Məhkəmə qərarları › İş №2-1(102)-986/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-986/2025

24.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-986/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı ı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)201/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində vətəndaş X3 məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli Sabunçu Rayon İcra Hakimiyyəti başçısının H-44 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən təsdiq edilmişdir.

2. AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən X6 və X5 müvafiq olaraq hər birinin ½ hissədə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsini iddiaçıya satmışlar.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.05 ha, torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” olan, torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində **********80 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

4. İddiaçı tərəfindən həmin torpaq sahəsində iki mərtəbəli + mansardalı yaşayış evi inşa edilmişdir.

5. İddiaçı cavabdehə müraciət edər ək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin bir hissəsi qaz kəməri və dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Həmçinin ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığından fərdi yaşayış evi sənəd üzrə torpaq sahəsindən kənarda, digər şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin bir hissəsində yerləşir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman bağ evinin təmir-tikinti işlərinin tam başa çatdırılmadığı aşkar olunmuşdur. Ə lavə olaraq, torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano v qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 500 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək üçün qanunvericiliyə uyğun olaraq məlumatlandırma icraatı qaydasında razılaşdırmaq üçün tələb olunan sənədlərlə birlikdə Sabunçu rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2015-ci il tarixli, 71-44 saylı fərdi yaşayış evinin layihəsini təsdiq edərək, məlumatlandırma icraatı qaydasında inşasına razılıq vermişdir. Bundan sonra o, layihəyə uyğun fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Daha sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim et mişdir. Ancaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********19 saylı məktubla qanunvericiliyə uyğun olmayan bir sıra əsas göstərməklə dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. İmtina məktubu ünvana çatmadığı üçün geri qayıtmış və tərəfindən xx.xx.2022-ci il tarixdə İdarədən rəsmi olaraq qəbul edilmişdir. İmtina məktubunda fərdi yaşayış evinin qaz və dəmir yol xəttinin mühafizə zonalarında olduğu qeyd olunmuş, eyni zamanda torpaq sahəsində sürüşmə olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri'’ Qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabin etinin xx.xx.2005-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya- mühafızə zonası üçün torpaqayırma Normaları"na istinad edilmişdir. Bildirir ki, imtina üçün göstərilən əsaslar tamamilə qanunvericiliyə ziddir. Belə ki, məktubda göstərilən qaz kəmərlərinin mühafizə zolağı yüksək təzyiqli qaz kəmərləri üçün nəzərdə tutulmuşdur. Yaşayış məntəqəsində yüksək təzyiqli qaz kəmərlərinin olması texniki və təhlükəsizlik baxımından mümkün deyildir. Yaşayış məntəqələrində olan qaz kəmərlərinin mühafizə zolağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 5 saylı əlavəsində göstərilmişdir. Dəmir yolunun və avtomobil yolunu mühafizə zolağı isə yaşayış məntəqələrində tətbiq olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 saylı Qərarı ilə təsdiq edilmiş Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları" və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları" isə dəmir yol xətti çəkilməsi üçün torpaq sahəsini ayrılması qaydalarını müəyyən edir. Digər səbəb torpaq sahəsinin sürüşməsi göstərilmişdir. Guya tikintinin bir hissəsi digər şəxsə aid torpaqda yerləşir. Bildirir ki, ona məxsus fərdi yaşayış evinin hər iki t ərəfində (sağ və sol) fərdi yaşayış evi əvvəldən mövcuddur və ara məsafələri 4-5 metr təşkil edir.

9. Cavabdeh imtina məktubuna uyğun yazılı etiraz verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3816/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: - Cavabdeh tərəfindən fərdi yaşayış evinin özəlləşdirilməsi zamanı fərdi yaşayış evinin bir hissəsinin qaz kəməri və dəmir yolu xəttinin mühafizə zonasında yerləşməsinə istinad edilsə də, torpaq sahəsini iddiaçının, hətta iddiaçıdan əvvəlki mülkiyyətçilərin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydiyyata almış və qeydiyyata alma zamanı hər-hansı belə bir dəlil irəli sürməmişdir. - Torpaq sahəsinə dair verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda torpaq sahəsinin təyinatı “Yaşayış məntəqəsini torpaqları” göstərilmiş, cavabdeh tərəfindən torpaq sahəsinə dair plan-ölçü sənədi də, təqdim edilmişdir. - İddiaçıya məxsus fərdi yaşayış evinin “Google Earth”-dən çıxarışdan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə eyni cərgədə, fərdi yaşayış evinin sağında və solunda fərdi yaşay ış evləri inşa edilmişdir. Cavabdehin özünün də, təsdiq etdiyi kimi, iddiaçının qonşuluğunda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdehin sözügedən əsaslarla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. - İnzibati orqan tərəfindən mühafizə zonasında iddiaçıya torpaq sahəsi ayrılsa belə, həmin səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. - Məhkəmə araşdırması zamanı fərdi yaşayış evinin təmir-tikinti işlərinin başa çatdırılması, iddiaçı ilə qonşuluğunda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X2 arasında mübahisənin olması müəyyən edilməmişdir. - İş materiallarında olan cavabdeh tərəfindən təqdim e dilmiş “Google Earth”-dən çıxarışa əsasən iddiaçının qonşuluğunda yerləşən fərdi yaşayış evlərinin hər biri tərəfindən ayrılıqda hasarlanma işlərinin aparılması müəyyən edilmişdir. - Cavabdeh tərəfindən torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə istinad edilsə də, qüvvədə olan qanunvericilik normalarında ipoteka ilə yüklü edilmiş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını qadağan edən hər hansı bir norma nəzərdə tutulmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(103)-201/2024 nömrəli qərarı il ə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən aşağıdakıları qeyd etmişdir: - Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ortofoto görüntüdən görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi qeyd edilən çıxarış üzrə torpaq sahəsindən kənarda, X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaş ayış evinin torpaq sahəsinin bir hissəsində yerləşir. - iddiaçı ekspertizanın aparılması üçün tələb olunan xərci (mütəxəssis rəyinin verilməsi üçün tələb olunan 95 manatı) ödəmədiyindən və bununla da dolayısıyla ekspertizanın keçirilməsinə mane olduğundan məhkəmə ekspert qarşısından qoyulmuş müəyyən edilməli olan faktların, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həmin çıxarış üzrə torpaq sahəsindən kənara çıxması, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qeyd edilən çıxarış üzrə torpaq sahəsindən kənarda, o cümlədən X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşməsi, həmçinin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz kəməri və dəmir yol xəttinin mühafizə zonasında yerləşməsi hallarının mövcudluğunu təsdiq olunmuş hesab etmişdir. - mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi üzərində hazırda iddiaçının mülkiyyət, istifadə və ya icarə hüquqları mövcud olmaması iş materialları ilə təsdiqini tapdığından, tikiliyə dair hissəvi çıxarışın verilməsi mümkün olmadığından, bundan əlavə iş üzrə hüquqmüəyyənedici sənəd qismində tələb olunan- sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd məhkəmə araşdırmaları zamanı təqdim edilmə diyindən iddiaçının müraciətinə məhz bu əsaslarla imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

15. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.10.2, 10.2, 12.1, 15-ci, “İnzibati icraat haqqında” Qanunun 2.0.6, 15.1, 15.2, 24.1ci maddələrinə istinad etmişdir.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsi ilə eynilik təşkil edir. Əlavə olaraq, iddiaçı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” A zərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməmin 3.0.29-cu maddəsinə istinad edərək qeyd edir ki, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olm alıdır. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərba ycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İşdən görünür ki, iddiaçının hüquqi marağı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə yönəlmişdir.

29. Hazırkı qərarın 20-ci bəndində qeyd olunan maddi hüquq normasının tələblərinə əsasən məlumatlandı rma icraatının tətbiq edildiyi tikinti obyektlərinin qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəddir.

30. Göründüyü kimi, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektinin qeydiyyata alınması üçün mütləq şərtlərdən biri hüquqmüəyyənedici sənəd qismində tələb olunan- sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədin təqdim edil məsidir. Lakin hazırkı halda işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, belə bir sənədin təqdim edilməsi müəyyən olunmur, iddiaçı da bununla bağlı heç bir sənəd-sübut təqdim etməmişdir.

31. Digər tərəfdən cavabdehin imtinasının dəlillərindən biri ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığından fərdi yaşayış evi sənəd üzrə torpaq sahəsindən kənarda, digər şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin bir hissəsində yerləşməsi olmuşdur ki, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ortofoto görüntüdən də görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 500 kv.m torpaq sahə sində inşa edilmiş fərdi yaşayış evi qeyd edilən çıxarış üzrə torpaq sahəsindən kənarda, X1 adına qeydiyyata alınmış **********61-10301 reyestr nömrəli Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 168C saylı fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsində yerləşir.

32. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının müraciətinə məhz yuxarıdakı əsaslarla imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstəril ənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 21(103)-201/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar