Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-10/2025 13.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1126/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 2022-ci il üzrə müalicə pulun un ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ödənilməsi nəzərdə tutulan xx.xx.2014-xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı ilə (hakim Elnur Hüseynov) iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(108)-52/2023 nömrəli qərardadı ilə (hakimlər: Sənan Qarayev /sədrlik edən və məruzəçi/, Yusifəli Qurbanov və Səxavət Novruzov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərardadı qismən, iddianın 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbinə dair hissəsində ləğv edilmiş, İddiaçı cavabd eh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı ödənilməsi nəzərdə tutulan xx.xx.2014xx.xx.2022-ci illər üzrə müalicə pulunun ödənilməsi, 2016-2018-ci illər üzrə icra etdiyi ikinci vəzifə üzrə ödənilməyən əlavə ödəncin və ya ezamiyyə xərclərinin ödənilməsi, xidməti dövründə məharət dərəcəsinin verilməsi qaydasında buraxılmış nöqsanların aradan qaldırılmasına dair inzibati akta düzəliş edilməsi və vəzifədən digər vəzifəyə keçirilməyinə dair inzibati aktın ləğv edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası qismən 2022-ci il üzrə müalicə pulunun ödənilməsi tələbinə dair hissədə mümkün hesab edilmiş və inzibati iş həmin hissədə mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilm iş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(102)-896/2024 nömrəli qərarı ilə (hakimlər: Zakir Quliyev /sədrlik edən və məruzəçi/, Rahib Nəbizadə və Səyyad Kərimov) kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 2-1(108)-52/2023 nömrəli qərardadını “Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-74/2023 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçının 2022-ci il üzrə müalicə pulunun ödənilmə si tələbinə mahiyyəti üzrə baxmış Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1126/2024 nömrəli qərarı ilə (hakim Elnur Hüseynov) İddiaçı 2022-ci il üzrə müalicə pulunun ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həmin qərardan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 Noyabr 2013-cü il tarixdən 10 oktyabr 2022-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləmişdir. Cavabdeh orqana müraciət etməsinə baxmayaraq 2022 -ci il üzrə müalicə olunması ilə əlaqədar ona iki aylıq həcmində birdəfəlik müavinət ödənilməmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ədliyyə orqanları işçilərinə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət işçinin müraciəti əsasında və müalicə olunmaq zərurəti barədə arayışa əsasən verilir. Lakin iddiaçı tərəfindən təqaüdə buraxıldığı 10 oktyabr 2022-ci il tarixədək müalicə olunması zərurəti barədə ərizə və ona əlavə olunmuş tibbi arayış təqdim olunmadığı üçün müavinətin ödənilməsi təmin olunmamışdır. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, müalicə olunması ilə bağlı tibbi arayışı 2022-ci ilin yanvar ayında məzuniyyətdə olarkən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mühasibatlıq şöbəsinin şöbə rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən ona bildirilmiş mailto:Elektron ünv an 1 elektron poçt ünvanına göndərmişdir. Məzuniyyətdən qayıtdıqdan sonra ərizə ilə müraciət etməsə də dəfələrlə müalicə pulu ilə bağlı şifahi müraciətlər etmişdir. Bununla bağlı yazılı ərizəsi olmamışdır. Çünki arayışı təqdim etdikdən sonra buna zərurət olmadığını düşünmüşdür. Təqaüdə çıxdıqdan sonra 2022-ci ilin dekabr ayında müalicə pulu ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin nəticəsi olmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apell yasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 12 noyabr 2013-cü il tarixli, 458-k nömrəli əmrlə Naxçıvan MR Ədliyy ə Nazirliyi üzrə Naxçıvan şəhər İcra Bölməsinin icra məmuru vəzifəsindən azad edilmiş, Nazirliyin Penitensiar Xidmətinin Məhkumların əməyinin təşkili bölməsində böyük inspektor-mühəndis vəzifəsinə təyin edilmişdir. 10 oktyabr 2022-ci il tarixli, 13 ş/h nömrəli əmrlə Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Penitensiar Xidmətin növbətçi hissəsində inspektor-növbətçi ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.1-ci maddəsinə əsasən (öz raportu əsasında) tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 yanvar 2022-ci il tarixli, 08 ş/h nömrəli əmrinin surətindən görünür ki, Penitensiar Xidmətin Növbətçi hissəsini n inspektor-növbətçisi ədliyyə mayoru İddiaçı 07 yanvar 2022ci il tarixdən 30 təqvim günü müddətinə 2022-ci il iş ili üçün nəzərdə tutulmuş əmək məzuniyyətinə buraxılmış və 06 fevral 2022-ci il tarixdən işdə hesab olunmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən iki aylıq əməkhaqqı miqdarında müavinət ödənilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 19 dekabr 2022-ci il tarixli, 1/153 nömrəli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, 2015-2021-ci illər xidməti dövr ərzində hər il İddiaçı raportu əsasında ödənişli əmək məzuniyyətinə buraxılmışdır. Müvafiq illər ərzində ödənişli əmək məzuniyyəti dövründə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respu blikası Qanununun 23-cü maddəsinin tələbi və dövlət büdcəsinin təminat xərci nəzərə alınaraq müalicə olunması barədə bütün şəxsi heyətlə birlikdə ildə bir dəfə bir aylıq əməkhaqqı həcmində və iki aylıq əməkhaqqı həcmində müavinətlərin ödənilməsi təmin edilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 31 yanvar 2023-cü il tarixli, 1/18 nömrəli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyi üçün ona 2022-ci il üçün müalicə olunması ilə əlaqədar iki aylıq əməkhaqqı həcmində bir dəfəlik müavinət ödənilməmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 yanvar 2025-ci il tarixli, 3 -16-33-2/2-36 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 2022-ci il üzrə müalicə alması barədə tibbi arayışı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus olan mailto:office-px@njustice.gov.azElektron ünvan 2 rəsmi elektron poçt ünvanına daxil olmamışdır. Qeyd olunan mailto:Elektron ünvan 1 elektron poçt ünvanının Penitensiar Xidmətə məxsus olmadığı və bu poçt ünvanının Penitensiar Xidmətin əməkdaşı olan S.Camalovun şəxsi elektron poçt ünvanı olduğu məlum olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2022-ci ilin yanvar ayında məzuniyyətdə olduğu dövrdə Rusiya Federasiyasında olduğu zaman öz iş yoldaşı olan S.Camalovla əlaqə saxlayaraq onun şəxsi poçt ünvanına arayış göndərdiyini və həmin arayışın müalicə pulunun verilməsində keçərli olub- olmamasını soruşmuş və S.Camalov cavab olaraq həmin sənədin rus dilində yazıldığı üçün heç nə başa düşə bilmədiyini qarşı tərəfə bildirmişdir. Bir daha bildirilir ki, İddiaçı tərəfindən 2022-ci ilin yanvar ayının məzuniyyət dövründən sonra işdə olduğu müddət dövründən başlayaraq təqaüdə buraxıldığı tarixə qədər özünün müalicə olunması zərurəti barədə ərizə və ona əlavə olunmuş tibbi arayış komissiyaya rəsmi şəkildə təqdim olunmadığından nəticəsi barədə təsdiqedici sənədlər mövcud deyildir. Məhkəmə kollegiyasının 13 fevral 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, 2022-ci il ərzində Penitensiar Xidmətin mühasibat şöbəsinin baş mühasib - şöbə rəisinin vəzifələrini müvəqqəti icra etmişdir. Halhazırda maliyyə-iqtisadiyyat şöbəsinin rəisi vəzifəsində işləyir. Qeyd olunan mailto:Elektron ünvan 1 elektron poçt ünvanı Penitensiar Xidmətə məxsus olmamışdır, onun şəxsi elektron poçt ünvanıdır. İddiaçı tanıyır. Penitensiar Xidmətin əməkdaşı olmuşdur. İddiaçı 2022-ci ilin yanvar ayında onunla əlaqə saxlayaraq Rusiya Federasiyasında olduğunu, orada müalicə olunduğunu, bununla bağlı tibbi arayışı baxış keçirməsi üçün ona göndərmək istədiyini bildirmişdir. O da özünə məxsus olan qeyd olunan elektron poçt ünvanına göndərməsini bildirmişdir. Lakin sənəd rus dilində olduğu üçün başa düşmədiyini bildirmişdir. Bundan sonra İddiaçı sənədin azərbaycan dilinə qeyri-rəsmi tərcümə olunmuş variantını göndərmişdir. Sənədə baxdıqdan sonra İddiaçı bununla bağlı konkret fikir bildirməmişdir. Bunu edərkən məqsədi tanışı olan İddiaçı xahişinə əsasən ona sadəcə məsləhət vermək olub. Onun elektron poçt ünvanına daxil olan arayışı qəbul edib hər hansı qərar vermək səlahiyyəti olmamışdır. Sənədi göndərmək İddiaçı öz təşəbbüsü olmuşdur. O, İddiaçı sənəd tələb etməmişdir. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra müalicə pulu ilə bağlı rəsmi müraciət etməmiş və tibbi arayışı müraciətə əlavə etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaq ədar birdəfəlik müavinətin verilməsi qaydaları”na əsasən müavinət xüsusi rütbəsi olan işçiyə (bundan sonra - işçi) müalicə olunması üçün verilir (bənd 1.2.). İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (bənd 1.3.). Müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (bənd 1.4.). İşçi müavinəti müalicəyə başlayanadək, müalicənin gedişində və ya müalicəni başa çatdırdıqdan sonra ala bilər (bənd 1.5.). Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur (bənd 2.1.). Həmin qaydaların 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənə dlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Həmçinin həmin qaydalara əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən m üavinət təyin edən komissiyalara (bundan sonrakomissiyalar) təqdim edilir (bənd 2.3.). Müavinətin verilməsi barədə müraciətə komissiyalar tərəfindən qısa müddətdə, daxil olma növbəliyi ilə baxılır (bənd 2.4.). Komissiyalar öz qərarlarını səs çoxluğu ilə qəbul edir və protokol formasında rəsmiləşdirirlər (bənd 2.5.). Protokol müvafiq komissiyanın sədri və katibi tərəfindən imzalanır (bənd 2.6.). Müavinətin verilməsi məsələsi müsbət həll edildikdə protokolun bir nüsxəsi icra üçün müvafiq ədliyyə orqanının maliyyə xidmətinə təqdim edilir (bənd 2.7.). İşçinin müraciətinə əsasən komissiyanın protokolunun bir nüsxəsi ona təqdim edilir (bənd 2.8.). Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə mürac iət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır (bənd 2.9.). Müavinət komissiyaların qərarına əsasən verilir (bənd 3.1.). İddiaçıya cavabdeh tərəfindən 2022-ci il üzrə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməməsi işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən 2022-ci il üzrə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi üçün təqaüdə buraxıldığı 10 oktyabr 2022-ci il tarixədək müalicə olunması zərurəti barədə ərizə və ona əlavə olunmuş tibbi arayışın ona təqdim olunmadığını bildirmişdir. İddiaçı isə tibbi arayışı 2022-ci ilin yanvar ayında cavabdehin elektron poçt ünvanına göndədiyini bildir mişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən 2022-ci il üzrə müalicə alması barədə tibbi arayışın yuxarıda istinad olunan normalarda müəyyən edilmiş prosedurlar daxilində cavabdehə təqdim edilməsi iş üzrə materiallarla müəyyən edilmir. Belə ki, sözügedən müavinətin ödənilməsi üçün ədliyyə orqanı işçisi xidmət etdiyi inzibati orqana rəsmi müraciət etməli və həmin müraciətə müvafiq tibbi arayışı əlavə etməli idi. İddiaçı məzuniyyətdə olduğu müddətdə tibbi arayışı cavabdeh inzibati orqanın əməkdaşının bildirdiyi elektron poçt ünvanına göndərdiyini qeyd edir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddiaçı qaydalara uyğun ərizə ilə müraciət etməli və tibbi arayışı ərizəyə əlavə etməli idi. İddiaçı tibbi arayışı n surətini əməkdaşın şəxsi elektron poçt ünvanına göndərir. Lakin məzuniyyətdən qayıtdıqdan sonra iddiaçı ərizə və ərizəyə əlavə edilmiş tibbi arayışı cavabdeh inzibati orqana təqdim etməli idi. Lakin iddiaçı işdən çıxana qədər ərizə və ərizəyə əlavə edilmiş tibbi arayışı cavabdeh inzibati orqana təqdim etməmişdir. Yalnız təqaüdə çıxdıqdan sonra ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Qeyd edilən qanuna və qaydalara görə ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmçinin ədliyyə orqanları işçisi işlədiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini əlavə edərək ərizə ilə cavabdeh inzibati orqana müraciət etməlidir. Bununla bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə həmin sənədi qeyd edilən qaydada cavabdeh inzibati orqana təqdim etdiyinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1216/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqe ifadə edilmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbində haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi də iş üzrə düzgün nətic əyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1126/2024 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 2022-ci il üzrə müalicə pulunun ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Naxçıva n Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1126/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 2022-ci il üzrə müalicə pulunun ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-10/2025
Ali Məhkəmə Qərar — İş №2-1(108)-10/2025
13.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver