Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-141/2025 26.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 Qabil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noy abr 2025-ci il tarixli, 2-1(122)-882/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 21(122)-882/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 21(122)-882/2025 nömrəli qərarından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 21(122)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edliməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş, qanunun geriyə qüvvəsinin olmaması prinsipini pozmuş, faktları təhrif etmiş və nəticədə əsassız, ədalətsiz və qərəzli qərar qəbul etmişdir. İlk olaraq qərarda 2024-cü ilin yanvar ayında qüvvəyə minmiş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə”nin müvafiq maddələrinə, həmçinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarına istinad edilmişdir. Lakin bu yanaşma hüquqi baxımdan əsassızdır. Çünki onun tələbinə dair münasibətlər, o cümlədən hərbi zabit kimi xidmətə başlama tarixi, həmin dövrdə üzərinə düşən öhdəliklərin formalaşması, eləcə də rezidentura təhsilinin başlanma və bitmə müddətləri tamamilə əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aiddir. Bir sözlə, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyəti 2024-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməlidir. Hakim tərəfindən yeni qanunvericiliyə istinad edilməsi isə hüquqi münasibətlərin zamanına uyğun olmayan, retroaktiv tətbiq təəssüratı yaradır və işin düzgün həllinə çaşdırıcı mane olur. Qərarda qanuna istinad edilməklə xidmət vəzifələrinin nədən ibarət olması göstərilmiş, lakin həmin vəzifələrin əksəriyyətinin onun tərəfindən təhsil aldığı dövrdə icra edilməsi barədə hakimə yazılı və şifahi məlumatlar verilmişdir. Bu halın iddiaçının təhsil dövrünün xidmət dövründən çox da fərqlənmədiyini göstərdiyi bildirilmişdir. Hakim qərarda qanuna edilmiş dəyişikliklərin xx.xx.2023-cü il tarixdə qəbul edildiyini və xx.xx.2024-cü il tarixdən qüvvəyə mindiyini qeyd etmiş, bunun hüquq qaydalarının yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilməsi prinsipini təsdiq etdiyini bildirmişdir. Apellyasiya şikayətində vurğulanmışdır ki, sözügedən dəyişiklik yalnız xx.xx.2024-cü il tarixindən sonrakı dövrdə yaranmış hüquqi m ünasibətlərə şamil edilə bilər. Lakin hakim bundan irəli gələn nəticəni təhrif edərək, yalnız raportun xx.xx.2025-ci il tarixdə yazılmasına istinad etmiş və bunun əsasında mübahisəyə həmin tarixdə qüvvədə olan qanunvericilik normasının tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. İddiaçı bu yanaşmanın kökündən yanlış olduğunu bildirmiş, qanunvericiliyə edilən dəyişikliklərin “xidmət müddətinin 10 il olaraq saxlanılması ilə yanaşı, xidmət dövründə təhsil müddətinin həmin dövrə daxil edilməməsi” məsələsini tənzimlədiyini qeyd etmişdir. Dəyişiklik raportun yazılma vaxtı ilə deyil, xidmətin və təhsilin hansı tarixlərdə həyata keçirilməsi ilə bağlıdır və həmin normanın raport yazılma tarixinə görə tətbiq edilməsini hüquqi cəhətdən istisna edir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, hakim 2024-cü ildən əvvəlki dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə”nin 15-ci maddəsinə əsasən 5 il xidmətlə əlaqədar iddiaçının ehtiyyata buraxılmaq hüququnun 2020-ci il tarixdə yaranması halına dair münasibət bildirməmişdir. Həmçinin yeni qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi zamanı bəzi hərbi qulluqçulara (ehtiyyata buraxılan) güzəştlərin (3 illik güzəştlə bağlı keçid müddəa) tətbiq edildiyi, bəzilərinə isə eyni hüquqi vəziyyətdə olmalarına baxmayaraq hansı hüquqi rejimin tətbiq ediləcəyi barədə aydın göstərişin verilməməsi (hüquqi qeyrimüəyyənliyin saxlanılması) barədə yazılı müraciətə qərarda münasibət bildirilmədiyi qeyd edilmişdir. Məhkəmə iclası zamanı analoji hüquqi münasibətlər üzrə digər inzibati məhkəmələrin, o cümlədən Gəncə Apelly asiya Məhkəməsinin inzibati kollegiyasının eyni mahiyyətdə olan işlər üzrə qəbul etdiyi qərarların nəticələri təqdim edilmiş, həmin qərarlarda oxşar faktiki hallar üzrə əvvəlki qanunvericiliyin tətbiqi və hərbi xidmət dövrünün hesablama qaydasına dair konkret hüquqi mövqenin formalaşdığı göstərilmişdir. Lakin hakim təqdim olunan həmin qərarlara əhəmiyyət verməmiş və onların hüquqi dəyərini nəzərə almamışdır. Apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilməklə “İnzibati icraat haqqında” Qanunun bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Naməlum seçim üsulu ilə hərbi həkim zabitlərə qarşı müxtəlif mövqe sərgiləndiyi, istənilən şəxsin ehtiyyata buraxıldığı, digərlərinə qarşı isə hüquqi yolla əsassız etiraz və digər sənədlər təqdim edilməklə işin həllinə maneəçilik və süründürməçilik hallarına yol verildiyi, bəzən isə apellyasiya şikayəti verildiyi bildirilmişdir. Bu seçimlərin hansı meyarlara əsasən həyata keçirildiyinin aydın olmadığı, “İnzibati İcraat Haqqında Qanun”nun 12-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipinin kobud şəkildə pozulduğu qeyd edilmişdir. Bununla şəxslərin Konstitusiyaya əsasən qadağan edilmiş məcburi əmək şəraitində xidmət göstərmələrinə şərait yaradıldığı, dövlət büdcəsinə zərər vurulduğu, işləmək istəməyən şəxslərə maaş ödənildiyi halda xidmətini davam etdirmək istəyən zabitlərin bu imkandan məhrum edildiyi göstərilmişdir. Həmçinin bu zabitlərin qanunla verilən müddət ərzində vəzifə öhdəliklərini yerinə yetirdikləri və Vətən Müharibəsində iştirak etdikləri qeyd edilmi şdir. Apellyasiya şikayətində vurğulanmışdır ki, hazırkı dövrdə hüquqların məhdudlaşdırılmasına yönəlmiş qanunun geriyə qüvvəsinin (retroaktiv tətbiq) tətbiq edilməsinə cəhd edilir və ağırlığı artıran, yeni öhdəlik yaradan, vəzifəni ağırlaşdıran norma keçmiş dövrə şamil edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair birinci instansiya məhkəməsinə ünvanladığı 10 iyun 2025-ci il tarixli, 3-25-17/2-1353/25 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı 01 iyun 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmiş, 26 iyun 2015-ci il tarixdən Azərbaycan Ordusu sıralarında 077 nömrəli Xüsusi Təyinatlı Əlahiddə taborun tibb məntəqə rəisi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamışdır. Bunda n sonra iddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş, 30 oktyabr 2020-ci il tarixdə “Vətən müharibəsi” zamanı təhsilini yarımçıq saxlayaraq xidmətə başlamış, 11 yanvar 2021-ci il tarixdə yenidən rezidentura təhsilinə davam etmiş və 01 dekabr 2022-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissənin təcili yardım bölməsinin rəisi təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək 07 aprel 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini bildirmiş, lakin sonradan müra ciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmişdir.Belə ki, həmin Qanunun 2.4.2-ci yarımbəndində "Qeyd” hissəsində göstərilmişdir ki, “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların tək milləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." Yəni iddiaçı 5 il 1 ay müddətində rezidentura təhsilində olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır, çünki o, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunmaq hüququnu əldə etməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili və nümayə ndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının vəkil və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Naxçıvan MR İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(122)882/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 Qabil oğlu kollegiyadan Naxçıvan MR İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(122)-882/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydal ar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inz ibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizəl ərini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir İş materiallarında olan; - N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 07 aprel 2025-ci il tarixli raportun surətindən məlum olur ki, təcili yardım bölməsinin rəisi tibb xidməti kapitanı İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi x idmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 iyul 2025-ci il tarixli, 93/1680 nömrəli məktubdan məlum olur ki, tibb xidməti kapitanı İddiaçı hərbi xidmət üzrə ümumi stajı xx.xx.2025-ci il tarixədək 11 il 11 ay 26 gündür. (zabit kimi 10 il 29 gün təşkil edir). Qeyd: Ümumi hərbi xidmət stajının 5 il 2 ay 10 gününü Rezidentura təhsili təşkil edir (xx.xx.2017ci il tarixdən-xx.xx.2022-ci il tarixədək). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb Fakültəsi tərəfindən göndərilmiş 08 oktyabr 2025-ci il tarixli, 3-25-126/2-494/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, müvafiq nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilmiş və X5 Komandanının sərəncamına keçirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 (beş) il 1 (bir) ay təşkil edir. -Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 iyun 2015-ci il tarixli, 0287 nömrəli əmrindən çıxarışdan görünür ki, 2015-ci ilin iyun ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş kursant İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbayc an Respublikası Qanununun 30, 36.1.4-cü maddələrinə və Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 58-ci maddəsinin “a” bəndinə və 72-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, ilkin “Tibb Xidməti Leytenantı” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilərək, X4 X5 Komandanının Sərəncamına keçirilmişdir. -xx.xx.2015-ci il tarixli, AT №001199 (Qeydiyyat №1152) nömrəli diplomun surətindən görünür ki, İddiaçı Azərbaycan Tibb Universiteti Dövlət Attestasiya Komissiyasının 23 may 2015-ci il tarixli qərarı ilə “Hərbi həkim işi” ixtisası üzrə “X8-İxtisas” dərəcəsi verilmişdir. -xx.xx.2024-cü il tarixli, AR № 002662 nömrəli diplomdan görünür ki, İddiaçı 2017-ci ildən 2022-ci ilədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidentu rada təhsil almış, Yekun Attestasiya Komissiyasının xx.xx.2022-ci il tarixli, 02 nömrəli qərarı ilə ona “Ümumi cərrahiyyə” ixtisası üzrə həkimmütəxəssis ali peşə ixtisas dərəcəsi verilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölk ələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: (-) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
156. Hərbi qulluqçular Az ərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noy abr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na Əlavə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti: 060902-Ümumi cərrahiyyə 5 ildir. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnam ə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli qanunu ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yuxarıda göstərilən məzmunlarda “Qeyd” əlavə edilmiş və həmin dəyişiklik 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. İş materiallarından aydın olur ki, İddiaçı 05 iyun 2015-ci il tarixdən ilkin “Tibb Xidməti Leytenantı” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədə k Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümumi cərrahiyyə” ixtisası üzrə rezidenturada əyani təhsil almış və Yekun Attestasiya Komissiyasının xx.xx.2022-ci il tarixli, 02 nömrəli qərarı ilə ona “Ümumi cərrahiyyə” ixtisası üzrə həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 dekabr 2022-ci il tarixli, 0970 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Poliklinika-Qəbul bölməsinin cərrahiyyə kabinetinin rəisi-cərrah vəzifəsinə təyin edilmiş, 07 aprel 2025-ci il tarixdə raportla komandanlığa müraciət edərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Qeyd” hissəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Ordusu sıralarında zabit kimi xidmətə qəbul edildiyi tarixdən qeyd edilən qanunun qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixinədək Azərbaycan Ordusu sıralarında zabit kimi ümumilikdə (rezidentura təhsil müddəti daxil edilməklə) 8 il 6 ay 17 gün xidməti stajı mövcud olmuşdur. Rezidentura təhsili aldığı müddət hesablanmadan iddiaçının zabit kimi xidməti stajı məhkəmə qərarının qəbul edildiyi tarixə təxminən 10 il 5 aydır, rezidentura təhsili aldığı müddət çıxıldıqda isə 5 il 5 ay təşkil edir. Göründüyü kimi, konkret halda iddiaçının öz arzusu ilə Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər hazı rkı iş üzrə mövcud deyil. Belə olan halda da, iddiaçının zabit olaraq öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə cavabdeh orqan tərəfindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi qanuna zidd davranış kimi qiymətləndirilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müddəaları əsasında qiymətləndirərək belə hesab edir ki, mübahisənin düzgün həlli üçün iddiaçının zabit kimi xidmət müddətinin hesablanmasına münasibətdə qanunvericiliyə edilmiş yuxarıda qeyd olunan 22 dekabr 2023-cü il tarixli dəyişikliklərin hazırkı hüquqi münasibətə tətbiq imkanının müəyyən edilməsi zəruridir. İş materiallarından müəyyən olunur ki, iddiaçı 05 iyun 2015-ci il tarixdən zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, həmin tarixdən etibarən onun zabit kimi xidməti başlamışdır. İddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək rezidenturada təhsil alması mübahisəsizdir. Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklər nəticəsində zabitlərin həqiqi hərbi xidmət dövründə rezidentura səviyyəsində əyani təhsilalma müddətinin öz arzusu ilə ehtiyata buraxılma üçün tələb edilən 10 illik xidmət müddətinə daxil edilməməsi təsbit edilmiş və həmin dəyişiklik 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi “Rezidentura təhsilinin başlanma və bitmə müddətlərinin əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aid olması, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyətinin 2024-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiy i dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməli olması” dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən öz arzusu ilə ehtiyata buraxılma barədə müraciət 07 aprel 2025-ci il tarixdə edilmiş və onun təqvim hesabı ilə zabit kimi xidmətinin 10 ili 05 iyun 2025-ci ildə tamam olmuşdur. Həmin tarixdə artıq yuxarıda göstərilən Qanuna 22 dekabr 2023-cü il tarixdə edilmiş dəyişiklik 01 yanvar 2024-cü il tarixdən qüvvədə olmuşdur. İddiaçının rezidenturada təhsilini bitirməsi yuxarıda istinad olunan Qanuna edilmiş dəyişiklikdən əvvəl olsa da, həmin vaxt zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabit kimi qanunvericilikdə nəzərdə tutulmuş xidmət müddəti tamam olmadığından onun 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılma hüququ olmamışdır,10 il zabit kimi xidmət müddəti tamam olduqda yeni tənzimlənmə qüvvədə olmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya münasibətdə öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı hüquq münasibətinə onun zabit kimi 10 illik xidmət müddətinin tamam olduğu vaxt qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. 01 yanvar 2024-cü il tarixdən qüvvədə olan hüquq normalarına əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 il olmadığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı ma ddəsinin “j” bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun olaraq onun tələbinin təmin edilməsi mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən “2024 ci ildən əvvəlki dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında” Əsasnamənin 15-ci maddəsinə əsasən 5 il xidməti ilə əlaqədar onun ehtiyyata buraxılmaq hüququnun 2020-ci il tarixdə yaranması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının 22 dekabr 2023cü il tarixli “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi bar ədə qeyd olunan Əsasamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilmiş və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilmişdir. İddiaçı həmin dəyişiklik qüvvəyə mindikdən sonra xx.xx.2025-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq ehtiyata buraxılması barədə müraciət etmişdir. Mübahisəli hüquq münasibəti də məhz həmin müraciət əsasında yaranmışdır. Belə olan halda həmin dəlil kollegiya tərəfindən müzakirə edilərək əsassız hesab edilir. İş üzrə iddiaçı və iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilən digər şəxslərin barəsində olan məhkəmə qərarları və müxtəlif sənədlərə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən h əmin sənədlər hazırkı iş üzrə məhkəmə üçün məcburi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(122)-882/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il t arixli, 21(122)-882/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 2-1(122)-882/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.