Məhkəmə qərarları › İş №2-1(108)-129/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-129/2025

26.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-129/2025 26.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X7 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinin nümayəndəsi X1 iştiraklarıı ilə, İddiaçı cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinə qarşı ərizəsinə cavab verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1000/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəyə cavab verilmə öhdəliyinin cavabdehi n üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 21(122)-1000/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 21(122)-1000/2025 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1000/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmədə işə mahiyyəti üzrə baxılmayıb. İddianın əsası ondan ibarətdir ki, cavabdeh ərizəyə iddiaçının tələbinə əsa sən cavab versin. İddia ərizəsində tələb edilir ki, cavabdeh işə başlaması və qurtarma vaxtını göstərməklə ərizəyə cavab versin. İddiaçının iddiasının əsası budur. Ancaq cavabdeh iddiaçının ərizəsinə cavab verməmiş, onun iddiasına aid olmayan bir cavab yazıb işə baxan hakimə vermişdir. İşə baxan hakim isə bunu alıb işə əlavə edib və qərar qəbul edib. Bu qanunsuzdur və iddiaya xitam verilməsi üçün əsas deyildir. Məhkəmədə dəfələrlə tələb edilib ki, işə mahiyyəti üzrə baxılsın, ancaq baxılmadı. Cavabdehin əsassız müdafiəsi ilə məhkəmə qərar çıxardı. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1000/2025 nömrəli qərarda dının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinin nümayəndəsi X5 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1000/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin və iş materiallarına əlavə olunmuş sənədlərin məzmunundan aydın olur ki, iddiaçı Culfa rayonu Yaycı kənd sakini Quliyev X6 MR Ədliyyə Nazirliyinə müraciət etmiş və daxil olmuş müraciət aidiyyəti üzrə baxılması üçün Culfa rayon Yaycı Bələdiyyəsinə göndərilmişdir. Culfa rayon X4 Oruc Rzaqulu oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli, 43 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin Naxçıvan MR Ədliyyə Nazirliyinə 15 avqust 2025-ci il tarixdə ünvanladığınız teleqrama cavab olaraq bildirilir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri b ələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətlərini həyata keçirən istehsal və ya xidmət, eləcə də elmi, təhsil və yaradıcılıq fəaliyyəti dayandırılmır. Qanunvericiliyə görə öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Bələdiyyə sədri Nadir Tağıyev öz səlahiyyətlərini daimi əsasla bələdiyyədə icra etmədiyindən (ictimai əsaslarla işlədiyindən) onun əsas iş yeri bələdiyyə sayılmır və bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı almır. Həmçinin Culfa rayon Yaycı Bələdiyyəsinin eyni məzmunlu İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 52 nömrəli məktubunda qeyd olunmuşdur ki, bələdiyyənin işini ictimai əsaslarla yerinə yetirə n bələdiyyə sədri (hüquqi şəxs) X5 hər hansı bir iş olduğu zamanda həmin işləri icra edir. Kollegiya işin materiallarına və şikayətin dəlillərinə məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsi tərəfindən 08 sentyabr 2025-ci il tarixli 43 nömrəli və 03 oktyabr 2025-ci il tarixli, 52 nömrəli məktublar vasitəsilə iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilən iddiaçının müraciətinə verilmiş cavab məktublarından görünür ki, İddiaçı tələbinə Yaycı Bələdiyyəsi tərəfindən cavab verilmişdir. Bununla da, hazırkı iddianın irəli sürülməsinə səbəb olmuş əsaslar aradan qal xmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. - 67.2-ci maddəsin əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, iş üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1000/2025 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 21(122)-1000/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnz ibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1000/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar