Məhkəmə qərarları › İş №2-1(108)-123/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-123/2025

14.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-123/2025 14.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinə qarşı cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(122)-911/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 21(122)-911/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 21(122)-911/2025 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(122)-911/2025 nömrəli qərardadının ləğv edilərək iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə mahiyyəti ü zrə baxmalı idi. İddianı mümkün saymaq üçün əsaslar çox idi. Ancaq heç biri nəzərə alınmamışdır. Bələdiyyə üzvü öz namizədliyini qeydə almaq üçün ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək öhdəlik ərizəsi yazıb. Namizədliyin qeydə alınması ilə bağlı yazdığı ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən öhdəlik ərizəsində qeyd edilir ki, “seçiləcəyim halda fəaliyyətimlə uzalaşmayan vəzifəmə xitam verəcəyəm”. İşə baxan hakim bunlara heç əhəmiyyət vermədi. Bələdiyyə sədri seçildikdən sonra işə götürənə ərizə ilə müraciət edərək əvvəlki işinə xitam verilməsini tələb edir. Bunların heç birinə məhkəmə hüquqi qiymət verməyib. Həmçinin Naxçıvan MR Təhsil Nazirliyi yazdığı məktubda qeyd edir ki, “Bələdiyyə sədri X10 bələdiyyəsi seçilməsi haqqında bizə müraciət etməyib. Ancaq məktəb direktoru işləyir.” İşə baxan hakim bələdiyyəni ictimai təşkilat kimi tanıyıb. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il ta rixli, 2-1(122)-911/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inziba ti məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin və iddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Culfa rayon Yaycı Bələdiyyəsinin sədri X1 bələdiyyəyə namizədliyini verən va xt öhdəlik ərizəsi yazaraq həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyini öhdəsinə götürdüyünü, ancaq məktəb direktoru kimi əvvəlki vəzifəsini davam etdirdiyini bildirərək cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudl uğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-c i il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olu nan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İdd ianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər.. Kollegiya hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Kollegiya qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Sub yektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdən Yaycı kənd 1 №-li tam orta məktəbin müəllimləri sırasından azad edilərək Yaycı kənd 2 №-li tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Culfa rayonunun Yaycı bələdiyyəsinin 18 fevral 2025-ci il tarixli, 01 nömrəli ilk iclasının protokolundan aydın olur ki, bələdiyyənin ilk iclasına bələdiyyə sədri və katibi seçilənədək sədrlik etmiş İddiaçı çıxış edərək bələdiyyə üzvü 1961-ci il təvəlüdlü, ali təhsilli, Yaycı kənd 2 nömrəli tam orta məktəbinin direktoru işləyən X1 Culfa rayonunun Yaycı bələdiyyəsinin sədri vəzifəsinə seçilməsini təklif etmişdir. Həmçin in qeyd edilir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə cavabdeh qismində Culfa rayon Yaycı Bələdiyyəsi göstərilsə də, hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı inzibati orqan kimi bələdiyyənin fəaliyyəti ilə bağlı olmamaqla, bələdiyyənin sədri X1 vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsindən ibarətdir. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, qeyd olunan halların onun hüquqlarını və qanunla qorunan maraqlarını hansı qaydada pozduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı öz pozulmuş hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi ilə bağlı deyil, X1 vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün s ayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayət lərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prose ssual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(122)-911/2025 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 21(122)-911/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(122)-911/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar