Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-154/2025 28.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Culfa bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsinin azad olunması, Culfa gömrük postuna sərbəst gediş-gəlişin təmin olunması, Culfa bələdiyyəsinin Azərterminal ilə bağladığı qanunsuz müqavilənin ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2-1(122)-1212/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsinin azad olunması, Culfa gömrük postuna sərbəst gedişgəlişin təmin olunması, Culfa bələdiyyəsinin Azərterminal ilə bağladığı qanunsuz müqavilənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 21(122)-1212/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2-1(122)-1212/2025 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi nin 09 dekabr 2025-ci il tarixli, 2-1(122)-1212/2025 nömrəli qərardadını 12 dekabr 2025-ci il tarixdə almışdır və tamamilə rədd edir. Belə ki, o məhkəmə bildirişini 11 dekabr 2025-ci il tarixdə aldığı üçün məhkəmə iclasının tarixi və yerindən məlumatlı olmamışdır. O, 25 noyabr 2025-ci ildə Bakıya getmiş, 09 dekabr 2025ci il tarixdə axşam vaxtı Bakıdan Culfaya qayıtmışdır. Beləliklə, məhkəmə tələsik qərar vermişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəməyə 08 yanvar 2026-cı il tarixli ərizə göndərərək işlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətinə uyğun izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2-1(122)1212/2025 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində Culfa bələdiyyəsinin Gömrük komitəsinin "Azterminalkompleks" Birliyi ilə müqavilə bağladığını, ü mumi istifadə olan torpağı icarəyə verdiyini, nəticədə yolun kəsildiyini və gediş-gəliş üçün çətinlik yarandığını göstərərək məhkəmədən Culfa bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsinin azad olunması, Culfa gömrük postuna sərbəst gediş-gəlişin təmin olunması, Culfa bələdiyyəsinin Azərterminal ilə bağladığı qanunsuz müqavilənin ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün hesab edilməmiş və qərardad onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Belə ki, cavabdehin sözügedən müqaviləni bağlaması iddiaçının hüquqlarına toxunmamış, onun qanuni mənafelərinə xələl gətirməmişdir. Həmçinin, sözügedən i carə müqaviləsinin tərəfi kimi Culfa Bələdiyyəsi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyindən və qeyd olunan münasibət mülki əqddən irəli gəldiyindən qanunvericiliyin tələblərinə görə bu tipli mübahisələrə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğ unu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-c i il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarında olan 01 mart 2025-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, həmin müqavilə ilə Culfa bələdiyyəsi bələdiyyə mülkiyyətinə aid olan ümumi sahəsi 9000 kv.m təşkil edən qeyri-yaşayış sahəsini Azərbaycan Dövlət Gömrük Komitəsi "Azterminalkompleks" Birliyinin Naxçıvan ərazi İdarəsinə 2017-ci ildən etibarən 11 aylıq müddətinə (hər il yenilənməsi şərti ilə) "Minik maşınlarının dayan acağı" məqsədi ilə icarəyə vermişdir. İddiaçının təqdim etdiyi Naxçıvan MR Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı 28 noyabr 2025-ci il tarixli, 3-16-33-7/2-K-6xx-xx/2025 nömrəli məktubda göstərilmişdir ki, Culfa bələdiyyəsinin mülkiyyətində olan 0.9 ha torpaq sahəsinə aid Culfa bələdiyyəsi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi Azterminal Kompleks Birliyinin Naxçıvan ərazi idarəsi arasında bağlanmış icarə müqaviləsi torpaqayırma sənədlərinə uyğun bağlanmadığından həmin müqavilənin ləğv edilməsi ilə bağlı qanunauyğun tədbir görülməsi üçün Culfa bələdiyyəsinə təklif göndərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi i stifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə
4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri (...) 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadə yə və icarəyə verilir. Kollegiya qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Hazırkı vəziyyətdə iddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Kollegiya həmçinin qeyd edir ki, İn zibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Plenium xüsusi olaraq vurğulayır ki, torpaqla bağlı alqı-satqı və ya icarə müqavilələrindən irəli gələn mübahisələr məhz mülki qaydada həll edilir. Belə olan halda, sözügedən icarə müqaviləsinin tərəfi kimi Culfa Bələdiyyəsi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyindən və qeyd olunan münasibət mülki əqddən irəli gəldiyindən qanunvericiliyin tələblərinə görə bu tipli mübahisələrə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında işə baxılması üçün iddia predmeti kimi, bir qayda olaraq, konkret bir inzibati akt və ya inzibati orqanın hərəkəti, hərəkətsizliyi mövcud olmalıdır. İPM-in 35.1-ci maddəsində də göstərilmişdir ki, başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticə sində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçı göstərməlidir ki, inzibati orqanın müəyyən qərarı və ya hərəkətsizliyi onun hüquq və maraqlarını pozub. Əks halda iddia məhkəmə baxışının predmetinə uyğun gəlmir. Hazırkı işdə iddiaçı Culfa bələdiyyəsinin hər hansı konkret inzibati aktından deyil, mahiyyət etibarilə mülki-hüquqi əqdi mübahisələndir. Bələdiyyə ilə “Azərterminalkompleks” arasında bağlanan müqavilə, inzibati akt sayılmır, çünki inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Müqavilə isə qarşılıqlı razılığa əsaslanan ikitərəfli əqddir və burada bələdiyyə publik səlahiyyətini həyata keçirmir. Apellyasiya şikayətində göstərilən “iddiaçının məhkəmə bildirişini 12 dekabr 2025-ci il tarixdə alması, məhkəmə iclasının tarixi və yerindən məlumatlı olmaması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan poçt reyestri və göndərişə dair digər sənədlərdən görünür ki, İddiaçı ünvanlanmış məhkəmə bildirişi sifarişli poçt göndərişi ilə, göndəriş nömrəsi SS964507744AZ olmaqla göndərilmiş, həmin göndəriş nömrəsinin Azərpoçt MMC-nin rəsmi göndəriş izləmə sistemində yoxlanılmas ı zamanı bildirişin 03 dekabr 2025-ci il tarixdə iddiaçıya təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi sözügedən bildiriş iddiaçının ünvanına məhkəmə iclasının tarixindən, yəni 09 dekabr 2025-ci il tarixdən 6 gün əvvəl rəsmi qaydada çatdırılmışdır. Həmçinin iddiaçı apellyasiya şikayətində qərarla tanış olduğu tarix kimi ilkin olaraq 11 dekabr 2025-ci il tarixi, sonradan 12 dekabr 2025-ci il tarixi göstərərək bir-biri ilə ziddiyyətli iki tarix göstərmişdir. Belə olan halda kollegiya tərəfindən iddiaçının apellyasiya şikayətində göstərilən bu dəlil əsassız hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtin a olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasını t əsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2-1(122)-1212/2025 nömrəli qərardadı dəyişdirilmədən saxl anılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehnə qarşı "Culfa bələdiyyəsinin ümumi istifadəsində olan torpaq sahəsinin azad olunması, Culfa gömrük postuna sərbəst gediş-gəlişin təmin olunması, Culfa bələdiyyəsinin Azərterminal ilə bağladığı qanunsuz müqavilənin ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2-1(122)-1212/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 21(122)-1212/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnu n rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.