Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-119/2025 06.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X4 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamdan yaranmış bütün hüquqi sənədlərin (bütün hüquq münasibətlərinin) etibarsız hesab olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(122)- 693/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti nə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamdan yaranmış bütün hüquqi sənədlərin (bütün hüquq münasibətlərinin) etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(122)- 693/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(122)-693/2025 saylı qərardadının ləğv olunmasını, İddiaçı Kəngərli Rayon İcra Hakmiyyətinə qarşı “mübahisələndirmə”yə dai r iddiasının mümkün sayılmaqla inzibati iddia üzrə işə mahiyyəti üzrə baxılması üçün işin Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 şikayətində göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi müvafiq qərardadında yalnız Ali Məhkəmənin müvafiq plenum qərarına istinad etməklə qeyd edilən qərardadı qəbul etmiş və əsas olaraq qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə iddiaçının hüququnun itirildiyini və buna görə də iddianın mümkün sayılmamalı olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblər göstərilmişdir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxsləri nin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri üzrə iddia müddəti şamil olunmur. Belə ki, hazırki iş üzrə iddiaçının mübahisəsi də məhz inzibati orqanın (dövlət orqanının) onun öz mülkiyyət hüquqlarının pozulmasına dair iddia tələbidir. Hansı ki hazırda məhkəmə qaydasında mübahisələndirilən sərəncam əsasında iddiaçı öz mülkiyyətində olan əmlakdan (qeyri-yaşayış sahəsindən) məhz qeyd edilən sərəncam əsasında qanunsuz məhrum olmuşdur. Hazırki mübahisə üzrə iddiada qeyd edilən maddi hüquq normasının təsiri altına düşür və bu halda müddət tətbiq oluna bilməz. İstinad olunan müvafiq normada konkret olaraq bu münasibətlərə müddətin şamil edilmədiyi açıq aşkar görsənir. Yəni iddiaçı məhz sərəncamla, yəni inzibati aktla öz xüsusi mülkiyyətindən məhrum edilmişdir. Hansı ki həmin əmlaka dair iddiaçının adına daşınmaz əmlakın texniki pasportu da vardır. İcra hakmiyyətinin başçısı öz vəzifəsindən sui istifadə edərək belə bir qanunsuz sərəncam vermiş və iddiaçını öz mülkiyyətindən məhrum etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsində mülkiyyətin (bu hüququn) ötürülməsinin konkret olaraq əsasları nəzərdə tutulmuşdur. Bununla bağlı vəzifəli şəxsin əməllərinə qiymət verilməsi ilə bağlı müvafiq hüquq mühafizə orqanına məlumat verilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə buna da münasibət bildirməmişdir. Şikayətə dair Cavabdeh tərəfindən verilmiş etirazda göstərilmişdir ki, iddia edilən mağaza binasının yerləşdiyi bina islahatdan əvvəl Şərur rayon Qıvraq kənd N.Nərimanov adına sovxozun balansında olmuş və islahat dövrü bina Qıvraq kənd xəstəxanasının balansına verilmişdir. 2004-cü ildə Kəngərli rayonunun yaradılması ilə əlaqədar həmin xəstəxananın bazasında rayon mərkəzi xəstəxanası yaradılmış və bina mərkəzi xəstəxananın balansına verilmişdir. Kəngərli rayon mərkəzi xəstəxanası 2006-cı ilin oktyabr ayında yeni inzibati binaya köçürüldüyündən həmin bina baxımsız qalmış və binanın qorunub saxlanılması zərurəti yaranmışdır. İnzibati bina Qıvraq qəsəbə ərazisində yerləşdiyi üçün binanın xidmətinin və baxımının Qıvraq bələdiyyəsi tərəfindən həyata keçirilməsi üçün Cavabdeh başçısının 26 dekabr 2006-cı il tarixli, 62 nömrəli Sərəncamı ilə həmin bina əvəzsiz olaraq Qıvraq bələdiyyəsinin balansına verilmişdir. xx.xx.2009-cu il tarixdə Kəngərli rayon DN K-da qeydiyyata alınan 4-Ə-16 nömrəli alqı-satqı müqaviləsi əsasında Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən, Qıvraq bələdiyyəsinin mülkiyyətində olan qeyri-yaşayış binasının 32,33 m2 hissəsi İddiaçı, 44,9 m2 hissəsi isə X7 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin xx.xx.2018-ci il tarixli hərrac yekunları haqqında protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında X7 adına olan ümumi sahəsi 25,97 m2 qeyriyaşayış sahəsi X9 adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə Kəngərli rayon DNK-da qeydiyyata alınan 4Ə-55 nömrəli alqı-satqı müqaviləsi əsasında X15 qeyriyaşayış sahəsi X1. Vətəndaşın iddia ərizəsinin məzmunundan aydın olur ki, mübahisələndirmə haqqında iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessua l Məcəlləsinin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Həmçinin göstərilmişdir ki, xx.xx.2009-cu il tarixdə Kəngərli rayon DNK-da qeydiyyata alınan 4-Ə-16 nömrəli alqısatqı müqaviləsi bağlanan zaman İddiaçı tələb etdiyi mağazasını özü könüllü şəkildə vəsait ödəyib almışdır. Buna görə də, iddiaçı mübahisələndirilən sərəncamdan xəbərdar olmuşdur. Müqavilənin məzmunundan görünür ki, iddiaçı bələdiyyə mülkiyyətində olan qeyri-yaşayış binasının 3 №-li 32,33 kvadrat metrini könüllü olaraq müvafiq pul məbləği ödəyərək almış, müqavilədə al ıcı tərəflərdən biri kimi iştirak edərək qeyd olunan əmlakın bələdiyyə mülkiyyətində olduğunu bilmiş və satıcıdan əmlakı könüllü şəkildə alması ilə həmin əmlakın bələdiyyənin mülkiyyətində qalmasını qəbul etmiş, mövcud vəziyyətlə razılaşmışdır. Əks təqdirdə iddiaçı alqı-satqı müqaviləsinin tərəfi olmaqdan imtina edərək həmin halı mübahisələndirə bilərdi. Lakin iddiaçı mübahisələndirilən sərəncamın qəbulundan 18 il sonra məhkəməyə müraciət etməklə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.Etirazda mübahisədən uzun müddət keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbinin nəzərə alınmaqla İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Naxçı van MR İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(122)693/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatlarında şikayəti müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(122)-693/2025 saylı qərardadının ləğv olunmasını, iddianın mümkün sayılmaqla işin Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında şikayəti qəbul etməyərək Naxçıvan MR İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(122)-693/2025 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olu na bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya ins tansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarına olan; - Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamından aydın olur ki, Kəngərli rayon mərkəzi xəstəxanasının yerləşdiyi inzibati bina islahatdan əvvəl Şərur rayon Qıvraq kənd N.Nərimanov adma sovxozun balansında olmuş, islahat dövrü bina Qıvraq kənd xəstəxanasının balansına verilmişdir. 2004-cü ildə Kəngərli rayonunun yaradılması ilə əlaqədar həmin xəstəxanannm bazasında rayon mərkəzi xəstəxanası yaradılmış və bina mərkəzi xəstəxananın balansına verilmişdir. Kəngərli rayon mərkəzi xəstəxanası 2006-cı ilin oktyabr ayında yeni inzibati binaya köçürüldüyündən hazırda həmin bina baxımsız qalmış və binanın qorunub saxlanması zərurəti yaranmışdır. İnzibati bina Qıvraq qəsəbəsi ərazisində yerləşdiyi üçün binanın xidmətinin və baxımının Qıvraq bələdiyyəsi tərəfindən həyata keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq və “Yerli İcra Hakimiyyəti Haqqında” Əsasnamənin 18-ci maddəsinə müvafiq olaraq Kəngərli rayon mərkəzi xəstəxanasın yerləşdiyi binanın əvəzsiz olaraq Qıvraq bələdiyyəsinin balansına verilməsi qərara alınmışdır. - 11 mart 2009-cu il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı Kəngərli rayon Qıvraq bələdiyyəsinin sədri, Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan X2 rayon Qıvraq bələdiyyəsinə məxsus Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli, ******* №-li çıxarışına, xx.xx.2009-cu il tarixli 45 №-li arayışına əsasən ümumi sahəsi 0,037 hektar torpaq sahəsində yerləşən 1 nömrəli, üç girişli, 603,08 kvadrat metr əsas, iki mərtəbəli qeyri-yaşayış binasının 3 №-li 32,33 kvadrat metrini Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan İddiaçı, qalan hissələrini isə müxtəlif fiziki şəxslərə satmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq tə qdim edilmiş 24 aprel 2025-ci il tarixli, 04/629 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Kəngərli rayon DNK-nın xx.xx.2009-cu il tarixli, 4-Ə-16 nömrəli alqı-satqı müqaviləsi əsasında Kəngərli rayonu, Qıvraq qəsəbəsi (bina 1/3), 9-cu küçə 71 ünvanında ümumi sahəsi 32.33 m² olan qeyri-yaşayış sahəsi qeydiyyata alınmış, iddiaçıya xx.xx.2009-cu il tarixli, ******* seriya nömrəli çıxarış və 29 mart 2009-cu il tarixli, 64 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiy yəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər müb ahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Kollegiya qeyd edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağl ı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanları ndan müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Hazırkı iş üzrə iddia tələbi Cavabdeh tərəfindən Kəngərli rayon mərkəzi xəstəxanasın yerləşdiyi binanın əvəzsiz olaraq Qıvraq bələdiyyəsinin balansına verilməsi barədə Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamının ləğvinə yönəlmi şdir. İddiaçının mübahisələndirdiyi inzibati orqanın hərəkətinin edildiyi vaxtda qüvvədə olan, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Göründüyü kimi m üvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti həmin vaxt qüvvədə olmuş Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə tənzimlənmişdi. İnzibati Prosessual Məcəllənin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti həmin Məcəllənin 38.1-ci maddəsi ilə tənzimlənir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 01 yanvar tarixinədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar əda lət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı iş üzrə” 23 iyul 2015ci il tarixli Qərarında iddianın müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini göstərmişdır. İnzibati işin materiallarını şikayətin həmin dəlilləri ilə əlaqəli şəkildə araşdıran kollegiya qeyd edir ki, iddiaçı özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Belə ki, Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamı ilə “Yerli İcra Hakimiyyəti Haqqında” Əsasnamənin 18-ci maddəsinə müvafiq olaraq Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi binanın əvəzsiz olaraq Qıvraq bələdiyyəsinin balansına verilməsi qərara alınmış, 11 mart 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı bələdiyyə mülkiyyətində olan Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yerləşdiyi qeyriyaşayış binasının 3 №-li 32,33 kvadrat metrini könüllü olaraq müvafiq pul məbləği ödəyərək bələdiyyədən almış, müqavilədə alıcı qismində iştirak edərək qeyd olunan əmlakın bələdiyyə mülkiyyətində olduğunu bilmişdir. xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına Kəngərli rayon DNK-nın xx.xx.2009-cu il tarixli, 4-Ə-16 nömrəli alqı-s atqı müqaviləsi əsasında Kəngərli rayonu, Qıvraq qəsəbəsi (bina 1/3), 9-cu küçə 71 ünvanında ümumi sahəsi 32.33 m² olan qeyri-yaşayış sahəsi qeydiyyata alınmış, iddiaçıya xx.xx.2009-cu il tarixli, ******* seriya nömrəli çıxarış və 29 mart 2009-cu il tarixli, 64 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu verilmişdir. Göründüyü kimi İddiaçı mübahisələndirilən sərəncamdan xəbərdar olmuş, lakin ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Apellyasiya şikayətində göstərilən “həmin tələbə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsinə əsasən iddia müddətinin şamil edilməməsi” barədə dəlilə münasibətdə Kollegiya qeyd edir ki,iddiaçı tərəfindən Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamı mübahisələndirildiyindən həmin tələb üzrə i ddia müddəti tətbiq edilməlidir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı mübahisələndirdiyi sərəncamın (inzibati aktın) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkət ləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək belə hesab edir ki, hazırkı iddia mümkünlük şərtinə cavab vermədiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(122)- 693/2025 nömrəli qərardadı dəyişdirilmədən sa xlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehnə qarşı "Cavabdeh başçısının xx.xx.2006-cı il tarixli, 62 nömrəli sərəncamının ləğv edilməsi və həmin sərəncamdan yaranmış bütün hüquqi sənədlərin (bütün hüquq münasibətlərinin) etibarsız hesab olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(122)- 693/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 21(122)- 693/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qay dada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-119/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-119/2025
06.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver