Məhkəmə qərarları › İş №2-1(108)-113/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-113/2025

08.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-113/2025 08.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 21(122)-338/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Dövlət Sosial Müdafiə Fondunun 29 may 2024-cü il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi, onun pensiya hüququnun yarandığı tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 29 may 2024-cü il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi, onun pensiya hüququnun yarandığı tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 27 avqust 2025-ci il tarixli, 2-1(122)-338/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 29 may 2024-cü il tarixli, 16 nömrəli qərarının ləğv edilməsi, İddiaçı pensiya hüququnun yarandığı tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o 01 iyun 1979-cu il tarixdən 17 iyul 1988-ci il tarixədək Qıvraq qəsəbəsində N.Nərimanov adına sovxozda fəhlə vəzifəsində, 27 oktyabr 1993-cü il tarixdən 01 mart 1996-cı il tarixədək isə Şərur rayonu, Tütün qəbulu idarəsində kassir vəzifəsində işləmişdir. Bu faktlar arxiv arayışı və onun əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin o, 2016-cı il tarixdən 2022-ci il tarixədək Şərur rayonu, Püsyan kəndində yerləşən mebel sexini işlətmiş, sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxs qismində vergi və sosial sığorta ödənişləri həyata keçirmişdir. Onun ödəniş qəbzləri bu halı təsdiqlə yir. Lakin onun sosial sığorta ödənişləri sosial sığorta sisteminə işlənməmiş və qanunla sosial sığorta stajına hesablanmamışdır. Onun 66 yaşı var. Bununla bağlı onun yaşa görə minimum pensiya hüququ yaranmışdır. O, pensiya hüququnun yaranıb pensiya alması üçün ərizə ilə Azərbaycan Respublikası X5nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası X5nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondun 29 may 2024-cü il tarixli, 16 nömrəli qərarı ilə onun (01 iyun 1979-cu ildən-17 iyul 1988-ci il tarixədək) sosial sığorta stajının 8 il 5 ay 20 gün təşkil etdiyi və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabında sığorta hiss əsində pensiya kapitalının qeydə alınmadığını qeyd edərək ona yaşa görə minumum əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sığortaedən (həm də sığortaolunan) kimi qəbzin aid olduğu 2017-ci il ilə bağlı məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (Forma B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim etməmiş, həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqlar ı ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında atasının əvəllər vergi ödəyicisi kimi qeydiyyata alınaraq mebel sexini işlətdiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul oduğunu, sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə X10 Respublikası Kəngərli Rayon şöbəsinin hesabına ödəniş etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanıl masını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tut ulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1958-ci ildə doğulmuşdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinat şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 29 may 2024-cü il tarixli, 16 nömrəli qərarından görünür ki, İddiaçı qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat olmalı olduğu halda, faktiki sığorta stajı 8 il 5 ay 20 gün, pensiya kapitalı isə 6843,04 manatdır. Kəsir sığorta stajı 16 il 6 ay 10 gün, kəsir pensi ya kapitalı 33476,96 manat. Fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə pensiya kapitalı yoxdur. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə X10 Respublikası Kəngərli Rayon şöbəsinin hesabına 26 oktyabr 2017-ci il tarixli, ********* nömrəli, 23 fevral 2018-ci il tarixli, ********* nömrəli, 13 mart 2018-ci il tarixli, ********* nömrəli, 18 aprel 2018-ci il tarixli, ********* nömrəli, 17 may 2018-ci il tarixli, ********* nömrəli və 07 iyun 2018-ci il tarixli, ********* nömrəli ödəniş qəbzlərinə əsasən hər bir qəbzlə 29 manat məbləğində ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş ********** nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Kəngərli Rayon Vergilər Şöbəsi tərəfindən qeydiyyata alınmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 may 2024-cü il tarixli, 3-17-91/2-H-4640/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış 6843,04 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 33476,96 manat azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi 8 il 5 ay 20 gün sığorta stajı qanunla nəzərdə tutulan 25 il sığorta stajından 16 il 6 ay 10 gün az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdə n yararlanmaq üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin mötəbərliyinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Cavabdehin apellyasiya şikayətinin əs ası ondan ibarətdir ki, iddiaçı sığortaedən (həm də sığortaolunan) kimi qəbzin aid olduğu 2017-ci il ilə bağlı məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (Forma B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim etməmiş, həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə sosial sığorta haqlarını ödəməsi barədə məlumatların elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və bu hal vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaç ı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə məcburi dövlət sosial sığorta haqları ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının 26 oktyabr 2017-ci il tarixli, ********* nömrəli, 23 fevral 2018-ci il tarixli, ********* nömrəli, 13 mart 2018-ci il tarixli, ********* nömrəli, 18 aprel 2018-ci il tarixli, ********* nömrəli, 17 may 2018-ci il tarixli, ********* nömrəli və 07 iyun 2018-ci il tarixli, ********* nömrəli ödəniş qəbzlərinə əsasən hər bir qəbzlə 29 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmə k pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 21(122)-338/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar