Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-976/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə pensiya təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlə t Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-1044/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1982-xx.xx.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işləmiş; - xx.xx.1987-ci ildə Artyom adasında Tikiş fabrikində 1 saylı sahəyə 4-cü dərəcəli tikişçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ilədək ora da nəzarətçi, usta, mühəndis texnoloq vəzifələrində işləmiş; - xx.xx.1994-cü ildə “Abşeronneft” Neftqazçıxarma idarəsinə 2 saylı neftqazçıxarma sexinə anbardar vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə kadr hazırlığı üzrə mühəndis, xx.xx.1997-ci ildə kadrlar şöbəsinə rəis müavini, xx.xx.2009-cu ildə kadrlar şöbəsinə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə kadrlar şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş; - xx.xx.2011-ci ildə İdarəetmə aparatının Əsaslı tikinti şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə, xx.xx.2014-cü ildə 1 saylı neft və qazçıxarma sexinə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator peşəsinə, xx.xx.2014-cü ildə isə elmi tədqiqat və istehsalat işləri sahəsinə 4-cü dərəcəli quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmiş və hazırda həmin vəzifədə işləyir.
2. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 18 yanvar 2021-ci il tarixli, **********0 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 22 oktyabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin 10 yanvar 2020-ci il tarixli 95 nömrəli arayışında xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, xx.xx.2014-cü il tarixindən bugünədək isə həmin İdarənin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədq iqi üzrə operator peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən idarədə 27 mart 2014-cü il tarixindən bugünədək iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun laboratoriya şəraitində hazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirərək elmi-tədqiqat işləri ilə məşğul olduğunu və istehsalat prosesində iştirak etmədiyi müəyyən edilmişdir. İddiaçının gördüyü işlər elmi tədqiqat işlərinə aid olduğundan onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar “Abşeronneft” NQÇİ tərəfindən 12 yanvar 2021ci il tarixli Akt ilə təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğ undan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı 10 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 5 mart 2019-cu il tarixindən etibarən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bundan sonra, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 5 sentyabr 2019-cu il tarixindən etibarən əmək pensiyasının təy in edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22 iyun 2020-ci il tarixli, M-286 nömrəli arxiv arayışında iddiaçının xx.xx.1982-ci il tarixli, 106a saylı əmrlə həmin tarixindən N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin 6-7 saylı sexinə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 3-cü dərəcəli «формировщица» vəzifəsinə işə qəbul olunduğu qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus güzəştli şərtlərlə əmək pensiyası hüququ verən bu vəzifə ilə bağlı sığorta stajı qəbul edilmiş, mübahisələndirilməmişdir. “Abşeronneft" NQÇİ tərəfindən tərtib edilmiş 10 yanvar 2021-ci il tari xli arayışa əsasən iddiaçının arayış tərtib edilən tarixə “Abşeronneft" NQÇİ-də 05 il 09 ay 13 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sığorta stajı mövcuddur. Qeyd edilən bu arayış “Abşeronneft” NQÇİ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi üçün tərtib edilmişdir. Cavabdehin istinad etdiyi akt isə birtərəfli qaydada onun əməkdaşları tərəfindən qərəzli şəkildə tərtib edildiyindən ciddi şübhələr doğurur. Digər tərəfdən, iddiaçı ilə eyni staja malik, eyni vəzifəni icra edən bir çox iş yoldaşı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən yaşa çatdığı zaman güzəştli şərtlərlə əmək pensiyasına çıxmışlar.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri ilə imtina məktubunun dəlilləri eynilik təşkil etmişdir.
8. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfin dən təqdim olunan, cavabdehin mütəxəssisləri Kamran Cümşüdlü və Eyvaz Əhmədov, həmçinin “Abşeronneft” NQÇİ-nin Personalın uçotu şöbəsinin rəisi Sülhiyyə Nuriyevanın iştirakları ilə tərtib edilmiş 12 yanvar 2021-ci il tarixli aktla iddiaçının laboratoriya şəraitində hazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirməsi, bu peşələrin elmi-tədqiqat işləri ilə məşğul olması və istehsal prosesində iştirak etməməsi müəyyən edilmiş, laboratoriyada çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı qeyd edilmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq “Abşeronneft” Neft və Qazçıxarma idarəsi tərəfindən verilmiş 1 aprel 2021-ci il tarixli, R.Q-03/118 nömrəli cavab məktubunda göstərilmişdir ki, iddiaçı 27 mart 2014-cü il tarixindən 19 noyabr 2014-cü il tarixədək “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, 20 noyabr 2014-cü il tarixindən hazırkı dövrə qədər “Abşeronneft” NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyir. İddiaçı neft və qazçıxarma sahələrində (mədənlərdə) dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, neft quyularının istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazı rlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aiddir.
10. Məhkəmə sorğusuna cavab olaraq “Abşeronneft” NQÇİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, R.Q-02/284 nömrəli məktubda göstərilmişdir ki, iddiaçı 27 mart 2014-cü il tarixdən 19 noyabr 2014-cü il tarixədək 1 saylı Neft və qazçıxarma sahəsində və 20 noyabr 2014-cü il tarixdən 10 yanvar 2020-ci il tarixədək isə Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bölməsinə aiddir. Bu peşə hansı sahədə işləməsindən asılı olmayaraq “quyuların tədqiqatı üzrə operator” qeyd olunan siyahıya aiddir. 12 yanvar 2021-ci il tarixli aktda isə işçinin iş vaxtı ərzində gördüyü işlər, yəni quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işləri qeyd edilmişdir ki, bu işlər istismar olunan quyular üzərində aparılır.
11. İddiaçının işlədiyi müəssisə fəaliyyət göstərmədiyindən oxşar müəssisə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə edilmiş məhkəmə sorğusuna cav ab olaraq Cəmiyyətin 20 sentyabr 2021-ci il tarixli 44 nömrəli cavab məktubunda iddiaçının işlədiyi vəzifənin hazırda qəlibləyici adlandırıldığı, həmin vəzifə üzrə işçinin əmək funksiyasının zərərli boyaq maddələrindən çıxmış yaş corabların 280-300 dərəcə olan isti qəliblərə bir-bir keçirilib formalaşdırılması, qurudulması, corabların 7-8 dəqiqə isti formada qaldığı və sonra isti formadan bir-bir corabların çıxarılaraq nəzarətçiyə verildiyi, iş prosesi gedərkən, yəni corablar quruyarkən çıxan parın zərərli boyaq maddələrindən yarandığı göstərilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4920/2021 nömrəli qərarı (hakim S.İ.Salahova) ilə iddia təmin edilmiş, İddiaçı 55,5 yaşının tamam olduğu 5 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1982-xx.xx.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi dövr üzrə qeyd etmişdir ki, formalaşdırıcı vəzifəsinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarında bilavasitə hansı koda uyğun gəldiyi göstərilmə sə də, həmin peşə üzrə əmək funksiyasının zərərli olması və bunun əsasları konkret göstərilmişdir. Həm iddiaçının əmək kitabçasında göstərilən vəzifə adı, həm məşğul olduğu istehsalat sahəsi 2 nömrəli siyahıda (həmçinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda) nəzərdə tutulan vəzifəyə (kod 220200b—19373) uyğun gəldiyindən (iş materiallarına iddiaçının bilavasitə istehsal prosesindəki fotoşəkilləri də əlavə edilmişdir) iddiaçının xx.xx.1982-xx.xx.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi müddət (4 il 8 ay 7 gün) onun güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajına daxil edilməlidir.
14. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2014-xx.xx.2019-cu illərdə “Abşeronneft” Neftqazçıxarma idarəsində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi dövr üzrə qeyd etmişdir ki, həm iddiaçının işlədiyi müəssisənin arayışlarına, həm də Vahid Tarif-İxtisas Sorğu kitabçasına əsasən quyuların tədqiqi üzrə operator öz əmək funksiyalarını istismar olunan quyu üzərində aparır və həmin işlərin laboratoriya şəraitində aparılması qeyri-mümkündür. İddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifəyə aid olmasını müəyyən edən kifayət qədər əsas olduğundan yalnız cavabdehin əməkdaşlarının tərtib etdiyi akta istinadən iddiaçıya imtina verilməsi əsaslı hesab oluna bilməz. İddiaçının “Abşeronneft” NQÇİ-də xüsusi iş stajı 5 il 5 ay 10 gün, ümumilikdə isə onun 55,5 yaşının tamam olduğu 5 sentyabr 2019-cu il tarixə xüsusi iş sta jı 10 il 1 ay 17 gün təşkil edir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına dair tələb olunan minimum məbləğ 40.500 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55647.11 manat vəsait toplandığı təsbit olunmuşdur.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-1044/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4920/2021 nömrəli qərarı dəyişdiril mədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh hesab edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin ona dair 10 yanvar 2020-ci il tarixli 95 nömrəli arayışında xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və Qazçıxarma sahəsində, xx.xx.2014-cü il tarixindən bugünədək isə həmin İdarənin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən idarədə 27 mart 2014-cü il tarixindən bugünədək onun iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı iddiaçının laboratoriya şəraitində halhazırda istismar olunan quyular üzərində ölçülərin aparılması, təzyiqin yoxlanılması və temperatura nəzarət işlərini yerinə yetirərək elmi-tədqiqat işləri ilə məşğul olduğu və istehsalat prosesində iştirak etmədiyi müəyyən edilmişdir. İddiaçının gördüyü işlər elmi tədqiqat işlərinə aid olduğundan onun güzəştli iş stajı yoxdur. Qeyd edilən faktlar “Abşeronneft" NQÇİ tərəfindən 12 yanvar 2021-ci il tarixli Akt ilə təsdiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri:
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22100000 – XX. Yüngül sənaye bölməsinin 220200b—19373 kodu - corab və əlcək məmulatlarının formalaşdırılması ilə məşğul olan trikotaj məmulatlarının formalaşdırıcıları.
23. Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 10-cu Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.2-ci Neft, qaz və qaz kondensatının hasilatı altbölməsinin quyuların tədqiqatı üzrə operatorları. 26-cı Yüngül sənaye bölməsinin corab və əlcək məmulatlarının formalaşdırılması ilə məşğul olan trikotaj məmulatlarının formalaşdırıcıları.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslan dırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 55 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaç ının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Belə ki, iddiaçıya 5 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1) iddiaçının 55 yaşının tamam olması; 2) azı 20 il sığorta stajına malik olması; 3) 20 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
32. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 55 yaşı 5 mart 2019-cu ildə tamam olmuş, o, əmək pensiyasının təyin edilməsi üçün iddia etdiyi 5 sentyabr 2019-cu il tarixə ümumilikdə 37 il 1 ay 3 gün sosial sığorta stajına, 10 il 1 ay 17 gün xüsusi iş stajına malikdir və tələb olunan minimum məbləğ 40.500 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55647.11 manat vəsait toplanmışdır.
33. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən sadəcə onun xüsusi iş stajını mübahisələndirmiş, digər tələblərlə bağlı hər hansı etirazı olmamışdır.
34. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1982xx.xx.1987-ci illərdə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində 3-cü dərəcəli formalaşdırıcı (“формировшица”) işlədiyi müddətin və “Ab şeronneft” NQÇİ-də xx.xx.2014cü ildən pensiya təyin edilməsini iddia etdiyi xx.xx.2019-cu il tarixədək quyuların tədqiqi üzrə operator işlədiyi müddətin onun xüsusi iş stajına daxil edilməsi, iddiaçının 55 yaş 6 ayının tamam olduğu 5 sentyabr 2019-cu il tarixə ümumilikdə 10 il 1 ay 17 gün xüsusi iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır.
35. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 21(103)-1044/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.