Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-994/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4092/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı yoxlanılan dövrdə meşə materiallarının, tikinti materiallarının və sanitartexniki avadanlıqların topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur.
2. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral yoxlama zamanı cavabdeh tərəfindən bəyan edilməli vergi məbləğinin 286.992,28 manat müəyyən edildiyi halda, iddiaçı tərəfindən bəyannamədə 174.792,28 manat vergi məbləğinin hesablandığı müəyyən olunmuş və nəticədə iddiaçıya 112.200 manat məbləğində əlavə verginin hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərar qəbul edilmişdir. İddiaçının 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000 manat gəlir əldə etməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərməsi cavabdeh vergidən yayınma halı kimi qiymətləndirilmişdir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərarına əsasən, iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əmə l edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
4. Həmin akta əsasən, yoxlama nəticəsində iddiaçı tərəfindən 2017-2019-cu illər üzrə mənfəət vergisinin ümumilikdə 1.599.436,21 (546.723,20+603.920,08+448.792,93) manat azaldılması, 2017-2019-cu illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 2.017.948,55 (748.017,25+1.054.309,24+215.622,06) manat azaldılması, eləcə də 791.754,55 (0+632.775,33+158.979,22) manat artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, iddiaçıya mənfəət vergisinin bəyannamədə göstərilən məbləğin in, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1.599.436,21 manat azaldılmasına görə 50% miqdarında, yəni 799.718,11 manat; ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2.017.948,55 manat azaldılmasına görə 50% miqdarında, yəni 1.008.974,275 manat, həmçinin nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə 6.184.998 manat məbləğində əməliyyatın 10 faizi miqdarında, yəni 618.499,8 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
5. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli q ərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. (Cəmi əlavə hesablanan vergi: 2 825 630,21 manat, cəmi hesablanan maliyyə sanksiyası: 2 427 192,19 manat) İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********329300 nömrəli qərarın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********140954 nömrəli qərarın: 2017-ci il üzrə 546723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546723,20 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 273361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603920,08 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 301960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448792,93 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 224396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748017,25 manat ƏDV-nin azaldılmasına görə 748017,25 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 374008,63 manat maliy yə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1054309,24 manat ƏDV-nin azaldılmasına görə, 1054309,24 manat əlavə hesablama aparılması, VM-in 58.1-ci maddəsinə əsasən 527154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-in 58.1ci maddəsinə əsasən 107811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə, 3617384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2427192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta, i şsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərarına əsasən, kameral qaydada iddiaçıya əsassız olaraq 2019-cu il üzrə 112200 manat mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq göstərilmişdir ki, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş DTA 01 ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561000 manat gəlir əldə edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Halbuki, iddiaçıya xx.xx.2019-cu il tarixində 100052,11 avro və xx.xx.2019-cu il tarixində isə 31242,48 avro bonus köçürülmüşdür. Göründüyü kimi, iddiaçının bonus gəliri 5 61000 manat deyil, 242895 manat olmuşdur. Bundan əlavə, cavabdehin xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərarına əsasən, iddiaçı tərəfindən 2017 - 2019-cu illər (ƏDV üzrə fevral 2017 - dekabr 2019) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl olunması vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin aktda yoxlamanın Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixli, VN 00784, VN 000819 nömrəli "xxxx" protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və iddiaçının Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldığı göstərilmiş və ƏDV-yə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV-yə 0% ilə cəlb edilən əməliyyatlar 1039359,24 manat, əvəzləşdirilən ƏDV 9562029,16 manat, büdcədən 791754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1008974,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Lakin göstərilən hesabların mənbəyi, əsası, açıqlaması verilməmişdir. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan ******* manat əməliyyatın 10 faizi miqdarında, yəni 618499,8 manat maliyyə sanksiyası ilə bağlı isə hansı nağd əməliyyatlara istinad edilməsi göstərilməmişdir. İddiaçı hesab edir ki, həmin yoxlama aktı əsasında hesablanmış vergilər əsassızdır.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması zamanı, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561000 manat gəlir əldə edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində (217.2-ci sətir) Azərbaycan Respublikasının hüdudlarından kənarda 0 manat gəlir göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktublarının, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mənfəət vergisi üzrə 2019-cu il üçün iddiaçıya 112200 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərar göndərilmişdir. xx.xx.2020-ci il tarixli, **********197997 nömrəli qərara əsasən, iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixl i VN 00784, VN 000819 nömrəli "xxxx" protokollara əsasən iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparılmışdır. Yoxlanılan dövr ərzində iddiaçının vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən onun ƏDV-yə cəlb olunan əməliyyatları 55862922,08 manat, ƏDV-yə 0% ilə cəlb olunan əməliyyatları 1202043,11 manat, əvəzləşdirilən ƏDV 9563373,51 manat, büdcəyə çatan ƏDV 491952,46 manat olmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV-yə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV-yə 0% ilə cəlb edilən əməliyyatlar 1039359,24 manat, əvəzləşdirilən ƏDV 9562029,16 manat, büdcəyə hesablanan ƏDV 1718146,50 manat olmuşdur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə ******* manat, büdcədən 791754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1008974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) iddiaçının gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16157547,11 manat, xərclər 15390442,97 manat, vergiyə cəlb olunan mənfəət 767104,14 manat, mənfəət vergisi 153420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19449814,39 manat, xərclər 18836103,37 manat, vergiyə cəlb olunan mənfəət 613711,02 manat, mənfəə t vergisi 122742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21468160,58 manat, xərclər 20594199,17 manat, vergiyə cəlb olunan mənfəət 873961,41 manat, mənfəət vergisi 174792,28 manat olmuşdur. Vergi orqanı tərəfindən kameral qaydada iddiaçının gəliri 561000 manat artırılmış və nəticədə ümumi olaraq 286992,28 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi, iddiaçının 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 3500720,17 manat, mənfəət vergisi 700144,03 manat, 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 3633311,41 manat, mənfəət vergisi 726662,28 manat və 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəəti 3678926,05 manat, mənfəət vergisi isə 735785,21 manat müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, yoxlama nəticəsində ümumilikdə 1599436,21 manat mənfəət vergisinin aza ldılması müəyyən edilmiş və 799718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci ildə alınmış 11600 manat (ƏDV-siz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilmişdir. Bundan başqa, kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561000 manat (Respublika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246473,93 manat göstərilmişdir. Yoxlama zamanı iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (“qara mühasibatlıq”) əsasında ******* manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10% miqdarında, yəni 618499,9 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdeh qeyd olunanlar nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/1996 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrə aid vergilər (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618499,8 manat məbləğində maliyyə sanksiyası üzrə əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda göstərilənlərin də düzgünlüyü müəyyən olunmadı. Həmçinin, iddiaçı tərəfindən yoxlanıla n dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla iddiaçının 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında əlavə hesablanmış mənfəət vergisinin və ƏDV-nin azaldılması, 618499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunmur.
10. Bakı İnzibati Məhkəməsinin 7 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 nömrəli qərarı ilə (hakim: N.Abıyev) iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı 2017-ci il üzrə 546723,20 manat mənfəət vergisinin azaldılmasına gö rə 546723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748017,25 manat ƏDV-nin azaldılmasına görə 748017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1054309,24 manat ƏDV-nin azaldılmasına görə, 1054309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019cu il üzrə 215622,06 manat ƏDV-nin azaldılmasına görə 215622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3617384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2427192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə, iddiaçı vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. İddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur.
12. Ca vabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərarının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarının ləğv edilməsi xahiş edilmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin şikayətinin dəlilləri, habelə, səyyar vergi yoxlaması ilə iddiaçı ya əlavə hesablanmış vergilərin və tətbiq olunmuş maliyyə sanksiyalarının elektron daşıyıcıda olan “qara mühasibatlıq” məlumatları əsasında hesablandığı nəzərə alınaraq, birinci instansiya məhkəməsinə verilmiş ekspert rəyinin aydın olmadığına, elektron daşıyıcıda mövcud olan “qara mühasibatlıq” məlumatlarına əsasən hesablanmış vergilərin nə dərəcədə həqiqəti əks etdirdiyinə və yoxlamanın nəticələrinin düzgünlüyünə aydınlıq gətirilməsi üçün iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə ilkin ekspert rəyində göstərilən ifadə tərzinə uyğun xx.xx.2022-ci il tarixli ekspert rəyi verilmişdir.
16. İş üçün əhəmiyyət kəsb edən sualların tam aydın olmadığı və cavabdeh tərəfindən də “qara müha sibatlığa dair” əlavə materiallar təqdim edildiyi nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yenidən məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “Ekspertizaya təqdim olunmuş iddiaçıya aid kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək olan vergi dövrləri üzrə hesablanıb dövlət büdcəsinə ödənilməli mənfəət vergisi və əlavə dəyər vergisinin məbləğləri nə qədər təşkil edir?
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2527 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya aid kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrləri üzrə hesablanma aparılması vergilərin hesablanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yoxlama ilə əlavə hesablanmış vergilərin (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618499,8 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanmadığı müəyyən olunur. Eyni zamanda, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarda da göstərilənlərin düzgünlüyü müəyyən olunmadı. Həmçinin, iddiaçı tərəfindən yoxlanılan d övr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla müəssisənin 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında göstərilən əlavə hesablanmış mənfəət vergisinin, ƏDV-nin azaldılması və 618499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunmur. Həmçinin, müəssisənin özünün hesabladığı və vergi orqanına təqdim edilmiş mənfəət vergisi üzrə sonuncu bəyannamə məlumatları 2017-ci il üzrə 153420,83 manat, 2018-ci il üzrə 122663,13 manat, 2019-cu il üzrə 174792,28 manat, ümumilikdə 450876,24 manat təşkil edir. Müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə hesablanıb dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisinin məbləğləri üzrə açıqlama aşağıdakı kimi olmuşdur: 2017-ci il ƏDV vergisi üzrə 74 8017,25 manat, 2018-ci il ƏDV vergisi üzrə 1054309,24 manat, 2019-cu il ƏDV vergisi üzrə 215622,06 manat əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarı ilə (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Həmid Həmidov və Xəyalə Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli “Vergi ödəyicisinin ver gi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin “qara mühasibatlıqla” bağlı mübahisələndirilən hallarına aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verə bilməmiş, həm də iddiaçının ikinci tələbi, mənası baxımından həmin qərarın tam ləğvini ehtiva etdiyi halda, iddiaçıya həmin hissədə İPM-in 13-cü maddəsinə uyğun olaraq xidməti vəzifəsindən irəli gələrək, tələbini sadə ifadə tərzində dəqiqləşdirilməsində yardımçı olmamışdır.
20. Məhkəmə kollegiyası iş üzrə xx.xx.2022-ci il tarixli ekspert rəyindəki xx.xx.2020ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının he sablanması barədə” qərarda göstərilənlərin düzgünlüyünün müəyyən olunmaması barədə nəticə ilə razılaşmır. Çünki, ekspert gəldiyi bu nəticəni qətiyyən əsaslandırmamışdır. Cavabdehin həmin qərarı ilə bağlı aparılan məhkəmə tədqiqatının halları ilə sübuta yetirilir ki, həmin qərarla iddiaçıya 2019-cu ilin hesabat dövrü üçün hesablanmalı olan mənfəət vergisi 112.200 manat məbləğində deyil, 62.905,21 manat məbləğində təşkil edir. Yəni 62905,21 manat məbləğində hissənin əsassız olduğu sübuta yetirilmişdir. Belə ki, səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktının 13/25 nömrəli vərəqindən görünür ki, həmin aktda 2019-cu ilin yekunu üzrə artırılmış olan respublika hüdudlarından kənarda əldə edilən gəlirin 561.000 manat hə cmində düzəliş edilərək 246.473,93 manat gəlir əldə olunduğu göstərilmişdir. Cavabdehin hazırkı apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, kameral yoxlama ilə müəyyən olunan gəlir məbləğinə səyyar vergi yoxlaması ilə düzəliş olunmuşdur. Halbuki, Vergi Məcəlləsinin 105.1.1-ci maddəsinə əsasən, 20 faiz dərəcəsi ilə hesablama aparıldıqda 561.000 manatdan hesablanan mənfəət vergisi 112.200 manat təşkil etdiyi halda, 246.473,93 manat məbləğində gəlirdən hesablanan mənfəət vergisi 49.294,79 manat təşkil edir. Yəni iddiaçıya əsassız olaraq 62.905,21 manat əlavə mənfəət vergisi hesablanmış olur. Beləliklə də, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış 112.200 manat mənfəət ve rgisinin 62.905,21 manat məbləğində hissəsinin əsassız hesablandığı sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin hissədə iş materialları hərtərəfli araşıdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, həmin sübutlarla müəyyən edilən hallar üzrə düzgün nəticəyə gəlinməmişdir.
21. İddia tələbinin xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli **********198097 səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına və xx.xx.2020-ci il tarixli "xxxx" protokollara ə sasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin vergi orqanında olan baza məlumatlarına əsasən aparılmışdır. xx.xx.2022-ci il tarixli ekspert rəyində ekspert, “qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyri-müəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu üzündən həmin məlumatlara əsasən vergiləri hesablaya bilməmişdir. Məhkəmə kollegiyası faktlar nöqteyi- nəzərindən ekspertin ona təqdim olunmuş qara mühasibatlığa dair elektron daşıyıcıda olan məlumatlara əsasən iddiaçının vergi öhdəliyini dəqiqliyi ilə müəyyən etməsini əslində mümkün də hesab etmir. Belə ki, vergi orqanı tərəfindən hesablanmış həmin vergilərin düzgünlüyü elektron daşıyıcıdakı fayllarda olan cədvəldəki kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələri, o cümlədən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun.
22. Qanunvericiliyin tələbinə görə, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi və s. vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablan mışdır, həmin məlumatların doğruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz vergi orqanının öz üzərinə düşür. İş materiallarında olan "xxxx" protokol müəssisənin rəhbərinin (X4) iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında müəssisədən götürülən elektron daşıyıcıların hansı məlumatları özündə əks etdirməsi, hansı mənbədə işlənildiyi və haradan çıxarıldığı həmin prosesdə iştirak edən müəssisə rəhbərinin diqqətinə çatdırılmamışdır. Yuxarıda qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir.
23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin his sədə iddianın təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(102)-44/2023 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov /məruzəçi/, K.Bədəlov və N.Rəsulbəyova) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyində ekspert onun qarşısında qoyulmuş suala cavab verməkdən, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, “qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyri-müəyyənl iyi, ilkin mənbə məlumatlarının yoxluğu” səbəbi ilə deyil, “kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən hesablamanın qanunvericilikdə nəzərdə tutulmaması” məzmununda hüquqi mövqedən çıxış etməklə imtina etmişdir. Qoyulan sual üzrə tədqiqatın aparılmasının faktlar nöqteyi-nəzərindən mümkünsüzlüyünə dair qənaət isə apellyasiya instansiyası məhkəməsinin özünün subyektiv mülahizələrinə əsaslanır.
26. İddiaçıdan götürüldüyü müvafiq protokolda təsbit olunan “qara mühasibatlıq” sənədlərinin mənbəyi və ya mənsubiyyəti, buradan, vergi ödəyicisi tərəfindən özünün maliyyə-təsərrüfat fəaliyyətində ikili mühasibatlıq tətbiq etdiyi mübahisəsiz olduğu halda, həmin sənədlərdəki məlumatlara münasibətdə cavabdehin dəlilləri, o cümlədən, VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən təmin olunmamasının səbəbləri araşdırma predmeti olmayıb.
27. Digər tərəfdən, əgər apellyasiya instansiyası məhkəməsi inzibati orqanın qərarının qanunsuzluğunu icraat qaydalarının inzibati orqan tərəfindən pozulması ilə (işin hallarının tam və hərtərəfli araşdırılmaması və s.) əlaqələndirirsə, bu halda, İPM-in 70.1-ci maddəsinin tələbini nəzərə almalı idi. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. B axılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamışdır. Bunun üçün isə hazırkı işin xüsusiyyətləri və cavabdehin dəlilləri nəzərə alınmaqla, VM-in 16.1.3, 130.1 v ə 130.2ci maddələrinin tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunub-olunmadığı, cavab mənfi olduqda, bunun səbəbləri araşdırılmalı idi. Çünki, vergi orqanının əlavə araşdırma aparıb-aparmamasından asılı olmayaraq, həmin normaların tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunmadığı, bu səbəbdən də vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığı aşkardırsa, deməli, vergi orqanı ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən, VM-in 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanmaqla, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda isə, həmin mənfəəti (gəliri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ ə ldə edir. Bu hüququn VM-in tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyi isə sonrakı araşdırmanın predmetidir və hüququn yaranma əsasına təsir etmir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
28. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, ikili mühasibatlığa dair iddiaçıda heç bir sənəd mövcud olmamışdır. Operativ vergi yoxlaması zamanı ofisdəki noutbuklardan sənədlər götürüblər, lakin həmin sənədlərin iddiaçıya aidiyyəti nə istintaqda, nə də ekspertizada müəyyən olunmamışdır. İddiaçıya aid heç bir disk olmayıb. Həmin sənədlərin iddiaçıya, onun sahibkarlıq fəaliyyətinə aidiyyəti yoxdur. Həmin sənədlərlə məhkəmədə tanış olmuşlar.
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(1 03)-2013/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, K.Əkbərov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının birinci tələbindən göründüyü kimi, o, cavabdehin xx.xx.2 020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvini tələb edir. İddiaçının 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş (DTA 01) ərizələrinə əsasən cavabdeh kameral qaydada gəliri 561000 manat müəyyən etmiş və nəticədə ümumi olaraq 286992,28 manat mənfəət vergisi hesablamışdır. xx.xx.2020-ci il tarixli, **********198097 nömrəli səyyar vergi yoxlaması aktının 13/25 nömrəli vərəqindən görünür ki, həmin aktda 2019-cu ilin yekunu üzrə artırılmış olan respublika hüdudlarından kənarda əldə edilən gəlirin 561000 manat həcmində düzəliş edilərək 246473,93 manat gəlir əldə olunduğu göstərilmişdir. Vergi Məcəlləsinin 105.1.1-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə hesablama aparıldıqda 561000 manatdan hesablanan mənfəət vergisi 112200 manat təşkil etdiyi halda, 246473,93 manat məbləğində gəlirdən hesablanan mənfəət vergisi 49294,79 manat təşkil edir. Yəni iddiaçıya əsassız olaraq 62905,21 manat əlavə mənfəət vergisi hesablanmış olur. Beləliklə də, xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə hesablanmış 112200 manat mənfəət vergisinin 62905,21 manat məbləğində hissəsinin əsassız hesablandığı sübuta yetirilir.
31. İddiaçının ikinci tələbindən göründüyü kimi, o, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2017-xx.xx.2019-cu illərin fəaliyyət dövrü üzrə müəssisədə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********140954 nömrəli “Ve rgi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsini tələb edir. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına və xx.xx.2020-ci il tarixli "xxxx" protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin vergi orqanında olan baza məlumatlarına əsasən aparılmışdır.
32. İkinci apellyasiya baxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə xx.xx.2023-cü il tarixli qərarında göstərilənlər baxımından araşdırma zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) verilən suallara cavabında bildirmişdir ki, ikili mühasibat lığa dair iddiaçıda heç bir sənəd mövcud olmamışdır. Operativ vergi yoxlaması zamanı bildirilir ki, ofisdəki noutbuklardan sənədlər götürüblər, lakin həmin sənədlərin iddiaçıya aidiyyəti nə istintaqda, nə də ekspertizada müəyyən olunmamışdır. İddiaçıya aid heç bir disk olmayıb. Həmin sənədlərin iddiaçıya, onun sahibkarlıq fəaliyyətinə aidiyyəti yoxdur. Həmin sənədlərlə məhkəmədə tanış olmuşlar.
33. Qanunvericiliyin tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s. vergilər) ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyən olduğundan iddiaçının sahibkarlıq fəaliyyətinə aid etmək mümkün olmur. Ən azından, həmin məlumatları formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanuniliyi təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil.
34. Məhkəmə kollegiyası qeyd edir ki, elektron daşıyıcıda təsbit olunan məlumatların iddiaçıya aid edilməsi, bununla yanaşı, həmin məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir. Belə ki, İPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcu dluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.
35. Bu, onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işi n hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
36. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötə bər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).
37. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsində ikinci icraat
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Kərimov /məruzəçi/, A.Hüseyn və R.Nəbizadə) 28 avqust 2024-cü il tarixli, 2-1(102)840/2024 nömrəli qəra rı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı qismən, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********140954 nömrəli qərarın ləğv edilməsi hissəsində ləğv edilmiş, iş qeyd edilən hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
39. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraat ında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.
40. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aşağıdakı aidiyyə t, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər.
41. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir.
42. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əm əliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.
43. Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir.
44. Hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi cavabdeh tərəfindən vergilərin hesablanması zamanı istifadə olunmuş “qara mühasibatlıq” sənədlərini yuxarıda qeyd olunan tələblər baxımından yoxlamamış, bununla bağlı müvafiq qaydada araşdırma aparmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
45. Apellyasiya baxışı zamanı cavabdehə xx.xx.2024-cü il tarixli sorğu verilmişdir. Həmin sorğuya əsasə n:
1. Elektron daşıyıcı vasitəsi ilə götürülmüş məlumatların hansı formada emal edilməsi (yəni həmin məlumatların iddiaçının və mütəxəssisin iştirakı ilə götürülməsi);
2. Emal edilmiş cədvəlin iddiaçıya məxsus olub-olmaması;
3. Emal edilmiş cədvəlin cavabdeh təşkilat tərəfindən olduğu kimi götürülməsi yoxsa götürüldükdən sonra Vergi Xidməti tərəfindən icmallaşdırılması (yəni ilkin formanın götürülərək sonradan cədvəl formasına salınması);
4. Məlumatların götürüldüyü notebookların kimə məxsus olması;
5. Cədvəldə göstərilmiş malların iddiaçının fəaliyyətinə uyğun olub-olmaması;
6. Cədvəldə göstərilmiş əşyaların çeşidləri (adları) barədə məlumatların qısa müddət ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.
46. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə sorğuya cavab olaraq bild irilmişdir ki, xx.xx.2020-ci il tarixli **********197997 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərara əsasən təyin edilmiş yoxlama, Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlara, Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141279 və **********1277 saylı "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarları ilə xx.xx.2020-ci il tarixli VN 00784 və VN 000819 saylı "xxxx" protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlara əsasən aparılmışdır. Elektron daşıyıcı olan məlumatlar müəssisənin rəhbəri Əmirova Ruziyyə və hüquqşünası Vəkil1 şəxsən iştirakı ilə götürülmüş və sonuncular protokollara imza etməklə sənədlərin birbaşa olaraq cəmiyyətə aid olduğunu imzaları ilə təsd iq etmiş və həmin hal mübahisələndirilməmişdirlər.
47. Eyni zamanda cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə sorğuya əlavə olaraq məlumat daxil olmuş və bildirilmişdir ki, Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141279 və **********1277 saylı "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarları ilə xx.xx.2020-ci il tarixli VN 00784 və VN 000819 saylı "xxxx" protokollara əsasən müəssisədən götürülmüş Apple markalı noutbukdan Toshiba markalı hard disk vasitəsi ilə 1.7 mb həcimdə elektron qaydada satış və sifarişlər barədə məlumatlar götürülmüş və həmin notobuk və daxilində olan məlumatlar götürülərkən iddiaçıdan başqa kimsəyə məxsus olması mübahisələndirilməmiş və müəssisənin rəhbəri Əmirova Ruziyyə hüquqşünası Vəkil1 şəxsə n iştirakı imzası ilə götürülmüşdür. Həmçinin operativ vergi nəzarəti zamanı elektron daşıyıcıdan əlavə kağız daşıyıcıda götürülən və tərtib edilən sənədlərdən (akt əlavə olunur) aydın olur ki, götürülən sənədlər iddiaçının fəaliyyəti ilə bağlı olmuşdur.
48. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4092/2024 nömrəli qərarı ilə (hakimlər: C.Məmmədov /sədrlik edən və məruzəçi/, N.Nəbizadə və M.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı ləğv edilmişdir.
49. Apellyasi ya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci ildə sənədlərin götürülməsi haqqında iki eyni məzmunlu qərarlar qəbul edilmiş və hər iki qərara 5 dəqiqə intervalı ilə protokol tərtib edilmişdir. Qeyd olunan protokolların birində sənədlərin və “Toshiba” markalı 178,08 həcmində elektron yaddaş qutusu, digərində isə “Apple” markalı kompüterin götürülməsi qeyd olunmuşdur. Məhkəmədə qeyd olunan halın araşdırılması zamanı cavabdeh təşkilatın nümayəndəsi götürülən əşyaların bir qisminin anbardan, digərinin isə iş otağından götürülməsini izah etməyə çalışsa da, məhkəmə bu arqumenti əsaslı hesab etməmişdir.
50. Digər tərəfdən məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, komputerdən və yaddaş qutusundan götürülmüş məlumatlar iddiaçının iştirakı ilə təhlil ed ilməmiş, yəni götürmə tədbiri həyata keçirildikdən sonra iddiaçı götürülmüş məlumatlarla tanış edilməmişdir. Əksinə iddiaçının məhkəməyə təqdim etdiyi görüşə dəvət barədə ərizədən görünür ki, iddiaçı gömrük bəyannamələri əsasında aparılmış əvəzləşmələr üzrə yaranmış kənarlaşmalar ilə əlaqədar xx.xx.2020-ci ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan bəlli olmuşdur ki, kompüterdən və ya yaddaş qutusundan götürülməsi iddia edilən məlumatlara iddiaçının iştirakı ilə baxış keçirilməyib. Bu isə qara mühasibatlıq adlandırılan məlumatların qeyd olunan kompüterdən və ya yaddaş qutusundan götürülməsini şübhə altına alır.
51. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdeh təşkilat qara mühasibatlıq kimi götü rdüyü iddia olunan sənədlərdə əks olunmuş əşyaların məhz iddiaçının fəaliyyətinə uyğun, yəni iddiaçının satdığı əşyaların çeşidlərindən olması ilə bağlı hər hansı bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir.
52. Elektron daşıyıcıda təsbit olunan məlumatların iddiaçıya aid edilməsi, bununla yanaşı həmin məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəlikdir.
53. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
54. Cavabdehin kassasiya şikayətinin dəlilləri aşağıdakılardır: Apellyasiya məhkəməsinin cavabdeh tərəfindən xx.xx.2020-ci ildə sənədlə rin götürülməsi haqqında iki eyni məzmunlu qərarın qəbul edilməsi və hər iki qərara 5 dəqiqə intervalı ilə protokol tərtib edilməsi mövqeyinə əsasən bildirilir ki, Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********141275 saylı qərarında Operativ vergi nəzarəti vergi ödəyicisinin **********-15006 saylı obyektində (ANBAR) və aşağdakı vergi əməkdaşlarının iştirakı ilə keçirilmişdir: X2, X7, X12, X8. Digər xx.xx.2020-ci il tarixli **********141276 saylı qərar üzrə operativ vergi nəzarəti vergi ödəyicisinin **********-15008 saylı obyektində (DİK SATİŞİ) və aşağdakı vergi əməkdaşlarının iştirakı ilə keçirilmişdir: X9 və X3. Həmçinin yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”ndə qeydə alınmışdır. Göründüyü kimi məhkəmənin iki eyni məzmunlu qər arlar ilə bağlı qeyd olunan arqumenti əsassızdır. Bundan başqa məhkəmə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən verilmiş ifadənin əsaslı hesab etməməsini qeyd etsə də, gəldiyi bu qənaəti hər hansı tutarlı dəlillə əsaslandırmamışdır. Halbuki məhkəmə öz gəldiyi qənaəti əsaslandırmağa, verilmiş ifadədə ziddiyyətli, işin hallarına uyğun olmayan halın nədən ibarət olmasını və hansı səbəbdən bunu qəbul etməməsini əsaslandırmağa borcludur. Bundan başqa qərarda komputerdən və yaddaş qutusundan götürülmüş məlumatlar iddiaçının iştirakı ilə təhlil edilməmiş, yəni götürmə tədbiri həyata keçirildikdən sonra iddiaçı götürülmüş məlumatlarla tanış edilmədiyi bildirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçiril məsi haqqında” qərara əsasən (Sərgi salonu **********-15005 obyekt üzrə) qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********1327 saylı qərar üzrə xx.xx.2020-ci il tarixli 000819 saylı protokoldan göründüyü kimi götürmə həyata keçirilməmişdən əvvəl İddiaçı MMC-nin direktoru X1 və nümunə kimi əşyaların götürülməsi haqqında Vergi Auditi Baş İdarəsinin xx.xx.2020-ci il tarixi **********1327 saylı qərarı təqdim edilmiş və komputerdən elektron qaydada satış və sifarişlər edilmiş və komputerdən elektron qaydada satış və sifarişlər barədə məlumatların təqdim edilməsi təklif edilmişdir. Protokolun növbəti sətrində isə İddiaçı MMC-nin qeydiyyatçı meneceri X13 tərəfindən yuxarıda qeyd olunan məlumatların könüllü sürətdə təqdim edildiyi və daha sonra götürülən sənədlərin surəti çıxarıldıqdan sonra idd iaçının rəhbəri X6 qaytarıldığı və sonuncular tərəfindən həmin məlumatların cəmiyyətə və fəaliyyətlərinə aid olmadığına dair etiraz bildirilməmişdir. Belə ki, protokolu vergi orqanının nəzarəti keçirən vəzifəli şəxsi tərəfindən götürməkdə iştirak edən bütün şəxslərin iştirakı ilə ucadan oxunmuş, irad və təklif barədə iştirakçılara məlumat verildiyi lakin etiraz daxil olmadığına görə bu barədə protokolda qeyd olunmamış və rəhbər tərəfindən imza edərək bir surəti götürülmüşdür. Yuxarıda qeyd olunan bütün bu faktlar xx.xx.2020-ci il tarixli 000819 saylı protokolda öz əksini tapır, lakin qeyd olunan bu məsələ də məhkəmə araşdırılmasından kənar qalmışdır. Bundan başqa Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-840/2024 saylı qərarının 63-65-ci bəndlərində “qara mühasibatlıq” sənədlərind ən hansı tələblərə cavab verdiyi halda istifadə edilə bilməsi qeyd edilmişdir. Göründüyü kimi məhkəmə kollegiyasının qeyd etdiyi hallar arasında götürülmüş məlumatların iddiaçının iştirakı ilə təhlil edilməsi, yəni götürmə tədbiri həyata keçirildikdən sonra iddiaçının götürülmüş məlumatlarla tanış edilməsi barədə hər hansı qeyd öz əksini tapmamışdır. Yuxarıda da qeyd edildiyi kimi götürülən sənədlərin surəti çıxarıldıqdan sonra iddiaçının rəhbəri X6 qaytarıldığı üçün artıq iddiaçının hansı sənədlərin götürüldüyündən məlumatlı olduğu və bu barədə hər hansı etiraz edilmədiyi üçün məhkəmənin qeyd edilən dəlili əsassız olmaqla məntiqə də uyğun deyil. Müəssisənin rəhbəri qəbulda olarkən vergi orqanı əməkdaşları tərəfindən iddiaçıya göstərilmiş faylların nə olduğu, haradan əldə edildiyi barədə izahın verilməməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyil. Bu da həmin izahatın şübhəli olduğunu və müdafiə xarakterli olduğunu deməyə əsas verir. Eyni zamanda kollegiya bu faktın doğruluğunu müəyyən etmək üçün prosessual fəallıq prinsipinə riayət etməyərək həmin görüşdə iştirak etmiş vergi orqanı əməkdaşlarının şahid qismində dindirilməsini təmin etməmişdir. Bundan başqa məhkəmə qərarında cavabdeh təşkilat qara mühasibatlıq kimi götürdüyü iddia olunan sənədlərdə əks olunmuş əşyaların məhz iddiaçının fəaliyyətinə uyğun, yəni iddiaçının satdığı əşyaların çeşidlərindən olması ilə bağlı hər hansı bir dəlilini məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. İlk öncə məhkəmə araşdırılması vergilərin hesablanması üçün əsas olan malın növü istiqamətində yox, yayındırıla n vergi məbləğinin müəyyən olunması istiqamətində olmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş “qara mühasibatlıq” sənədlərində əməliyyatların həyata keçirildiyi tarixlər, təqdim edilmiş malların növü, həcmi, dəyəri və alıcıların adları öz əksini tapmışdır. Məhz bu məlumatlar əsasında yoxlama ilə iddiaçının qəsdən uçot aparmamaqla vergidən yayındırdığı dövriyyə müəyyən edilmişdir. Əlavə olaraq iş üzrə operativ vergi nəzarəti zamanı iddiaçıdan götürülən elektron məlumatlar məhkəməyə təqdim edilmiş və həmin siyahı və cədvəllərdə “Yeni Həyat”, “Grand Həyat”, Rafiq Tikinti”, “Ölçü”, “Paçka” və “Kubatura” qeyd olunmuşdur ki, bu da iddiaçının fəaliyyət növü ilə bağlı ilkin məlumat verir və iddiaçı tərəfindən də inkar olunmayan bir faktdır ki, iddiaçı yoxlama dövrü üzrə meşə materi allarının satışı ilə məşğul olmuşdur. Həmçinin məlum olduğu kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatların məzmununu araşdırsaydı həmin sənədlərin kimə aid olmasını, hansı tarixdə və hansı hesabat dövrünü əhatə etməsini asanlıqla müəyyən edə bilərdi. Həmçinin həmin sənədlərdə aydın şəkildə vergilərin hesablanması əsası ola biləcək bütün məlumatlar öz əksini tapmış, konkret olaraq iddiaçı müəssisənin adı qeyd olunmuş, hansı tarixləri əhatə etdiyi göstərilmişdir. Eyni zamanda məhkəmə kollegiyası obyektiv həqiqətin müəyyən olunması üçün cavabdehdən əlavə sübutlar da tələb etmək, habelə pr osessual qənaət prinsipinə əsasən şahidlərin çağırılaraq dindirilməsini təmin etmə imkanı olduğu halda etməmişdir. Vergilərin hesablanması məqsədilə gəlirlər müəyyən olunarkən mənbəyi bəlli olan istənilən məlumat əsas götürülür. Bunun üçün həmin məlumatların ilkin uçot sənədində əks olunması vacib şərt deyildir. Əks təqdirdə ikili mühasibatlıq aparan və vergidən yayınma sxemi üzrə hərəkət edən və vergidən hər hansı yolla yayınan şəxslərin öhdəliklərini müəyyən etmək mümkün olmayacaqdır ki, bu halda da formalaşan mənfi praktika dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Qeyd olunan halların məhz qarşısını almaq üçün, yəni şəxslərin vergi öhdəliklərinin düzgün müəyyən edilərək dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün mənbəyi bəlli olan rəsmi məlumatlar de yil, mənbəyi bəlli olan məlumatlar vergilərin hesablanması üçün və gəlirlərin müəyyən edilməsi üçün əsas götürülür. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c. Prossesual məsələlər
56. İddiaçı işə şifahi icraat qaydasında baxılması barədə vəsatət vermiş və həmin vəsatət əsasən kassasiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərəflərin iştirakı ilə şifahi dinləmər keçirilmişdir. ç. İşdə iştirak edən şəxslərin izahatları 57. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi F.Nümayəndə izahat verərək bildirmişdir ki, hazırkı iş üzrə yoxlamanı n mənbəyi məlum olan məlumatlar əsasında aparılmış, əldə edilən sənədlərin “qara mühasibatlıq” kimi qiymətləndirilməsi əsassızdır. Apellyasiya instansiyasının qərarında qeyd olunan eyni vaxtda qərarların qəbul edilməsi iddiasına münasibətdə göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus 5 obyekt üzrə yoxlamalar fərqli ünvanlarda, müxtəlif vaxtlarda və ayrı-ayrı əməkdaşların iştirakı ilə aparılmış, hər bir obyekt üzrə ayrıca protokol və qərar qəbul edilmişdir. Vergi hesablanmasının yalnız elektron daşıyıcılardan deyil, həm də kağız daşıyıcıdakı sənədlər əsasında həyata keçirildiyi, təqdim edilmiş diskdə konkret olaraq hansı vergi ödəyicisinə hansı məbləğdə vəsaitin daxil olduğu açıq şəkildə göstərildiyi qeyd olunmuşdur. Protokolda müəssisə rəhbərinin iştirakı ilə sənədlərə baxış keçirildiyi və hə min faktların imza ilə təsdiq edildiyi də vurğulanmışdır. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş etmişdir.
58. Cavabdehin nümayəndəsi X.Ə.Səfərov izahat verərək bildirmişdir ki, iş üzrə ümumilikdə üç ekspert rəyi mövcuddur. Bu ekspertiza mühasibatlıq ekspertizası olduğu üçün əməliyyatların hesablanması ilə bağlıdır. Təəssüf ki, hər üç ekspert rəyi məsələyə hüquqi qiymət verərək məhkəmənin səlahiyyətlərini mənimsəmişdir, ekspertizaya təqdim edilmiş sənədlər hesablama yönündə araşdırılmamışdır. Qanunvericiliyə uyğun olaraq vergilər vergi ödəyicisi tərəfindən şəffaf hesablanmalı və yoxlayıcı orqan tərəfindən bu nəzərə alınmalıdır. Əgər vergi ödəyicisi qara mühasibatlıq əməliyyatlarına yol verirsə, yoxlama orqanı bunu başqa cür necə sübut etməlidir? Burada real mühasibat uçotunu əks etdirən sənədlər təqdim olunmur ki, bunu vergi orqanı düzgün hesablamasın.
59. Cavabdehin nümayəndəsi X.Ş.İsmayılov izahat verərək bildirmişdir ki, vergi ödəyicisindən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə sənədlərə istinad edilərək hesablamalar aparılmışdır. Vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə sənədlərində vergi orqanı tərəfindən heç bir dəyişiklər və düzəlişlər edilmədən hesablamalar aparılmış və həmin sənədlər orijinallığı qorunmaqla məhkəməyə təqdim edilmişdir
60. İddiaçının vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, üç ədəd ekspert rəyi mövcuddur, həmin ekspert rəylərində məhkəmə tərəfindən qərardad da qeyd edilmiş suallar tam ətraflı cavablandırılmışdır. Səyyar vergi yoxlaması aparmış şəxs həm ƏDV, həm mənfəət vergisi, istənilən vergi növünü hesablayarkən izahatlar alınmalı, həmin şəxslər müəyyən edilməlidir. Lakin hazırkı vəziyyətdə bunların heç biri edilməmişdir. Bu, aktın 15-ci səhifəsində də qeyd edilmişdir.
61. İddiaçı MMC-nin direktoru R.M.Əmirova izahat verərək bildirmişdir ki, onların ümumiyyətlə bəyan edilməmiş dövriyyəsi olmayıb. TƏTBİQ EDİLƏN HÜQUQ
62. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sa nksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı hal da elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyy ət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı b aşqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) f iziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alın maqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlu matları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şə xs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə
83. Vergi orqanları tərəfindən vergilə rin hesablanması 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti(gəliri)birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət(gəlir)müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir.) Maddə
178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. 63. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənə dlərdir.
64. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-сi il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” 2.1.14. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir; 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.
65. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutla r tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayə ti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ
66. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
67. İddianın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********329300 nömrəli qərar ləğvinə dair hissəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2023-cü il tarixli 2-1(102)-44/2023 saylı qərarı AR Ali Məhkəməsinin İK-nın xx.xx.2024-cü il tarixli 2-1(102)-840/2024 saylı qərarı ilə qüvvədə qaldığından və həmin hissə sonuncu apellyasiya baxışının predmetini təşkil etmədiyindən, iddianın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********140954 nömrəli qərarına aid hissə si üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı tam yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
68. Məhkəmə Kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının, işin obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi qismən təmin olunmalıd ır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır:
69. İddiaçının hüquqi marağı vergi orqanı tərəfindən keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarın ləğvidir. Həmin qərara əsasən iddiaçıya aşağıdakı vergi məbləğləri və maliyyə sanksiyaları hesablanmışdır: - 1.599.436,21 manat MV və 799.718,11 manat maliyyə sanksiyası; - 2.017.948,55 manat ƏDV və 1.008.974,28 manat maliyyə sanksiyası; - 791.754,55 manat ƏDV artıq hesablanıb; - 618.499,80 manat maliyyə sansiyası (VM 58.7-1 maddəsi).
70. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********141279, **********1277 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarlarına, xx.xx.2020-ci il tarixli, VN 00784, VN 000819 nömrəli "xxxx" protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar olmuş, yoxlama nəticəsində həmin məlumatlara əsasən müəyyən edilmiş dövriyyə əsasında iddiaçıya əlavə vergilər və maliyyə sanksiyası hesablanmışdır.
71. İddiaçının mövqeyinə görə ona elektron daşıyıcılarda olan məlumatlara (“qara mühasibatlıq” sənədlərinə) əsasən vergilərin hesablanması qanunsuzdur.
72. Hazırkı işin bundan əvvəlki kassasiya baxışında məhkəmə kollegiyasının mövqeyi belə olmuşdur ki, “Qara mühasibatlıq” sənədləri yalnız o halda vergi orqanı tərəfindən vergilərin hesablanması üçün əsas kimi qəbul edi lə bilər ki, həmin sənədlərin konkret olaraq vergi ödəyicisinə aidiyyəti müəyyən və təsdiq olunmuş olsun, məzmun etibarilə isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı real əməliyyatları (alış, satış, ödənişlər və tərəf subyektlər daxil olmaqla) və bu əməliyyatların predmetini, həcmini və dəyərini aydın və inandırıcı şəkildə müəyyən etməyə imkan verən yetərli və ağlabatan məlumatları əks etdirsin.
73. İşə təkrar baxan apellyasiya məhkəməsi yenidən “qara mühasibatlıq” sənədləri əsasında verginin hesablanmasının yolverilməzliyi barədə nəticəyə gəlmiş, həmin sənədlərin iddiaçıya aidiyyəti ilə bağlı məsələyə qiymət verərək, operativ vergi nəzarəti zamanı xx.xx.2020-ci il tarixdə sənədlərin götürülməsi barədə eyni məzmunlu iki protokolun 5 dəqiqəlik interval ilə tərtib edildiyni, protokollar dan birində sənədlər və “Toshiba” markalı yaddaş qutusu, digərində isə “Apple” markalı kompüterin götürülməsinin faktiki olaraq mümkün olmadığını, komputerdən və yaddaş qutusundan götürülmüş məlumatların iddiaçının iştirakı ilə təhlil edilmədiyini, qara mühasibatlıq adlandırılan məlumatların qeyd olunan kompüterdən və ya yaddaş qutusundan götürülməsinin şübhəli olduğunu, iddia olunan sənədlərdə əks olunmuş əşyaların məhz iddiaçının fəaliyyətinə uyğun, yəni iddiaçının satdığı əşyaların çeşidlərindən olması ilə bağlı hər hansı bir dəlilin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. “Qara mühasibatlıq” sənədlərinin aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə uyğunluğunun yoxlanılması:
74. Məhkəmə kollegiyası iş üzrə əvvəlki kassasiya qərarında əks olunmuş mövqeləri təkrarlayaraq qe yd etməyi zəruri hesab edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.
75. Bu mənada, cavabde h “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər.
76. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir.
77. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə ba ğlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.
78. Məhkəmə kollegiyası yuxarıda göstərilən tələblər çərçivəsində hüquqi qiymətləndirmə apararaq, həmin sənədlərin iddiaçıya aidiyyəti ilə bağlı apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmır və qeyd edir ki, xx.xx.2020-ci il tarixli **********141275 saylı qərar əsasında operativ vergi nəzarəti vergi ödəyicisinin **********15006 saylı, anbar kimi qeyd olunan obyektində, xx.xx.2020-ci il tarixli **********141276 saylı qərar əsasında isə vergi ödəyicisinin **********-15008 saylı, digər s atış ofisi kimi göstərilən obyektində həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli VN 00784 nömrəli "xxxx" protokola əsasən MMC-nin direktoru R.Əmirova yoxlama predmetinə aid olan materialları kağız və elektron daşıyıcılardan götürülmüş 17,8 GB həcmdə “Toshiba” markalı elektron yaddaş qurğusunu könüllü surətdə təqdim etmiş, götürülən sənədlərin surəti çıxarıldıqdan sonra direktora qaytarılmış, sənədlər və əşyalar polietilen fayla qablaşdırılaraq möhürlənmiş, yoxlayıcılar və MMC-nin direktoru R.Əmirova və hüquqşünası Vəkil1 tərəfindən hər hansı qeyd-şərt olmadan imzalanmışdır. Həmin protokola əlavədə iddiaçıdan götürülmüş sənədlərin və əşyaların və elektron daşıyıcılarda olan məlumatın sıyahısı(ümumi yaddaşın həcmi 17,8 GB qeyd edilməklə) tərtib edilmiş və həmin siyahı və ona əlavə edilmi ş sənədlərin surətləri də müəssisənin rəhbəri tərəfindən imzalanmışdır.(iş.v 159-178, 6-cı cild) 79. xx.xx.2020-ci il tarixli, VN 000819 nömrəli "xxxx" protokola əsasən isə “Apple” markalı noutbukdan “Toshiba” markalı hard disk vasitəsilə 1,7 MB həcmdə elektron qaydada satış və sifarişlər barədə məlumatlar müəssisənin rəhbərinin iştirakı ilə götürülmüş və həmin protokolu da MMC-nin direktoru R.Əmirova hər hansı qeyd-şərt olmadan imzalamışdır.
80. Göründüyü kimi iki fərqli ünvanda və müstəqil icra edilmiş nəzarət tədbirləri nəticəsində tərtib olunmuş "xxxx" protokolların birində yoxlamanın saat 16.05-də başladığı, 17.10-da bitdiyi, digərində isə 17.20-də başladığı, 17.35-də bitdiyi göstərilmişdir.
81. Yuxarıda qeyd edilən məsələ ilə bağlı məhkəmə sorğusuna cavabdeh tərəfindən ətraflı cavab verilsə də, apellyasiya məhkəməsi yalnız hər iki qərara 5 dəqiqə intervalı ilə protokol tərtib edildiyinə və iddiaçının bu məlumatlarla tanış edilmədiyini istinad etməklə bu məlumatların qeyd olunan kompüter və ya yaddaş qutusundan götürülməsini şübhə altına almışdır.
82. Halbuki apellyasiya məhkəməsinin istinad etdiyi bu hallar götürmə barədə müvafiq qaydada rəsmiləşdirilmiş yazılı sübutları şübhə altına almaq üçün yetərli hesab edilə bilməz.
83. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı nə vergi yoxlaması dövründə, nə birinci instansiya məhkəməsində, nə də, birinci apellyasiya baxışında həmin məlumatların götürüldüyü noutbukların onlara məxsus olmaması barədə heç bir etiraz bildirməmiş, yalnız sonuncu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yo xlama tədbirləri zamanı məlumatların götürüldüyü kompüterlrin müəssisəyə deyil, yoxlamanı keçirən şəxslərin özünə aid olduğunu, elektron daşıyıcının – USB fləş kartın isə kimə məxsus olduğunu bilmədiyini, ona hansı məlumatların daxil olması barədə məlumatı olmadığını göstərmiş, lakin həmin məlumatların götürülməsi barədə protokolların onlar tərəfindən qeyd-şərtsiz imzalanması ilə bağlı hər hansı münasibət bildirməmiş, həmçinin sonuncu kassasiya instansiya məhkəməsində keçirilən şifahi dinləmə zamanı elektron məlumatların götürüldüyü noutbukların müəssisəyə məxsus olmadığı halda, hansı səbəbdən protokollara qeyd-şərtsiz imza edilməsi ilə bağlı ağlabatan izah verə bilməmişdir.
84. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, götürülmüş elektron daşıyıcılarda olan məlumatların id diaçıya aidiyyəti hər hansı şübhə doğurmur, iddiaçının məhkəmə iclasında bu barədə bildirdikləri isə özünümüdafiə xarakteri daşıyır.
85. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin götürülən məlumatlarda əks olunmuş malın məhz iddiaçının fəaliyyətinə uyğun, yəni iddiaçının satdığı malların çeşidlərindən olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir dəlil təqdim edilməməsi barədə qənaəti ilə də razılaşmır. Bu halın işə əlavə edilmiş həmin sənədlərə baxış keçirilməklə müəyyən edilməsi mümkün olmuşdur.
86. Belə ki, mübahisəli dövrdə iddiaçı meşə materiallarının (taxta, dik) satışı ilə məşğul olmuşdur. Həm elektron qaydada CD diskində, həm də kağız formatında işə əlavə edilmiş həmin məlumatlardan görünür ki, həmin sənədlərdə əksini tapan siyahı və cədvəllərdə satıl an malların “ölçü”, “kub”, “paçka” kimi ölçü vahidləri ilə qeyd edilməsi, malın adının “DSP”, “DKT”, “OSP”, OSB, FSF, FSF, “Plywood” və sair adları həmin malların məhz iddiaçının satışı ilə məşğul olduğu meşə materiallarına (taxta, fanerka) növlərinə aid olduğunu müəyyən etməyə imkan verir. Həmin sənədlərin məzmununda əməliyyatların həyata keçirildiyi tarixlər, təqdim edilmiş malların növü, həcmi və dəyəri, habelə alıcıların adları göstərildiyindən bu məlumatlar əməliyyatların hansı hesabat dövrünə aid olduğunu müəyyən etməyə və buna uyğun vergiləri hesablamağa imkan verir. Lakin həmin sənədlərdə əməliyyatların aparıldığı digər subyektləri dəqiq müəyyən etməyə imkan verən dərəcədə məlumatların olmaması və sadəcə alıcıların adları əks olunması həmin alıcılardan izahat alınması və bu əməliyy atların onların mühasibatlığında əks olunub-olunmaması istiqamətində vergi orqanı tərəfindən əlavə araşdırma aparılmasını mümkünsüz etmişdir.
87. Məhkəmə kollegiyası götürülmüş məlumatların iddiaçının iştirakı ilə təhlil edilməməsi, kompüterdən və ya yaddaş qutusundan götürülməsi iddia edilən məlumatlara iddiaçının iştirakı ilə baxış keçirilməməsi barədə apellyasiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, götürmə barədə protokollara əsasən götürülən sənədlərin surəti çıxarıldıqdan sonra iddiaçının rəhbəri X6 qaytarılması qeyd edildiyindən, götürülən sənədlərin və elektron məlumatların siyahısı onun tərəfindən imzalandığından iddiaçı hansı sənədlərin götürüldüyündən məlumatlı olmuş və bu barədə hər hansı etiraz etməmişdir.
88. Həmçinin məhkəmə kollegiyası nəzərə alır ki, i nzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Vergi orqanının əlavə araşdırma aparıb-aparmamasından və götürülən məlumatlara iddiaçının iştirakı ilə baxış keçirilib-keçirilməməsindən asılı olmayaraq, VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunmadığı, bu səbəbdən də vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığı aşkardırsa, deməli, vergi orqanı ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən, VM-in 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanmaqla, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda isə, həmin mənfəəti (gəliri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ əldə edir. B u hüququn VM-in tələblərinə uyğun həyata keçirilibkeçirilmədiyi isə sonrakı araşdırmanın predmetidir və hüququn yaranma əsasına təsir etmir.
89. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər aidiyyət, məzmun və yetərlilik meyarlarına cavab verməklə iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilmiş real əməliyyatlar barədə sistemli və ağlabatan məlumatları əks etdirir və vergi orqanı tərəfindən konkret hesabat dövrləri üzrə vergitutma bazasının formalaşdırılması üçün əsas kimi qəbul olunmalıdır.
90. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə etirazında Ali Məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədlərinə əsasən vergilərin hesablanmasına dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinadı ilə əlaqədar qeyd edir ki, hazırkı qərarda əks edi lən hüquqi mövqelər əslində formalaşmış məhkəmə təcrübəsindən yayınma və ya həmin təcrübənin dəyişdirilməsi kimi qəbul olunmamalıdır. Belə ki, hazırkı iş bu qəbildən olan əvvəlki işlərlə yalnız zahiri baxımdan oxşardır, işin mahiyyəti baxımından isə bu oxşarlıq müəyyən olunmur. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə fərqli yanaşma baxılan işin fərqli faktiki hallara (xüsusatlara) malik olması və aşkar olunan “qara mühasibatlıq” sənədlərinin aidiyyət, məzmun və yetərliliklə bağlı Ali Məhkəmənin əvvəlki qərarlarında müəyyən edilmiş meyarlara cavab verməsindən irəli gəlir. ƏDV ilə bağlı:
91. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan “qara mühasibatlıq” sənədlərinin mənbəyi və ya mənsubiyyəti müəyyən edildiyindən və vergi ödəyicisi tərəfindən özünün maliyyə-təsərrüfat fəali yyətində ikili mühasibatlıq tətbiq etdiyi təsdiq olunduğundan VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunmadığına görə vergi orqanı ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi və mənsubiyyəti bəlli olan məlumata, yəni “qara mühasibatlıq” sənədlərinə, o cümlədən, VM-in 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanmaqla hesablamaq hüququ əldə etmişdir.
92. İş materiallarında mövcud olan və “qara mühasibatlıq” adlandırılan götürülmüş həmin sənədlərin məzmunu iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilmiş əməliyyatlar üzrə aylıq dövriyyələrin, o cümlədən alışın, satışın və qalıqların müəyyən edilməsinə imkan verən yetərli və sistemli məlumatları özündə ehtiva edir. Bu baxımdan, həmin sənədlər əsas ında iddiaçının vergitutma bazasının formalaşdırılması və əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin hesablanması cavabdehin qanuni səlahiyyətləri çərçivəsində olmuşdur.
93. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən, ƏDV üzrə hesabat dövrü təqvim ayı sayıldığından, təqdim edilmiş məlumatlar əsasında iddiaçının aylıq dövriyyəsinin müəyyən edilməsi və buna uyğun vergi hesablamasının aparılması hüquqi baxımdan əsaslıdır.
94. İş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini isə məhkəmə kollegiyası mötəbər hesab etmir. Belə ki, ekspertlər onlara təqdim edilmiş kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən hesablanmış vergi məbləğinin düzgünlüyünə qiymət vermək əvəzinə mühasibat uçotu haqqında qanunvericilikdə vergilərin hesablanmasına əsas olmuş “qara mühasibatlığ”a dair hər hansı qeyd və istinadın mövcud olmamasına istinad etməklə, ekspertin səlahiyyətinə aid olmayan hüquqi məsələyə qiymət vermiş, ekspertizaya təqdim edilmiş sənədləri hesablama yönündə araşdırmamışdır.
95. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər əsasında iddiaçının aylıq dövriyyəsinin müəyyən edilməsi və buna uyğun olaraq əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin hesablanması qanuni əsaslara söykənir və apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi əks nəticə hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz.
96. Buna görə də, cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisi nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə 2.017.948,55 manat ƏDV-nin azaldılması, 791.754,55 manat ƏDV-nin artıq hesablanması və 1.008.974,28 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində, həmçinin nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinin tələbləri pozulmaqla aparılan 6.184.998 manat əməliyyatın Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10% miqdarında hesablanmış 618.499,80 manat maliyyə sanksiyası hissəsində əsaslı olduğundan, iddia bu hissədə rədd edilməlidir. Mənfəət vergisi ilə bağlı:
97. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “ Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarının yoxlanılan dövr üzrə iddiaçıya hesablanmış mənfəət vergisi hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir:
98. Yoxlama zamanı iddiaçının maliyyə-təsərrüfat fəaliyyətində ikili mühasibatlıq aparması barədə cavabdeh tərəfindən əldə edilmiş məlumatlara əsasən iddiaçının real gəliri müəyyən edilmiş və həmin gəlir üzrə mənfəət vergisi VM-nin 67.14-cü maddəsinə və "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına istinad edilərək hesablanmışdır.
99. Məhkəmə kollegiyası bu hissə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır.
100. Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin gös tərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
101. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi bar ədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini birbaşa şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.
102. VM-nin 67-ci maddəsinin müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.
103. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nö mrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablaması istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə zidd olduğuna görə məhkəmə hesab edir ki, yoxlama dövrü üzrə hesablanmış mənfəət vergisi (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız hesab edilməlidir.
104. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilərək cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı “2017ci il üz rə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
105. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2-1(103)-4092/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilsin. Cavabdehin xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı “2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Mə cəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir.