Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-972/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması; torpaq sahəsinə plan-ölçü sənədinin və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazasının tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin plan və ölçüsünün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-449/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli,14 nömrəli qərarı ilə iddiaçıya ət satışı üçün mağazanın tikintisi məqsədi ilə bələdiyyə mülkiyyətindən 0,01 ha torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi xx.xx.2003-cü il tarixli, 223 nömrəli rəy verərək, həmin torpaq sahəsinin AğdaşPirəzə yolunun sağ tərəfində boş istifadəsiz sahə olduğunu və iddiaçıya 0,01 ha torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2003-cü il tarixli,199a nömrəli rəy verərək sanitar-gigiyenik qaydalara əməl olunacağı təqdirdə müvəqqəti olaraq ət və ət məhsullarının satışına etiraz etmədiyini bildirmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Ağdaş rayon X2 Xidməti xx. xx.2003-cü il tarixli, 1/2- 166 nömrəli arayış verərək bina tikintisinə etiraz etmədiyini bildirmişdir. 5. 14 saylı Yol İstismar İdarəsi xx.xx.2003-cü il tarixli, 82 nömrəli arayış verərək, torpaq sahəsinin Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 461 nömrəli qərarı və "Avtomobil yolları haqqında" Qanun nəzərə alınmaqla ayrılmasına etiraz etmədiyini bildirmişdir.
6. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Ağdaş rayon Binələr bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.
7. İddiaçı tərəfindən Ağdaş rayon Binələr bələdiyyəsinin bank hesabına xx.xx.2003-cü il tarixdə 77000 manat pul ödənilmişdir.
8. İddiaçı sözügedən 0,01 ha torpaq sa həsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********53 nömrəli imtina məktubunda qeyd etmişdir ki, həmin torpaq sahəsinin ayrılması "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin tələblərinə uyğun aparılmamışdır. Həmçinin, həmin qərarda torpaq sahəsi üzərində hüququn forması öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsində bu qərarın 1-9-cu bəndlərində qeyd olunan hallara istinad edərək, cavabdehin imtinasını qanunsuz hesab etdiyini bildirmişdir.
12. Məhkəmənin yardımından sonra iddiaçı qeyd olunan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi üçün yenidən cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********12 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və bu zaman xx.xx.2021-ci il tarixli, **********53 nömrəli imtina məktubunun dəlillərinə istinad etmiş dir.
13. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən xx.xx.2022-ci il tarixli, **********85 nömrəli etiraz təqdim etmişdir.
14. Sonradan iddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi verərək iddia tələbini "Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazasının tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə etmişdir.
15. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, eləcə də cavabdeh Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.
16. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-829/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, Ağdaş rayon Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinin təyinatı və uqodiyası ilə bağlı məhkəmə tərəfindən əldə edilmiş məlumatlar iddianın təmin edilməsini istisna edir.
18. Belə ki, torpaq sahəsi iddiaçıya satılarkən Az ərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu planı tərtib edilmiş və bu sənəd Ağdaş rayon Binələr bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur. Həmin sənəd məhkəmənin xx.xx.2022ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək torpaq sahəsinin təyinatı və uqodiyası barədə məlumat tələb edilmişdir. Həmin sorğu cavablandırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə göndərilmiş və cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində bildirmişdir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 54,6 kv.m-dir. Elektron məlumat bazasında mövcud olan " X3 X6"nə əsasən, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla, 15,55 kv.m hissəsi tikili altında olan torpaqlar, 23,24 kv.m hissəsi yollar, küçələr və 15,81 kv.m hissəsi çaylar, arxlar uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir.
19. Bundan sonra xx.xx.2022-ci ildə məhkəmə tərəfindən cavabdehə təkrar sorğu verilərək bildirilmişdir ki, məhkəmənin sorğusu torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılarkən tərtib edilən yerquruluşu sxemində göstərilmiş 0,01 ha torpaq sahəsi barədə olduğu halda, mütəxəssis rəyi iddiaçının naturada göstərdiyi 54,6 kv.m torpaq sahəsi barədə tərtib olunmuşdur. Rəydə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ona sənədlə ayrıl mış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi göstərilməmişdir. Digər tərəfdən, üst-üstə düşsə belə, rəydə torpaq sahəsinin qalan 45,4 kv.m (100 kv.m - 54,6 kv.m = 45,4 kv.m) hissəsi barədə heç bir məlumat verilməmişdir. Belə olan halda, məhkəməyə göndərilmiş mütəxəssis rəyi və yerquruluşu planı sorğunun cavabı kimi qiymətləndirilə bilməz. Odur ki, Ağdaş rayonu Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinin (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat yenidən tələb edilmişdir.
20. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya Ağdaş rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinə dair təqdim edilmiş sxemdə torpaq sahəs inin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini bilmədiyindən 0,01 ha torpaq sahəsi barədə məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.
21. Göründüyü kimi, 0,01 ha torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş və Ağdaş rayonu Binələr bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyinə və torpaq sahəsinə dair məlumatlar elektron məlumat bazasında mövcud olmadığına görə həmin torpaq sahəsinin yeri ni müəyyən etmək, onun (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat əldə etmək mümkün olmamışdır. İddiaçının mütəxəssislərə naturada göstərdiyi və faktiki istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin isə ümumi istifadədə olan bələdiyyə torpağı olması müəyyən edilmişdir. Halbuki ümumi istifadədə olan bələdiyyə torpaqlarının alqı-satqısı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsi ilə qadağan edilmişdir. Həmin normada deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.
22. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahi ş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-337/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-829/2022 nömrəli, 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2-1 (102)-1158/2022 nömrəli qərarı ilə (hakimlər S.Kərimov - sədrlik edən, Z.Quliyev və R.Nəbizadə) kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin təyinatı və kateqoriyası ilə bağlı məsələ bununla bağlı şübhələri aradan qaldıran, eləcə də torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etməyə imkan verən səviyyədə araşdırılmamış, torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı ziddiyyətlər aradan qaldırılmamış, bununla əlaqədar müvafiq sənədlər bələdiyyə və cavabdehdən tələb olunmamışdır. 2
8. Bundan başqa, məhkəmə tərəfindən həmin torpaq sahəsinin iddiaçı tərəfindən 20 il müddətində istifadə edilməsi nəticəsində ümumi istifadədən çıxıb-çıxmaması barədə müvafiq orqanların rəyləri öyrənilməmiş və bu xüsusata qiymət verilməmişdir.
29. Həmçinin Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarından sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verildiyi müəyyən olunmur. ç) apellyasiya instansiyası məhkəməsində birinci icraat
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Ağdaş rayon Binəli bələdiyyəsinə sorğu edilmiş və sorğuda aşağıdakılar müəyyən edilmişdir:
1. Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İd diaçı 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsindən satılmışdır. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil və ümumi istifadədə olmayıb. Bu barədə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin mütəxəssislərinin və Ağdaş rayon Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 223 saylı birgə rəyi vardır.
2. İddiaçı satılmış 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsidir və heç bir vaxt ümumi istifadəyə aid torpaq sahəsi olmamışdır. 20 ildən artıdır ki, vətəndaş həmin torpaq sahəsindən mülkiyyətçi kimi istifadə edir.
3. Yaşayış məntəqəiərinə aid olan həmin 0,01 ha torpaq sahəsi Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni ət və ət məhsulları satışı mağazası tikmək üçün satılmış və torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir.
31. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(107)-449/2023 nömrəli qərarı ilə (hakimlər: M.Əsədli - sədrlik edən və məruzəçi, Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiy yata alınması, “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi qanuni əsaslarla ona satılmış torpaq sahəsinin sənədləşdirilməsindən ibarətdir. Bundan başqa qeyd edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 4 fevral 2004-cü il tarixli, 2-44-2004 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X1 cavabdeh Ağdaş Rayonu Binələr Bələdiyyəsinə qarşı Ağdaş rayon Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli İddiaçı mağaza tikmək üçün 0.01 ha torpaq sahəsinin ayrılmasına dair qərarının ləğv edilməsini və qanunsuz tikilmiş ət mağazasının sökülməsinə dair Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4 fevral 2004-cü il tarixli, 2-442004 saylı qətnaməsi ilə iddiaçının iddiası əsassız olduğu üçün rədd edilmişdir. Yəni qanuni qüvvədə olan qətnamə ilə Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə hazırkı işdə iddiaçı olan İddiaçı mağaza tikmək üçün 0.01 ha torpaq sahəsinin ayrılmasının qanuni əsaslarla verilməsi öz təsdiqini tapmışdır.
33. Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının qanunsuz hesab edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbində həmin qərarın etibarlı müqavilə olmasını sübut etmək vəzifəsindən azad edir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçıya ayrılmış torpaq sahəsi barədə Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarını etibarlı hesab etməsinə dair qətnamə qəbul etmişsə bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə həmin müqaviləni mövcud və etibarlı hesab etmişdir.
34. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə, eləcə də, İnzibati Prosessual Məcəlləsinin 1.2 və Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad etmişdir.
35. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi 54.6 kv.m. torpaq sahəsinin “X3 X4”dəki xəritəsinə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, 15.55 kv. metr hissəsi tikili altında olan torpaqlar, 23.24 kv. metr hissəsi yollar, küçələr və 15.81 kv. metr hissəsi çaylar arxlar uqodiyalı torpaqlar olmaqla, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Belə olan halda isə Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü hissəsinin, 59-cu maddəsinin 2-ci hissəsinin və 86-cı maddəsi nin 2-ci hissəsinin imperativ tələblərinə əsasən mübahisəli torpaq sahəsi alqı-satqı obyekti ola bilməzdi, ancaq icarəyə verilə bilərdi.
37. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi düzgün tətbiq edilməmişdir, belə ki, Ağdaş Rayon Məhkəməsinin 4fevral 2004-cü il tarixli 2-44-2004 saylı iş üzrə tərəflər X5 ilə Ağdaş rayonu Binələr bələdiyyəsi olmuşdur, yəni hazırki iş üzrə nə iddiaçı nə də cavabdeh həmin işdə tərəf olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına k eçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfində n təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Res publikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməs inin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barəd ə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izaha tları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar q əbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya i nstansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq e tmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
50. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Ağdaş rayonu Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazasının tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına, bu barədə müvafiq çıxarışın verilməsinə, torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmasına və texniki pasportun verilməsinə yönəlmişdir.
51. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi 54.6 kv.m. torpaq sahəsinin Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Güvəkənd bələdiyyəsinin “X3 X6”ndəki xəritəsinə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, 15.55 kv. metr hissəsi tikili altında olan torpaqlar, 23.24 kv. metr hissəsi yollar, küçələr və 15.81 kv. metr hissəsi çaylar arxlar uqodiyalı torpaqlar olmaqla, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir.
52. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhk əməsi İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli 2-1(102)-1158/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir.
53. Belə ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən ünvanlanmış sorğuya Ağdaş rayon Binəli bələdiyyəsinin cavab məktubundan müəyyən olunur ki:
1. Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İddiaçı 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsindən satılmışdır. H əmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil və ümumi istifadədə olmayıb. Bu barədə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin mütəxəssislərinin və Ağdaş rayon Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 223 saylı birgə rəyi vardır.
2. İddiaçı satılmış 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsidir və heç bir vaxt ümumi istifadəyə aid torpaq sahəsi olmamışdır. 20 ildən artıdır ki, vətəndaş həmin torpaq sahəsindən mülkiyyətçi kimi istifadə edir.
3. Yaşayış məntəqəiərinə aid olan həmin 0,01 ha torpaq sahəsi Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni ət və ət məhsulları satışı ma ğazası tikmək üçün satılmış və torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir.
54. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi qanuni əsaslarla iddiaçıya satılmış torpaq sahəsinin sənədləşdirilməsindən ibarətdir.
55. Bundan əlavə qeyd edilməlidir ki, Ağdaş rayon Binələr bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli,14 nömrəli qərarı ilə iddiaçıya ət satışı üçün mağazanın tikintisi məqsədi ilə bələdiyyə mülkiyyətindən 0,01 ha torpaq sahəsi ayrılmışdır, iddiaçı həmin torpaq sahəsinə görə Ağdaş rayon Binələr bələdiyyəsinin bank hesabına xx.xx.2003-cü il tarixdə 77000 manat pul ödəmişdir. Torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq DT və XK-nin Ağdaş rayon şöbəsi xx.xx.2003-cü il tarixli, 223 nömrəli rəy verərək, həmin torpaq sahəsinin AğdaşPirəzə yolunun sağ tərəfində boş istifadəsiz sahə olduğunu və iddiaçıya 0,01 ha torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. Hazırda torpaq sahəsi iddiaçının sahibliyindədir və o, torpaqdan təyinatına uyğun istifadə edir.
56. Ağdaş rayon Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı X5 tərəfindən mübahisələndirilsə də, Ağdaş Rayon Məhkəməsinin 4 fevral 2004-cü il tarixli, 244-2004 saylı qətnaməsi ilə i iddia əsassız olduğu üçün rədd edilmişdir.
57. Belə olan halda, qanuni qüvvədə olan qətnamə ilə Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə hazırkı işdə iddiaçı olan İddiaçı mağaza tikmək üçün 0.01 ha torpaq sahəsinin ayrılmasının qanuni əsaslarla verilməsi öz təsdiqini tapmışdır.
58. Göründü yü kimi, Ağdaş rayon Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
59. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş rayon Binələr bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi ü zərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
60. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
61. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 39-42(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şi kayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 21(107)-449/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.