Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-12/2025 14.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1092/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evin ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330900 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına Cavabdehndən tutularaq ona ödənilməsinin təmin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evin ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Cavabdehndən tutulması və ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 18 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1092/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sədərək rayonu, Heydərabad qəsəbəsində 12 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 130,5 kv.metr olan, 4 yaşayış otağından və köməkçi sahədən ibarət 2 nömrəli evin mülkiyyətçisidir. İddiaçının əmlak üzərində mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 01/22A qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi, həmin İdarə tərəfindən tərtib olunmuş xx.xx. 2002-ci il tarixli texniki pasport və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışla təsdiq olunur. Həmin ev Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan, mülkiyyətçiyə xəbərdarlıq edilmədən, hər hansı kompensasiya ödənilmədən dövlət ehtiyacları adı altında alınmış və başqa şəxsin istifadəsinə verilmişdir. Nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Uzun illər ərzində Cavabdehnə və müxtəlif dövlət orqanlarına edilmiş müraciətlərə baxmayaraq, evin iddiaçıya qaytarılması istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı sözügedən evin geri qaytarılması və ya 330900 manat kompensasiyanın ödənilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə mövcud olsa da, evin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə mövcud deyildir. Evin qeydiyyat vəsiqəsi hazırda qüvvədədir. Hazırkı mübahisənin predmetini torpaq sahəsi ilə bağlı tələb deyil, iddiaçının mülkiyyətində olan və 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, 2 nömrəli evlə bağlı tələb təşkil edir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikay əti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1092/2024 nömrəli qərardadı ləğv edilməli, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə ist ənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyekt iv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Birinci instansiya məhkəməsi Sədərək Rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli, 2(088)-7/2010 nömrəli qətnaməsi ilə İddiaçı adına verilmiş JN-3044A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edildiyindən və iddiaçının artıq mülkiyyət hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Lakin Sədərək Rayon Məhkəməsinin 31 may 2010-cu il tarixli, 2(088)-7/2010 nömrəli qətnaməsinin təsdiq edilmiş surəti işdə mövcud deyildir, həmçinin həmin qətnamənin qüvvədə olması birinci instansiya məhkəməsi tərəfindən tam aydınlaşdırılmamışdır. Belə ki, ilkin sorğular nəticəsində həmin qətnamə ilə əlaqədar məhkəmə işi Sədərək Rayon Məhkəməsi və dövlət arxivində müəyyən edilməmişdir. Həmçinin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair şəhadətnamənin etibarsız hesab edil məsi barədə qətnamə mövcud olsa belə, evin qeydiyyat vəsiqəsi hazırda qüvvədədir. Hazırkı mübahisənin predmetini torpaq sahəsi ilə bağlı tələb deyil, iddiaçının mülkiyyətində olan evlə bağlı tələb təşkil edir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01/22A nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən ümumi sahəsi 130,5 kv.metr olan 2 nömrəli ev şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan iddia ərizəsinə əlavə edilmiş xx.xx.2002-ci il tarixli texniki pasportun surətindən görünür ki, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən ümumi sahəsi 130,5 kv.metr olan 2 nömrəli evə dair Naxçıvan Muxtar Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına texniki pasport tərtib olunmuşdur. İşdə olan iddia ərizəsinə əlavə edilmiş JN-3044A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Sədərək rayon Aqrar İslahat Komissiyasının 04 yanvar 2000-ci il tarixli, 01 nömrəli qərarı əsasında Sədərək rayonu, Sədərək kənd sakini olan İddiaçı və X4 mülkiyyətinə 0,12 hektar torpaq sahəsi verilmişdir. İşdə olan iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, İddiaçı adına aşağıdakı daşınmaz əmlaklar aşkar edilmişdir: - Ümumi birgə mülkiyyət hüququ əsasında Sədərək rayon u, Sədərək kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,42 hektar torpaq sahəsi (JN-2066 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı); - Ümumi birgə mülkiyyət hüququ əsasında Sədərək rayonu, Sədərək kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi (JN-3044A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə); - Mülkiyyət hüququ əsasında Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi (Naxçıvan MR DTİ və MHQ İdarəsinin xx.xx.2002-ci il tarixli, 01/22A qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi). İddiaçı mülkiyyət hüququ ilə əlaqədar sənədlərin surətlərini iddia ərizəsinə əlavə etsə də birinci instansiya məhkəməsi həmin sənədlərin əsillərini iddiaçıdan tələb etməmiş, həmçinin həmin sənədlərin mövcudluğu və qüvvədə olması barədə tam dolğun araşdırma aparmamışdır. Həmçinin iddiaçı daşınmaz əmlakları barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətini iddia ərizəsinə əlavə etsə də, birinci instansiya məhkəməsi həmin arayışın hansı əsaslarla tərtib edilməsi, mübahisəli evin iddiaçının mülkiyyətində olub-olmaması istiqamətində tam dolğun araşdırma aparmamışdır. Belə ki, qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin qeydiyyat vəsiqəsinin aidiyyəti qurumda mövcudluğu və qüvvədə olması barədə araşdırma aparılmalı, həmin qeydiyyat vəsiqəsi və texniki pasportun qeydə alındığı və tərtib edildiyi tarixlərdə aidiyyəti qurumlarda mövcud olmuş q eydiyyat kitablarında qeydiyyatının olub-olmaması, daşınmaz əmlaklarla bağlı aidiyyəti qurumda olan arxiv qovluqlarında, həmçinin dövlət arxivlərində həmin sənədlərin və həmin sənədlərin tərtib edilməsinə səbəb olan digər sənədlərin olubolmaması araşdırılmalıdır. Həmçinin iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan inzibati araşdırma aparmalı idi, lakin hazırkı iş üzrə cavabdeh inzibati orqanın inzibati icraat həyata keçirməsi iş materialları ilə təsdiq olunmur. İşin faktiki hallarının aydınlaşdırılması üçün inzibati icraat həyata keçirilməli, daha geniş və aydın sorğular verilməli, sübutlar əldə edilməli, həmçinin mübahisə üzrə aidiyyəti şahidlər icraata cəlb edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qə bul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmçinin hazırkı iş üzrə mübahisəli evin iddiaçının özü və ya ailə üzvləri tərəfindən hansı tarixdə, hansı qaydada, hansı şərtlərlə, hansı inzibati akt və sənədlər əsasında əldə edilməsi, həmin mübahisəli evdə hansı tarixlərdə yaşamaları, hansı tarixdən həmin evdə yaşamamaları və istifadə etməmələri, hansı səbəbdən müəyyən müddət mübahisəli evlə maraqlanmamaları aydınlaşdırılmalıdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı iş üzrə müəyyə n sorğular vermiş, lakin işdə olan sübutlar hazırkı mübahisəyə qiymət verilməsi üçün yetərli deyildir. Hazırkı iş üzrə işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri sübutlar əldə edilməli və qiymətləndirilməlidir. Hazırkı iş üzrə işin faktiki halları müəyyən edilmədən, iddiaçının hüquqi marağının və subyektiv hüququnun müəyyən edilməsi mümkün deyildir. Yeni sübutlar əldə ediləcəyi və işin faktiki halları müəyyən ediləcəyi təqdirdə iddiaçının hüquqi marağı və iddia tələbi dəyişilə bilər. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi tam dolğun araşdırma aparmadan iddianı mümkün saymamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1092/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-12/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-12/2025
14.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver