Məhkəmə qərarları › İş №2-1(102)-981/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-981/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-981/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 Mircəlal oğlunun, İddiaçı2, X1, İddiaçı4, X2, İddiaçı5 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərbəst toplaşmaq azadlığı, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 Mircəlal oğlunun, İddiaçı2, X1, İddiaçı4, X2, İddiaçı5 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2024-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti t ərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4169/2024 saylı qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıların daxil olduğu mitinqin təşkilatçılar qrupu xx.xx.2024-ci il tarixdə “Siyasi məhbuslara azadlıq”, “Seçki islahatları tələb edirik". "Rusiya silahlı qüvvələri Azərbaycandan çıxarılsın”, “Uşaq pulları verilsin, maaşlar, pensiyalar, müavinətlər artırılsın”, “Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalansın”, “Quru sərhədlər açılsın" tələbləri və şüarları ilə mitinqin keçirilməsini planlaşdırdığı barədə xx.xx.2024- ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərmişdir.

2. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Metronun “28 May” və “N.Nərimanov” stansiyalarının qarşısında ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, eyni zamanda nəqliyyatın intensiv hərəkət etdiyi hissələrində yerləşdiyindən həmin məkanlarda toplantının keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaqdır. Göstərilənləri həmçinin müraciətlərinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə planlaşdırdıqları mitinqin keçirilməs i məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar xx.xx.2024-cü il tarixində cavabdehə qarşı “xx.xx.2024-ci il tarixli dinc toplantının keçirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağa qoyulmasının qanunsuz hesab edilməsi, bu qadağa təşkilatçıların Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 11-ci maddəsində təsbit olunmuş sərbəst toplaşma azadlığı pozuntusu kimi tanınması, Bakı şəhər İcra Hakimiyyətinin xəbərdarlıq məktubuna cavab olaraq qəbul edilmiş qərarı deyil, məktub göndərilməsi maddəsində “Sərbəst toplaşmaq azad lığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin pozuntusu kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8762/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia İnzibati Prosessual Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən edilmir. 6. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzər də tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.

7. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşd ırıla bilər.

8. Göründüyü kimi qanunvericilikdə toplantıların keçirilməsi üçün toplantıları təşkil edən şəxslərin müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən toplantının keçirilməsi haqqında xəbərdarlıq etməli olması nəzərdə tutulmuşdur.

9. Bu halda iddiaçının “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən mitinq keçiriləcəyi barədə etdiyi xəbərdarlıqla bağlı cavabdehin hərəkətsizliyi ilə iddiaçının hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki, cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının id dia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4169/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçılar İddiaçı2 və İddiaçı5 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Bakı şəhər icra hakimiyyəti cavab məktubunda dinc mitinqin keçirilməsini “məqsədəuyğun" saymamışdır. Birinci instansiya məhkəməsinin qərardadında bu cavab qadağanedici hərəkət kimi deyil, icra hakimiyyətinin subyektiv mövqeyi qismində qiymətləndirilmiş və hesab etmişdir ki, bununla şəxslərin hüquq və azadlıqlarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası bu n əticə ilə razılaşmışdır. Halbuki toplantının keçirilməsinin "məqsədəuyğun” sayılmaması əslində onun qadağan olunması kimi qiymətləndirilirməlidir.

16. Çünki hüquq-mühafizə orqanları bu cavaba əsaslanaraq toplantının keçirilməsinin qarşısını alır, təşkilatçıları və iştirakçıları həbs edirlər. Məsələn, əvvəlki illərdə müxtəlif tarixlərə, o cümlədən 2022-ci ilin 08 və 20 iyul, 30 sentyabr və digər tarixlərə təyin olunmuş dinc toplantıların keçirilməsi Bakı şəhər icra hakimiyyəti tərəfindən,məqsədənyğun" sayılmamışdır. Həmin toplantıların keçirilməsinə və onlarda iştiraka cəhd etmiş onlarla şəxs həbs olunmuş və hüquqi məsuliyyətə cəlb edilmişlər. Hazırkı iş üzrə iddiaçı olanlar bu təcrübədən məlumatlı olduqlarından planlaşdırdıqları toplantının Bakı şəhər icra hakimiyyəti tərəfindən "məqsəd əuyğun" sayılmamasını əsaslı olaraq onun qadağan edilməsi kimi qiymətləndirmişdilər. Təşəbbüs qrupunun təqdim etdiyi xəbərdarlığa Bakı şəhər icra hakimiyyətinin verdiyi cavabdan göründüyü kimi cavabdeh toplantının keçirilməsi barəре qanunda nəzərdə tutulmuş "xəbərdarlıq” institutunu "icazə" institutu ilə əvəz etmişdir. Halbuki təşkilatçılar tərəfindən icra hakimiyyətinə müraciətin məqsədi icazə almaq yox, keçiriləcək mitinq barəsində onu xəbərdar etmək idi. Çünki belə bir icazənin alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

17. Beləliklə də, təşkilatçıların müraciətinə bu cavab toplantının keçirilməsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağan edilməsi kimi qiymətləndirilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir. Beləliklə də, t əşkilatçıların müraciətinə bu cavab toplantının keçirilməsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qadağan edilməsi kimi qiymətləndirilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin bu qadağası qanunazidd və əsassız hesab edilməlidir.

18. Hətta ehtimal edilsə ki, iddiaçılar iddia növünün seçimində səhvə yol veriblər, bu hal iddianın mümkünsüz sayılması üçün əsas ola bilməzdi. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun (1998-ci il 13 noyabr, № 537-İQ): Maddə

7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictim ai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. İİ. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. İİİ. Bu maddənin İ hissəsində nəzərdə tutul muş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. İV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Maddə

8. Toplantının qadağan edilməsi və ya dayandırılması... V. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər.... 21. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (1998- ci il 13 noyabr, № 14):...

2. Müəyyən edilsin ki: “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin İ və İİ hissələrində, 6-cı maddəsinin İ və İV hissələrində, 8-ci maddəsinin İV, V və Vİ hissələrində, 9-cu maddəsinin İİ hissəsində, İİİ hissəsinin 3-cü bəndində, Vİ və Vİİ hissələrində, 10-cu maddəsində, 13-cü maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini müvafiq rayon və şəhər icra hakimiyyəti orqanları həyata keçirirlər...

22. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının v ə qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellya siya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 26. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarının tələblərindən göründüyü kimi, sərbəst toplaşmaq azadlığı qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər, toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğ un olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər. 27. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin İ və İİ hissələrində, 6-cı maddəsinin İ və İV hissələrində, 8-ci maddəsinin İV, V və Vİ hissələrində, 9-cu maddəsinin İİ hissəsində, İİİ hissəsinin 3-cü bəndində, Vİ və Vİİ hissələrində, 10-cu maddəsində, 13-cü maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini müvafiq rayon və şəhər icra hakimiyyəti orqanları həyata keçirirlər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, c avabdehin məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz. İddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz.

29. Kassasiya şikayətinin dəlilində qeyd edilmişdir ki, cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq məhdudlaşdırılması deyil, qadağan edilməsidir.

30. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mitinqin keçirilməsi ilə bağlı xəbərdarlığa xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Belə ki, cavabdeh cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir.

31. Bununla bağlı n əzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir.

32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin mitinqin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun mitinqin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi təfsir oluna bilməz.

33. Belə ki, cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıqaşkar, hətta dolayısı ilə istinad olunan məktubdan görünmür.

34. Bu baxımdan cavabdehin iradə ifadəsi mitinqin keçirilməsinin qad ağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, bu qərarın 31-ci bəndində qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir.

35. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən mitinq keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin mitinqin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və qadağanedici hərəkət hesab edilə bilməz.

36. Sonda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda §20-22-də istinad olunan normaları baxımından iddianın mümkünlüyü şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-4169/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar