Məhkəmə qərarları › İş №2-1(108)-127/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-127/2025

06.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-127/2025 06.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.2020-ci il tarixli əlilliyinin müəyyən edilməsi barədə qərarı ləğv edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 Heyətinin 3-17-4/3-3-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair in zibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(122)-799/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qüvvədə olan “ümumi xəstəlik” səbəbindən müdddətsiz əlilliyinin ləğvi ilə bağlı qərarını ləğv edərək əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx. xx.2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək xx.xx.2020-ci il tarixli əlilliyinin müəyyən edilməsi barədə qərarı ləğv edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 heyətinin 317-4/3-3-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(122)-799/2025 nömrəli qərardadı ilə iddia mümkün s ayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(122)-799/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o Çernobıl əlilidir və bu səbəblə 1991-ci ildən 2020-ci ilə qədər Çernobıl əlili kimi pensiya və Prezident təqaüdü almışdır. X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 26 oktyabr 2020-ci il tarixli, 051190 nömrəli qərarına əsasən əlillik səbəbini təsdiq edən sənəd olmadığından əlillik səbəbi dəyişdirilərək müddətsiz “ümumi xəstəlik” edilmişdir. Onun Çernobıl əlilliyi qanunsuz olaraq ləğv edilmiş, nə müayinəyə cəlb edil miş, nə də sənədləri ekspertizadan keçirilmişdir. Dəfələrlə yenidən müraciət etsə də, müraciətlərinə əhəmiyyət verilməmişdir. Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi 31 avqust 2022-ci il tarixli **********8 nömrəli məktub ilə onu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsasli sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir kimi, onu Agentliyə əyani müayinəyə cəlb etmişdir. Baxmayaraq ki, Agentliyin onu müayinəyə cəlb etməyə hüququ yox idi, o həmin vaxt yırtıq səbəbi ilə əməliyyat olunmuşdu və müalicə olun urdu. Sağalmadığı halda, çətinliklə Bakıya getmiş, orada Yasamal rayonunda yerləşən Agentliyə yönləndirilmişdir. Ona orada yanlışlıqla dəvət edildiyi deyilmiş, onu müayinə etməmişlər. Həm maddi, həm mənəvi zərər çəkmişdir. Buna baxmayaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 fevral 2025-ci il tarixli 3-17-4/2-1-3737/2025 nömrəli məktubuna əsasən onu yenidən müayinəyə, Bakıya dəvət etmişlər və barəsində xx.xx.2020-ci il tarixindən “ Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilərək qüvvədə olan əlilliyi ləğv edilmişdir. Dövlət Tibbi-Sosial Eskpertiza Agentliyinin 26 oktyabr 2020-ci il tarixli 051190 nömrəli qərarına əsasən o, ümumi xəstəlik səbəbindən 2-ci dərəcə müddətsiz əlil hesab edilmişdir. Çernobılda şüalanmaya məruz qaldığına görə övladları da əlildir. Buna baxmayaraq həm Çernobılda iştirakına görə verilən pensiyanı, həm də ümumi xəstəlik səbəbindən aldığı pensiyanı ləğv etmişlər. O, pensiyanı Naxçıvanda almışdır və Şahbuz rayonunun Külüs kəndinin pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində onun pensiya sənədləri mövcud olmadığı və həmin qurumun onun barəsində qərar qəbul etmək kimi bir səlahiyyətinin olmadığı halda onun əlilliyi ləğv olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 yanvar 2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarı ona məhkəmə prosesinin gedişində təqdim olunmuşdur. Belə olan halda iddia müddətinin buraxılmasından söhbət gedə bilməz. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 21(122)-799/2025 nömrəli qərardadının ləğv olunması və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərin ə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və iddiaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı xx.xx.2020-ci il tarixli əlilliyinin müəyyən edilməsi barədə qərarı ləğv edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin 317-4/3-3-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsindən və əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabd ehin üzərinə qoyulması ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və iddianın mümkün sayılmama əsası kimi göstərilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmiş, məhkəmə iclasında İddiaçı məhkəmədə verdiyi izahatlarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-574/2025 nömrəli qərarından məlumatlı olduğunu, qərar verilən tarixdən əlilliyə görə aldığı pensiyanın dayandırıldığını, həmçinin 2025-ci ilin fevral ayında onun ünvanına göndərilən məktubu aldıqları üçün h əmin qərardan 30 gün müddətində şikayət verə biləcəyindən məlumatlı olduğunu bildirmiş, lakin iddiaçı müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, nəticədə mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğu tarixdən başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 26 mart 2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Kollegiya apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 heyətinin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-574/2025 nömrəli qərarından məlum olur ki, İddiaçı əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilmiş, xx.xx.2020-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. İş materiallarında olan Şahbuz rayonu, Külüs kəndində yaşayan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-İ-3737/2025 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2025-ci il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmusunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, barənizdə xx.xx.2020-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilərək, qüvvədə olan əlilliyiniz ləğv edilmişdir, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqan və ya məhkəməyə şikayət vermə k hüququna maliksiniz. Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabinetiniz vasitəsilə tanış ola bilərsiniz. İş materiallarında olan yuxarıda göstərilən məktubun poçt vasitəsilə çatdırılmasına dair xəbərnamənin surətindən müəyyən olunur ki, müvafiq məktub xx.xx.2025-ci il tarixdə digər qaydada iddiaçının oğlu H.Məna tərəfindən qəbul edilmişdir. Bu hal apellyasiya baxışı zamanı iddiaçı tərəfindən də təsdiq edilərək bildirilmişdir ki, müvafiq məktubu oğlu Həsənov Məna qəbul etmiş, həmin vaxt evdə olmadığı üçün özü məktubun məzmunu barədə sonradan məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qə rarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsas ən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İşin faktiki hallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 heyətinin 3-17-4/3-3-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmiş, xx.xx.2020-ci il ta rixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. İddiaçı ünvanına onun qüvvədə olan əlilliyinin ləğv edilməsi barədə məlumatın əks olunduğu məktub 27 fevral 2025-ci ildə rəsmi formada çatdırılmışdır. Həmin qərardan 30 gün müddətində məhkəməyə şikayət verilməsi müddətinin sonuncu günü xx.xx.2025-ci il tarixidir və həmin tarix qeyri-iş gününə təsadüf edir (ondan sonrakı iş günü xx.xx.2025-ci il tarixdir). İddiaçı isə 26 mart 2025-ci il tarixdə, yəni müddətin 27-ci günü qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmədən iddia ərizəsini poçt orqanına təqdim etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarının 34-cü vərəqində olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərildiyi poçt zərfinin üzərindəki SS kodu (SS925842783AZ) ilə müəyyən olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər poçt orqanına xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Əlavə olaraq həmin poçt zərfinin üzərində mövcud olan 27 mart 2025-ci il tarixli “Naxçıvanpoçt” PHŞ-nın möhürü ilə də təsdiq edilir ki, artıq 27 mart 2025-ci il tarixində iddiaçının təqdim etdiyi sənədlər poçt orqanında mövcud olmuşdur. Kollegiya qeyd edir ki, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddia ərizəsi müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Belə olan halda 2025-ci ildə fevral ayı 28 gündən ibarət olduğundan iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri prosessual müdətin 27-ci gü nündə poçt orqanına təqdim etdiyindən prosessual müddəti ötürməmişdir. Kollegiya mübahisələndirilən qərarın 30 yanvar 2025-ci il tarixdə qəbul edilməsinə və qərarla “e-sosial.az” portalı vasitəsilə tanış olma imkanının mövcudluğuna münasibətdə qeyd edir ki, iddiaçının izahatına əsasən onun şəxsi elektron kabineti mövcud olmamış, həmin portala daxil olaraq hər hansı qərarla tanış olmamış, habelə portala giriş forması haqqında məlumatlı olmamışdır. Həmçinin qərarın iddiaçıya portala yerləşdirildiyi tarixdən etibarən çatdırıldığını və iddiaçının həmin tarixdən etibarən qərar barədə məlumatlı olduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Kollegiya əlavə olaraq apellyasiya şikayətində iddiaçının göstərdiyi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 yanvar 2025-ci il tarixli 3-17-4/3-3574/2025 nömrəli qərarı ona məhkəmə prosesinin gedişində təqdim olunduğu üçün iddia müddətinin buraxılmasından söhbət gedə bilməz” dəlilinə münasibət bildirərək qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Əlilliyin ləğv edilməsi barədə məlumatın əks olunduğu məktub iddiaçının ünvanına 27 fevral 2025-ci il tarixdə rəsmi qaydada çatdırıldığından, artıq həmin tarix iddiaçının inzibati akt barəsində digər qaydada məlumatlı olmasını da ehtiva edir və iddia verilməsi axımının başlanılması həmin tarixdən hesablanmalıdır. Kollegiya qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur və rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Eyni zamanda, inzibati prosessual qanunvericiliyin müddəalarına əsasən, mübahisələndirmə haqqında iddialarda prosessual müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən normaların tələblərini pozmuş və İPM-nin 12.1-ci maddəsində təsb it olunmuş işin hallarının araşdırılması prinsipinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(122)-799/2025 nömrəli qərardadı ləğv edilməli və inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80.3, 81.1, 87.9, 90.2-cu maddələrinin tələblərini rəhbə r tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.2020-ci il tarixli əlilliyinin müəyyən edilməsi barədə qərarı ləğv edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 heyətinin 3-17-4/3-3-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(122)-799/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci i l tarixli, 2-1(122)-799/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "xx.xx.2020-ci il tarixli əlilliyinin müəyyən edilməsi barədə qərarı ləğv edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1 heyətinin 3-17-4/3-3-574/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar