Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-982/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vəzifə maaşına əlavələrin ödənilməsi 15.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşına əlavələrin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2617/2024 nömrəli qərarından cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1997-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2016-cl il tarixdən ehtiyata buraxıldığı xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hisssədə xidmət etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə ona ödənilmiş N faizi arasında olan fərqin, həmçinin Prezident əlavəsi ilə ona ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq ona ödənilməsini xahiş etmişd ir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara əlavələr “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 2727 nömrəli Sərəncamına uyğun ödənilir. Sərəncama əlavə edilən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqada larında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi şərtləri”nə əsasən, hərbi hissələrin yerləşmə yerindən asılı olaraq, hərbi qulluqçulara ödənilən əlavələrin miqdarı fərqləndirilir. Belə ki, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara hərbi xidmət müddətindən asılı olaraq, vəzifə maaşının 35-60 faizi həcmində, işğaldan azad olunmuş digər ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara isə vəzifə maaşının 20-30 faizi həcmində əlavə ödənilir. Müdafiə nazirinin 2021-ci il 2 mart tarixli müvafiq əmrinə uyğun olaraq, Ermənistanla dövlət sərhədində və işğaldan azad olunm uş ərazilərdə post müharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidmətin xüsusiyyətlərini, müvafiq sosialməişət və digər infrastrukturun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara vəzifə maaşının 100 faizi, işğaldan azad olunmuş digər ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara isə vəzifə maaşının N faizi həcmində əlavə ödənilir. Baş gizir İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə 2021-2022-ci illərdə sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində deyil, işğaldan azad olunmuş digər ərazilərdə yerləşdiyindən, həmin hərbi hissənin hərbi qulluqçularına xidmət illərindən asılı olaraq əlavə 20-30 faiz, digər əlavə isə N faiz həcmində müəyyən edilmişdir. Hərbi hissələrin yerləşmə yeri müvafiq idarələr tərəfindən müəyyən edilərək müdafiə nazirinin əmri ilə elan edilir. Ehtiyatda olan baş gizir İddiaçı xidmət iliərindən asılı olaraq, vəzifə maaşının 27,5 faizi, həmçinin N faizi miqdarında digər əlavə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşı nın 100 faizi ilə ona ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavəsi ilə ona ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin sentyabr ayından ehtiyata buraxıldığı xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibinə daxil olan N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissədə zirehli tank təmir tağımının komandiri vəzifəsində xidmət edərkən 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə onun xidmət keçdiyi N nömrəli hərbi hissə daimi dislokasiya yerinə - Laçın rayonunun Hüsülü kəndinə köçürülmüşdür. 44 günlük Vətən müharibəsi başa çatd ıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi qaydaları müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 273 nömrəli əmri ilə müəyyən edilmişdir. Hərbi xidmət müddətinə görə (20 ildən yuxarı xidmət etdiyinə görə) ona Prezident əlavəsi vəzifə maaşının 55 f aizi həcmində ödənilməli olduğu halda, bu əlavə yalnız 27 faiz miqdarında ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının vəzifə maaşları 100 faiz həcmində artırılmışdır. Lakin onun vəzifə maaşı 100 faiz həcmində yox, N faiz həcmində artırılmışdır.
6. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 03 aprel 2024-cü il tarixli, 21(112)-2455/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikası Prezi dentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə İddiaçı ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavəsi ilə İddiaçı ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə xx.xx.2021-ci ildə Laçın rayonu Hüsülü kəndinə köçürülmüşdür. “Hərbi qulluqçuların aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam xx.xx.2021ci il tarixdə qəbul edilmişdir. Müdafiə nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən, Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə postmüharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidməti xüsusiyyətlərini, müvafiq sosialməişət və digər infrastrukturun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, həmin ərazidə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir (100 faiz və N faiz). Qeyd olunmuş əmrin “işğaldan azad olunmuş və infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət edən hərbi qulluqçuların vəzifə maaşının N faizi həcmində müddətli aylıq əlavə edilsin” bəndinə 17 sentyabr 2021-ci il tarixdə dəyişikliklər edilərək, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə (maddi-texniki təminat üzrə) daxil edilmişdir. Əmrin məzmunundan göründüyü kimi, əlavələr ödənilərkən bir sıra təhdidlər, həmçini n xidməti xüsusiyyətləri, müvafiq sosialməişət və digər infrastrukturun olmaması səbəbi, qulluq şəraitinin mürəkkəbliyi də nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamının 2.3-cü və 3-cü bəndinə uyğun olaraq bu ödənişlərin say tərkibi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Yuxarıda yazılanları nəzərə alaraq, N nömrəli hərbi hissənin (maddi-texniki təminat üzrə) hərbi qulluqçularına Azərbaycan Respublikası müdafiə nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N faizi həcmində müddətli aylıq və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr edilmişdir. İddiaçı tələbində Fərmanın qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən ehtiyata buraxıldığı tarixədək həmin əlavələrin ödənilməsini tələb edir. Lakin göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə xx.xx.2021-ci il tarixdə Laçın rayonu Hüsülü kəndinə köçmüş, müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə isə, həmin hərbi hissə N faiz həcmində müddətli aylıq əlavə edilən və xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr müəyyən edilən hərbi hissələr sırasına daxil edilmişdir. Belə olan halda, iddia tələbi yalnız iddiaçının xidmət etdiyi hərbi hissənin Laçın rayonu Hüsülü kəndin ə köçürüldüyü xx.xx.2021-ci il tarixdən, müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmrinin verildiyi dövrə qədər əsaslıdır. Həmin əmrdən sonra isə iddiaçıya qeyd edilən ələvələrin ödənilməsi əsaslı sayıla bilməz.
9. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayəti vermişlər.
10. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkünsüz sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruc zadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 04 dekabr 2024cü il tarixli, 2-1(103)-2617/2024 nömrəli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayəti vermişlər.
15. İddiaçı kassasiya şikayətində qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Cavabdeh kassasiya şikayətində qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə dair etirazın və onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hes ab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər fo rmal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayətləri mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı in stansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə, cavabdehin kassasiya şikayətinin dəlilləri isə iddia tələbinə dair etirazın və onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya vəzifə maaşına əlavələrin qismən ödənilməsi ilə bağlı lazımi qaydada araşdırma aparıb düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənl ərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2617/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.