Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-979/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956-cı il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(104)-748/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1974-cü il tarixli, 321 nömrəli “kolxozçunun əmək kitabçası”na əsasən, iddiaçı 1974-cü il üzrə müəyyən edilmiş 120 günlük əmək günü norması üzrə 104 gün işləmişdir.
2. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 1977-1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.
3. X5 ASC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı 1983-cü il üzrə avqust-dekabr ayları üzrə X5 ASC-də işləmiş və əmək haqqı almışdır.
4. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 219 nömrəli arxiv arayışına əsasən iddiaçı 1975, 1984-1997-ci illərdə Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş və əmək haqqı almışdır.
5. Bərdə rayon Dövlət Arxivinin 26 sentyabr 2023-cü il tarixli, 217 nömrəli arayışında qeyd edilmişdir ki, sabiq Lənbəran kolxozunun (AİM) 1975-ci il üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçının işləyib qazandığı əmək haqqı 1975-ci il üzrə 36 əmək günü, minimum əmək norması 180 gün olmaqla.
6. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işləmişdir.
7. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir.
8. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edil ən əmək kitabçasına, diplomun surətlərinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin arayışına əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu və xx.xx.1977-ci il tarixindən xx.xx.1982-cü il tarixinədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla) 9 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 5529,28 manat, xx.xx.2019- cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 6218,57 manat olmaqla, ümumilikdə 11747,85 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 ma nat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən kolxozçunun əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan 1974-cü ildə Bərdə rayon “Lənbəran” kolxozunda və “X6” ASC-nin arayışında qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək Bərdə rayon 15 nömrəli X1 əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının aktına əsasən Bərdə rayon Dövlət Arxivində 19 saylı Fondda mühafizə edilən sabiq Lənbəran kolxozunun 1974-cü ilə aid şəxsi hesab kitablarında və əməkhaqqı sənədlərində onun adına rast gəlinmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericil iklə mümkün olmayıb. Eyni zamanda Bərdə rayon Dövlət Arxivinin məktubuna əsasən xx.xx.1983-cü ii tarixindən xx.xx.1983-cü il tarixinədək Bərdə rayon 15 nömrəli X2 sənədləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilmədiyi və təşkilatın hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrün əməkhaqqı ödənişlərinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1-ci bəndinin 5-ci yanmbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı ii yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən təqdim edilən arxiv arayışında qeyd olunmuş 1975-1997-ci illər ərzində sabiq Alpoud, Füzuli və Lənbəran kolxozlarında olan əmək fəaliyyəti dövrlərinin kolxozçunun əmək kitabçasında qeyd olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilməmişdir.
9. Həmçinin cavabdehin 20 iyun 2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qə rarında qeyd olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə yaşa görə hüququ yaranmır. xx.xx.2022-ci il tarixli arxiv arayışında 1974-cü ildə vətəndaşın adına rast gəlinmədiyi üçün xx.xx.2022-ci il tarixli akta əsasən 1975-ci ildə vətəndaşın adam günü norması və illik əmək haqqı göstərilmədiyindən və ata adı qeyd olunmadığından 1990-cı ildə əmək günü normasında qaralama mövcud olduğundan həmin dövrlər sosial sığorta stajına daxil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “1983-cü ilin avqust-dekabr aylarında və 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi illərin sosial sığ orta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 may 1975-ci il tarixdən 13 may 1977-ci ilə qədər Sovet Ordusu sıralarında xidmət etmiş, 1977-ci ildə X7 İnstitunun "K/T-nın mexanikiləşdirmə"ixtisası üzrə əyanı təhsil formasının 1-ci kursuna qəbul olmuş və 1982-ci ildə bitirmişdir.1975-1997-ci illər ərzində Alpoud, Füzuli və Lənbəran kolxozlarında (AİM) işləmiş, 1 iyul 2019-cu ildən 17 noyabr 2022-ci ilədək Bərdə rayonu Mehdili kəndində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləmişdir. 1974-cü ildə cəmi 7 ay Lənbəran kolxozunda və X4 1 avqust 1983-cü il tarixindən 31 dekabr 1983-cü il tarixədək işləmişdir, bu barədə əmək s tajını təsdiq edən əmək kitabçası vardır. İddiaçının hazırda 66 yaşı var və əmək pensiyası almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş və cavabdeh isə onun 22 il 4 ay 20 gün əmək stajının olduğunu bildirərək pensiya təyin edilməsindən imtina etmişdir.
12. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1355/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilərək, iddiaçının 1983-cü ilin avqust-dekabr aylarında, 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfi ndən mübahisələndirilməyən sığorta stajı 6 il 9 ay 20 gün (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü və xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı müddət) və 3 il 4 ay 16 gün (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işlədiyi müddət), eyni zamanda məhkəmə tərəfindən nəzərə alınan 1974-cü il üzrə -10 ay 12 gün, 1975-ci il üzrə -2 ay 12 gün, 1983-cü il üzrə 5 ay, 1984- 1997-ci illər üzrə-14 il müddət hesablandıqda ümumilikdə 25 il 8 ay sığorta stajı var.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Gəncə Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(104)-748/2023 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur və ümumilikdə 25 ildən artıq sığorta stajı vardır.
18. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrə li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndlərinə istinad etmişdir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun tərtib olunmuş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən və mübahisələndirilməyən bütün dövrlər daxil edilsə belə iddiaçının 65 yaşının tamam olduğu (hüququ yarandığı) xx.xx.2021-ci il tarixə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. Belə ki, həm birinci i nstansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək olan dövrlər daxil edilərək iddiaçının 25 il sosial sığorta stajının tamamlandığı qeyd edilmişdir. Lakin hazırki iş üzrə iddiaçıya hansı yaşdan əmək pensiyasının təyin edilməsi məsələsinə toxunulmamışdır. Qeyd etmək lazımdır ki, iddiaçının 65 yaşının tamam olduğu (hüququ yarandığı) xx.xx.2021-ci il tarixə pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulan zaman xx.xx.2021-ci il tarixdən sonrakı işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilə bilməz.
21. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 25-ci, Əmək Məcəlləsinin 87-ci, el əcə də İPM-in 12.1-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20 17-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 24. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbayc an Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respu blikasının Nazirlər Kabineti müəyyənləşdirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışla r, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr o lduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. İddia ərizəsindən göründüyü kimi, hazırkı mübahisədə iddiaçının tələbi i ki hissədən ibarətdir: 1)1983-cü ilin avqust-dekabr aylarında və 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 2)yaşa görə əmək pensiyanın təyin edilməsi.
35. Cavabdehin imtinasının eləcə də apellyasiya və kassasiya şikayətinin əsası iddiaçının 1974-cü ildə Bərdə rayon “Lənbəran” kolxozunda, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək “X5” ASC-də işlədiyi illərə dair mötəbər sübutun və 19751997-ci illər ərzində kolxozlarda olan əmək fəaliyyəti dövrlərinin kolxozçunun əmək kitabçasında qeyd olmamasıdır.
36. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının 1974-cü ildə Bərdə rayon “Lənbəran” kolxozunda işləməsi xx.xx.1974-cü il tarixli, 321 nömrəli “kolxozçunun əmək kitabçası”nda qeyd olunmuşdur. İddiaçının əmək kitabçasında bununla b ağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
37. İddiaçının kolxozda işlədiyi digər illərlə bağlı qeyd edilməlidir ki, həmin dövrlər arxiv arayışı ilə təsdiq olunduğundan, iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
38. Belə ki, analoji işlərə dair Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə görə, dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışlarının mötəbər sübut kimi qəbul olunduğu da nəzərə alınmalıdır. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, hə m arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı).
39. Göründüyü kimi, hazırkı qərarın 24-25-ci bəndlərində istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh kassasiya şikayətində iddiaçının 65 yaşının tamam olduğu (hüququ yarandığı) xx.xx.2021-ci il tarixə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajının tamamlanmaması dəlilini irəli sürmüşdür.
41. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iddia aşağı instansiya məhkəmələri tərəfindən təmin edilərkən iddiaçının 1983-cü ilin avqust-dekabr aylarında, 1974-1975 və 1984-1997-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
42. Göründüyü kimi, məhkəmə qərar ında xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmamışdır.
43. İddiaçının hüquqi marağı da ona xx.xx.2021-ci il tarixdən deyil, hüququ yaranan vaxtdan əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
44. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmasına baxmayaraq o, xx.xx.2022-ci il tarixədək Bərdə RİH başçısının Mehdili kənd İƏD üzrə nümayəndəliyində işləmiş və onun ümumilikdə 25 il 8 ay sığorta stajı toplanmışdır.
45. Belə olan halda, cavabdeh iddiaçıya qanunvericiliyə uyğun olaraq 25 il sığorta stajının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin etməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazır kı qərarın 23-27(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(104)-748/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.