Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-158/2025 10.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı Vəkilnın adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlakın onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnz ibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(122)-180/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vəkilnın adına aparılmış 16 oktyabr 2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlakın onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 20 avqust 2025-ci il tarixli, 2-1(122)-180/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçının nümayəndəsi Vəkil tərəfindən apellyasiya şik ayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(122)-180/2025 nömrəli qərarının surəti 01 sentyabr 2025-ci il tarixdə iddiaçının iddia ərizəsində faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 1 rəsmi qaydada göndərilmiş və 04 sentyabr 2025-ci il tarixdə iddiaçının qeyd edilən ünvanına çatdırılmışdır. Belə olan halda qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin sonuncu günü 06 oktyabr 2025-ci il tarixi hesab olunur. Lakin apellyasiya şikayəti 18 dekabr 2025-cİ il tarixdə poçt şöbəsinə təqdim edilmiş və 19 dekabr 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şi kayətində bu günə kimi qərarın surətini almadığını, qərardan 2025-ci ilin dekabr ayının əvvəllərində məlumatlı olduğundan, həmin vaxt apellyasiya şikayəti ilə müraciət etdiyini və apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülmədiyini göstərmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onun ünvanına poçt vasitəsilə göndərilən məhkəmə qərarının surətini almış, iş yerində olan çətinliklərlə bağlı, həmçinin vəkili xəstə olduğuna görə onunla danışa bilməmiş, bu səbəbdən də şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, qeyd edilən hallar prosessual müddətin buraxılması üçün üzrlü səbəb sayıla bilməz. Apellyasiya şikayəti qərarın təqdim edilməsindən 3 aydan çox müddət keçdikdən sonra verilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Həmçinin məhkəmə iclasında ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün ərizənin verilməsi və sübutların təqdim edilməsi istiqamətində iddiaçıya hüquqi yardım göstərildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunm uş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90 -cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 21(122)-180/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-158/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-158/2025
10.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver