Məhkəmə qərarları › İş №2-1(108)-120/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-120/2025

13.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-120/2025 13.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X24 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödəniş müddətinin əmə k stajına hesablanmaqla Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 17 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-M-4165/2025 nömrəli qərarını ləğv edərək, bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)-863/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödəniş müddətinin əmək stajına hesablanmaqla Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 17 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-M-4165/2025 nömrəli qərarını ləğv edərək, bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıva n Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)863/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 21(122)-863/2025 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)-863/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xal-Xal kəndində yaşayan İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2-M-4165/2025 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi, İddiaçı qanunamüvafiq olaraq hüququnun yarandığı tarixə tələb olunan 25 il s ığorta stajının və 46080 manat pensiya kapitalının olmaması göstərilmişdir. Qeyd olunmuşdur ki, müvafiq arayışlara əsasən xx.xx.2006-сı il tarixədək 7 il 6 ay sığorta stajı (7723,62 manat pensiya kapitalı) mövcuddur. Lakin xx.xx.2006-cı il tarixdən müraciət etdiyi xx.xx.2025-ci il tarixədək fərdi şəxsi hesabında pensiya kapitalı mövcud deyil. Həmçinin qeyd edilmişdir ki, hesablama zamanı məcburi dövlət sosial sığorta haqqı ödənişi barədə mədaxil qəbzləri mərkəzi elektron informasiya sistemində öz əksini tapmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericilik xaricindədir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hazırki iddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci il tarixdən 1989-cu il tarixədək Babək rayonu "Orcanikidze” adına üzümçülük sovxozunda işləmiş və hər ay əmək haqqı almış, 1992-1993-cü il tarixlərdə Babək rayon Xal-Xal kolxozunda işləmiş, 2015-ci il tarixindən isə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin hesabına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmin bu qəbz əsasında ödənilən məbləğ vətəndaşa pensiya təminatı hüququ verir və ödəniş dövrü əmək stajına daxil edilir. Bu barədə ödəniş qəbzləri mövcuddur. İddiaçı qeyd edir ki, hazırda onun 59 yaşı var və Naxçıvan Mu xtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçı hesab edir ki, ona əmək pensiyası hesablanarkən 1982-ci il tarixdən 1989-cu il tarixədək Babək rayonu “Orcanikidze" adına üzümçülük sovxozunda işlədiyi və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək Rayon Şöbəsinin hesabına ödədiyi məcburi dövlət sosial sığorta haqqı ödənişləri əmək stajına daxil edilərək ona əmək pensiyası təyin olunmalıdır. Bununla əlaqədar olaraq o, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, Fondun Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli, 317-9-1/2-M-4165/2025 nömrəl i qərarı ilə ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Qeyd edək ki, İddiaçı əmək kitabçasını Fonda təqdim etməmişdir. Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-22-38/2-33/2025 nömrəli arayışda Məmmədova (Bağırova) Məleykə Hüseyn qızının xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Babək rayon "Orcanikidze" adına üzümçülük sovxozunda işləməsi və aylar üzrə əməkhaqqı alması göstərilmişdir. Babək rayon Dövlət Arxivi tərəfindən verilmiş eyni tarixli, eyni nömrəli digər arayışda İddiaçı 1992-1993-cü illərdə Babək rayon Xal-Xal kolxozunda işləməsi və əməkhaqqı alması göstərilmişdir. Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/091S/031877-25 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə N axçıvan Muxtar Respublikası, Yeniyol kəndində anadan olmuş və aşağıda adları qeyd edilən övladları vardır:

1. Qızı: X25 (xx.xx.1987)

2. Qızı: X19 (xx.xx.1988)

3. Qızı: X8 (xx.xx.1990)

4. Qızı: X15 (xx.xx.1992)

5. Oğlu: X11 (xx.xx.1995). Naxçıvan Muxtar Respublikası "xxxx" publik hüquqi şəxsin Babək filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışda İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 50.76 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 19.40 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 43.20 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 52.80 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 98.60 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 91.30 manat, xx.xx.2021-ci il tarix dən xx.xx.2021-ci il tarixədək 95.80 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 9.50 manat Dövlət Sosial Müdafiə Fonduna Poçt vasitəsilə ödəniş etdiyi göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin mədaxil qəbzlərinin və "xxxx" MMC-nin ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2012, 2014-2018-ci illərin müxtəlif aylarında öz adına məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı, X1 Sisteminin "Sığorta" altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində "Mü lkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi" kimi uçota alınmamışdır. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən illər üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara" əsasən "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat sığortaolunanın fərdi şəxsi hesabında əks olunmadığı üçün ona "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Nəzərə alınmalıdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respubl ikası Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasi Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının olması əsas şərtdir. Hazırki işdə isə iddiaçının sözügedən dövrlərdə pensiya kapitalı o nun fərdi hesabının sığorta hissəsində qeydə alınmamışdır. Belə olan halda isə iddiaçıya avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçı qeyd olunan dövr üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi, B1, B2, B3 hesabatlarının təqdim edilib-edilməməsi barədə ətraflı araşdırılma aparılmışdır. Bununla belə Fondun "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsisteminin "Sığortaolunanların hesabları" bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olu nmadığı, həmçinin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən 2017-ci il üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat"lar (Forma B2) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) təqdim edilmədiyi müəyyən edilmişdir. Apellyator tərəfindən şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)-863/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)-863/2025 nömrə li qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati mə hkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirm ədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafi əsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə baş çısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəz ərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-M4165/2025 nömrəli məktubundan görünür ki, İddiaçı sığorta stajına aid təqdim edilmiş müvafiq sənədlərinə əsasən ümumilikdə 7 il 6 ay sığorta stajı və xx.xx.2006-cı il tarixinədək 7723,62 manat pensiya kapitalı mövcuddur. xx.xx.2006-cı il tarixindən xx.xx.2025-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi 7 il 6 ay sığorta stajı qanunla nəzərdə tutulan 25 il sığorta stajından 17 il 6 ay az olduğu və ümumi 7723,62 manat pensiya kapitalı qanunla nəzərdə tutulan 46080,00 manat pensiya kapitalından 38356,38 manat az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum əmək pensiyası (320 manat) təyin etmək üçün çatışmayan hissəsini (42618,20 manat) müraciət edilmiş dövrdə aşağıda qeyd edilən Bank rekvizitlərinə ödəməklə yaşa görə əmək pensiyası hüququ əldə edilə bilər. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təy inatı şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 17 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-M-4165/2025 nömrəli qərarından görünür ki, İddiaçı qanunamüvafiq olaraq hüququnun yarandığı tarixə tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 46080 manat olmalı olduğu halda, faktiki sığorta stajı xx.xx.2006-cı il tarixədək 7 il 6 ay (7723.62 manat pensiya kapitalı), xx.xx.2006-cı il tarixdən müraciət etdiyi xx.xx.2025-ci il tarixədək fərdi şəxsi hesabında pensiya kapitalı mövcud deyil. Hesablama zamanı məcburi dövlət sosial sığorta haqqı ödənişi barədə mədaxil qəbzləri mərkəzi elektron informasiya sistemində öz əksini tapmadığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada aparılması qanunverici lik xaricindədir. Babək Rayon Dövlət Arxivinin 19 mart 2025-ci il tarixli, 5-22-38/2-33/2025 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-1993-cü illərdə Babək rayon Xal-xal kolxozunda işləmiş və müvafiq qaydada əməkhaqqı almışdır. Babək Rayon Dövlət Arxivinin 19 mart 2025-ci il tarixli, 5-22-38/2-33/2025 nömrəli arxiv arayışından görünür ki, Məmmədova (Bağırova) X22 rayon “Orcanikidze” adına üzümçülük sovxozunda işləmiş və 1982-1989-cu illərdə müvafiq qaydada əməkhaqqı almışdır. Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 05/09İS/031877-25 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama apar ılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir:

1. Əri-Nümayəndə (xx.xx.1960);

2. X23 qızı (xx.xx.1987);

3. X18 qızı (xx.xx.1988);

4. X6 qızı (xx.xx.1990);

5. Qızı- X15 (xx.xx.1992);

6. Oğlu- X11 (xx.xx.1995). Naxçıvan Muxtar Respublikası Naxçıvanpoçt PHŞ Babək Rayon Filialı tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2015ci il tarixdən xx.xx.2015 -ci il tarixinədək 50.76 manat, xx.xx.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 19.40 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2017 -ci il tarixinədək 43.20 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2018 -ci il tarixinədək 52.80 manat, xx.xx.2019-ci il tarixdən xx.xx.2019 -ci il tarixinədək 98.60 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 91. 30 manat, xx.xx.2021- ci il tarixdən xx.xx.2021 -ci il tarixinədək 95.80 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 9.50 manat Dövlət Sosial Müdafiə fonduna Poçt vasitəsilə ödəniş etmişdir. Babək Rayon İcra Hakimiyyətinin Vayxır Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 148 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Xal-xal kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1966-cı ildə doğulmuşdur. Nikahın bağlanması haqqında İİİ-ЖГ 421824 nömrəli şəhadətnamənin surətindən məlum olur ki, 25 mart 1986-cı il tarixdə Nümayəndə və X12 arasında nikah bağlanmış, ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, Xİİ-JQ 322119 nömrəli çıxarışdan məlum olur ki, atası Nümayəndə və anası İddiaçı olan X20 xx.xx.1987-ci il tarixdə Babək rayon Xalxal kəndində doğulmuşdur. Bu barədə doğum kitabında xx.xx.1987-ci il tarixdə 11 nömrəli kitabda qeydiyyat aparılmışdır. - AA3876856 nömrəli səxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1987-ci ildə doğulmuşdur. - Xİİİ-ЖГ 381775 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, atası Nümayəndə və anası İddiaçı olan X21 4 sentyabr 1988-ci il tarixdə Babək rayon Xalxal kəndində doğulmuşdur. - AA5663238 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X19 4 sentyabr 1988-ci ildə doğulmuşdur. - XV-ЖГ 354264 nömrəli doğum haqqında şəhadətnamənin surə tindən məlum olur ki, atası Nümayəndə və anası İddiaçı olan X16 19 avqust 1990-cı ildə Babək rayon Xalxal kəndində doğulmuşdur. - AA0492099 nömrəli səxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X8 19 avqust 1990-cı ildə doğulmuşdur. - XVİ-ЖГ 333703 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, atası Nümayəndə və anası İddiaçı olan X13 01 yanvar 1992-ci il tarixdə Babək rayon Xalxal kəndində doğulmuşdur. - AA3349824 nömrəli səxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X15 01 yanvar 1992-ci il tarixdə doğulmuşdur. - XİX-ЖГ 357054 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, atası Nümayəndə və anası İddiaçı olan X11 14 avqust 1995-ci il tarixdə Babək rayon Xalxal kəndində doğulmuşdur. AA3553913 nömrəli səxsiyyət vəsiqəsinin təs diq edilmiş surətindən görünür ki, X11 14 avqust 1995-ci il tarixdə doğulmuşdur. 28 avqust 2012-ci il tarixli, 180 nömrəli qəbzdən görünür ki, İddiaçı torpağa görə DSMF-yə 7.20 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. 27 mart 2012-ci il tarixli, ******* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 7.20 manat pay torpağa görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. 24 oktyabr 2018-ci il tarixli, ******* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 5 manat DSMF-yə torpağa görə ödəniş etmişdir. JN-0035 KOD 10313028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə, İddiaçı, X17, X14, X4, X10 və X5 Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1999-cu il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları ist ehsalı məqsədi ilə 0.97 hektar torpaq sahəsi verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi ş əxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1 -dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. 3.0 və 3.0.1-ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. 4.1-ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərba ycan Respublikası Qanununun: 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığor taçının vəzifələrinə aid edilmişdir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müv afiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olu nur. 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra haki miyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılma sı təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxx 1966-cı il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı yaşa görə əmək pensiyası hüququnun olmasını, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqları ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyalar ı haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya münasibətdə ikinci şərt də mövcud olmuş, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Kollegiya iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixinədək olan müddətin qeydə alınmaması, iddiaçının tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Belə ki, iş materiallarında olan JN-0035 KOD 10313028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1999-cu il tarixli, 35 nömrəli qərarına əsasən Nümayəndə, İddiaçı, X17, X14, X4, X10 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.97 hektar torpaq sahəsi verilmişdir. Kollegiya qeyd edir ki, iş mat erialarına əlavə edilmiş iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişlərin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödənişlər onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əs asən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh orqanın mübahisələndirdiyi məsələlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı məcburi dövlət sosial sığorta haqqını ödədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iş materialarına əlavə edilmiş qəbzlərdən, həmçinin məhkəmə araşdırması nəticəsində iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayə t edir. Kollegiya həmçinin iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat'lar (Forma B2) və ona uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyi üçün iddiaçının ödədiyini iddia etdiyi məbləğin fərdi şəxsi hesabında olmadığından ödənilmiş həmin məbləğin X1 Sistemində (MEİS) öz əksini tapmaması və nəticədə həmin məbləğin pensiya kapitalı kimi nəzərə alınmasının mümkün olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqqını ödəməsi barədə s übutu birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Kollegiya bir daha vurğulayır ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənəd mövcud ol sa da cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38 -ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında istinad edilən hallar və apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)-863/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2-1(122)863/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məh kəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar