Məhkəmə qərarları › İş №2-1(102)-997/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-997/2024

13.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-997/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə dəymiş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği 23338,20 manat, pul vəsai tinin ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 11182,83 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, cəmi 44621,03 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən dövlət büdcəsi hesabından tutulub xeyrinə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3226/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-4399/2013 nömrəli qətnaməsi ilə X2 vurulmuş maddi ziyana görə 13,446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2. 29.12.2013-cü il tarixdə qətnamə əsasında icra vərəqəsi verilmiş və icra edilməsi üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir.

3. Xətai rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vurulmuş ziyana görə kompensasiya ödənilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsi ilə onun cavabdeh X4 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın onun xeyrinə tutulması qət edilmişdir. 7 ildən artıq müddətdir ki, 23338,20 manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, borclu və Xətai rayon İcra Şöbəsi həmin məhkəmə qətnaməsini qərəzli olaraq icra etmirlər. Məhkəmə qətnaməsinin icrası ilə bağlı dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, İcra Baş idarəsinə, Xətai rayon İcra Şöbəsinə, Xətai Rayo n Məhkəməsinə və digər orqanlara müraciət etsə də, bu günə kimi heç bir nəticə olmamışdır. İcra işi icra məmuru Vüsal Umarovun icraatında olduğu müddət ərzində o, icra sənədinin icrası ilə bağlı kifayət qədər zəruri hərəkətlər etməmiş, yalnız 2020-ci ilin yanvar ayında müvafiq sorğular, mart ayında isə xatırlatma məktubu göndərməklə kifayətlənmiş, borclunun işləməsinə, bununla da yerinin müəyyən edilməsinin mümkün olmasına baxmayaraq, bu istiqamətdə real heç bir addım atmamış, faktiki olaraq öz passivliyi (hərəkətsizliyi) ilə icra sənədinin icra olunmadan qalmasına şərait yaratmışdır. Aşkar görünür ki, həyata keçirilmiş hərəkətlər uzun fasilələrlə edilmiş və edilmiş hərəkətlər üzrə müvafıq nəticələrin əldə edilməsinə nail olmamışdır. Digər tərəfdən, borclu MMC-nin direktoru olmaqla kifayət qədər qazancı və gəliri olsa da, lakin uzun müddətdir ki, borc pulunun ödəməkdən qəsdən yayınır, icra məmurunun tələblərini yerinə yetirməyərək məhkəmə qətnaməsini qəsdən icra etmir. Ona görə də onun haqqında cinayət işi başlanmalı və o cinayət məsuliyyətinə cəlb olunmalı idi.

6. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) xx.xx.2022-ci il tarixli 21(112)-1481/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisənin predmetini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-4399/2013 nömrəli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər və bu hərəkətlərdən meydana gələn zərər təşkil edir. İnzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zam an inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi, eləcə də bu fəaliyyət gedişində vurulmuş ziyanla bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olun ur. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

8. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) 03 noyabr 2022-ci il tarixli, 21(103)-2227/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı ilk öncə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyindən həmin qətnamənin icrasına nəzarət etməli olan məhkəməyə müraciət etmiş və həmin məhkəmənin qanuni qüvvəsini almış qərardadı ilə cavabdeh Xətai rayon İcra və Probasiya şöbəsinin icra sənədini icra etməməsi ilə bağlı hərəkətsizliyi qa nunsuz hesab edilmişdir. İddiaçının hazırkı iddia tələbi də, məhz, cavabdehin, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış həmin qərardadı ilə qanunsuz hesab edilən, hərəkətsizliyi nəticəsində iddiaçıya (tələbkara) vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası, tədqiq olunan sübutlarla müəyyən edilən hallar baxımından qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına nəzarət həmin icra sənədini verən məhkəmə tərəfindən həyata keçirilməli olsa da, konkret halda iddiaçının hazırkı iddia tələbi, artıq icra sənədinin icrasına nəzarət ilə bağlılıqdan çıxmış və birbaşa inzibati orqanın özünə qarşı yönələrək, onun hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş ziyana görə kompensasiya tələb ini ehtiva edir. Birinci instansiya məhkəməsi tərəfindən isə iş hərtərəfli araşdırılmamış və qeyd olunan məhkəmə aktlarına diqqət yetirilməmişdir. Daha konkret, məhkəmə nəzərə almamışdır ki, iddiaçı, ilk öncə icra sənədinin icrasına nəzarəti həyata keçirən Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edildikdən sonra yalnız, o, sonuncuya qarşı vurulmuş ziyana görə hazırkı kompensasiya tələbini irəli sürmüşdür ki, belə olan halda da yaranmış mübahisəli hüquq münasibətləri artıq ümumi (publik) hüquq normaları ilə tənzimlənməsini, başqa sözlə, inzibati məhkəmə icraatı qadasında baxılmasını zəruri edir. Beləliklə də, işin sübutlarla müəyyən edilən hallarını və Ali Məhkəmənin təcrübəsini nəzərə alan məhkəmə kollegiyası hes ab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh icra qurumuna qarşı iddianın mümkün sayılmaması işin qeyd olunan hallarına və inzibati icraat haqqında və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat

11. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği – 19338,20 manat, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 15933,84 manat, mənəvi zərərin məblə ği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, pul vəsaitinin indeksasiyası – 13884,83 manat, ümumilikdə isə cavabdeh tərəfindən ailəmizə vurulmuş zərərin məbləği – 59256, 87 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehdən dövlət büdcəsi hesabından tutulub xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının artırılmış tələblə məhkəməyə qədər cavabdeh orqana müraciəti olmadığından məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 27 aprel 2023-cü il tarixli 21(112)-334/2023 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə ) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Yəni vurulmuş zərərin əvəzinin ödənilməsi məzmununda iddianın təmini üçün müəyyən şərtlər mövcud olmalıdır - əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri -hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. İşdən görünür ki, cavabdeh məhkəmə qərarın icrası ilə bağlı məhkəməyə təqdim etdiyi məlumatda qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu X2 13446 ABŞ dolları məbləğində borc, mənəvi ziyana görə 300 manat və məhkəmə xərclərinə görə 180 manat tutularaq tələbkarın xeyrinə ödənilməlidir. Xətai rayon İcra Şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə borclu qərarın icrasını könüllü təmin etmədiyindən məcburi icra tədbiri olaraq əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq qurumlara sorğular verilmiş, adına daşınar əmlaklar “Mercedes Benz 190” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. xx.xx.2014-cü ildə borclunun izahatı alınmış, izahatında qətnamədən apelyasiya şikayəti verəcəyi bildirilmişdir. 25 may 2015-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul olunaraq Yasamal Rayon Polis İdarəsinə və Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə inzibati xəta haqqında protoko l tərtib olunaraq Xətai Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2017-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən 05 iyun 2017-ci il tarixli qərardadla təqdimat təmin edilmiş və borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 04 oktyabr 2017-ci il tarixdə məhkəməyə təqdimat verilmiş və Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 8(011)-2317/2017 nömrəli qərardadı ilə avtomobillərin üzərinə həbs qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə Xətai rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2014 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu X3 mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində icra məmurunun axtarış qərarı icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə Xətai RPİ-si tərəfindən borclu kimi axtarışda olan X1 Xətai rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Həmin gün borclunun izahatı alınmış və izahatında avtomobillərlə verilən suala cavab olaraq həmin avtomobilləri uzun müddət əvvəl satdığını, harada olması barədə məlumatının olmamasını bildirərək borcun ödənilməsi üçün 2 ay vaxt verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 3(011)-2016/19 nömrəli qərarla borclu barəsində 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin icra sənədlərinin icrası ilə bağlı icra məmuru Toğrul Baxşəliyev tərəfindən borcluya 10 gün müddətində məhkəmə qərarının icrası üçün yenidən vaxt verilmiş, yeni könüllü icra müddəti bitdikdən sonra tələb icra edilmədiyində barəsində cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təqdimat aidiyyəti istintaq orqanına təqdim ediləcəyi barədə bildiriş təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixdə hazırkı icra işi icra məmuru V.Umarov tərəfindən təhvil alınmış, sözügedən məhkəmə qərarının icrası i lə bağlı yenidən borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq qurumlara sorğular verilmiş, borclunun yerinin məlum olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş və Xətai RPİ tərəfindən borclu barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Xətai Rayon İcra və Probasiya şöbəsinin icraatında olan 21925/2014, 40156/2015, 74715/2016, 270327/2017, 83765/2019,13410/2013 saylı işlər bir icraatda birləşdirilmişdir. xx.xx.2020- ci il tarixdə DİN-in BDYPİ-nə borclunun mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı və “VAZ 21074” minik markalı icra məmurunun axtarış qərarının nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuş, lakin bu günədək məktuba cavab verilməmişdir. Verilmiş sorğul ara cavab olaraq ƏMDK yanında DƏDRX-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, müxtəlif bankların, Fövqəladə Hallar Nazirliyinin sorğulara cavab məktubunda adına heç bir əmlakın olmadığı qeyd edilmişdir. Borcluya son inzibati həbsdən sonra işi istintaqa göndərmək üçün tələb olunan qanunla nəzərdə tutulmuş yeni icra müddəti barədə bildirişin verilməsi, onun yeni izahatının alınması, Elektron icra sisteminə inteqrasiya olunmamış orqanlardan borclunun əmlakı barədə sorğulara cavabların alınması, həmçinin borcluya məxsus üzərinə həbs qoyulmuş axtarışda olan avtomobillər barədə DİN-in BDYPİ-yə ünvanlanmış sorğuya cavab verilmədiyindən və borclu barəsində axtarış uzun müddət nəticə vermədiyindən işi ibtidai istintaq aparan orqana göndərmək mümkün olmamışdır. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə borclunun direktor olduğu "xxxx" MTK-da borclunu tapmaq mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinə axtarış qərarının nəticəsi barədə şöbəyə məlumat verilməsi barədə məktub ünvanlanmış, lakin bu günədək məktuba cavab verilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə verilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində pulu Xətai rayon icra şöbəsinin depozit hesabına keçirtmişdir. Xətai Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarla borclunu 500 manat məbləğində cərimə etmişdir. xx.xx.2021-ci il tarixdə borcluya yeni könüllü icra müddəti barədə bildiriş verilmiş, izahat yazmış, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq tərtib olunaraq borcluya təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunma barədə təqdimat tərtib olunaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Xətai RM-nın 8(011)-906/2022 saylı xx.xx.2022-ci il tarixli indeksasiya ilə bağlı qərardadı icra olunması üçün şöbəyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə X5 barəsində axtarış qərarı qəbul olunaraq Xətai RPİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Quliyev Sənanın cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat və materiallar əlavə icra tədbirlərinin həyata keçirilməsi üçün geri qaytarılmışdır. Cavabdehin təqdim etdiyi icra işi üzrə materiallar bu halları təsdiq edir.

14. İş dən görünür ki, iddiaçı hazırkı iddianı qaldırarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə istinad etmişdir. Həmin məhkəmə qərarında məhkəmə qeyd etmişdir ki, “qanunverici bir qayda olaraq borclunun icra məmurunun onun qanuni tələblərini yerinə yetirmədiyi və borclu tərəfindən borcun ödənilməsi icra edilmədiyi halda məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozduğu üçün cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimatla müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana müraciət etməsini müəyyən etmişdir.” İşdən görünür ki, cavabdeh məhkəmənin bu qərarından sonra qərardadda nəzər də tutulan hərəkətləri həyata keçirmiş, müvafiq təqdimatla aidiyyəti orqana da müraciət etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin oluna bilməz.

15. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3226/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəy işdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllə: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxa ran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).... 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Re spublikası və ya müvafiq bələdiyyə ödəməlidir....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsa sən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından və apellyasiya instansiya məhkəməsinin qərarından göründüyü kimi, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. İddia çı hazırkı iddianı qaldırarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə istinad etsə də, iş materiallarından görünür ki, cavabdeh qərardadda nəzərdə tutulan hərəkətləri həyata keçirmiş, müvafiq təqdimatla aidiyyəti orqana da müraciət etmişdir. Odur ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.

29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3226/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar