Məhkəmə qərarları › İş №2-1(102)-980/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-980/2025

24.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-980/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2-1(103)-1554/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə kolxoza sürücü kimi qəbul edilmiş, xx.xx.1993-cü ildə kolxoz üzvlüyündən azad edilmişdir, xx.xx.2008-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis geoloji axtarış şöbəsinə qazma ustası-sürücü vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir.

2. İddiaçı ona g üzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğunuz vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) arayışda dəqiq göstərilməlidir. Sözügedən Qaydanın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeyd in olması şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. Təqdim edilmiş əmək kitabçasında xx.xx.1982xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövrlər üzrə «il ərzində işlədiyi adam günləri miqdarı» və «müəyyən edilmiş əmək günləri minimumu» haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də həmin dövrü əmək stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (15 il 5 ay (xx.xx.1981-xx.xx.1981-ci il və xx.xx.2008xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunan səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün h esab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 01 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonu Hovuslu kəndində anadan olmuşdur. 01 oktyabr 1982-ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonun Kirov adına kolxozda sürücü işləmişdir. 11 mart 2008-ci ildə Azərdövlətlahiyə Dövlət Baş X1 geoloji axtarış şöbəsinə geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsinə qəbul olunmuşdur və hal hazırda da həmin vəzifədə işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan iddiaçıya rəsmi cavab verilmidir ki, sığorta stajı qanunvericilikdə 25 il müddət tamamlanmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Belə ki, iddiaçının 01 oktyabr 1982-ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu Kirov adına kolxozda sürücü işlədiyi dövr üzrə əmək kitabçasında qeyd olunan illər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8 7-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsassən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sğorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvəyə mindiyi günədək sğort aolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqə, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyünü də təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

5. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ö dənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğuvəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə gö rə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) arayışda dəqiq göstərilməlidir. Sözügedən Qaydanın 4.1.1 -ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun verinə yetirilməsi barədə qeydin olmas» şərtilə)) əsasən sosial sığorta stajına aid edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1993-cü il tarixli əmək kitabçasında xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövrlər üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də həmin dövrü onun əmək stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (15 il 5 ay (xx.xx.1981- xx.xx.1981-ci il və xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

6. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2-1(112)-10492/2024 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinc i instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir: - Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyi və xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonu işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədlərinin işğal zonasında qalması ilə əlaqədar İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat olmadığı üçün hazırda iddiaçının əmək stajını təsdiq edən əsas sənəd olaraq əmək kitabçası nəzərə alınmalıdır. İddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində (10 il 10 ay 18 gün) Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. - bir tərəfdən iddiaçının vaxtilə işlədiyi kolxozun arxiv sənə dləri işğal zonasında qaldığından fəaliyyəti haqqında ətraflı məlumat əldə etməyin mümkünsüzlüyü onun təqsiri deyil. İddiaçı iş stajını sübut edən zəruri faktiki şərtin mövcudluğunu, yəni kolxozda işləməsinə dair müvafiq qeyd olan əmək kitabçasını təqdim etmişdir. Digər tərəfdən kolxoz barədə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən minimum əmək iştirakı norması kolxoz üzvlərinə (kolxozçulara) şamil edilmişdir. İddiaçı isə həmin kolxozda sürücü işləmişdir, yəni kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını təmin edən şəxs olmamışdır. Odur ki, iddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində (10 il 10 ay 18 gün) Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövr onun iş stajı kimi nəzərə alınm alıdır. - iddiaçı izahatında qeyd etmişdir ki, qazma ustası sürücü vəzifəsinə uyğun olaraq iddiaçının peşəsi geoloji kəşfiyyat işidir və yerinə yetirdiyi iş çöl şəraitində yerin dərin qatlarından maşınla torpaq çıxarmaqdan ibarətdir. Qeyd olunan hal (iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi) məhkəməyə təqdim edilmiş iddiaçının iş şəraitini əks etdirən fotoşəkillərlə də öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü bəndində aşkar şəkildə çöl geoloji axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu müəyyən edilir, iddiaçı isə geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işləmişdir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 2-1(103)-1554/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Məmmədov və Ş.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi “İnzibati icraatı haqqında” Qanunun 19.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 7, 9. 1, 32.1, 32.1-1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1, 3-cü bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1, 25-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesabİanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi 18 avqust 1993-cü il tarixli əmək kitabçasında xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövrlər üzrə “ il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməmişdir. Cəbrayıl Rayon Dövlət Arxivinin məhkəmə sorğusuna cavab məktubundan aydın olur ki, Kirov adına kolxozun arxiv sənədləri mövcud deyildir. Lakin məhkəmə bu halları nəzərə almamış və əsassız yerə başqa kolxozlarda olan əmək günləri minimumu-na istinad etmişdir. Halbuki həmin nümunələrdən də görünür ki, hər kolxozda əmək günləri minimumu fərqli olmuşdur. Birinci instansiya məhkəməsi “il ərzində işlədiyi adam günləri miqdarı”-na isə ümumiyyətlə toxunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nm 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müv afiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. İş materiallarından görünür ki iddiaçıya məxsus əmək kitabçası kolxozçunun əmək kitabçası deyil, adi əmək kitabçasıdır. Bundan başqa iddiaçının güzəştli stajının olması da sübut olunmamışdır. Belə ki, iddiaçının güzəştli arayışı yoxdur. Tam əksinə “Azərdövlətlayihə” İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərdövlətlayihə” İnstitutunda mühəndis-geoloji axtarış işlərində çalışan işçilərin, o cümlədən qazma ustasısürücü işlərində çalışanların vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda yer almamışdır. İşə apellyasiya icraatında baxılarkən məhkəmə “Azərdövlətlayihə” İnstitutuna so rğu ünvanlayaraq iddiaçı barədə güzəştli arayışın təqdim edilməsini xahiş etmişdir. “Azərdövlətlayihə” İnstitutunun xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək həmin müəssisədə buruq qazma ustası - sürücüsü vəzifəsində işləyir. Həmin məktubda iddiaçının işlədiyi dövrün müvafiq siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması göstərilməmişdir. Yəni xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu güzəştli arayış deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

1. Dağ-mədən işləri... 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, s ahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər

16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sa yda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X2rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün hə min məhkəməyə göndərilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məh kəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

24. Belə ki, hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir.

25. Cavabdehin apellyasiya şi kayətində olduğu kimi, kassasiya şikayətinin əsas dəlillərindən biri iddiaçının güzəştli stajının olmaması və ümumiyyətlə güzəştli arayışın təqdim edilməməsi ilə bağlıdır.

26. Apellyasiya məhkəməsi iddiaçının güzəştli stajı ilə bağlı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun məktubuna istinad edərək qeyd etmişdir ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində geoloji məqsədlərlə buruq qazma ustası – sürücüsü vəzifəsində işləyir. Onun əmək funksiyası Bakı şəhəri və Respublikanın müxtəlif rayon və qəsəbələrində inşa olunacaq obyektlərin layihələndirilməsi ilə əlaqədar geoloji qazma işlərinin yerinə yetirilməsidir. Həmin sahə və vəzifə Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarının 1.3-cü bəndində aşkar şəkildə çöl geoloji axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu müəyyən edilir, iddiaçı isə geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma u stası-sürücü vəzifəsində işləmişdir.

27. Məhkəmə kollegiyası iddiaçının güzəştli stajına münasibətdə apellyasiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.

28. Belə ki, hazırkı qərarın 15-ci bəndində qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısında məhz dağ-mədən işləri üzrə “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” peşəsi güzəşti şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Odur ki, iddiaçının da dağ-mədən sahəsində çalışıb-çalışmadığının müəyyən edilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir.

29. Lakin apellyasiya məhkəməsi iddiaçının çalışd ığı vəzifələrin dağ-mədən sahəsinə aid olub-olmadığını araşdırmamış, heç bir yoxlama aparmadan və öz mövqeyini əsaslandırmadan iddiaçının çalışdığı peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğunu müəyyən etmişdir.

30. Bundan əlavə iş materiallarına əlavə edilmiş (iş səh. 49) “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun məktubunda da qeyd edilmişdir ki, “Azərdövlətlayihə” İnstitutunda mühəndis-geoloji axtarış işlərində çalışan işçilərin, o cümlədən qazma ustası-sürücü işlərində çalışanların vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda yer almamışdır.

31. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan hallına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həm in dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.

32. Həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 16 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçini n işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflə rə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İsp aniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ziddiyyətli hallar olduğu halda, apellyasiya məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, bu istiqamətdə ətraflı araşdırma aparmamış, sadəcə iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olduğuna istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.

36. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2, 58.7 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hal lara (iddiaçının güzəştli stajı) obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

38. Cavabdeh qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 noyabr 2024-cü il tarixli, 21(103)-1554/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar