Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-24/2024 30.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxta r Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-69/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun 12 mart 2023-cü il tarixli poçt vasitəsi ilə müraciət edilmiş məktubunun cavablandırılması və 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 16 iyun 2023-cü il tarixli yeni iddia ərizəsi göndərərək, 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 25 iyul 2023-cü il tarixli protokol qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 21(122)-69/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı 03 fevral 2024-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tar ixli, 2-1(122)69/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarı, maddi hüququn tətbiq edilməsində səhv təfsir verərək, əsassız olaraq qanuna zidd çıxarıldığından rədd edilməlidir. İddianın predmeti hüquqi mübahisəninin əsası sayılan “Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanıdır. Birinci istansiya məhkəməsi tərəfindən məhkəmə prosesində əsas mübahisə predmeti sayılan Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanı mübahisələndirilmə mişdir. İddiaçının hüquqi vəziyyətini ağırlaşdıran hal olan Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanı deyil, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanı tətbiq edilməli idi. Buna görə də, birinci istansiya məhkəməsi işin hallarını qiymətləndirmə zamanı bunları nəzərə almayaraq işin hallarının araşdırılması prinsipini, sübutların araşdırılması qaydasının tələblərini pozmuş, ona görə də məhkəmə qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalıdır. Belə ki, mötəbər yazılı sübut sayılan iş materialına əlavə edilmiş Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xx.xx.1998-ci il tarixli 103 qeydiyyatlı arayışı və N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.N9-cu il tarixli 156 nömrəli ə mrindən çıxarışına əsasən o, 1998-ci il tarixdən N9-cü il tarixədək hərbi qulluqçu statusunda zabit kimi, həqiqi hərbi xidmət keçmişdir. “Zabit heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirinin Maliyyə və Büdcə idarəsinin Sosial təminat və pensiya şöbəsinin xx.xx.2023-cü il tarixli 3-25-8/2-M-3xxxx/2023 qeydiyyatlı arayışına əsasən isə uzun müddət xidmət vaxtının hesablanaraq buraxıldığı günə fasiləsiz xidmət illəri təqvimlə 20 il 11 ay 16 gün olmaqla pensiya təyin edilmişdir. Məhkəmə hökmü ilə cərimə cəzası təyin olunmuşdur, lakin şərti məhkum edilməklə cəzasın ı çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallara, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. O, hərbi xidmət dövründə qüsursuz xidmətlərini təsdiq edən “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. Füzuli Hərbi Məhkəməsi də, Cinayət Məcələsində nəzərdə tutulmuş əsasla təyin edilmiş cəzadan azad etməklə, cərimə cəzasını tətbiq edərək ittiham hökmü çıxarmışdır. Bu şərh birinci instansiya məhkəməsi üçün məcburi hüquqa malik olmasına baxmayaraq, bunlara hüquqi əhəmiyyət verilməmişdir. Birinci istansiya məhkəməsi İPM-nin 12 və 58.7-ci maddələrinin tələblərinə əsasən, işin hallarının və sübutların araşdırılma zamanı bunları nəzərə almaqla, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini və Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanını tətbiq etməli idi. Cavabdehin təqdim etdiyi yəni, Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanına istinad etməklə, maddi hüquq normalarını və prosessual hüquq normalarını pozaraq hüququn tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməyərək səhv təfsir vermişdir. Nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, həmçinin göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi aşkar olunmuşdur. Bu da məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılmalıdır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edi lməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Qeyd olunanlarla iş üzrə özü-özünə zidd olan məhkəmə qətnaməsinin tamamilə əsassız və qanunsuz olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması sübuta yetirilir və bu səbəbdən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2-1(122)-69/2024 nömrəli qəqarı ləğv edilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 71, 125, 127-ci, 149-cu maddəsinin Vİİ hissəsinə, X1 12.1, 58.7, 64.1, 81.3-cü və 82-ci maddələrinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli qərarına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 55-ci və 56-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-357/2022 nömrəli qərarına istinad edilmiş v ə “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”-nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ 14 iyun 2023-cü il tarixli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)357/2022 nömrəli qərarlarının surətləri şikayətə əlavə edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-69/2024 nömrəli qərarının ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etdi. 09 aprel 2024-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, izahatında hərbi qulluqçuların mənzillə təmin olunmasının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimləndiyini, xidmət vaxtı xidmət ilə əlaqədar nöqsanlara yol vermiş hərbi qulluqçuların mənzillə təmin olunmadığını, bu halın Azərbaycan Respublikası Prezidentinin N1-ci il tarixli fərmanı ilə tənzimlənmədiyi üçün bu məsələni Prezident aparatında qaldırdıqlarını, bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ta rixli fərmanının qəbul olunduğunu, həmin Fərmanda xidmət vaxtı məhkum edilmiş şəxslərin məhkumluğunun qüsursuz xidmət vaxtına daxil edilmədiyinin qeyd edildiyini, iddiaçının Füzuli Hərbi Məhkəməsinin N1-ci il 02 noyabr tarixli hökmü ilə 800 manat cərimə cəzasına məhkum edildiyini, onun cəriməni nə vaxt ödəməsi aydın olmasa da, Cinayət Məcəlləsinin 80-ci maddəsinə əsasən 1 il məhkumluq dövrünü xidmət illərindən çıxdıqda iddiaçının 19 il 11 ay 16 gün xidmət müddətinin qaldığının, yəni 20 il qüsursuz xidmət illərinin tamam olmadığını, Azərbaycan Respublikası Prezidentinin bununla bağlı Fərmanında isə konkret olaraq şəxsin dövlət hesabına mənzillə təmin oluna bilməsi üçün 20 təqvim ilinin müəyyən olunduğunu, iddiaçının 1-ci dərəcə “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmadığını, əgər hə qiqətən də onun 20 il qüsursuz xidməti olsaydı, bu medalla təltif olunmalı olduğunu, İddiaçı məhkum olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun N7-ci il tarixli, 0105 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmasının kadrların işi olduğunu, onun nəyə görə 2-ci dərəcə medalla təltif olunduğunu bilmədiyini, amma dövlət hesabına mənzillə təmin olunması üçün 3 medalın üçünün də olmalı olduğunu, N1-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin daxilində komissiya yaradıldığını, həmin Komissiya yaradılan zaman daxili əmrlə hansı kateqoriya hərbi qulluqçuların xidməti mənzillə təmin olunacağının müəyyənləşdirildiyini, həmin kateqoriyalardan birinin də şəxsin xidmətinin qüsursuz hesab edilməsi üçün hər 3 dərəcədə medalının da olmalı olduğunun qeyd edildiyini, həmin əmri təqdim edə bilmədiyini bildirdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etmədiyindən və iştirak etməməsinin səbəbi barədə məlumat vermədiyindən Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində ond a yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Kollegiya qeyd edir ki, işin faktiki hallarına görə İddiaçı hazırki iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanına əsasən 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün adının siyahıya daxil edilməsi olmuşdur. Hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin q anuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Cavabdeh iddiaya dair birinci instansiya məhkəməsinə ünvanladığı 20 iyun 2023cü il tarixli, 3-25-M/2-2892/23 nömrəli və 24 iyun 2023-cü il tarixli, 3-25-M/2-3018/23 nömrəli yazılı etirazında göstərmışdır ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində 15 avqust 1998-ci il tarixdən 17 may N9-cu il t arixədək xidmət etmiş və "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə əsasən (öz arzusu ilə) ordu sıralarından ehtiyata tərxis olunmuşdur. İddiaçı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini tələb edir. Həmin Fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Fərmana əsasən, üç ş ərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:
1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli;
2. Hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli;
3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. İddiaçının göstərilən üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün kifayət etmir. Çünki "həqiqi hərbi xidmətin qüsursuz” şərti mövcud deyil. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 16 iyun 2023-cü il tarixli, 2510 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət müddətində Füzuli Hərbi Məhkəməsinin 02 noyabr N1-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz y üz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İddiaçının xidmət müddətində qüsuru olduğundan Azərbaycab Respublikası Prezidentinin 569 nömrəli,28 dekabr N1-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzil sahəsi ilə təmin olunmaq hüququna malik deyildir.Həmin Fərmanda dəyişiklik edilməsi haqqında Prezidentin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə 3.1,3-2 və 33-cü hissələr əlavə edilmiş,3.1-ci hissədə müəyyən edilmişdir ki.bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət müddəti” dedikdə bu Fərmanın 3.2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla hərbi qulluqçuların həqiqi hərbi hərbi xidmət müddəti nəzərdə tutulur,3.2-ci bəndinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. İddiaçının Azərb aycan Ordusunda 20 il, 9 ay, 2 gün xidmət keçməsi müəyyən edilmişdir. Lakin, xidmət illərindən məhkumluq müddəti (bir il) çıxılsa (Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən) 20 (iyirmi) təqvim ili və daha çox xidmət müddəti olmadığınan bu Fərman ona şamil edilmir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 №-li Fərmanında “qüsursuz xidmət” anlayışına izah verilmiş, həmin anlayışa görə məhkumluq müddəti qüsursuz xidmət müddətinə daxil edilmədiyindən 20 il 11 ay 16 gün xidmət etmiş iddiaçının xidmət illərindən CM-nin 83.3.2-ci maddəsində təsbit edilmiş bir illik məhkumluq müddəti çıxıldıqda o, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu statusuna malik olmur. İş materiallarında əlavə edilmiş: - EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən N iyun 2004-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N iyun 2004-cü il tarixdən N noyabr 2005-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N noyabr 2005-ci il tarixdən 14 dekabr N0-cu il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 14 dekabr N0-cu il tarixdən 18 iyul N1-ci il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 18 iyul N1-ci il tarixdən 02 oktyabr N7-ci tarixədək N nömrəli hərbi hissədə idarəetmə taqım komandiri, 02 oktyabr N7-ci il tarixdən 28 iyul N8-ci il tarixədək N nömrəli hərbi hissədə QRR və AİŞ üzrə köməkçi, 28 iyul N8-ci il tarixdən 01 avqust N9-cu il tarixədək N nömrəli hərbi hissədə RBR Q6 köməkçisi vəzifələrində xidmət etmişdir. Həmçinin, qeyd olunan hərbi biletin 9,10 və 14-cü səhifələrində aparılmış qeydlərdən görünür ki, Məmmədov X5 istiqamətində 02.04. N6-cı il tarixdən 05.04. N6-cı il tarixədək N saylı hərbi hissənin tərkibində idarəetmə taqım komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirmiş, (əsas: N saylı hərbi hissənin N fe vral 2020-ci il tarixli, 602 №-li arayışı), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən isə öz arzusu ilə 01 avqust N9-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış,Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi (1918-N8) yubiley medalı,”Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. - Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N oktyabr 2022-ci il tarixli, 2208 nömrəli arayışdan məlum olur ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı N nömrəli-hərbi hissə komandirinin N mart N6-cı il tarixli müvafiq əmri ilə bütün növ təminatlara qoyularaq N nömrəli hərbi hissənin tərkibində xx.xx.N6-cı il tarixdən xx.xx.N6-cı il tarixədək 1-ci və 2-ci ordu korpuslarının müdafiə zolağında Füzuli və Ağdam istiqa mətlərində gedən döyüş əməliyatlarında iştirak etmişdir. - Cavabdeh tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 3-25-8/2-M-3xx-xx/2023 nömrəli arayışdan məlum olur ki, ehtiyatda olan kapitan İddiaçı, həqiqətən 15 avqust 1998-ci il tarixdən 01 avqust N9-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 20 il 11 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 09 il 10 ay 10 gün, ümumi xidmət illəri isə - 30 il 09 ay 26 gün təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0414 nömrəli 17 may N9-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 01 avqust N9-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmı şdır. - Füzuli Hərbi Məhkəməsinin xx.xx.N1-ci il tarixli hökmünün təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmişdir. - Gəncə şəhər Kəpəz rayon icra şöbəsinin 28 sentyabr N2-ci il tarixli, 174/11 nömrəli arayışdan aydın olur ki, İddiaçı Fizuli Hərbi Məhkəməsinin 1(097)-183/N1 saylı 02 noyabr N1-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, hökm üzrə təyin olunmuş 800 manat məbləğində cəriməni Kəpəz Rayon İcra Şöbəsində xx.xx.N2-ci il tarixdə tam şəkildə ödəmişdir. Azərbaycan Daxili İşlər Nazirliyinin 26 aprel N9-cu il tarixli M-38790 nömrəli arayışından aydın olur ki,xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş İddiaçı məhkumluğu yoxdur. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 noyabr 2023-cü il tarixli, 04/914 nömrəli məktubundan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - Cavabdeh Mənzil-İstismar İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 16 iyun 2023-cü il tarixli, 2510 məktubundan məlum olur ki, İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1998-xx.x x.N9) 20 (iyirmi) il, 9 (doqquz) ay, 2 (iki) gün, Füzuli Hərbi Məhkəməsinin N1-ci il 02 noyabr tarixli 800 (səkkiz) manat cərimə cəzasına məhkum edilməyi barədə qərarına əsasən məhkumluğ müddəti 1 (bir) il təşkil edir, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr N1-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə bu Fərman ona şamil edilmir. - Cavabdeh Mənzil-İstismar Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq gönd ərilmiş 09 yanvar 2024-cü il tarixli, 49 nömrəli məktubundan məlum olur ki, ehtiyatda olan kapitan İddiaçı xidmət müddəti zamanı Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil fondundan yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanında göstərilmişdir ki:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayı nı və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: (...) 3.Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N1-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında “ Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə həmin Fərmanının adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmiş,4-cü bəndinə aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh ver mə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə görə “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İşə əlavə edilmiş vəsiqələrin surətindən aydın olur ki,İddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul 2008-ci il tarixli 0140 t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009-cu il tarixli, 029 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli me dalı və həmçinin Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun N7-ci il tarixli, 0105 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İşdən görünür ki, iddiaçının “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunması onun məhkum olunmasından sonrakı dövrə təsadüf edir. Həmçinin işin faktiki hallarından aydın olur ki, iddiaçı xx.xx.N6-cı il tarixdən xx.xx.N6-cı il tarixədək 1-ci və 2ci ordu korpuslarının müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyatlarında iştirak etmiş, xidmət müddəti zamanı Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil fondundan yaşayış sahəsi ilə təmin olunmamış, adına hər hansı daşınmaz əmlak qeydə alınmamış, üç uşağı olmaqla anasına məxsus evdə ai ləsi ilə birlikdə yaşayır. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsi; Maddə 83.Məhkumluq. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: Maddə 83.3.2. Azadlıqdan məhrum etməyə nisbətən daha yün gül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə: Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Kollegiya qeyd edir ki, cavabdehin verdiyi arayışa əsasən İddiaçı 15 avqust 1998ci il tarixdən 01 avqust N9-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və onun xidmət illəri 20 il 11 ay 16 gün təşkil etmişdir. Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanında nəzərdə tutulmuş məhdudiyyət hüquq normasının zamana görə qüvvəsi baxımından 01 avqust N9-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və ehtiyata buraxılanadək 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi və birinci instansiya məhkəməsi tərəfindən əsas götürülən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından sonra qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanında sonradan edilmi ş dəyişikliyə əsasən müəyyən edilmiş məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı tələb,ümumiyyətlə qüsursuz xidmət illərinin hesablanmasında hər hansı halın nəzərə alınması ilə bağlı göstəriş, iddiaçının hüququnun yarandığı dövrdə, yəni həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.N9cu il tarixdə qüvvədə olmuş Fərmanda nəzərdə tutulmamışdı.Həmin Fərmanın 1-ci bəndində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi təsbit edilmişdi. Göründüyü kimi Fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmə ləri üçün iki əsas şərt,yəni hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq xidmət etməsi və həmin xidmət illərinin qüsursuz olması tələb olunurdu. Buna görə də, İddiaçı Füzuli Hərbi Məhkəməsinin N1-ci il 02 noyabr tarixli hökmünə əsasən 800 (səkkiz) manat cərimə cəzasına məhkum edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxslərə münasibətdə müəyyən edilən 1 (bir) illik məhkumluq müddətinin qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsi onun vəziyyətini ağırlaşdırdığından yuxarıda adı qeyd olunan Fərmanda sonradan edilmiş dəyişikliyə əsasən müəyyən edilmiş qayda iddiaçıya münasibətdə nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar N4-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Konstitusiyanın 149-cu maddəsi ilə bağlı sorğuda qaldırılan məsələlərə münasibətdə hüquq normasının zamana görə qüvvəsi məsələsinə aydınlıq gətirilərərk qeyd etmişdir ki,hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi (praktiki) əhəmiyyətə malikdir. Onun düzgün həllindən çox zaman konkret münasibətlərə hansı – yeni və ya əvvəllər qüvvədə olmuş qanunun tətbiq edilməsi, onun müddəalarının necə həyata keçirilməsi asılı olur.Məsələnin kifayət qədər böyük əhəmiyyətə malik olmasını onun Konstitusiyanın 149-cu maddəsi ilə tənzimlənməsi faktı da təsdiq edir. Həmin maddənin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.Bu qaydanın aydınlaşdırılması üçün Konst itusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir-birinin ardınca tədqiq etmək lazımdır.Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər… Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəri yyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Həmçinin “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”-nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyun 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik (sabitlik) və hüq uqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir. Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarım məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki, insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi qeyrimüəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq, geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplərindəndir. Kollegiya belə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına yeni tənzimləmə ilə əlaqədar edilmiş dəyişiklik fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hallarda normativ hüquqi aktların qüvvəsinin geriyə qüvvəsinin olması, başqa normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməməsi barədə konstitusion prinsiplə yanaşı “qazanılmış hüquq” konsepsiyası baxımından da təhlil edilməlidir Bu prinsipin mənasına görə qəbul edilmiş yeni qaydalar əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni, norma qüvvəyə mindikdən sonra yaranmış münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Kollegiya yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edər ək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan göstərdiyi əsasla iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Bu baxımdan iddiaçının adının mənzillə təmin edilməli olan hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi isə tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməyərək maddi hüquq normalarının tələblərini pozmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı şikayətinin dəlilləri əsaslı olduğundan şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-69/2024 nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlə ri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdehnə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-69/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2 3 yanvar 2024-cü il tarixli, 2-1(122)-69/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr N1ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasi