Məhkəmə qərarları › İş №2-1(108)-117/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-117/2025

28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-117/2025 28.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 21(122)-305/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinə qarşı şəhid və şəhid ailəsi statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati i şə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu Həsənzadə Nurana "şəhid" statusu, ona isə "şəhid ailəsi" statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 31 iyul 2025-ci il tarixli, 2-1(122)-305/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Nuran Həsənzadə 2010-cu ildə hə rbi xidmətə çağırılmışdır. xx.xx.2010-cu il tarixdə saat 08:00-dan 10:00-dək N nömrəli hərbi hissənin Sədərək müdafiə rayonunda bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən “MİL-L” postunda xidmət edərkən əsgər yoldaşı X11 atəş açmaqla onu vurmuş və o, kəskin qan itirməsi nəticəsində vəfat etmişdir. X18 Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 338.1 və 350.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, oğlu döyüş bölgəsində hərbi vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Başqa sözlə şəhid olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud sübutlar onu göstərir ki, Nuran Həsənzadə hərbi xidmət dövründə hərbi vəzifələrini icra edərkən güllə yarası nəticəsində həlak olmuşdur. Həlak olmuşdur ifadəsi şəhid olmuşdur ifadəsinin işlədilməsini zəruri edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında oğlu X8 2010-cu ildə hərbi xidmətə çağrıldığını, xx.xx.2010-cu il tarixdə N nömrəli hərbi hissənin Sədərək müdafiə rayonunda bilavasitə düşmənə qarşı hərbi vəzifəsini icra edərkən əsgər yoldaşı Həsən Həsənovun açdığı atəş nəticəsində aldığı güllə yarasından kəskin qan itirərək şəhid olduğunu, əsgər X14 MR Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin hökmdən narazı qalaraq apellyasiya və kassasiya şikayətləri verdiyini, lakin hökmün dəyişdirilmədən qüvvədə saxlanıldığını, Naxçıvan MR İnzibati Məhkəməsinin qəbul etdiyi qərarın qanunsuz olduğunu, oğlu Həsəzadə Nuranın vəzifəsini icra edərkən şəhid olduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Resp ublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (fakt iki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 dekabr 2023-cü il tarixli, 3-43-72/2-668/2023 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədən daxil olmuş məktubda mərhum oğlu X8 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X7 əlindəki odlu silahdan açılan güllə ilə yaralanaraq vəfat etdiyi qeyd edilmişdir. Şəhidlik statusu Azərbaycan Respublikası N azirlər Kabinetinin xx.xx.1994cü il tarixli, 10 nömrəli qərarının 1.2.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya Daxili İşlər, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şamil olunur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik v ə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 dekabr 2023-cü il tarixli, 3-43-75/2-1390/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükə sizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qaro vul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhəd inin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2010-cu il tarixli, 704 nömrəli arayışda mərhum X8 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X7 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyyəsinin yaralanması nəticəsində vəfat etdiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq mövcud qanunvericiliyin tələblərinə əsasən mərhum X10 şəhid statusunun verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi tərəfindən qəbul edilərək qanunvericiliyin tələbləri izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət ə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Culfa rayon bölməsinin 23 noyabr 2024-cü il tarixli, 3-43-72/1-976/24 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciətinin icrası məqsədi ilə araşdırma aparılmış və arxiv yazışmalarında xx.xx.2010-cu ildə N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2010-cu il tarixli, 704 nömrəli məktuba əsasən İddiaçı mərhum övladı 1992-ci il təvəllüdlü X8 xx.xx.2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X7 əlindəki odlu silahdan açılan güllə nəticəsində boğaz nahiyyəsinin yaralanması səbəbindən vəfat etdiyi qeyd edilmişdir. Şəhidlik statusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli, 10 nömrəli qərarının 1.2.6-cı bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı su verenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərə şamil edilir. N nömrəli hərbi hissədən daxil olmuş bildirişdə qeyd olunan ölüm səbəbi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqq ında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarının müvafiq bəndlərində öz əksini tapmadığı üçün vətəndaş İddiaçı mərhum övladı X10 şəhidlik statusunun verilməsi mümkün olmamışdır. İşdə olan AZ-İ 375044 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 09 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 08-ci ayının 20-ci günündə 43 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi odlu silah güllə yaralanması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Culfa Rayon Hərbi Komissarlığına ünvanlanmış 09 avqust 2010-cu il tarixli, 704 nömrəli məktubda qeyd edilmişdir ki, sizin hərbi komissarlıqdan 09 aprel 2010-cu ildə çağırılm ış, 25 fevral 1992-ci ildə Culfa rayonunda anadan olmuş, 09 aprel 2010-cu il tarixdən xidməti vəzifəsini apararkən əsgər yoldaşı X7 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyəsinin yaralanması nəticəsində vəfat etmiş əsgər X1 müvafiq qaydada icra olunması üçün sizin ünvanınıza göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Culfa Rayon Hərbi Komissarlığına ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, İddiaçı xəbərdarlıq etməyinizi xahiş edirəm. Ondan ötrü ki, 25 fevral 1992-ci təvəllüdlü onun oğlu X12, 09 aprel 2010-cu ildən müddətli həqiqi hərbi xidmətə çağırılmış, əsgər X12 09 avqust 2010-cu il tarixdə xidməti vəzifəsini apararkən əsgər yoldaşı X7 əlindəki odlu silahdan güllə açılıb boğaz nahiyəsinin yaralanması nəticəsində vəf at etmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli, 1(092)-31/2010 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, 02 yanvar 2010-cu il tarixdə Babək rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış N nömrəli hərbi hissənin Sədərək müdafiə rayonunda bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən MİL-1 postunda xidmət edən əsgər X11 09 avqust 2010-cu ildə əsgər X12 ilə birlikdə Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə döyüş növbəsinə təyin edilmişdir. X11 atəşə hazır vəziyyətdə olan silahını müşahidə mövqeyinin sağ küncündən götürüb qarşı tərəfə keçib əli tətikdə əsgər X12 istiqamətində oturarkən ehtiyatsızlıqdan silahdan bir atəş açılmış, güllə əsgər X2 sifət n ahiyəsinə dəyərək üzün sol yarısını 1-ci boyun fəqərəsindən keçməklə fəqərə sümüyünün qəlpəli sınması, onurğa beyninin əzilməsi ilə nəticələnmiş, kəskin qan itirmədən N.R.Həsənzadənin ölümünə səbəb olmuş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X9 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti olaraq təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 av qust 2010cu il tarixdən hesablanması hökm edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 29 mart 2011-ci il tarixli, 11/409 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 30 noyabr 2010-cu il tarixli hökmündən görünür ki, oğlu Nuran Həsənzadə 09 avqust 2010-cu il tarixdə bilavasitə düşmənə qarşı durmaqla döyüş şəraitində yerləşən postda döyüş növbəsi çəkərkən, əsgər yoldaşı X11 tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində həlak olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ail ələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4-cü maddəsinə əsasən Nuran Həsənzadənin «şəhid», ailəsinin isə «şəhid ailəsi» hesab edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığına müraciət edilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar ı, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrun da aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. Həmin Qaydala rın 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətini n, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi v ə şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Birinc i instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının oğlunun həlak olduğu yer və şərait “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli Qərarında nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Həmin normalara əsasən, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respu blikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalıdır (itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Hazırkı konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının mərhum oğlu X12 N nömrəli hər bi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həmin hərbi hissədə xidmət edən əsgər yoldaşı X7 əlindəki odlu silahdan atəş açılması nəticəsində həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının tələb etdiyi “şəhid” adının verilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. İddiaçı ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının oğlu X8 şəhid h esab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 21(122)-305/2025 nömrəli qəra rı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar