Məhkəmə qərarları › İş №2-1(108)-116/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-116/2025

15.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-116/2025 15.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X2 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərar ının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(122)-578/2024 nömrəli qərardadı ilə iddia tələbi “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaf iə Fondu şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətdə göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 20 dekabr 1983-cü il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində İddiaçı Şərur Tikinti Materialları Zavodunda xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 8 ay 18 gün) fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (4 ay 3 gün) 3-cü dərəcəli maşinist, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (13 il 4 ay 8 gün) sürücü, "xxxx" Tikinti Materialları X29 Səhmdar Cəmiyyətini n Kəngərli sahəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (5 il 10 ay) maşinist köməkçisi, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək (7 ay 10 gün) maşinist, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (2 il 2 ay) dəlici, X19 X20 Məsuliyyətli Cəmiyyətində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dəlici, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (3 il 20 gün) daşkəsən vəzifələrində işləməsi barədə qeydlər aparılmışdır. İşin faktiki hallarından da məlum olur ki, İddiaçı is stajı ilə baqlı evni müəssisədən 4 fərqli arayış təqdim edilmişdir. "xxxx" MMC-dən Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 191 nömrəli arayışda İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixədək X19 Sənaye Ko mpleksi MMC-də maşinist köməkçisi, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-də maşinist, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək X19 Sənaye Kompleksi MMC-də dəlici, xx.xx.2017-ci il tarixdən xx.xx.2020- ci il tarixədək X19 Sənaye Kompleksi MMC-də dəlici və xx.xx.2020- ci il tarixdən Arkoz Travertin-Mərmər zavodu MMC-də dəlici vəzifəsində işləməsi və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi və 11 il 7 ay 8 gün xüsusi iş stajı olması qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışlarda İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək maşinist köməkçisi, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək maşinist köməkçisi və xx.xx.2013-cü il tarixdə n xx.xx.2013-cü il tarixədək işlədiyi maşinist vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 1.2.1-ci maddəsinin “a” bəndinin 44-cü abzastına uyğun olduğu göstərilmişdir. Lakin sözügedən siyahının 1.2.1-ci maddisinin “a” bəndinin 44-cü abzastında qazma qurğularının maşinistləri vəzifəsi qeyd edilmişdir. Həmçinin arayışlarda İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi dağkəsən vəzifəsinin, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dəlici vəzifəsinin, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi dəlici vəzifəsinin və xx.xx.2020-ci il tarixdən işlədiyi dəlici vəzifəsinin siyahının 1.2.1-ci maddəsinin “b” bəndinin 6-cı abzastında uyğun olması qeyd edilmiş dir. Lakin sözügedən siyahının 1.2.1-ci maddəsinin “b” bəndinin 6-cı abzastında qazma buruq ustaları vəzifəsi göstərilmişdir. Nəticədə iddiaçının işlədiyi maşinist köməkçisi, maşinist, dağkəsən və dəlici vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıda nəzərədə tutulmadığı müəyyən olunmuşdur. Əlavə olaraq "xxxx" MMC tərəfindən verilmiş arayışlarda iddiaçının "xxxx" ASC-də işlədiyi dövrlərə də münasibət bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 19/2025 nömrəli arayışından da məlum olduğu kimi xx.xx.2007- xx.xx.2010-cu illlərdə "xxxx" MMC ilə İddiaçı arasında əmək münasibəti olmamışdır. Həmçinin "xxxx" MMC "xxxx" ASC-nin hüquqi varisi deyildir. Beləliklə, iddia çının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına, əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlərin olmasına baxmayaraq işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nda nəzərdə tutulmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Apellyasiya şikayətini hüquqi cəhətən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1–ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyi n edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə, 81.1-ci maddəsinə istinad olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)127/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 izahatında apellyasiya şikayətin i müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəl lədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini, mütəxəsislərin fikirlərini dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın ri fahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 30 noyabr 2023-cü il tarixli, 4 nömrəli qərarından görünür ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır oian işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulm uş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. "xxxx" MMC-nin 21 iyul 2023-cü il tarixli, 104 №-li arayışında onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmədiyindən tələb olunan xüsusi stajı (12 il 6 ay) olmadığına görə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - ИT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 1963-cü ildə doğulmuş İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək İliç Tikinti Materialları Zavodunda fəhlə, xx.xx.1986-cı il tar ixdən xx.xx.1987-ci il tarixədək 3-cü dərəcəli maşinist, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək nəqliyyat sexində sürücü, xx.xx.2000-ci ildə Şərur tikinti materialları zavodu ləğv edildiyindən tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci il tarixdən Naxçıvan Tikinti Materialları X29 Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində müvəqqəti olaraq maşinist köməkçisi vəsifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən X21 Sənaye Kompleksi MMC-nin və İqtisadi İnkişaf Nazirliyinin 18 may 2011-ci il tarixli, 68 nömrəli icarə müqaviləsinə əsasən X12 maşinist köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdən maşinist vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdən dəlici vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin e bəndinə əsasən işlərin həcminin azalması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı il tarixdən Gəmiqaya DMSK MMC-də bağlanmış əmək müqaviləsinə əsasən Qarabağlar sahəsinə dəlici qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti qurtardığından bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdən X19 Sənaye Kompleksi MMC-də bağlanmış əmək müqaviləsinə əsasən Qarabağlar sahəsinə dağkəsən vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən daş mədənlərinə dəlici vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdən işin və göstərilən xidmətlərin həcmi azaldığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 314 nömrəli arayışdan görünür ki, Hacıyev X14 rayonu, Şahtaxtı kəndində qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1963-cü ildə doğulmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli, 104 nömrəli arayışdan görünür ki, İddiaçı 01 may 2007-ci il tarixdən 20 iyul 2011-ci il tarixədək Naxçıvan Tikinti Materialları İstehsalı ASC-nin Kəngərli sahəsində, 20 iyul 2011-ci il tarixdən 03 mart 2013cü il tarixədək X19 Sənaye Kompeksi MMC-də maşinist köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq o lunmuş siyahının 1.2.1-ci maddəsinin a bəndinin 1-ci abzası), 03 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-də maşinist (həmin siyahının 1.2.1-ci maddəsinin a bəndinin 44-cü abzası), 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək, 14 aprel 2016-cı il tarixdən 22 dekabr 2016-cı il tarixədək X19 Sənaye Kompleksi MMC-də dəlici (həmin siyahının 1.2.1-ci maddəsinin b bəndinin 6-cı abzası), 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020-ci il tarixədək X19 Sənaye Kompleksi MMC-də dağkəsən (həmin siyahının 1.1.2-ci maddəsinin a bəndinin 12-ci abzası), 23 aprel 2020-ci il tarixdən bu günədək ARKOZ Travertin-Mərmər Zavodu MMC-də dəlici (həmin siyahının 1.2.1-ci maddəsinin b bəndinin 6-cı abzası) vəzifələrində işləmişdir. Arayışın qeyd hissəsində maş inist köməkçisi-gövdəçi, maşinist-dağ kəsən maşının maşinisti və dəliciqazıcı vəzifələri ilə eyni qəbul edildiyi göstərilmişdir. - "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli, 138 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 02 may 2007-ci ildən 11 oktyabr 2023-cü ilədək Qarabağlar və Kəngərli daş karxanasında maşinist köməkçisi, maşinist, dəlici və dağkəsən vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrə uyğun maddələrin olmaması səbəbindən İddiaçı güzəştli iş dövrü olmamışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 05 aprel 2024-cü il tarix li, 60 nömrəli məktubda göstərilmişdir ki, “Arkoz Travertin-Mərmər Zavodu" MMC-də işləmiş İddiaçı 01 may 2007-ci ildən 20 iyul 2011-ci il tarixədək Naxçıvan Tikinti materialları istehsalı ASC-nin Kəngərli sahəsində, 20 iyul 2011-ci il tarixdən 03 mart 2013-cü il tarixədək maşinist köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1 maddəsinin a bəndinin 44ci abzası), 03 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-də maşinist (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1 maddəsinin a bəndinin 44cü abzası), 11 oktyabr 2013-cü il tarixədən 12 dekabr 2015-ci ilədək, 14 aprel 2016-cı il tarixdə n 22 dekabr 2016-cı ilədək X19 Sənaye Kompleksi MMC-də dəlici (həmin siyahının 1.1.2-ci maddəsinin b bəndinin 6-cı abzası), 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020-ci il tarixədək X19 Sənaye Kompleksi MMC-də dağkəsən (həmin siyahının 1.1.2 maddəsinin a bəndinin 12-ci abzası), 23 aprel 2020-ci il tarixdən bu günədək Arkoz Travertin-Mərmər Zavodu MMC-də dəlici (həmin siyahının 1.2.1 maddəsi b) bəndinin 6-cı abzası) vəzifələrində işləmişdir. Məktubda həmçinin göstərilmişdir ki, maşinist köməkçisi və maşinist vəzifələri-dağ kəsən maşının maşinisti vəzifəsini dəlici-qazıcı vəzifəsini yerinə yetirdiyi qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 06 avqust 2024-cü il tarixli, 191 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 20 iyul 2011-ci ildən 03 mart 2013-cü il tarixədək X1 9 Sənaye Kompleksi MMC-də maşinist köməkçisi, 03 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-də maşinist, 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək, 14 aprel 2016-cı il tarixdən 22 dekabr 2016-cı il tarixədək X19 Sənaye Kompleksi MMC-də dəlici, 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020-ci il tarixədək X19 Sənaye Kompleksi MMC-də, 23 aprel 2020-ci il tarixdən Arkoz Travertin-Mərmər zavodu MMC-də dəlici vəzifələrində işləmiş və 11 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. (05 yanvar 2023-cü il tarixində “X19 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır). Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarının 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinin a) fəhlələr bəndinin 52-ci abzasına-daşkəsən maşın maşinistləri peşəsində 11 il 7 ay 8 gün (on bir il yeddi ay səkkiz gün) xüsusi stajı vardır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 04 fevral 2025-ci il tarixli, 19/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2007-xx.xx.2010-cu il tarixlərində İddiaçı adlı şəxslə heç bir əmək münasibəti mövcud olmamışdır. Həmçinin qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC arasında hüquqi varislik münasibəti olmamışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2025-ci il tarixli, 67/2025 nömrəli məktubdan görünür ki, "X19 Sənayə Kompleksi" MMC-də (indiki adı ilə "xxxx" MMС) 2011-2013-cü il tarixlərində maşinist, maşinist köməkçisi vəzifəsi mövcud olmuşdur. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 29 sentyabr 2023-cü il tarixli, 15/88 nömrəli məktubundan görünür ki, Şahtaxtı Tikinti Materialları Zavodunun sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat vermək mümkün olmamışdır. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, 75 nömrəli arxiv arayışında göstərilmişdir ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Şahtaxtı Tikinti Materialları Zavodunun sənədlərinə baxdıqda məlum oldu ki. İddiaçı xx.xx.1983-cü il tarixli, 240 №-li əmrlə 2-ci kateqoriyalı fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 520 №-li əmrlə maşinist təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 743 №- li əmrlə maşinistlikdən Zil 131 markalı maşına sürücü təyin edilmişdir. Lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinməmişdir. 1992, 1994-1995-ci illərdə müvafiq aylarda əməkhaqqı alması üzrə cədvəl tərtib edilmişdir. Arayışda həmçinin əmək haqqı kitablarında İddiaçı ata adının qeyd edilmədiyi, 1993, 1996, 1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi, 1998, 1999, 2000-ci illərin əmək haqqı kitablarının Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmağın mümkün olmadığı qeyd edilmişdir. - Babək Rayon Dövlət Arxivinin 7 oktyabr 2023-cü il tarixli, 149 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Babək rayon "xxxx" tikinti materialları kombinatında işləmiş və 1980-1981-ci illərdə müvafiq qaydada əməkhaqqı almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli Rayon Şöbəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 3-43-73/3-2-179/2023 nömrəli arayışdan görünür ki, Kəngərli rayonu, Şahtaxtı kənd sakini 1963-cü il təvəllüdlü İddiaçı 19 oktyabr 1981-ci il tarixdən 09 noyabr 1983-cü il tarixədək (2 il 21 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. Müvafiq sorğuya cavab olaraq kollegiyaya təqdim olunmuş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geologiya və X4 İstifadə Agentliyinin 12 dekabr 2025-ci il tarixli 3-14-32-11/2-151/2025 nömrəli m əktubunda göstərilmişdir ki, İddiaçı işlədiyi müəssisələrin istismar işlərinin aparıldığı yer təki sahələri açıq üsulla istismarın həyata keçirildiyi yataq sahələridir. İddiaçının işlədiyi qeyd edilən vəzifələr (əmək kitabçası əsasında dəlici, maşinist, maşinist köməkçisi, sürücü, fəhlə (əmək kitabçasında vəzifələr bu cür qeyd edilsə də maşinist, qazmaçı vəzifəsi)) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələri və göstəricilərinin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinin müvafiq bəndlərinə aiddir. İşdə olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair arayışda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) İddiaçı xx.xx.2011-ci il tarixində “X19 Sənaye Kompleksi” MMC-yə maşinist köməkçisi (maşinisti əvəz edən) vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 1 il, 8 ay, 10 gün təşkil edir. xx.xx.2013-cü il tarixində 15 saylı əmrlə “X19 Sənaye Kompleksi” MMC-yə maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 0 il, 7 ay, 10 gün təşkil edir. xx.xx.2013-cü il tarixində 133 saylı əmrlə “X19 Sənaye Kompleksi” MMC-yə dəlici vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 2 il, 2 ay, 2 gün təşkil edir. xx.xx.2016-cı il tarixində 26 saylı əmrlə “X19 Sənaye Kompleksi” MMC-yə dəlici vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 0 il, 8 ay, 8 gün təşkil edir. xx.xx.2017-ci il tarixində 19 saylı əmrlə “X19 Sənaye Kompleksi” MMC-yə dağkəsən vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 3 il, 0 ay, 20 gün təşkil edir. xx.xx.2020 -ci il tarixində 54 saylı əmrlə “X19 Sənaye Kompleksi” MMC-yə dəlici vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 3 il, 5 ay, 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyətləri dağ mədənində travertin lay qatının dəlinib bloklar şəklində kəsilib yük maşınlarına yüklənməsi müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər- bəndinə, a) fəhlələr –(yarım bəndinin) doğrayıcı qurğu maşinistləri-49 (qırx doqquz) vəzifə koduna, şpur qazmaçıları-6 (altı) vəzifə koduna və doğrayıcılar-22 (iyirmi iki) vəzifə koduna uyğundur. İddiaçı hal-hazırda Cəmiyyətin şəhər sa həsində fəhlə işləyir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan İddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən "xxxx" MMC-nin 21 iyul 2023-cü il tarixli, 104 №-li arayışında onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmədiyindən tələb olunan 12 il 6 ay xüsusi stajının mövcud olmadığını əsas götürmüşdür. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Cavabdeh iddiaçının ümumi iş stajının yetərli olduğunu qeyd edir və ümumi iş stajını mübahisələndirmir. Cavabdeh apelly asiya şikayətini də iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışın olmaması, iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda öz əksini tapmaması və onun xüsusi iş stajının az olması ilə əsaslandırmışdır. İddiaçı əmək kitabçasına əsasən qeyd edir ki, o, 1981-ci il tarixdən-1983-cü il tarixədək hərbi xidmətdə olmuş, 1983-cü ildən 2000-ci ilə qədər Şərur Tikinti Materialları Zavodunda maşinist vəzifəsində, xx.xx.2007-ci il tarixdən 2011-ci ilə qədər Naxçıvan Tikinti Materialları X29 Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində maşinist vəzifəsində, xx.xx.2011-ci il tarixdən 2013-cü ilə qədər X12 maşinist vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həmin idarədə dəlici vəzifəsində, xx.xx.201 6-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Gəmiqaya DMSK MMC-in Qarabağlar sahəsində dəlici vəzifəsində, xx.xx.2017-ci il tarixdən Gəmiqaya DMSK MMC Qarabağlar sahəsində dağkəsən vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən daş mədənlərinə dəlici vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixinədək fəaliyyətini davam etdirmişdir. Ümumi olaraq 2007-ci ildən 2023-cü ilə qədər maşinist vəzifəsində çalışsa da, əmək kitabçasında müəyyən dövrlərdə yanlış olaraq maşinist köməkçisi vəzifəsi qeyd olunmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda m üəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Şifahi məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2000-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sahə rəisi işləmiş, 2002-ci ildə "xxxx" ASC ləğv olunaraq Gəmiqaya şirkətinə verilmiş, İddiaçı dəqiq xatırlamadığı Şahtaxtı və ya X13 işə götürmüş, həmin müddət Naxçıvan MR-da olan bütün Daş Karxanalarının (Şahtaxtı Daş karxanası, Qarabağlar Travertin karxanası, X31 karxanası, Siyanit Daş karxanası, Çalxanqala Bej mərmər karxanası) işə salınmasında, fəali yyətə başlanmasında onun əməyi olmuş, İddiaçı işə götürülərkən müvafiq makinaya maşinist köməkçisi kimi təyin edilmişdir.Həmçinin şahid ifadəsində göstərmişdir ki, maşinist köməkçisinin makinanı öyrənməyi təxminən 2 ay çəkir, həmin müddətdə makinanı öyrənəndən sonra müstəqil maşinist kimi işləyir. Müvafiq makinada yalnız tək adam işləyə bilər, ikinci bir şəxs işləmir, yalnız makinanı əli ilə götürüb-qoyanda ağır olduğu üçün yaxınlıqdakı şəxs ona köməyə gəlir. İddiaçı da makinanı qeyd olunan müddət ərzində öyrəndikdən sonra karxanada maşinist işləmişdir. Ağbulaq karxanasında mərmər olmamış, travertin olmuş, travertin, mərmər əhəng daşının bir növüdür. Qazmaçının gördüyü iş elə dağ dəlicinin gördüyü işdir, yəni iddiaçının işlətdiyi maşının funksiyası dağ dəlicidir, qazmaçıdır. Qazmaçı sözü i lə dəlici sözü eynidir, sadəcə olaraq dəlici sözü türk dilindən dilimizə sirayət edib. Müvafiq maşının funksiyası qazma işlərini görməkdir, iddiaçı da sözügedən maşını idarə etmişdir. Maşinistlə maşinist köməkçisinin fərqi odur ki, maşınlarda, ekskavatorlarda maşının yağlanması, sulanması, silinməsi və s işləri köməkçi görür, amma maşinist mexanikanı işlədən adamdır, idarə edəndir. İddiaçının əmək kitabçasında göstərilən müddər ərzində maşinist köməkçisi olması qeyri-mümkündür, çünki şəxsin dəlici maşını üzrə köməkçi olması təqribən 1-2 ay ola bilər, bu da öyrənməsi üçündür. İşdə olan Şahid2 adına 15 iyul 1968-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1996-cı il tarixədək 5 nömrəli Trestin PMK 101 idarəsi üzrə tikinti zavodunda 5-ci dərəcəli briqadir, iş icraçısı, böyük iş icraçısı kimi müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2001-ci il tarixdən Naxçıvan Tikinti Materialları X29 Səhmdar Cəmiyyətinə baş mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdən X19 Sənaye Kompleksi MMC-də X16 sahəsinə müdir vəzifəsinə təyin edilmişdir. Şifahi məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə Şərur Tikinti materialları zavodunda birlikdə işləmişlər. O, zavodda növbə rəisi, sex rəisi vəzifələrində işləmişdir. Şərur Tikinti zavodunun Şahtaxtı karxanasında işləmişdir. Daha sonra iddiaçı Şahid3 tabeliyində maşinist işləmişdir.. İşdə olan Şahid1 aid 150843 nömrəli pensiya işinin materiallarından müəyyən edilir ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək Naxçıvan Tikinti Mater ialları Kombinatında maşinist vəzifəsində çalışmış, xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan Tikinti Materialları Kombinatında maşinist vəzifəsində çalışmış, xx.xx.1982-ci il tarixdə Şahtaxtı Tikinti Materialları Zavoduna işə qəbul edilmiş, xx.xx.2000ci il tarixdə işlədiyi müəssisə ləğv edilərək onun bazasında Naxçıvan Tikinti Materialları İstehsalı ATSC yaradılmış, o, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir. Şifahi məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, iddiaçı onun həmkəndlisidir. 1986-ci ildə o, texnikum bitirib təyinatla karyerə (karxanaya) gəlmiş, 1989-cu ildə İddiaçı öz yanında işə götürmüş özü sex rəisi, iddiaçı isə qazmaçı işləmişdir.1976-cı ildən.1992-ci ilədək daş karxanası bağlananadək orada işləmişdir. K arxana İliç Tikinti Materialları Zavodunun nəzdində olmuş, onların yanında işləməmişdən əvvəl iddiaçı sürücü işləmişdir.Həmçinin şahid ifadəsində göstərdi ki, müəssisədə böyük makinalar var idi. Həmin makinaları işlədən şəxslər maşinist olurdular. Onların vaxtında makinaları işlədən maşinist də, maşinist köməkçisi də var idi. Makinalarda tək işləmək olmazdı. Blokun biri 4-5 ton ağırlığında olurdu, onu tək işlətmək olmazdı. İddiaçı onunla birlikdə 1989-cu ildən 1992-ci ilə kimi işləmişdir. O, daş karxanasında işlədiyinə görə güzəştli şərtlərlə 57 yaşında 2010-cu ildə pensiyaya çıxmışdır. Onların sahəsinin fəhlələri iş həcmi çox olduğuna görə digər sahələrdən çox maaş alırdılar. İddiaçını maşinist işləyəndə görmüşdür. Özü də maşinist işləmişdir. Öz idarələrinin nəqliyyat sexi var idi. Daş da şıyırdılar, tros aparırdılar və.s. İddiaçı da orada bir müddət sürücü işləmişdi. Sonra oradan çıxıb 1989-cu ildə onun yanına gəlmiş, onun yanında da qazmaçı işləmişdir. İşdə olan Şahid3 aid 02 iyul 1970-ci il tarixdə açılmış əmək kitabçasının 5-ci vərəqində olan qeydlərdən görünür ki, o, xx.xx.1982-ci il tarixdə Şahtaxtı daş karxanasında böyük usta vəzifəsinə təyin edilmiş, xx.xx.1982- ci il tarixdə 2 nömrəli Ağbulaq sexinə usta vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə Şərur Tikinti Materialları Zavodu ləğv edildiyindən vəzifədən azad edilmişdir. İddiaçının işlədiyi iş yerindən təqdim edilən güzəştli iş stajı barədə arayışlarda müəyyən anlaşılmazlıqlar olduğu üçün, həmçinin iddiaçının işlədiyi istehsalatın və vəzifələrin xüsusiyyətlərinə aydınlıq gətirilməsi məqsədilə mütəxəssislər dəvət edilmişdir. Şifahi məhkəmə baxış iclasına mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin direktoru X8 izahatında bildirmişdir ki, məhkəmənin sorğusunu aldıqdan sonra bu məsələni araşdıraraq müəyyən etmişlər ki, İddiaçı xx.xx.2011-ci il tarixindən “X19 Sənaye Kompleksi” MMC-də (indiki adı "xxxx" MMC) müxtəlif peşələrdə işləmiş, İliç (Şərur) Tikinti Materialları Zavodu əvvəllər dövlət müəssisəsi olmuş, 2007-ci ildən Səhmdar Cəmiyyətinə çevrilmişdir. 2011-ci ildən “X19 Sənaye Kompleksi” MMC onun əmlakını aldıqdan sonra müstəqil müəssisə olaraq fəaliyyət göstərmişdir. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əmək şəraiti ağır və zərərli olan işlərə uyğun gəlir. Bu barədə arayış da təqdim olunmuşdur. Əvvəl müvafiq siyahıya uyğun gəlməmə si barədə arayışlarında səhvlik olmuş, sonradan araşdırıb öyrənmişlər ki, iddiaçı həmin zərərli vəzifələrə uyğun gələn funksiyaları icra etmişdir. Əmək kitabçasında vəzifənin adı fərqli göstərilsə də həmin işlərə uyğundur. Məsələn onlarda “Dəlici”, “Dağ kəsən” vəzifələri var ki, onlar Nazirlər Kabinetinin siyahısında olan “Qazmaçı” vəzifəsinin funksiyalarını icra edirlər. Mahiyyət etibarilə eyni işi görürlər. İddiaçının işlədiyi 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020-ci il tarixədək “X19 Sənaye Kompleksi” MMC-də dağkəsən vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda 1.2.1-nin 49-cu vəzifə koduna (doğrayıcı qurğu maşinistləri) uyğun gəlir. Əvvəllər karxanalarda maşinist köməkçisi vəzifəsi olmuş, amma hazırda elə bir vəzifə mövcud deyil. Şifahi məhkəmə bax ış iclasına mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin texniki təhlükəsizlik üzrə mühəndisi X9 izahatında bildirdi ki, Hacıyev X11 Daş Karxanasında işləyəndə o, şəhər sahəsində işləmişdir. Dağ mədənləri, Sianit mədənləri var. Hər mədənin də işçiləri olur. Həmin işçilərdən “Dəlicilər” də var. Açıq havada təhlükəli, əziyyətli işlərdir. İddiaçı də 34 il həmin mədənlərdə işləmişdir. Amma qeydiyyat zamanı vəzifəsini düzgün qeyd etməmişlər. İddiaçı "xxxx" MMC-də Şahtaxtı zonasında dağ mədənlərində işləmişdir. Bildiyinə görə onlarda maşinist köməkçisi vəzifəsi olmamışdır. Maşinistin vəzifəsi dağdan kəsilən böyük daşları endirmək, daş kəsən aparatın yanına gətirməkdən ibarətdir. İddiaçı Gəmiqayada açıq havada dağ mədən işlərində işləmişdir. Dəlicinin funksiyası ondan ibarətdir ki, qayada üst hissədən və alt hissəsindən deşiklər açır, həmin hissəyə troslar keçirilir, həmin trosların sayəsində qaya kəsilir. Dəlici aparatı işlətdikcə troslar daşı kəsir. Sonra maşınlarlarda daşlar endirilir. Dəlici vəzifəsinin Azərbaycan dilində qarşılığı qazmaçıdır. Daşkəsənin funksiyası dağdan kəsilib çıxarılmış böyük daşları kəsib aparatlar vasitəsilə müəyyən ölçülərə salmaqdır. Sovet dövründə olan Qarabağlar, Şahtaxtı karxanaları eyni karxanalardır. Sonradan adları dəyişilib, Gəmiqaya MMC nəzarət etməyə başlayıbdır. Sürücülər dağdan kəsilib, xırdalanmış daşları maşınlarla şəhərə gətirirlər. Maşinistin yanında qısa müddətlik kimsə köməkçilik edir. Əgər öyrənib işləyə bilirsə onu maşinist vəzifəsinə keçirirlər. Hesab edir ki, iddiaçının vəzifəsinin maşinist köməkçisi olaraq göstərilməsi düzgün olmayıbdır. Maşinistin yanında davamlı olaraq köməkçisi olmur. Karxanalarda iş yer altında olmur. İşlər açıqda gedir. Ola bilər ki, qazıb çıxarıldıqca həmin yer dərinləşə bilər amma açıq havada işləyirlər. İddiaçının işlədiyi işlər zərərli işlərdir. Yay vaxtı toz-duman, isti olur, qışda da soyuqda işləyirlər. Bunların hamısı insanın sağlamlığına zərər verir. Hesab edir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əmək şəraiti ağır və zərərli olan işlərə uyğun gəlir. X1 və X10 məhkəmə iclasında təsdiq etmişlər ki, onların fəaliyyət göstərdiyi karxanalarda mərmər və travertin istehsal edilir. Mərmər və travertinin özü də bir əhəng daşıdır. İddiaçının işlədiyi istehsalat və işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanv ar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd edilmiş istehsalata və vəzifələrə uyğundur. İddiaçı açıqda dağ-mədən işlərində qazmaçı, doğrayıcı qurğu maşinisti vəzifələrində güzəştli peşələrdə işləmişdir. Dəlici vəzifəsi qazmaçı vəzifəsinə uyğun gəlir. Əmək kitabçasında maşinist köməkçisi vəzifəsi qeyd edilsə də, müəssisədə maşinist köməkçisi vəzifəsinə tələbat olmamış, yeni işə qəbul edilən işçi maşinist vəzifəsini öyrənməsi üçün bir neçə ay maşinistə işində yardım edir, işi öyrəndikdən sonra isə maşinist kimi işə götürülür.Bu səbəbdən iddiaçı uzun müddət maşinist köməkçisi vəzifəsində işləyə bilməzdi, faktiki olaraq o, maşinist vəzifəsini yerin ə yetirmişdir. Kollegiya iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı və onun xüsusi iş stajının az olması barədə cavabdehin dəlillərini əsassız hesab edir. Kollegiyada işin araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işlədiyi istehsalat sahəsi mərmər, travertin və əhəng daşı karxanası olmuşdur. O, həmin karxanada 1983-cü il tarixdən hüququnun yarandığı tarixədək müxtəlif vəzifələrdə (fəhlə, maşinist köməkçisi, maşinist, sürücü, qazmaçı, daşkəsən) işləmişdir. İddiaçı xx.xx.1983-cü ildən başlayaraq İliç Tikinti Materialları Zavodunu n ləğv edildiyi xx.xx.2000-ci ilədək həmin zavoda aid iki karxanada: Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada və Qarabağlar karxanasında, xx.xx.2007-ci ildən Naxçıvan Tikinti Materialları istehsalı ASCnin Kəngərli sahəsindəki və X19 sənaye kompleksi MMC-yə aid (indiki adı X26 zavodu) həmin karxanalarda pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək açıqda dağmədən işlərində işləmişdir.İddiaçının açıqda dağ-mədən işlərində işlədiyi vəzifələrin bir qismi əmək kitabçasında müxtəlif cür (dəlici, dağkəsən) qeyd edilsə də o, qazmaçı, daşkəsən maşın maşinisti və yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən digər peşələrdə işləmişdir. İddiaçının karxanada işlədiyi fəhlə, sürücü, qazmaçı, daşkəsən maşın maşinisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı (həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir) ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda ( İ.Dağmədən işləri. 20100000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər.2010100a.-(a. fəhlələr.2010100a: kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtaların səthində işlər.2010100 a-11442: texnoloji prosesdə dağ mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri, 2010100a1 1964: qazmaçılar, 2010100a-13590: qazma qurğularının maşinistləri, 2010100a-13749: dağkəsən maşın maşinistləri vəzifələri), habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda (1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər. a) fəhlələr:kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtaların səthində işlər.Yersəthi işlərində: qazmaçılar, qazma qurğularının maşinistləri, daşkəsən maşın maşinistləri vəzifələri) öz əksini tapmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsi nin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasında olan məlumatlara əsasən müəyyən edilir ki, 1963-cü ildə doğulmuş İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 8 ay 19 gün) İliç Tikinti Materialları Zavodunda fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (4 ay 4 gün) 3-cü dərəcəli maşinist, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (13 il 4 ay 8 gün) nəqliyyat sexində sürücü, xx.xx.2007ci il tarixdən xx.xx.2013-cü il tarixədək (4 il 2 ay 19 gün) əvvəlcə Naxçıvan Tikinti Materialları X29 Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində, sonradan X19 Sənaye Kompleksi MMC-nin X12 maşinist köməkçisi, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək (7 ay 10 gün) maşinist, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (2 il 2 ay 1 gün) dəlici, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək (8 ay 8 gün) Gəmiqaya DMSK MMC-nin Qarabağlar sahəsində dəlici, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (3 il 20 gün) X19 Sənaye Kompleksi MMC-nin Qarabağlar sahəsində dağkəsən, xx.xx.2020-ci il tarixdən 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək (3 il 2 ay 13 gün) daş mədənlərində dəlici vəzifələrində çalışmışdır. Kollegiya qeyd edir ki, araşdırma nəticəsində iddiaçının və mütəxəssislərin izahatları, şahidlərin ifadələri ilə işin xüsusiyyətinə görə iddiaçının əmək kitabçasında göstərildiyi kimi davamlı olaraq 4 il 2 ay 19 gün maşinist köməkçisi funksiyalarını yerinə yetirməsinin mümkün olmadığı, təxminən 2 ay maşinist köməkçisi kimi maşinist vəzifəsini öyrəndikdən sonra qalan müddəti faktiki olaraq maşinist funksiyalarını icra etdiyi müəyyən edilmişdir.Ona görə də iddiaçının maşinist kimi işlədiyi həmin müddət də onun yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajına daxil edilməlidir. İdd iaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 21 gün) həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alındıqda onun 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə ümumi iş stajının 32 il 4 ay 12 gün, xüsusi (güzəştli) iş stajının isə 12 il 6 aydan çox olması müəyyən edilir. Beləliklə iddiaçının xx.xx.1983-cü il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələrin adları əmək kitabçasında müxtəlif cür qeyd edilsə də onun qazmaçı, daşkəsən maşın maşinisti vəzifələrində güzəştli peşələrdə belə 14 ildən artıq işləməsi təsdiq edilir. Beləliklə, işin araşdırılmış haları ilə müəyyən edilir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən ta m əmək stajını (25 il ümumi, o cümlədən 12 il, 6 ay güzəştli iş stajını) toplamış və onun xx.xx.2023-cü il tarixdə, yəni 60 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sos ial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda i şəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim et dikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yal nız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi iddiaç ının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(122)-127/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхta r Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar