Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-995/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı (üçüncü şəxslər: X5 və qeyriləri) “qərarın qismən etibarsız və onun hüquqi nəticələrinin həmin hissələrdə qanunsuz sayılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2-1(103)-12/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarından cavabdeh, üçüncü şəxslər M.M.Sadıqov və qeyriləri tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ a. İddiaçıya aid işin halları:
1. Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4.0 ha hissəsində tikintinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. Torpaq sahəsində tikintinin aparılması üçün İddiaçı Bağ -Tikinti Kooperativi və nizamnaməsi qeydiyyat a alınmışdır.
2. Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının təsisçilərinin bərabər, yəni 1/28 paylarla adlarının sadalanan müxtəlif fiziki şəxslərdən ibarət olması faktı müəyyən edilmiş, kooperativin yeni nizamnaməsi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır (bu hallar Ali Məhkəmənin 2-1(102)301/2016 saylı qərarında qeyd edilmişdir). 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə (İ cild: iş v.38) Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarına əsasən İddiaçı Bağ - Tikinti Kooperativinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış 4.0 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, məhkəmə qərarının icrası qaydasında xx.xx.20 12-ci ildə torpaq sahəsinə plan və ölçü verilmişdir. Həmin məhkəmə qərarının məzmununda qeyd edilmişdir ki, (Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin dəlilləri kimi) 4.0 ha torpaq sahəsi kooperativin 49 üzvünə bölündüyü halda (kooperativ üzvlərinin ümumi iclasında torpaq sahəsi 49 nəfər kooperativ üzvü arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış order verilmişdir) Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə kooperativ təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvdən ibarət olması faktı müəyyən edilmişdir. Bundan əlavə, kooperativ tərəfindən 1.3 ha torpaq sahəsi zəbt edilmiş, eyni zamanda 23 il ərzində torpaq sahəsi təyinatına uyğun istifadə edilməmiş və orada heç bir iş görülməmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ilə Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı xx.xx.1991-ci ildən etibarsız hesab edilmiş, həmin qərar əsasında aparılmış sənədləşmələr torpaqdan təyinatı üzrə 2 (iki) il ərzində istifadə edilmədiyi üçün qüvvəsini itirmiş hesab edilmişdir.
5. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə (Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı) Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamı ləğv edilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə yenidən Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı xx.xx.1991-ci ildən etibarsız hesab edilmiş, həmin qərar əsasında aparılmış sənədləşmələr qüvvəsini itirmiş hesab edilmişdir.
7. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ləğv edilmiş, gələcəkdə eyni əsaslarla sərəncamın qəbulu qadağan edilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli qərarı). b. Üçüncü şəxslərə aid işin halları:
8. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu (yanvar, 1998-ci il tarixli) ilə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 35 saylı ev Zenfira Salahzadəyə məxsus olmuşdur (5.29 ha faktiki torpaq sahəsi, 386.5 kv.m. evin sahəsi).
9. X3 və Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında fərdi yaşayış evi Kübra Camalovanın adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu onun adına dəyişdirilmişdir.
10. Cavabdeh2 xx.xx.2005-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 5.29 ha torpaq sahəsi Kübra Camalovanın mülkiyyətinə verilmiş, eyni zamanda torpaq sahəsinin eskiz sxemi və torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. 11. xx.xx.2005-ci il tarixli vəsiyyətnaməyə əsasən, X14 rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 35 ünvanında fərdi yaşayış evini nəticəsi Maraqlı şəxs vəsiyyət etmişdir.
12. Kübra Camalova xx.xx.2010-cu ildə vəfat etmişdir. 13. ünvan 1 ünvanında fərdi yaşayış evi (387 kv.m.) və 5.29 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2013-cü il tarixdə Kübra Camalovanın adına qeydiyyata alın mış, fərdi yaşayış evinin texniki pasportu tərtib edilib verilmişdir (İ cild: iş v.50). 14. xx.xx.2014-cü il tarixdə, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi Maraqlı şəxsnın adına qeydiyyata alınmışdır (İ cild: iş v. 301).
15. Daha sonra torpaq sahəsi ayrı-ayrı şəxslərə (iş üzrə üçüncü şəxslərə) satılmış və ya bağışlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X2 fərdi yaşayış evinin tikintisi üçün 5.29 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 xx.xx.2005-ci il tarixli qərarının Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan-ölçüsündəki koordinatlar daxilində (4.0 ha) etibarsızlığının tanınması və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nın 25/347 saylı xx.xx.1976-cı il tarixli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 5.0 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İKnın xx.xx.1989-cu il tarixli qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 4.0 ha torpaq sahəsi kooperativ bağların tikintisi üçün ayrılmışdır. Bu məqsədlə, qeyd olunan naziriliyin struktur bölməsi olmuş “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində İddiaçı BTK təsis edilmiş və keçmiş Şaumyan rayo nu XDS İK-nın xx.xx.1989-cu il tarixli 81/58 saylı qərarı ilə İddiaçı BTK qeydiyyata alınmışdır. Eyni zamanda, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində kooperativ bağların tikintisi üçün ayrılmış 4.0 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini F.Cəfərov tərəfindən xx.xx.1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı BTK ona ayrılmış torpaq sahəsinə istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün müvafiq sənədlərlə xx.xx.2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də, sonuncu xx.xx.2013-cü il tarixli **********604 saylı məktubla çıxarışın verilməsindən əsas sız olaraq imtina etmiş və bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 4.0 ha təşkil etsə də, əlavə 1.29 ha torpaq sahəsi zəbt olunaraq istifadə edilməkdədir və həmin sahədə digər şəxslərə aid ikimərtəbəli yaşayış evi mövcuddur.Daha sonra iddiaçı müəyən etmişdir ki, onun iddia etdiyi torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
18. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
19. Üçüncü şəxs X1 vəsiyyətnamə üzrə vərəsəsi Maraqlı şəxs nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı təqdim olunmuş etirazda qeyd edilmişdir ki, A.Salahzadə küçəsi ev 35 ünvanında yerləşən 5.29 ha torpaq sahəsi ilə iddiaçıya ayrılmış 4.0 ha torpaq sahəsi fərqli sahələrdir, bu torpaq sahələrinin bir-birinə aidi yyəti yoxdur, iddiaçıya ayrılmış torpaq sahəsi qonşuluqda yerləşir. Həmçinin qeyd edilir ki, kooperativ tərəfindən 4.0 ha torpaq sahəsi kooperativin üzvlərinə paylanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Z.M.Tağıyev) 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 «vətəndaş X2 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə» xx.xx.2005-ci il tarixli, 041 saylı qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı Bağ-Tikinti Kooperativinin adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A seriyalı 420054 saylı «torpaq sahəsinin plan və ölçüsü»ndə göstərilən koordina tların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması qərara alınmışdır.
21. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirilən 041 saylı xx.xx.2005-ci il tarixli qərarı maddi hüquq normalarının tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 həmin qərarla İddiaçı BTK-nın mülkiyyətinə aid olan torpaq sahəsini qeyd olunan vətəndaşın mülkiyyətinə ayırmaqla mülki və torpaq qanunvericiliyinin tələblərini pozmuş və torpaq sahəsini faktiki olaraq özgəninkiləşdirmişdir. Halbuki, mübahisəli torpaq sahələri iddiaçının mülkiyyətinə aid olmuş və həmin sahələrin Cavabdeh2 mülkiyyətinə verilməsi haqqında müvafiq icra hakimiyyətin in hər hansı bir qərarı mövcud olmamışdır. Nəticədə, Bələdiyyənin müvafiq qərarı İddiaçı BTK-nın istifadəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır.
22. Cavabdeh və üçüncü şəxslər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 2-1(103)-12/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: 24.1. İddiaçının tələbi “Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli qərarının İddiaçı BTK-nİn adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması” barədə olsa da, bu tərzdə ifadəni məhkəmə kollegiyası “inzibati aktın eibarsız sayılması” ifadəsi kimi qəbul edir və hesab edir ki, iddianın bu şəkildə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan “məhkəmə baxışının hədləri” çərçivəsində olmuşdur. 24.2. İddiaçının iddia tələbinin “bələdiyyə qərarının hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” hissəsinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırmaları zamanı mübahisələndirilən bələdiyyə qərarı əsasında ayrı-ayrı şəxslərin adına müvafiq hüquqmüəyyənedici sənədlərin - daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verildiyi müəyyən olunmuşdur. Hazırki işdə iddiaçının əsas iddia tələbi təmin olunduğu üçün məhkəmə kollegiyası hesab edir ki, həmin əsas tələbin davamı olaraq verilmiş əlavə tələb də təmin olunmalıdır. Bundan əlavə, iddiaçının əlavə tələbdə qanunsuz sayılmasını tələb etdiyi “bələdiyyə qərarının hüquqi nəticələri” özü-özlüyündə qeyri-müəyyənlik yaratmır və bu halın məhkəmə qərarının gələcəkdə icrasında hər hansı çətinliklər də yara tmayacağını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin ifadə - adı çəkilən bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar kimi başa düşülməli və bu zaman “qanunsuz sayılma” ifadəsi təkcə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara münasibətdə deyil, həm də həmin çıxarışlarla aparılmış alqı-satqı müqavilələri olarsa, həm onlara, həm də sonrakı hərəkət olaraq verilmiş reyestrdən çıxarışlara da şamil olunur.
25. Cavabdeh və üçüncü şəxslər ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdeh və üçüncü şəxslərin kassasiya şikayətlərinin dəlilləri:
26. Kassatorlar şikayətdə i şin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişlər ki, İddiaçı BTK-ya torpaq sahəsinin plan və ölçüsünün verilməsi hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etmir, çünki plan və ölçü yalnız ərazinin vəziyyətini ehtiva edən xəritədir. Belə ki, AR Torpaq Məcəlləsinin 65.1-ci maddəsinin tələblərində də qeyd edildiyi kimi, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Bundan əlavə, İddiaçı BTK-nın uzun illər istifadə etmədiyi, sərəncamla ona ayrılan və bütün üzvləri arasında paylanılan, daha sonradan bələddiyə mülkiyyətinə verilən və iddia predmetinə aid olmayan torpaq sahəsinə iddia çının mülkiyyəti kimi yanaşmaq maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında da mövcud olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 817 saylı Sərəncamının 1-ci bəndində də AR Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1990-cı il tarixli Fərmanına əsasən, Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689.46 ha torpaq sahəsinin sərəncama edilmiş əlavə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə Bələdiyyəsinə təhvil verilməsi tapşırılmışdır.
27. Bundan əlavə, məhkəmə tərəfindən torpaq sahələrinin üst-üstə düşməsi məsələsi hərtərəfli araşdırılmamışdır. Belə ki, İddiaçı BTK üzvlərindən olan və hal-hazırda Bilgəh qəsəbəsində yaşayan X9, X10, o cümlədən X8 iddiaçı koop erativin üzvü olaraq İddiaçı BTK-ya ayrılmış torpaq sahəsindən aldıqları sahədə inşa etdikləri fərdi yaşayış evlərində yaşayırlar. Dəfələrlə məhkəmə iclasında yuxarıda adı qeyd edilən və İddiaçı BTK-nın üzvü olan şəxslər hal-hazırda yaşadıqları torpaq sahəsini İddiaçı BTK-nın üzvü olaraq iddiaçıya aid 4.0 ha torpaq sahəsindən aldıqlarını, İddiaçı BTK-nın üzvü olan bu şəxslərin mülkiyyətində olan ərazinin mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşdiyini, həmin üzvlərin cavahdeh Bilgəh Bələddiyəsindən və üçüncü şəxslərdən hər hansı bir tələblərinin olmadığını istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə bildirsələr də, bu xüsusatlar hər iki instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, İddiaçı BTK-nın üzvü olan da ha bir çox şəxs bağ tikinti kooperativinin üzvü olaraq torpaq sahəsi almış, müvafiq tikinti işləri aparmışlar.
28. Əlavə olaraq, İddiaçı BTK-nın iddia tələbinin əsasını Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələddiyyəsinin “vətəndaş X2 qarşı fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə” xx.xx.2005-ci il tarixli, 041 saylı qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı BTK-nın adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli AN№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması təşkil edirdi. Apellya siya instansiyası məhkəməsinin isə iddia tələbindən kənara çıxaraq tələbin “qərara aldı” hissəsində verəcəyi nəticəni əsaslandırıcı hissədə genişləndirilmiş şəkildə tövsif etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır v ə yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı i ş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayətləri üzrə kassasiya icraatı mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkə məyə göndərilməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
35. İlk növbədə, hazırkı iş üzrə iddia tələbi ilə İddiaçı çıxış edir və iddia tələbinin əsası kimi üçüncü şəxslər tərəfindən onun mülkiyyət hüququnun pozuntusuna istinad edir.
36. Bununla bağlı qeyd edilməlidir ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiy yətinə malik olması, başqa sözlə, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir (subyektiv hüququn mövcudluğu). Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının hazırkı tələblə çıxış etməy ə subyektiv hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir.
37. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4.0 ha hissəsində tikintinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. Bununla yanaşı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin dəlilləri kimi qeyd edilmişdir ki, 4.0 ha torpaq sahəsi kooperativin 49 üzvünə bölündüyü halda (kooperativ üzvlərinin ümumi iclasında torpaq sahəsi 49 nəfər kooperativ üzvü arasında bölünmüş və iclasın qərarına əsasən hər bir kooperativ üzvünə arayış - order verilmişdir) Binəqədi rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli qətnaməsi ilə kooperativ təsisçilərinin bərabər, yəni 1/28 paylarla kooperativin 28 üzvdən ibarət olması faktı müəyyən edilmişdir.
38. Göründüyü kimi, İddiaçı Bağ-Tikinti Kooperativi tərəfindən 4.0 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərə (kooperativin üzvlərinə) ayrılmasına dair işin halları aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamışdır. Halbuki, bu halın araşdırılması hazırkı iddia ilə çıxış etmək hüququ olan şəxs(lər)in dairəsinin müəyyən edilməsi üçün əhəmiyyətlidir. Belə ki, kooperativ üzvlərinə torpaq sahələrinin ayrılması barədə qərarlar və orderlər həmin şəxslərin ayrılan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun yaranmasına əsas verir ki, məhz həmin şəxslər də onlara ayrılmış torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqularının müdafiəsi ilə əlaqədar iddia qaldırmaq hüququna malikdirlər. Belə olan halda isə başqa şəxslərə (kooperativin üzvlərinə) ayrılmış torpaq sahəsi üzərində istifadə və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı İddiaçı Bağ-Tikinti Kooperativinin hüquqi marağının mövcudluğundan söhbət gedə bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının məzmununda qeyd edilənlər, 4.0 ha torpaq sahəsinin kooperativin üzvləri arasında bölünməsinə dair ehtimal yaradır. Odur ki, işə təkrar baxan apellyasiya instansiy ası məhkəməsi hazırkı iddia üzrə subyektiv hüquq məsələsinin həlli ilə bağlı ilk növbədə bu istiqamətdə araşdırma aparmalıdır. Xüsusilə vurğulanmalıdır ki, iş materiallarında kooperativin üzvlərindən Tahir Qocayev, Elşən Abbasov və Nazim İsmayılovun (İ cild: iş v. 120,133 və 134) iddianın təmin edilməməsinə dair ərizəsi də mövcuddur.
40. Məhkəmə kollegiyası, subyektiv hüququn yoxlanılmaması ilə yanaşı, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının İPM-in 12.1-ci maddəsinə müvafiq qaydada araşdırılmadığı qənaətindədir. Belə ki, həm iddia tələbinə dair üçüncü şəxs Maraqlı şəxs tərəfindən təqdim edilmiş etirazda, həm də cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərində A.Salahzadə küçəsi ev 35 ünvanında yerləşən 5.29 ha torpaq sahəsi ilə iddiaçı ya ayrılmış 4.0 ha torpaq sahəsinin fərqli sahələr olması və qonşuluqda yerləşməsi barədə dəlil irəli sürülmüşdür.
41. Bu dəlilin araşdırılması istiqamətində birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14178 saylı xx.xx.2016-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqatla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən mübahisəli 5.3 hektar torpaq sahəsinin əvvəllər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyət kimi X1 adına qeydiyyatdan keçdiyi, həmin ünvanda yerləşən yaşayış evi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli texniki pasport tərtib edildiyi, faktiki olaraq isə həmin əraziyə mülkiyyət hüquqları (ayrı-ayrı şəxslərin adına) qeydiyyata alınaraq çıxarışlar verildiyi müəyyən edilmişdir.
42. Bu ekspert rəyinə istinadən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Göründüyü kimi, iddiaçının adına tərtib olunmuş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatlar daxilində olan 4.0 ha torpaq sahəsinin vətəndaş X2 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 tərəfindən 041 saylı xx.xx.2005-ci il tarixli qərarla ayrılmış 5.3 ha torpaq sahəsi ilə üst-üstə düşməsi faktı ekspert rəyi ilə təsdiq olunur”.
43. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini iş üzrə tərəflərin dəlilləri və təqdim etdiyi digər sübutlarla əlaqəli şəkildə t ədqiq etməmişdir.
44. Belə ki, ekspert qarşısında qoyulan sual cavablandırılarkən iddiaçının adına tərtib olunmuş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatlar əsas götürülmüşdür. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsinin “plan və ölçüsü” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının icrası qaydasında tərtib edilmişdir. Halbuki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarı ilə Bilgəh qəsəbəsi, “Çayka” pioner düşərgəsinin şərqində Avtoekspedisiya trestinə ayrılmış torpaq sahəsində kooperativ bağların tikintisinin layihələndirilməsinə icazə verilmiş, ayrılmış torpaq sahəsinin 4.0 ha hissəs ində tikintinin aparılması üçün xx.xx.1989-cu ildə inşaat pasportu təsdiq edilmiş və ayrıc aktı tərtib edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi üçüncü şəxslərə məxsus sahələrin məhz ilkin ayrıc aktında təsbit edilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi məsələsini araşdırmamışdır. Bu halın araşdırılması ona görə vacibdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının icrası ilkin ayrıc aktına uyğun aparılmamışdırsa, bu halda, mübahisəli torpaq sahələrinin faktiki üst-üstə düşmədiyi müəyyən olunacaq və iddiaçıya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının düzgün icrası edilmədiyi ilə bağlı atmalı olduğu addımlara dair hüquqi yardım edilməlidir.
45. Bundan əlavə, iş materiallarında Bilgəh Bələdiyyəain in möhürü ilə təsdiq edilmiş, iddiaçı və üçüncü şəxs(lər)ə məxsus torpaq sahələrinin fərqli yerlərdə yerləşməsini (qonşuluqda) əks etdirən sxem vardır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən A.Salahzadə küçəsi, ev 35 ünvanında yerləşən 5.29 ha torpaq sahəsi ilə iddiaçıya ayrılmış 4.0 ha torpaq sahəsinin fərqli sahələr olması ilə bağlı dəlilə münasibət bildirməmiş, mübahisəli torpaq sahəsinin əks olunduğu yuxarıda qeyd edilən sxemin sözügedən sahənin faktiki vəziyyətinə nə dərəcədə uyğun olub-olmamasını müəyyən etməyə imkan verən səviyyədə araşdırma aparılmamışdır.
46. Sonuncu olaraq, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki: “...iddiaçının tələbi “Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli qərarının İddiaçı BTK-nin adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması” barədə olsa da, bu tərzdə ifadəni məhkəmə kollegiyası “inzibati aktın eibarsız sayılması” ifadəsi kimi qəbul edir və hesab edir ki, iddianın bu şəkildə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan “məhkəmə baxışının hədləri” çərçivəsində olmuşdur. İddiaçının iddia tələbinin “bələdiyyə qərarının hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” hissəsinə münasibətdə isə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırmaları zamanı mübahisələndirilən bələdiyyə qərarı əsasında ayrı-ayrı şəxslərin adına müvafiq hüquqmüəyyənedici sənədlərin-daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verildiyi müəyyən olunmuşdur. Hazırki işdə iddiaçının əsas iddia tələbi təmin olunduğu üçün məhkəmə kollegiyası hesab edir ki, həmin əsas tələbin davamı olaraq verilmiş əlavə tələb də təmin olunmalıdır. Bundan əlavə, iddiaçının əlavə tələbdə qanunsuz sayılmasını tələb etdiyi “bələdiyyə qərarının hüquqi nəticələri” özü-özlüyündə qeyri-müəyyənlik yaratmır və bu halın məhkəmə qərarının gələcəkdə icrasında hər hansı çətinliklər də yaratmayacağını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin ifadə-adı çəkilən bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar kimi başa düşülməli və bu zaman “qanunsuz sayılma” ifadəsi təkcə daşınmaz əmlakın dövlət reyestrindən v erilmiş çıxarışlara münasibətdə deyil, həm də həmin çıxarışlarla aparılmış alqı-satqı müqavilələri olarsa, həm onlara, həm də sonrakı hərəkət olaraq verilmiş reyestrdən çıxarışlara da şamil olunur...”
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan əsaslandırması ilə bağlı bildirir ki, məhkəmənin “qanunsuz sayılma” ifadəsinin təkcə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara münasibətdə deyil, həm də həmin çıxarışlarla aparılmış alqı-satqı müqavilələri olarsa, həm onlara, həm də sonrakı hərəkət olaraq verilmiş reyestrdən çıxarışlara da şamil olunmasına dair mövqeyi əsassızdır. Belə ki, üçüncü şəxs Maraqlı şəxs tərəfindən digər şəxslərə satılmış və ya bağışlanılmış əmlaklara dair müqavilələrinin etibarsızlığı inzibati məhkəmə icraatının predm etini təşkil etmir.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-12/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.