.xx.2 022-ci il tarixdə iddiaçı evlənməmişdi və o, Azərbyacan Respublikasının vətəndaşı ilə 7 ay sonra - xx.xx.2023-cü il tarixdə evlənmişdir. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunun 11 və 58-ci maddələrində nəzərdə tutulmuş qanunilik tələblərinə uyğundur.
41. İddiaçıya Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilməsi zamanı cavabdeh Miqrasiya Məcəlləsinin 43-cü maddəsinə istinad emişdir.
42. Miqrasiya Məcəlləsinin 43.1.1-ci maddəsinə görə, əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir.
43. İnzibati orqan, iddiaç ının Azərbaycan Respublikasında müvəqqəti olmasının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyini milli təhlükəsizlik xidmətinin məlumatı əsasında müəyyən etmişdir.
44. İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsində şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi milli təhlükəsizlik maraqları nəzərdə tutulmuşdur.
45. Nəzərə alınmalıdır ki, iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir. Milli təhlükəsizliyə təhdid yaratması barədə məlumatlar dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmədir. Ca vabdeh inzibati orqan tərəfindən həmin məlumatlar nəzərə alınmalıdır.
46. İddiaçının məhkəmə tərəfindən işin faktki halları üzrə heç bir araşdırma aparmaması, DTX-nın məktubu barədə iddiaçının nümayəndəsi və vəkilinə heç bir məlumat verməməsi barədə dəlillər əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsi DTX-ya sorğu verərək iddiaçı haqqında Miqrasiya Xidmətinə ünvanlanan məlumat məktubunu tələb edib məhəmə iclasında araşdırmışdır. DTX-nın işə üçünçü şəxs qismində işə cəlb edilməsi üçün əsaslar olmamışdır.
47. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2023-cü il tarixli, 21(103)-2175/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.