Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-159/2025 30.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı " onun 4 il 2 ay hərbi xidmət dövrünün 1 gününün 3 gün güzəştli şərtlərlə iş stajı kimi yenidən hesablayaraq və pul vəsaitinin 3 qat məbləğdə ödənilməsini, yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 dekabr 2025-cü il tarixli, 2-1(122)-934/2025 nömrəli qərardadından Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 il 2 ay hərbi xidmət dövrünün 1 gününün 3 gün güzəştli şərtlərlə iş stajı kimi yenidən hesablayaraq və pul vəsaitinin 3 qat məbləğdə ödənilməsini, yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi 02 dekabr 2025-ci il tarixli, 2-1(122)-934/2025 nömrəli “sübutların cəlb olunmasının təmin edilməsi barədə” qərardad qəbul edərək, həmin qərardad ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı xx.xx.1992-xx.xx.1996-cı illər üzrə hərbi xidmət keçdiyi müvafiq dövrlərin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxs kimi bir xidmət gününün üç xidmət günü kimi hesablanılması barədə qərar qəbul edilməsi, İddiaçı xx.xx.1992-ci il tarixdən-xx.xx.1996-cı il tarixədək xidmətdə olduğu dövr üzrə həqiqi hərbi xidmətin bir xidmət gününün üç xidmət günü kimi hesablanıldığı müddətin göstərilməsi, qəbul edilmiş qərarda döyüş şəraitinin davam etdiyi müddətin göstərilməsi, qəbul edilmiş qərarın bir surətinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi, İddiaçı müharibə veteranı statusunun verilməsinə əsas olmuş sənədlərin surətinin Azərbaycan Respublikası Müda fiə Nazirliyinə təqdim edilməsini qərara almışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Müdafiə Nazirliyi şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2 dekabr 2025-ci tarixli 2-1(122)-934/2025 nömrəli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibat iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01/2022 nömrəli 17 fevral 2022-ci il tarixli Qərardadının, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarının müvafiq müddəalarına əsaslanaraq qeyd etmişdir ki, əhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərardadın qəbul olunmasına səbəb olmuşdur. İnzibati məhkəmə icraatında AR İPM-nin 28.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməli olmasından asılıdır. Əgər ərizəçi zəru ri cəlbetmə qaydasında üçüncü şəxs kimi icraata cəlb edilməli olduğu halda məhkəmə bunu etməmişdirsə, qəbul edilmiş qərarın ləğvindən söhbət gedə bilər. Şəxsin adi qaydada cəlb edilməli olan şəxs olması isə ərizəçinin tələb etdiyi prosessual hərəkətin yerinə yetirilməsi üçün əsas qismində çıxış etmir. Məhkəmənin bu işlə bağlı qərardadı ləğv edilməli, Müdafiə Nazirliyinin hüquqi mövqeyi nəzərə alınmalı və işdə üçünüçü şəxs kimi iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə şifahi məhkəmə iclası 30 yanvar 2026-cı il tarixə təyin edilmiş, Kollegiyanın 30 yanvar 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyaya ər izə göndərərək, apellyasiya şikayətinə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X5 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məc əllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya inzibati işin materiallarını araşdırı b Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, iddiaçı Yusifov X6 MR İnzibati Məhkəməsində cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia qaldıraraq onun 4 il 2 ay hərbi xidmət dövrünün 1 gününün 3 gün güzəştli şərtlərlə iş stajı kimi yenidən hesablayaraq pul vəsaitinin 3 qat məbləğdə ödənilməsini, yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürmüşdür. İşə birinci instansiya məhkəməsin də baxılan zaman məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun davranılması məqsədilə, inzibati icraat aparmaqla, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılması və qəbul ediləcək qərarın qanuniliyinə qiymət verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı xx.xx.1992-xx.xx.1996-cı illər üzrə hərbi xidmət keçdiyi müvafiq dövrlərin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxs kimi bir xidmət gününün üç xidmət günü kimi hesablanılması barədə qərar qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən “sübutların cəlb olunmasının təmin edilməsi haqqında” qərardad qəbul edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı xx. xx.1992-xx.xx.1996-cı illər üzrə hərbi xidmət keçdiyi müvafiq dövrlərin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən şəxs kimi bir xidmət gününün üç xidmət günü kimi hesablanılması barədə qərar qəbul edilməsi, İddiaçı xx.xx.1992-ci il tarixdənxx.xx.1996-cı il tarixədək xidmətdə olduğu dövr üzrə həqiqi hərbi xidmətin bir xidmət gününün üç xidmət günü kimi hesablanıldığı müddətin göstərilməsi, qəbul edilmiş qərarda döyüş şəraitinin davam etdiyi müddətin göstərilməsi, həmçinin qəbul edilmiş qərarın bir surətinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilməsi kimi öhdəliklər qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: M a d d ə
27. Proses iştirakçıları 27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, t ərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Kollegiya qeyd edir ki, məhkəmənin fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə borcludurlar Hazırkı iş üzrə birinci instansiya məhkəməsi “sübutların cəlb olunmasının təmin edilməsi barədə” qərardad qəbul edərək inziba ti məhkəmə icraatının iştirakçısı olmayan inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan öhdəliklər qoymaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki məhkəmə müvafiq sorğular verməklə Müdafiə Nazirliyindən müvafiq məlumatları əldə edə bilərdi. Belə ki,Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.2-ci və 60-cı maddələrinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bununla bağlı qəbul etdiyi qərardadı ləğv edilməklə sübutların cəlb edilməsi ilə əlaqədar məsələyə prosessual qanunvericiliyin tələblərinə uyğun baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya həmçinin apellyasiya şikayətində göstərilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibat iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə münasibətdə qeyd edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üçüncü şəxs kimi işə cəlb edilməsi ilə bağlı məsələnin müzakirə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasla naraq kollegiya belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 dekabr 2025-cü il tarixli, 2-1(122)-934/2025 nömrəli qərardadı ləğv edilməli və inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80.3, 81.1, 87.9, 90.2-cu maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı " onun 4 il 2 ay hərbi xidmət dövrünün 1 gününün 3 gün güzəştli şərtlərlə iş stajı kimi yenidən hesablayaraq və pul vəsaitinin 3 qat məbləğdə ödənilməsini, yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna verilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 dekabr 2025-cü il tarixli, 2-1(122)-934/2025 nömrəli qərardadından Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 dekabr 2025-cü il tarixli, 21(122)-934/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "onun 4 il 2 ay hərbi xidmət dövrünün 1 gününün 3 gün güzəştli şərtlərlə iş stajı kimi yenidən hesablayaraq və pul vəsaitinin 3 qat məbləğdə ödənilməsini, yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan M uxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.