Məhkəmə qərarları › İş №2-1(108)-126/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-126/2025

15.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-126/2025 15.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X30 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X23 ibarət tərkibdə, X24 məhkəmə iclas katibliyi ilə, İddiaçıların vəkil və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1, üçüncü şəxslər X3, X2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2-1(122)-123/2025 nömrəli qərardadından iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətinə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəngərli rayonu, Qabıllı kəndində y erləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla hüquq müyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirli yi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqti sadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmiş, iddia tələbi dəqiqləşdirilərək iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın veril məsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş olaraq müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 21(122)-559/2024 nömrəli qərardadı ilə X25, X29, X16, X26 və X27 işə üçüncü şəxs qismində cəlb edilmişdirlər. (zəruri cəlbetmə) Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e2-1(122)-123/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN134A nömrəli Torpağın mülkiyyətə verilməsinə da ir Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e2-1(122)-123/2025 nömrəli qərardadından narazı qalan iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 vəkil və nümayəndəsi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsin i kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 07 mart 2025-ci il tarixli, 2-1(108)-29/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 07 mart 2025-ci il tarixli 2-1(108)-29/2025 nömrəli qərardadından narazı qalan iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 vəkil və nümayəndəsi Vəkil kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 07 mart 2025-ci il tarixli, 2-1(108)-29 /2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasının 04 sentyabr 2025-ci il tarixli, 2-1(102)-1913/2025 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 07 mart 2025-ci il tarixli, 2-1(108)-29/2025 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, iddiaçılar iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan MR İnzibati məhkəməsinə müraciət etmiş, iddia tələbi Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 4052,3 m2 həyətyanı torpaq sahəsi üzrə JN-134A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək X3 ailə üzvləri (cəmi 5 nəfər) ilə birlikdə qeydə alınmış həmin torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən 4 məhkəmə hazırlığı iclası (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə) və 2 şifahi məhkəmə baxışı iclası (xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərdə) keçirilmiş, məhkəmənin xx.xx.2025-ci il t arixli qərardadı ilə iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmamışdır. Məhkəmə tərəfindən qərardadda göstərilmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil 29 dekabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununa əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə müvafiq düzəliş edilərək iddiaçıların adlarının əlavə edilməsi tələb edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, düzəliş edilməsi tələb olunan JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilmiş, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd edilmiş şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəhadətnamə subyektlər siyahısına uyğun olaraq verildiyindən iddiaçılar, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN134A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidirlər. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərarda dəyişiklik edildikdən sonra müvafiq şəhadətnamə və onun əsasında aparılmış qeydiyyat inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər. Yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt göndərişləri nin izlənməsi sənədindən görünür ki, məhkəmənin 29 dekabr 2024cü il tarixli yardım məktubu iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 tərəfindən 06 yanvar 2025-ci il tarixdə və iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən isə 13 yanvar 2025-ci il tarixdə alınmış, lakin həmin məktuba münasibət bildirilməmişdir. Bildirilir ki, məhkəmə tərəfindən sözügedən mümkünlük şərtləri ilə bağlı hər hansı yardım məktubu nə iddiaçılara, nə də iddiaçıların nümayəndəsi və vəkili Vəkil (ona) göndərilməmişdir. Yalnız məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş məktubu göndərilərək, sözügedən iddia tələbinə dair iş üzrə şifahi icraat qaydasında şifahi məhkəmə baxışı iclasının 27 yanvar 2025-ci il tarixdə, saat 10:15-də keçiriləcəyi və həmin məhkəmə iclasında onların iştirak etməsi bil dirilmişdir. Bundan başqa elektron məhkəmə sistemində də hər hansı sözügedən məzmunda məlumat məktubu əlavə edilməmişdir. Bu səbəbdən apellyator hesab edir ki, məhkəmə mümkünlük məsələsinə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat vermədən baxmış və iddiaçıların hüquqlarını pozmuşdur. Sözügedən qərardadda qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında X11, X17, X4, X12 və X13 verilməsi barədə JN-134A, KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqlarının qeydə alınm aqla çıxarışın verilməsini tələb edirlər. İddiaçıların tələbi ilə bağlı qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlərə əsasən aparılmış qeydiyyatın dəyişikliyi və ya ləğvi tələb oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş və mübahisənin predmetini təşkil edən JN-134A, KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddia çılar, ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə və ya dəyişikliyinə nail olmalı idilər. Hesab edilir ki, məhkəmə sözügedən hallara istinad edərək iddianı mümkün hesab etməməkdə haqlı olmamışdır. Çünki iddiaçılar mübahisəli torpaq sahəsində yaşamış, adları təsərrüfatbaşına kitablarında qeyd olunmuşdur. Buna baxmayaraq onların orada yaşaması Aqrar İslahat Komissiyası tərəfindən islahat aparılarkən nəzərə alınmamışdır. Bu səbəbdən apellyator hesab edir ki, İPM-in 2.2.3-cü maddəsinə görə hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzib ati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respubliası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququn u tanıyan qeydiyyatın aparılması və çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçılar Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarını yox, müvafiq Dövlət Aktının hazırlanmasında ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçılar hesab edir ki, cavabdeh orqan onların adını müvafiq Dövlət Aktına daxil etməməkdə səhvə yol vermişdir. İddiaçıların adları iddia ərizəsinə əlavə edilmiş təsərrüfatbaşına kitabların səhifələrindən çıxarılmış surətlərdən göründüyü kimi həmin kitablarda qeyd olunmuş, lakin daha sonra səbəbləri göstərilmədən növbəti təsərrüfatbaşına kitablardan çıxarılmışdırlar. Torpaq islahatı aparılan zaman subyektlər siyahısının tərkibi təsərrüfatbaşına kitablarda qeyd edilən təsərrüfat subyektləri əsasında formalaşdığından həmin kitablar əsasında iddiaçıların adları siyahıda nəzərə alınmalı idi. İddiaçıların adlarının subyektlər siyahısında olmaması sonradan tərtib edilmiş bütün digər sənədlərin məzmununa yanlış məlumatların daxil edilməsinə səbəb olmuşdur. Həmçinin bildirilir ki, iddiaçılar tərəfindən inzibati akt mübahisələndirilmədiyindən məhkəmə tərəfindən iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Eyni zamanda iddiaçıların öz adlarının sözügedən sənədlərdə göstərilməməsindən məlumatı olmamış, yalnız sorğular verilərkən məlumatlı olmuş və cavabdehdən imtina məktubu alındıqdan sonra 30 gün müddət ərzində məhkəməyə müraciət olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qayd ada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4, X29, X26 və X27 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4, X14, X5 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə iddiaçıların vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək verdikləri izahatlarında, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kol legiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X18 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxslər X25, X16 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdilər. İnzibati işin materiallarında olan; - JN-134A kod 10211028 nömrəli Torpağın mülkiyyətə verilm əsinə dair Şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında 0.41 ha torpaq sahəsi Şərur rayon Qabıllı kənd sakinləri X3, X14, X2, X5 və X6 mülkiyyətinə verilmişdir. -Qıvraq kəndinin 1986-1990-cı illərə dair 9 №-li təsərrüfatbaşına kitabda təsərrüfat başçısı X3 olduğu təsərrüfatda X7 (qardaşı), X19 (qardaşı arvadı), X8 (qardaşı qızı) və X15 (qardaşı oğlu) adları qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 07 avqust 2024-cü il tarixli, 04/131 nömrəli məktubunda qeyd olunur ki, Kəngərli rayonu, Qabıllı kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyası nın təqdim etdiyi torpaq istifadəçilərinin, torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı2 və ailə üzvlərinin adları qeyd edilməmiş və kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadələrində həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Kəngərli rayonu, Qabıllı kəndində yerləşən, iddia olunan 4052,3 m2 həyətyanı torpaq sahəsi X3 və ailə üzvlərinin adına qeydiyyata alınmış, onların adına JN134A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. -Kəngərli rayon Dövlət Arxivinin 20 dekabr 2024-cü il tarixli, 71 nömrəli arxiv arayışında qeyd olunur ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Qıvraq (Qabıllı) kəndinin 1986-1990, 1991-1995, 1996-2000, 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 adlarına rast gəlinmədi. Lakin Qıvraq (Qabıllı) kəndinin 1986-1990-cı illərə aid 9 №-li təsərrüfatbaşına kitabında təsərrüfat başçısı X3 olduğu təsərrüfatda X9, X20, X10 və X21 adları və 1975-ci ildə tikilmiş sahəsi 42 m² olan otaq qeyd edilmiş, lakin torpaq sahəsi qeyd edilməmişdir. - X28 Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya cavab olaraq göndərilmiş 07 noyabr 2025-ci il tarixli, 04/1552 nömrəli məktubunda qeyd olunmuşdur ki, JN-134A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib olunmasına əsas olmuş Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı Xidmətin arxivində mövcud deyildir. Şərur Rayon Aqrar İslahat Komissiyasının təqdim etdiyi Qabıllı kəndində torpaq istifadə çilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısından çıxarış Sizə göndərilir. - Şərur Rayon Aqrar İslahat Komissiyasının təqdim etdiyi Şərur rayon (Qıvraq) Qabıllı kəndi üzrə torpaq bölgüsündə iştirak edəcək vətəndaşların adlı siyahısından çıxarışdan məlum olur ki, X3, X14, X2, X5 və X6 adları qeyd edilmiş, lakin Hüseynov (Səfərəliyev) Fazil Hüseyn oğlunun, İddiaçı3, İddiaçı1 və İddiaçı4 adlarına rast gəlinməmişdir. - Kollegiyanın Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kəngərli rayon polis şöbəsinə ünvanladığı sorğuya cavab olaraq göndərilmiş 25 dekabr 2025-ci il tarixli, 3-13-43-13/26585/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı2 xx.xx.1991-ci il tarixdən hazıradək, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı3 xx.xx.1991-ci il tarixdən hazıradə k, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 xx.xx.1999-cu il tarixdən hazıradək və xx.xx.1983-cü il təvəllüdlü İddiaçı4 xx.xx.2002-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin şəxslərin bundan əvvəl Kəngərli rayon Qabıllı kəndində qeydiyyata alınmaları və həmin ünvandan qeydiyyatdan çıxarılmaları barədə heç bir məlumat yoxdur. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığ ı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatının iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərək ətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. İddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmunundan aydın olur ki, iddiaçılar 0.41 ha həyətyanı torpaq sahəsinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında X 11, X17, X4, X12 və X13 verilməsi barədə JN-134A, KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə aparılmış qeydiyyata düzəliş edilərək həmin torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 da mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsini məhkəmədən tələb edirlər. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. İddiaçılar iddialarının əsası kimi Qıvraq kəndinin 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabında təsərrüfat başçısı X3 olduğu təsərrüfatda X7 (qardaşı), X19 (qardaşı arvadı), X8 (qardaşı qızı) və X15 (qardaşı oğlu) adlarının qeyd edilməsinə istinad edirlər. Həmçinin bildirirlər ki, Qıvraq (Qabıllı) kəndinin 1991-1995, 1996-2000, 2001-2005ci illərin təsərrüfatbaşına kitablarında İddiaçı2, İddi açı3, İddiaçı1 və İddiaçı4 adları əsassız olaraq həmin təsərrüfatbaşına kitablardan çıxarılmışdır. İddiaçıların adları təsərrüfatbaşına kitablardan əsassız çıxarıldığı üçün 1999-cu ildə aparılmış torpaq islahatları zamanı iddiaçıların adları Şərur Rayon Aqrar İslahat Komissiyasının təqdim etdiyi Şərur rayon (Qıvraq) Qabıllı kəndi üzrə torpaq bölgüsündə iştirak edəcək vətəndaşların adlı siyahısına əlavə edilməmiş və nəticədə iddiaçılar mübahisələndirilən 0.41 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından məhrum olmuşdurlar. Kollegiya qeyd olunanlarla əlaqədar bildirir ki, iş materiallarına əlavə edilmiş arxiv sənədlərindən məlum olur ki, Qıvraq kəndinin 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabında təsərrüfat başçısı X3 olduğu təsərrüfatda iddiaçıların adları qeyd edilmi ş, lakin Qıvraq (Qabıllı) kəndinin 1991-1995, 1996-2000, 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında isə adlarına rast gəlinməmişdir. Həmçinin kollegiya tərəfindən Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarının əldə edilməsi məqsədilə Kəngərli Rayon İcra Hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Naxçıvan MR Dövlət Arxivinə, Şərur rayon Dövlət Arxivinə sorğular vermiş, lakin sorğulara verilmiş cavablarda sözügedən qərarın həmin orqanların arxivində mühafizə olunmadığı bildirilmişdir. Lakin kollegiya tərəfindən edilmiş sorğular nəticəsində Şərur Rayon Aqrar İslahat Komissiyasının təqdim etdiyi Şərur rayon (Qıvraq) Qabıllı kəndi üzrə torpaq bölgüsündə iştirak edəcək vətəndaş ların adlı siyahısından çıxarış əldə edilərək iş materiallarına əlavə edilmiş, həmin çıxarışda isə X3, X14, X2, X5 və X6 adları qeyd edilmiş, lakin Hüseynov (Səfərəliyev) Fazil Hüseyn oğlunun, İddiaçı3, İddiaçı1 və İddiaçı4 adlarına rast gəlinməmişdir. Həmçinin Naxçıvan MR Daxili İşlər Nazirliyinin Kəngərli rayon polis şöbəsi tərəfindən kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş 25 dekabr 2025-ci il tarixli, 3-13-43-13/26585/2025 nömrəli məktubundan məlum olur ki, İddiaçı2 və İddiaçı3 xx.xx.1991-ci il tarixdən hazıradək, İddiaçı1 xx.xx.1999-cu il tarixdən hazıradək və İddiaçı4 xx.xx.2002-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 xx.xx.1991-ci il tarixdən, İddiaçı1 xx.xx.1999-cu il t arixdən və İddiaçı4 xx.xx.2002-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alındığları üçün, o cümlədən qeyd olunan illərdən etibarən Şərur rayon Qabıllı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmadıqları, yəni Şərur rayon Qabıllı kəndində ailə təsərrüfatları olmadığı üçün Qıvraq (Qabıllı) kəndinin 1991-1995, 1996-2000, 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarından onların adları çıxarılmış, bu səbəbdən həmin dövrlər üzrə kitablarda adlarına rast gəlinməmişdir. Kollegiya qeyd edir ki, 1999-cu ildə Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən Şərur rayon (Qıvraq) Qabıllı kəndi üzrə torpaq bölgüsü aparıldığı zaman iddiaçıların Şərur rayon Qabıllı kəndində ailə təsərrüfatları olmadığından onların adları torpaq bölgüsündə iştirak edəcək şəxslərin siyahısına da əlavə ed ilməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçıların dəlilləri Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş JN-134A, KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə düzəliş edilməsi üçün əsas təşkil etmir. Belə ki, 0.41 ha həyətyanı torpaq sahəsi qanuni əsaslarla - Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş JN134A, KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iş üzrə üçüncü şəxslər X3 və ailə üzvlərinin (cəmi 5 nəfər) adına mülkiyyət hüququ üzrə verilmişdir. Həmçinin, Qıvraq kəndinin 1986-1990-cı illərə dair 9 №-li təsərrüfatbaşına kitabında iddiaçıların adları qeyd olunsa da, iddiaçılar İddiaçı2 və İddiaçı3 xx. xx.1991-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alınmış və orada yaşamışlar, İddiaçı1 xx.xx.1999-cu il tarixdən və İddiaçı4 xx.xx.2002-ci il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alınsalar da, onlar daimi olaraq valideynlərinin himayəsində olmaqla onlarla birlikdə yaşamışlar (tərəflərin izahatları ilə təsdiq olunur), növbəti Qıvraq (Qabıllı) kəndinin 1991-1995, 1996-2000, 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarında isə adlarına rast gəlinməmiş, 1999-cu ildə Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən Şərur rayon (Qıvraq) Qabıllı kəndi üzrə torpaq bölgüsü aparıldığı zaman iddiaçıların Şərur rayon Qabıllı kəndində ailə təsərrüfatları olmamış, nəticədə adları torpaq bölgüsündə iştirak edəcək şəxslərin siyahısına da əlavə edilməmiş və onlara torpaq sahəsi verilməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçılar Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında verilmiş JN-134A, KOD 10211028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə düzəliş edilməsini tələb etsələr də, hazırki iddia üzrə subyektiv hüquqa malik deyildirlər, beləliklə, iddaçıların subyektiv hüququ olmaması əsası ilə iddia mümkün sayılmamalıdır. Bununla belə iddiaçılar subyektiv hüquqlarını təsdiq edən sübutları, o cümlədən qeyd olunan halların onların hüquqlarını və qanunla qorunan maraqlarının hansı qaydada pozduğunu təsdiq edən sübatları məhkəməyə təqdim etməmişdirlər. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İdd ianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələbinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağır ovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənm ənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM -də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Həmin Qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki x arakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində mümkünlük şərtlərinin mövcudluğu yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İnzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla üzərinə vəzifə qoyulan və bu baxımdan cavabdehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində göstərilmişdir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Adıçəkilən maddələrin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiym ətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qər arı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları, o cümlədən iddia növünün düzgün müəyyənləşdirilməsinə münasibət bildirilməsi ilə əlaqədar olaraq inzibati məhkəmə icraatının iştirakçılarına, o cümlədən iddiaçılara və onların vəkil və nümayəndəsinə 28 dekabr 2024-cü il tarixdə hüquqi yardım məktubu göndərilərək iddia tələbinin məzmununa əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə müvafiq düzəliş edilərək iddiaçıların adlarının əlavə edilməsinin tələb edildiyini, işin materiallarına əsasən, düzəliş edilməsi tələb olunan JN-134A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Ş əhadətnamə Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı əsasında elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilməsinin müəyyən olunduğunu, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd edilmiş şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, Şəhadətnamənin subyektlər siyahısına uyğun olaraq verilməsi səbəbindən iddiaçıların, ilk növbədə, torpağın mülkiyyətə verilməsinə dair JN-134A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarının mübahisələndirməli olduğunu, yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərarda dəyişiklik edildikdən sonra müvafiq şəhadətnamə və onun əsasında aparılmış qeydiyyatın inzibati məh kəmə icraatı çərçivəsində mübahisələndirilə biləcəyini, yuxarıda göstərilənlərə əsasən iddianın mümkünlük şərtləri ortaya çıxdığından qeyd olunanlarla bağlı onlarda olan müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayətində elektron məhkəmə sistemində də hər hansı sözügedən məzmunda məlumat məktubunun əlavə edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq i cra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kollegiya tərəfindən müəyyən olunmuşdur ki, 29 dekabr 2024-cü il tarixli yardım məktubu iş üzrə İddiaçı3 adına və digər inzibati məhkəmə icraatının iştirakçılarının adına yüklənmişdir. Məhkəmə hesab edir ki, İPM-ni n tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmiş, birinci instansiya məhkəməsi tərəfindən yardım etmək vəzifəsinin tələblərinə riayət edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə yardım etmək vəzifəsinə əməl edərək inzibati orqana müraciət ilə bağlı ümumi və xüsusi mümkünlük şərtlərini (iddia müddətinə riayət edilib-edilmədiyini) yoxlamışdır. Belə ki, mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtləri nə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı). Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinə əməl olunduğu müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiy yət kəsb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia növünün düzgün müəyyənləşdirilməsi üçün müvafiq olaraq iddiaçılara və onların vəkil və nümayəndəsinə yardım məktubu ünvanlanmışdır. Belə ki, iş materiallarından və apellyasiya şikayətində ifadə edilmiş mövqedən aydın olur ki, iddiaçılar və onların vəkil və nümayəndəsi iddianın inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair öhdəliyin icrası haqqında iddia olduğunu bildirir. Birinci instansiya məhkəməsi isə mövqeyini hazırki iddianın mübasiləndirmə haqqında iddia olması istiqamətində əsaslandırır. Birinci instansiya məhkəməsi tərəfindən isə sözügedən yardım məktubu proses iştirakçılarına göndərilmiş və iddia mümkünsüz hesab edilmişdir. Belə ki, birinci instansiya mə hkəməsi tərəfindən 29 dekabr tarixdə 28 dekabr tarixli məhkəmə bildirişi və yardım məktubu iddiaçılara və onların vəkil və nümayəndəsinə göndərilmişdir. Növbəti şifahi məhkəmə baxışı iclası 27 yanvar 2025-ci il tarixə, yəni təxminən 1 ay sonraya təyin edilmişdir. İddiaçıların nümayəndəsi tərəfindən 24 yanvar 2025-ci il tarixdə imzalanmış ərizə 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizədən məlum olur ki, iddiaçılar və onların vəkil və nümayəndəsi iclasın vaxtından xəbərdar olmuşlar. Həmçinin ərizədə iddiaçıların və onların vəkil və nümayəndəsinin iştirakı olmadan işə baxmaqla iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Lakin ərizədə yardım məktubuna münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Bundan əlavə olaraq Kollegiya qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin yardım etmə vəzifəsinin tələblərini yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq iddia mümkünlük şərtlərinə cavab verməyən iddia olmaqla, iddia növü düzgün müəyyənləşdirilməmiş, iddia qaldırmaqda subyektiv hüququ olmayan şəxslər tərəfindən, iddia müddəti ötürülməklə iddia qaldırılmışdır. Yuxarıda qeyd edilənlərə münasibətdə kollegiya q eyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insa n və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. X22 Məcəllənin 13-cü və “Vəkillər və vəkillik fəaliyyəti” haq qında AR Qanununun 3-cü maddələrinin qarşılıqlı təhlilindən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən yardım etmə vəzifəsinin tələblərinə uyğun qaydada və hədlərdə iddiaçılara (hansıki onlar vəkillə təmin olunaraq yüksək keyfiyyətli hüquqi yardım alır) və onların vəkil və nümayəndəsinə hüquqi yardım göstərilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.5-ci bəndinə əsasən apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. Beləlik lə məhkəmə tərəfindən yardım etmə vəzifəsinə riayət edilmiş, iddiaçılar və onların vəkil və nümayəndəsinə hansı məzmunda müraciət etməsinə dair sübutlar təqdim etmək üçün lazımi şərait yaradılmış, o cümlədən iddia ərizəsində yol verilən nöqsanları aradan qaldırmaq və iddia növünün düzgün müəyyənləşdirilməsinə münasibət bildirilməsi üçün ağlabatan vaxt təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması prinsipinə əməl etməklə, məhkəmənin yardım etmək vəzifəsinin tələblərinə uyğun olaraq hazırki iddia tələbi üzrə mümükünlük şərtləri yoxlanılaraq Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardımetmə vəzifəsinə əməl edilmişdir. Kollegiya hesab edir ki, iddiaçıların şikayətində göstərdiyi dəlillər bir inci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-21(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respub likasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından iddiaçıların vəkil və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin e-2-1(122)-123/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar