Məhkəmə qərarları › İş №2-1(108)-136/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-136/2025

16.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-136/2025 16.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 21(122)-759/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı şəxsi hesab vərəqəsində yaranan 1909,65 (min doqquz yüz doqquz manat altmış beş qəpik) manat artıq ödənilmiş pul vəsaitinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması t ələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsi hesab vərəqəsində yaranan 1909,65 (min doqquz yüz doqquz manat, altmış beş qəpik) manat artıq ödənilmiş pul vəsaitinin qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 30 oktyabr 2025-ci il tarixli, 2-1(122)-759/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildə artıq ödənilən vergiyə görə Naxç ıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. 03 fevral 2025-ci il tarixdə **********298700 nömrəli məktuba əsasən müraciətinə cavab verilmişdir. Cavab məktubunda qeyd edilir ki, “artıq ödənilmiş verginin qaytarılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, onun təqdim etdiyi Elektron-qaimə fakturalar Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, digər vergi ödəyicilərinə də təqdim etdiyindən Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərqli olduğuna görə vergi uçotunu ayrıca aparmalı, həmin fəaliyyət növlərinə uyğun olaraq vergi və digər icbari ödənişləri hesablamalı və müvafiq büdcələrə ödəməlidir. Eyni zamanda digər vergi ödəyicilərinə 2022-ci il 13816 (on üç min səkkiz yüz on altı) manat, 2023-cü il 25378 (iyirmi beş min üç yüz yetmiş səkkiz) manat, 2024-cü il 15468 (on beş min dörd yüz altmış səkkiz) manat elektron-qaimə faktura təqdim edib həmin məbləğin 5%-ni gəlir vergisi ödəmiş, lakin gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə şəxsi hesab vərəqəsində 1909,65 (min doqquz yüz doqquz manat, 65 qəpik) manat artıq ödəmə yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən, 2022, 2023 və 2024-cü illər üzrə gəlir vergisi bəyannamələrini təqdim etdikdən sonra artıq ödənilmiş verginin qaytarılması ilə bağlı müraciət edə bilər”. Apel lyasiya şikayətinin dəlilləri İddiaçı ümumi əsaslarla apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, əvvəlki illərdə fərdi sahibkarlara da işlər görmüş, həmin işlərə görə ödənişlər olmuş, həmin ödənişlərlə əlaqədar hər ay vergini ödəmiş, lakin gəlir vergisi bəyannaməsi verməmişdir. Hesab edir ki, vergi orqanı onun bəyannamə verməli olması barədə məlumatlandırmalı idi. Lakin bu illər ərzində vergi orqanı ona məlumat verməmiş və sonradan qərarlar qəbul etmişdir. Qərarları mübahisələndirməli olması ona bildirilsədə o hesab edir ki, vergi orqanı onun bəyannamə verməli olması barədə məlumatı vaxtında verməli idi. Birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-c i maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinmə yə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir k i, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşdə olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış 03 fevral 2025-ci il tarixli, **********298700 nömrəli məktubda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbz almaqla yerinə yetirirlər. Fəaliyyət kodu ******* saat, televizor, soyuducu, digər məişət cihazlarının təmiri olduğundan vergi öhdəliklərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında” qəbz almaqla yerinə yetirilmişdir. Araşdırma zamanı məlum olmuş dur ki, onun təqdim etdiyi Elektron-qaimə fakturalar Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, digər vergi ödəyicilərinə təqdim etdiyindən Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərqli olduğuna görə vergi uçotunu ayrıca aparmalı, həmin fəaliyyət növlərinə uyğun olaraq vergi və digər icbari ödənişləri hesablamalı və müvafiq büdcələrə ödəməlidirlər. Eyni zamanda digər vergi ödəyicilərinə 2022-ci il 13816 (on üç min səkkiz yüz on altı) manat, 2023-cü il 25378 (iyirmi beş min üç yüz yetmiş səkkiz) manat, 2024-cü il 15468 (on beş min dörd yüz altmış səkkiz) manat elektron-qaimə faktura təqdim edib həmin məbləğin 5%-ni gəlir vergis i ödəmiş, lakin gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə şəxsi hesab vərəqəsində 1909,65 (min doqquz yüz doqquz manat, 65 qəpik) manat artıq ödəmə yaranmışdır. Qeyd olunanlara əsasən, 2022, 2023 və 2024-cü illər üzrə gəlir vergisi bəyannamələrini təqdim etdikdən sonra artıq ödənilmiş verginin qaytarılması ilə bağlı müraciət edə bilər. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddianın mümkünlüyü iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qa rşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbinin məzmunundan belə müəyyən edilir ki, iddiaçının tələbi şəxsi hesab vərəqəsində yaranan 1909,65 (min doqquz yüz doqquz manat, 65 qəpik) manat artıq ödənilmiş pul vəsaitinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırkı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə vergi ödəyicisi İddiaçı (VÖEN: **********) barəsində qüvvədə olan 2022, 2023, 2024-cü illərə dair bəyannamə və hesabat təqdim edilməməsinə görə "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması" barədə 07 may 2025-ci il tarixli, 3-21-2-24/2-14867/2025 nömrəli, 3-21-224/2-14868/2025 nömrəli və 3-21-2-24/2-14869/2025 nömrəli qərarlar təqdim edilmişdir. Həmin qərarlara əsasən az ödənilmiş vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının qalığı mövcuddur. Belə olan təqdirdə iddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaiti mövcud olmamaqla, iddiaçının 2022, 2023, 2024-cü illərə dair bəyannamə və hesabat təqdim edilməməsinə görə ödənilməmiş vergi borcu mövcuddur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əsas hüquqi marağının təmin edilməsi üçün ilkin olaraq cavabdehin qüvvədə olan 2022, 2023, 2024-cü illərə dair bəyannamə və hesabat təqdim edilməməsinə görə "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması" barədə 07 may 2025-ci il tarixli, 3-21-2-24/2-14867/2025 nömrəli, 3-21-2-24/2-14868/2025 nömrəli və 3-21-2-24/214869/2025 nömrəli qərarlarının mübahisələndirilməsi (ləğv edilməsi və ya etibarsız sayılması) məqsədəmüvafiqdir. İddiaçı qeyd edir ki, o, əvvəlki illərdə fərdi sahibkarlara da işlər görmüş, həmin işlərə görə ödənişlər olmuş, həmin ödənişlərlə əlaqədar hər ay vergini ödəmiş, lakin gəlir vergisi bəyannaməsi verməmişdir. Hesab edir ki, vergi orqanı onun bəyannamə verməli olması barədə məlumatlandırmalı idi. Lakin bu illər ərzində vergi orqanı ona məlumat verməmiş və sonradan qərarlar qəbul etmişdir. Qərarları mübahisələndirməli olması ona bildirilsədə o, hesab edir ki, vergi orqanı onun bəyannamə verməli olması barədə məlumatı vaxtında verməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya aid əvvəl təqdim olunmuş şəxsi hesab vərəqəsində artıq vergi ödənişi görünsədə cavabdeh tərəfindən qərarlar qəbul edildikdən sonra təqdim edilmiş iddiaçıya aid şəxsi hesab vərəqəsində artıq vergi ödənişi görünmür, həmçinin müəyyən vergi öhdəlikləri yaranmışdır. Belə olan təqdirdə iddiaçının ilkin olaraq qərarları mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləc ə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yardım etmək vəzifəsi çərçivəsində İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq, birinci instansiya məhkəməsi tərəfindən 11 iyul 2025-ci il tarixdə, 26 sentyabr 2025-ci il tarixdə və 30 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclaslarında, eyni zamanda iddiaçıya göndərilmiş 11 iyul 2025-ci il tarixli və 26 sentyabr 2025-ci il tarixli məhkəmə bildirişlərində ona hüquqi yardım göstərilərək barəsində qüvvədə olan vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə 07 may 2025-ci il tarixli qərarların olması, həmin qərarların mü bahisələndirilməsinin məqsədəmüvafiqliyi izah edilmiş, lakin iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək münasib iddia təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb hazırkı vəziyyətdə onun hüquqlarının bərpası üçün səmərəli hüquqi müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, iddiaçı ilk növbədə vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması" barədə 07 may 2025-ci il tarixli, 3-21-2-24/2-14867/2025 nömrəli, 3-21-2-24/2-14868/2025 nömrəli və 3-21-2-24/214869/2025 nömrəli qərarları mübahisələndirməli idi. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 21(122)-759/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə k

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar