Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-108/2025 22.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan şəhər ərazisində mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(122)786/2025 nömrəli qərardadından iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə iclasında baxaraq kollegiya müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan şəhər əra zisində mənzillə təmin olunma öhdəliyinin” cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E.Hüseynov) 12 avqust 2025-ci il tarixli, 2-1(122)-786/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(122)-786/2025 nömrəli qərardadının ləğv olunmaqla iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kollegiya tərəfindən iddiaçının vəkil-nümayəndəsi Vəkil hüquqi yardım məktubu ünvanlanaraq həmin qərardaddan apellyasiya şikayəti verilən zaman qanunla müəyyən edilmiş 10 gün lük müddətin ötürüldüyü bildirilmiş və müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sübutlarla birlikdə 22 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməsinin zəruriliyi bildirilmişdir. İddiaçı, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmyə bu barədə hər hansı bir məlumat təqdim edilməmişdir. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə 22 sentyabr 2025-ci il tarixli, 5-5/2-1597/2025 nömrəli məktub ünvanlanaraq 22 sentyabr 2025-ci il tarixə, saat 09:30-a təyin edilmiş məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi və birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılması x ahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2-ci maddəsinə əsasən apelly asiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4.cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərardadının surəti iddiaçının vəkil-nümayəndəsi Vəkil iddia ərizəsində faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 1əsmi qaydada göndərilmiş və 18 avqust 2025-ci il tarixdə həmin ünvana çatdırılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sisteminin hazırkı iş üzrə proses iştirakçıları bölməsindən görünür ki, apellyasiya şikayətini verən iddiaçının vəkil-nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdən E-kabinetdə qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə texn iki əməliyyatlar bölməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə məhkəmə aktı üzrə əsas sənəd Elektron İmza ilə imzalanmış, elə həmin tarixdə də məhkəmə aktı üzrə sənədin istiqaməti elektron imza ilə imzalanmışdır. Göründüyü kimi Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərardadı iddiaçının vəkil-nümayəndəsi Vəkil elektron məhkəmə kabinetinə də 13 avqust 2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla yanaşı 12 avqust 2025-ci il tarixli məhkəmə iclas protokolundan aydın olur ki, iddiaçının vəkil-nümayəndəsi Vəkil məhkəmə qərardadının elan olunmasında iştirak etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci madd ələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Kollegiya tərəfindən işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(122)786/202 5 nömrəli qərardadı iddiaçının vəkil-nümayəndəsinin elektron məhkəmə kabinetinə 13 avqust 2025-ci il tarixdə yerləşdirilməklə yanaşı 18 avqust 2025-ci il tarixdə poçt vasitəsilə ona təqdim olunmuş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(122)-786/2025 nömrəli qərardadından iddiaçının vəkilnümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti 29 avqust 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Belə olan halda həmin qərardadın iddiaçının vəkil-nümayəndəsinin həm elektron məhkəmə kabinetinə yerləşdirildiyi tarixdən, həm də poçt vasitəsilə ona rəsmi qaydada verildiyi tarixdən hesablandıqda iddiaçının vəkil-nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində göstərilən qərardadan şikatət verillm əsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Kollegiya tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutların təqdim edilməsi ilə əlaqədar hüquqi yardım edilsə də iddiaçının vəkil-nümayəndəsi tərəfindən qərardaddan apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülməsi və ya ötürülməməsi barədə müvafiq sübutlar təqdim edilməmiş, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan şəhər ərazisində mənzillə təmin olunma öhdəliyinin” cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(122)786/2025 nömrəli qərardadından iddiaçının vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıva n Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.