Məhkəmə qərarları › İş №2-1(102)-969/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-969/2024

12.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-969/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, müvafiq hərbi vəzifəyə bərpa və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, müvafiq hərbi vəzifəyə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin əməkhaqqının hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üz rə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-514/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, leytenant İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşması, ona göstərilən iradlardan heç bir nəticə çıxartmaması, xidmət yerinə smartfon tipli mobil telefon gətirməsi və hərbi hissəyə spirtli içki qəbul etmiş vəziyyətdə gəlməsi nəzərə alınaraq hərbi rütbəsinin bir pillə aşağı salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.

2. İddiaçı xidməti vərəqədən çıxarışın təsdiqlənmiş s urətindən görünür ki, iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə “töhmət”, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə “şiddətli töhmət almışdır. 3. xx.xx.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, iddiaçı ordu sıralarından tərxis olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

4. N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, kiçik leytenant İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşması, ona göstərilən iradlardan heç bir nəticə çıxarmaması, zabit şərəfini ləkələyən nalayiq hərəkətə yol verməsi nəzərə alınaraq Azərbaycan Ordusundan xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı koma ndanlıq qarşısında vəsatət qaldırılmışdır.

5. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0422 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 57 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin siyahısından çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 0422 nömrəli əmrin ləğv edilməsi, müvafiq hərbi vəzifəyə təyin edilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ön mövqedə döyüş tapşırığını yerinə yetirən “N” saylı hərbi hissəsin in mühəndis istehkam taborunda bölük tağım komandiri vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin əməkhaqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirmişdir. Daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, 2020-ci ildə həmin məktəbdə mühəndis istehkam xidməti üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0451 nömrəli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin mühəndis istehkam bölməsində tağım komandiri vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixəd ək N nömrəli hərbi hissənin mühəndis istehkam taborunda bölüyün tağım komandiri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0422 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hesab edir ki, cavabdeh “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə onu ehtiyata buraxmaqda haqlı olmamışdır.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli hərbi hissə komandirinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 238 daxil olma nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:00-da qoşun xidmətinin təşkili yoxlanıla rkən leytenant İddiaçı park növbətçisi olduğu zaman smartfon tipli mobil telefonu xidmət yerinə gətirdiyi aşkar edilmiş, həmçinin həmin gün saat 23:15 radələrində içkili vəziyyətdə hərbi hissəyə gələrək telefonun qaytarılmasını tələb etmişdir. Bununla əlaqədar iddiaçı kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmiş və dinləmə zamanı iddiaçı ona qarşı irəli sürülən iradlarla razı olduğunu, gələcəkdə xidmətində dönüş yaradacağını, intizamlı olacağına söz vermiş, bununla bağlı götürdüyü öhdəlik barədə adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolda müvafiq qeyd aparılmışdır. Bundan sonra kiçik zabitlərin şərəf məhkəməsi tərəfindən iddiaçının hərbi rütbəsinin bir pillə aşağı salınması barədə 15 fevral tarixli qərar qəbul edilmiş, lakin iddiaçı X3 Komandanı tərəfindən bağışl andığı üçün rütbəsi aşağı salınmamış və xidmətində dönüş yaratması üçün ona vaxt verilmişdir. Buna baxmayaraq, iddiaçı xidmətində heç bir dönüş yaratmamış və öz nizam-intizamsızlıqlarına davam etmişdir. İddiaçı ilə, törətdiyi intizamsızlıqlarına görə müxtəlif vaxtlarda söhbətlər aparılsa da, iddiaçıda müsbətə doğru heç bir irəliləyiş olmamış, əksinə intizamsızlıqlarına davam etmişdir. Belə ki, iddiaçı ilə söhbətləşmə aparılan zaman xx.xx.2022-ci il tarixdə adına söhbətləşmə vərəqi tərtib edilmiş və həmin vərəqdə smartfon tipli mobil telefonu hərbi hissəyə gətirməsində günahkar olduğunu, spirtli içki qəbul edərək xidmət yerinə gəldiyini, xidmətində dönüş yaratmağa çalışsa da nöqsanlara yol verdiyini bildirmiş, nəticədə xidmətində dönüş yaradacağına söz verərək imzası ilə təsdiq etmişdir. İd diaçı daha sonra xx.xx.2022-ci il tarixdə Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin tələblərini pozaraq, tabelik münasibəti olmayan hərbi qulluqçu ilə hərbi nəzakət qaydalarını pozduğuna görə mühəndis idarə rəisi tərəfindən “şiddətli töhmət” elan edilməklə, xx.xx.2022-ci il tarixdə təyin edilmiş geyim formasını pozduğuna görə hərbi hissə komandiri tərəfindən “töhmət” elan edilməklə, xx.xx.2022-ci il tarixdə xidmət yerinə vaxtında gəlmədiyi üçün hərbi hissə komandiri tərəfindən “töhmət” elan edilməklə intizam qaydasında cəzalandırılmış və etdiyi intizamsızlıqlara görə hərbi hissə komandiri tərəfindən iddiaçı ilə söhbət aparılmışdır. İddiaçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli söhbətləşmə vərəqində iddiaçı ona verilən intizam cəzaları ilə razılaşmış və öz imzası ilə təsdiq e dərək ona verilən cəzalarla tanış olmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixdə hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkət etdiyinə görə xx.xx.2022-ci il tarixdə hərbi hissə komandiri tərəfindən “şiddətli töhmət” elan edilməklə, xx.xx.2022-ci il tarixdə park növbətçisi olduğu zaman vəzifə borcunu bilmədiyi üçün hərbi hissə komandiri tərəfindən “şiddətli töhmət” elan edilməklə intizam qaydasında cəzalandırılmışdır. İddiaçı ilə etdiyi intizam pozuntularına görə xx.xx.2022-ci il tarixdə bir daha söhbətləşmə aparılaraq adına həmin tarixli söhbətləşmə vərəqi tərtib edilmişdir. Söhbətləşmə zamanı iddiaçıya hərbi rütbəsinin bir pillə aşağı endirilməsinə təqdim ediləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə digər hərbi qulluqçunun həyat yoldaşı ilə əlaqə yaradaraq hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətə yol verildiyi barədə sual verildiyi zaman içkili və sərxoş vəziyyətdə olduğu üçün bu hərəkətləri etdiyini təsdiq etmişdir. Bundan sonra, iddiaçı həmin söhbətləşmə vərəqində ordu sıralarından tərxis olunmasına köməklik göstərilməsini xahiş etmiş və imza edərək bunu təsdiq etmişdir. Bununla da komandanlıq tərəfindən iddiaçının hərbi rütbəsinin bir pillə “kiçik leytenant” hərbi rütbəsinədək aşağı salınmasına təqdim edilməsi üçün adına xx.xx.2022-ci il tarixli təqdimat tərtib edilmiş və yuxarı komandanlığa göndərilmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq iddiaçı ilə bir daha söhbətləşmə aparılmış və söhbətləşmə zamanı iddiaçı, adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli söhbətləşmə vərəqində hərbi rütbəsinin aşağı salınmasının öz şəxsi məsuliyyətsizliyi s əbəbindən baş verdiyini bildirmiş, bir daha komandanlıqdan tez bir zamanda ordu sıralarından tərxis olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, N nömrəli hərbi hissə komandiri xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə ünvanlandığı raportda kiçik leytenant İddiaçı dəfələrlə aparılmış intizam xarakterli söhbətlərdən, verilmiş intizam cəzalarından, xx.xx.2022-ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsindən və xidmətə dönüş yaratması üçün ona verilən vaxtdan, hərbi rütbəsinin aşağı salınmasından heç bir nəticə çıxartmadığını bildirərək, sonuncunun bir daha kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsini xahiş etmişdir. Hərbi hissə komandiri həmin raporta dərkənar qoyaraq iddiaçının şərəf məhkəməsində dinlənilməsini əmr etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmiş və iddiaçının yuxarıda sadalanan intizamsızlıqları və buna baxmayaraq onun hərbi xidmətdə dönüş yaratmaması nəzərə alınaraq komissiya tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Daha sonra, iddiaçının ehtiyata buraxılmağa təqdim edilməsi üçün adına xx.xx.2022-ci il tarixli təqdimat tərtib edilərək yuxarı komandanlığa göndərilmişdir. İddiaçı Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0422 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 57 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin siyahısından çıxarılmışdır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: Fəxri Hacızadə) 31 may 2023-cü il tarixli, 21(116)-736/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçı barəsində qəbul edilən əmrin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında yol verdiyi pozuntuları etiraf etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidmət dövründə dəfələrlə, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan bir ildən də az müddət ərzində altı dəfə “töhmət”, üç dəfə “şiddətli töhmət” növündə intizam cəzasına məruz qalması xidməti vərəqədən çıxarışda öz əksini tapmışdır. Bütün bunlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-514/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqi qi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Maddə 40.3. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

18. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Maddə

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanun u Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edi lməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanu nvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bu nunla belə, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 153-cü maddəsinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu vəzifədən və əvvəlki xidmətlərindən asılı olmayaraq hərbi intizamı və ictimai asayişi pozduqlarına görə Azərbaycan Respublikası Silahlı X1 tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin 7-ci maddəsinə əsasən, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə Azərbayc an Respublikası Silahlı X2 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb edilirlər.

29. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən hərbi intizam qaydalarının pozulduğu, həm də dəfələrlə pozulduğu və buna görə ona müxtəlif intizam tənbehi tədbirlərinin tətbiq olunduğu görünür. Eyni zamanda iş üzrə materiallardan həmçinin iddiaçının həmin tədbirlərdən lazımi nəticə çıxarmadığı və bunun üzərindən həmin tədbirlərin onun hərbi xidmətini hərbi intizam qaydalarına uyğunlaşdırması üçün yetərli olmadığı və daha sərt tədbirlərin tətbiqinə zərurət yarandığı da müəyyən olunur. Odur ki, cavabdeh tərəfindən ona münasibətdə mübahisələndirilən əmrin qəbul edilməsi qanuni və əsaslı sayılmalıdır.

30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

31. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-514/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar