Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-966/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq müsabiqəsinin nəticələrinə dair protokolun ləğvi, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında H ərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “protokolun ləğvi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-20/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının “Torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə” xx.xx.2018-ci il tarixli iclasının 646 nömrəli protokoluna əsasən, Şəmkir rayonu ərazisində yerləşən Qasımalılar bələdiyyəsinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin icarəyə verilməsi ilə ba ğlı açıq torpaq müsabiqəsinin qalibi Məmmədli Zamiq Vahid oğlu olmuşdur.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Məmmədli Zamiq Vahid oğlunun Şəmkir rayon Şeyidlər kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində 15 il müddətinə (xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək) icarə hüququ qeydiyyata alınmışdır. 3. xx.xx.2018-ci il tarixli, 30 nömrəli “Torpaq istifadə müqaviləsi”nə əsasən Şəmkir rayon Qasımalılar bələdiyyəsi tərəfindən 0,20 ha torpaq sahəsi iki ay müddətinə İddiaçı2 istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehə (üçüncü şəxslər X3 və Şəmkir rayon Qasımalılar bələdiyyəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərracın keçirilməsinin nəticəsi barədə xx.xx.2018-ci il tarixli, 646 nömrəli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Şeyidlər kəndinin şərq hissəsində “Əsgər təpəsi” deyilən ərazidə yerləşən 0,20 ha torpaq sahəsi uzun müddətdir iddiaçıların istifadəsindədir. Lakin həmin torpaq sahəsinə dair Şəmkir rayon Qasımalılar bələdiyyəsi onlarla rəsmi icarə müqaviləsi bağlamamışdır. Buna baxmayaraq, iddiaçılar istifadə etdikləri torpaq sahəsinə görə bələdiyyəyə haqq vermişlər. Çoxsaylı xahiş və müraciətlərdən sonra Şəmkir rayon Qasımalılar bələdiyyəsi ilə İddiaçı2 arasında kənd təsərrüfatı məqsədi ilə “Əsgər təpəsi” deyilən ərazidən illik icarə h aqqı 68 manat olan 0,20 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2017-ci il tarixli, 30 nömrəli müqavilə bağlanmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının “Torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə” xx.xx.2018-ci il tarixli iclasının 646 nömrəli protokoluna əsasən, Şəmkir rayon Şeyidlər kəndində yaşayan X3 bələdiyyənin mülkiyyətində olan 0,20 hektar torpaq sahəsinin icarəyə verilməsi üçün açıq torpaq müsabiqəsinin qalibi elan olunmuşdur. Həmin protokola əsasən, mübahisəli torpaq sahəsinin xx.xx.2033-cü il tarixədək illik 55 manat icarə haqqı ödəmək şərti ilə Məmmədli Zamiq Vahid oğluna icarəyə verməsinə dair xx.xx.2018- ci il tarixdə bələdiyyə ilə Məmmədli Zamiq Vahid oğlu arasında notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanmışdır. İddiaçılar hesab edir ki, onların rəsmi müqavilə əsasında istifadə etdiyi 0,20 ha torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxsə icarəyə verilməsi qanunsuzdur.
6. Üçüncü şəxs Məmmədli Zamiq Vahid oğlu iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar torpaq sahəsindən heç vaxt istifadə etməmiş, həmin torpaq sahəsinin iddiaçılara heç bir aidiyyəti olmamışdır. Hazırkı iddia tələbi Şəmkir rayon Məhkəməsində araşdırılmış və məhkəmənin qətnaməsi ilə iddiaçıların iddiası əsassız olduğundan rədd olunmuşdur. İddiaçıların hazırkı iddia tələbi ilə yenidən məhkəmədə iddia qaldırmalarının məqsədi onun həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaratmaqdır.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 15 fevral 2021-ci il tarixli, 2-1(114)-310/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qasımalılar bələdiyyəsi mülkiyyətində olan 0,20 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü il tarixədək Məmmədli Zamiq Vahid oğlunun icarəsinə vermiş və sonuncunun həmin torpaq sahəsi üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların istinad etdiyi xx.xx.2018-ci il tarixli, 30 nömrəli “Torpaq istifadə müqaviləsi” ilə onların istifadəsinə verilmiş 0,20 ha torpaq sahəsi üzərində müvafiq hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçılar mübahisəli torpaq sahəsinin 2017-ci ildən onların istifadəsində old uğunu bildirsələr də, İddiaçı1 xx.xx.2018-ci il tarixdə mübahisəli torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı ərizə ilə Qasımalılar bələdiyyəsinə müraciət etmişdir, hansı ki, həmin vaxt mübahisəli torpaq sahəsi artıq (xx.xx.2018-ci il tarixdən) Zamiq Məmmədlinin icarəsinə verilmişdir. İddiaçı2 ilə bələdiyyə arasında xx.xx.2018-ci il tarixli, 30 nömrəli “Torpaq istifadə müqaviləsi” bağlansa da, istifadəyə verilməsi nəzərdə tutulmuş sahənin koordinatlarını müəyyən edən sənəd işlənməmişdir. Bu hal isə iddiaçı ilə üçüncü şəxsə verilmiş sahələrin üst-üstə düşməsini araşdırmağa imkan vermir.
9. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Gəncə Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Əlizamin Abdullayev /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Rəşad Mamedov) 20 oktyabr 2021-ci il tarixli, 2-1(104)-373/2021 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı rayon Torpaq müsabiqə və hərrac komissiyasının “Torpaq müsabiqəsinin keçirilməsinin nəticələri barədə” xx.xx.2018-ci il tarixli, 646 nömrəli protokolu – qərarı ləğv edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsində, eləcə də müsabiqənin keçirilməsində s osial ədalət və aşkarlıq prinsiplərinə əməl olunmamışdır. Torpaq sahəsinin torpaq müsabiqəsi yolu ilə icarəyə verilməsi şərtləri və qaydası barədə bələdiyyə tərəfindən iddiaçılara lazımi məlumat verilməmiş, iddiaçıların torpaq müsabiqəsində iştirak etmək hüquqları məhdudlaşdırılmışdır. Müsabiqədə iştirak edən şəxslərin sayı və ilkin satış qiymətinə qarşı həmin şəxslər tərəfindən təklif olunan məbləğlər müsabiqənin keçirilməsinin formal xarakter kəsb etdiyini göstərir. Bundan başqa, üçüncü şəxs Məmmədli Zamiq Vahid oğlu torpaq müsabiqəsi əsasında onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə deyil, başqa məqsədlə istifadə etməsi üçün həmin sahəyə ağ daş tökərək torpaq sahəsinin üst qatını korlamışdır.
12. Üçüncü şəxs Məmmədli Zamiq Vahid oğlu kassasiya şikayəti verərək, həmin qəra rın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 22 fevral 2022-ci il tarixli, 2-1(102)-420/2022 nömrəli qərarı ilə üçüncü şəxs Məmmədli Zamiq Vahid oğlunun kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçılar mübahisəli torpaq sahəsinin 2017-ci ildən onların istifadəsində olduğunu bildirsələr də, İddiaçı1 xx.xx.201 8-ci il tarixində mübahisəli torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı ərizə ilə Qasımalılar bələdiyyəsinə müraciət etmişdir, hansı ki, həmin vaxt mübahisəli torpaq sahəsi artıq (xx.xx.2018-ci il tarixindən) Zamiq Məmmədlinin icarəsinə verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi icarə müqaviləsinin tarixində düzəliş edilməsi, yəni 2018-ci ilin 2017-ci ilə düzəldilməsi açıqaşkar görünür.
15. Bununla yanaşı müəyyən olunur ki, İddiaçı2 ilə bələdiyyə arasında xx.xx.2018ci il tarixli, 30 nömrəli “Torpaq istifadə müqaviləsi” bağlansa da, istifadəyə verilməsi nəzərdə tutulmuş sahənin koordinatlarını müəyyən edən sənəd işlənməmişdir. Məmmədli Zamiq Vahid oğluna icarəyə verilmiş 0,20 ha torpaq sahəsinin İddiaçı2 2 aylığa mövsümi, müvəqqəti istifadəyə verilmiş torpaq sahəsi ilə əlaqəsi olma sı sübuta yetirilməyib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasına hazırkı qərarın 16-19-cu bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verməli idi. Belə ki, hazırkı qərarın 18-19cu bəndlərində göstərilən normaların məzmunundan aydın olur ki, torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından ba şqa), sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə, müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və ya müsabiqələri zamanı bu Qaydalarda müəyyən edilmiş üstünlük hüququ verilir. İddiaçılar sadalanan kateqoriya şəxslərin dairəsinə aid olmadığından, bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları zamanı onların hər hansı üstünlük hüququ olmamışdır.
16. Başqa sözlə, iddiaçılar iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın sərəncamı nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçıları subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onların hüquqlarına müdaxilə təşkil edən qanunsuz inzibati akt qəbul edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə belə sübutların verilməsi ilə bağlı hərtərəfli araşdırma aparılmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İslam Həsənov /sədrlik edən və məruzəçi/, Şamil Rzaquliyev və Loğman Süleymanov) 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-20/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların əsas dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi onların uzun müddət istifadəsində olduğu üçün və onların həmin torpaq sahəsinə dair xx.xx.2017-ci ildə icarə müqaviləsi bağladığı üçün həmin torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsi qanunsuzdur. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq işin halları araşdırıldıqda müəyyən olunur ki, iddiaçılar mübahisəli torpaq sahəsinin 2017-ci ildən onların istifadəsində olduğunu bildirsələr də, İddiaçı2 xx.xx.2018-ci il tar ixdə, yəni mübahisə predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının xx.xx.2018-ci il tarixli, 646 nömrəli “Torpaq müsabiqəsinin, hərracın keçirilməsinin nəticələri barədə” protokolu qəbul olunduqdan sonra mübahisəli torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı ərizə ilə Qasımalılar bələdiyyəsinə müraciət etmişdir. Hansı ki, həmin vaxt mübahisəli torpaq sahəsi artıq (xx.xx.2018-ci il tarixdən) üçüncü şəxs Zamiq Məmmədlinin icarəsinə verilmiş idi. İddiaçıların məhkəməyə təqdim etdiyi icarə müqaviləsinin tarixində düzəliş edilməsi, yəni 2018-ci ilin 2017-ci il kimi oxunmasına dair düzəliş açıq-aşkar görünür.
19. Bu halın daha dəqiq araşdırılması üçün hazırkı apelly asiya baxışı zamanı müvafiq sorğular verilmiş və Şəmkir rayon Qasımalılar bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Şəmkir rayonu ərazisində yerləşən Qasımalılar bələdiyyəsinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının “Torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə” xx.xx.2018-ci il tarixli iclasının 646 nömrəli protokoluna əsasən həmin vaxtdan üçüncü şəxs X2 verilmişdir. İddiaçı2 isə xx.xx.2018-ci il tarixdə torpaq sahəsinin istifadəyə verilməsi barədə bələdiyyəyə müraciət etmişdir. Həmçinin hazırkı apellyasiya baxışı zamanı verilmiş sorğu əsasında al ınmış Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2023-cü il tarixli məktubunda da göstərilmişdir ki, Şəmkir filialında mühafizə olunan Qasımalılar bələdiyyəsinin 2017-ci ilə dair iclas protokolları kitabında xx.xx.2017-ci il tarixli, 01 nömrəli sərəncam və ya protokol mövcud deyil.
20. Eyni zamanda, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq hazırkı apellyasiya icraatı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2707 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Şəmkir rayon Qasımalılar bələdiyyəsi tərəfindən İddiaçı2 istifadəsinə verilmiş 0,20 ha olan torpaq sahəsinin koordinatları reyestr məlumatlarında göstə rilmədiyindən qeyd olunan torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamışdır; Şəmkir rayon Qasımalılar bələdiyyəsi tərəfindən İddiaçı2 istifadəsinə verilmiş 0,20 ha olan torpaq sahəsinin sxemi, cizgi və koordinatları olmadığı üçün və iddiaçıların faktiki istifadələrində olmadığından eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır; Şəmkir rayon Qasımalılar bələdiyyəsi tərəfindən İddiaçı2 istifadəsinə verilmiş 0,20 ha olan torpaq sahəsinin sxemi, cizgi və koordinatları olmadığı üçün, həmin torpaq sahəsi ilə üzərində 15 il müddətinə X1 icarə hüququ qeydiyyata alınan Şəmkir rayon Şeyidlər kəndində yerləşən 0,20 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
21. Göründüyü kimi, iddiaçı tərəfin “mübahisəli torpaq sahəsinin uzun müdd ət onların istifadəsində olduğu və onların həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağladıqları üçün həmin torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsinin qanunsuz olması və bunun onların hüquq və mənafelərinə toxunması” barədə dəlili əsassızdır. İşin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı torpaq müsabiqə və hərrac komissiyasının “Torpaq müsabiqəsinin, hərracın keçirilməsinin nəticələri barədə” xx.xx.2018-ci il tarixli iclasının 646 nömrəli protokolu iddiaçıların hüquq və mənafelərinə toxunmur. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçılar həmin aktı mübahisələndir mək barədə subyektiv hüquqa malik deyillər.
22. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. İddiaçıların kassasiya şikayətinin əsasını mahiyyətcə onların iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların i stifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində i nzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddəti ndə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tər əflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol veril ənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında ve rilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusun a əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Hazırkı mübahisədə iddiaçıların hüquqi marağı və məqsədi Şəmkir rayonu ərazisində yerləşən Qasımalılar bələdiyyəsinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı açıq torpaq müsabiqəsinin nəticələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının “Torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə” xx.xx.2018-ci il tarixli icla sının 646 nömrəli protokolunun ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçılar tələblərinin əsası kimi mübahisəli torpaq sahəsinin uzun müddət onların istifadəsində olduğuna və onlarla həmin torpaq sahəsinə dair xx.xx.2017-ci ildə icarə müqaviləsinin bağlandığına istinad edərək, həmin torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsinin qanunsuz olduğunu, onların hüquq və mənafelərinə toxunduğunu bildirirlər.
34. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
35. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
36. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə idd iaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçıların irəli sürdükləri tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmaları şərti də yerinə yetirilmiş olmalıdır. 37. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
38. Məhkəmə kol legiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 39. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qəra rında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
40. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların iddia etdiyi mübahisəli torpaq sahəsinin xx.xx.2018-ci il tarixədək, yəni açıq torpaq müsabiqəsi keçirilənədək onlara ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada onların icarəsinə və ya istifadəsinə verilməsini təsdiq edən sənədlərin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçılar tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.
42. Bununla yanaşı, bu qərarın 25-ci bəndində ist inad olunan normalara görə, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
43. İstinad edilən həmin normalara əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən son ra yaranır.
44. Bu mənada iddiaçıların iddia etdiyi mübahisəli torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən və bu qərarın 25-ci bəndində istinad olunan normalarda təsbit olunmuş hər hansı sənədin tərtib olunduğu və belə sənədlərin mövcudluğu iş üzrə materiallardan görünmür. İddiaçılar tərəfindən də məhkəməyə həmin sənədlər təqdim edilməmişdir.
45. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması barədə qərar (müqavilə və ya hər hansı hüquqmüəyyənedici sənəd) və əlaqəli sənədlər iddia edilən torpaq sahəsini fərdiləşdirməyə və müəyyən etməyə imkan verən məzmunda olmalıdır. Başqa sözlə, həmin sənədlər şəxsə ayrılmış torpaq sahəsinin yerləşmə yerini və onu fərdiləşdirməyə imkan verən digər texniki göstəriciləri nəzərdə tutmalıdır. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 25-ci bəndində istinad edilən normalarda təsbit olunmuş müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçıların iddia etdiyi mübahisəli torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin nəticəsinə əsasən üçüncü şəxs Məmmədli Zamiq Vahid oğluna icarəyə verilmiş torpaq sahəsi ilə eyni torpaq sahəsi olduğu müəyyən edilmir.
46. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçıların iddia etdikləri torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçıların subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətlə ri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçılar iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidirlər. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-20/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.