Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-31/2025 29.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qəra rından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək onun 08 yanvar 2024-cü il tarixdən güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün lazım olan sənədləri toplayıb Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş, lakin onun qanuni sənədlərinin olmasına baxmayaraq ona pensiya təyin olunmamışdır. Göstərilənlərə əsasən onun hüququnun bərpa olunması və ona güzəştli təqaüd təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən “ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1209/2024 nömrəli protokol qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin t abeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Məhkəmənin qərarından narazı qalan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini n cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. 01 yanvar 1964-cü il tarixdə anadan olmuş, Naxçıvan MR, Kəngərli Rayon, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan İddiaçı 22 yanvar 2024-cü il tarixli ərizə ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentınin Xüsusi şərtlərlə təyinat şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinin 14 iyun 2024-cü il tarixli, 3-17-9-1 /2-M-5436/2024 nömrəli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının əmək kitabçasında xx. xx.1985-ci il tarixindən xx.xx.1998-ci il tarixədək Qıvraq kənd N.Nərimanov adına sovxozda qaynaqçı peşəsində işlədiyi qeyd edilsə də, Kəngərli Rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının 1997-ci, 1998-ci və 1999-cu illərdə əmək haqqı kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. Həmçinin İddiaçı əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması ilə bağlı hər-hansı məlumat göstərilmədiyindən həmin dövrlərin güzəştli iş stajına aid olunmasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının eyni qələmlə, eyni xətlə doldurulduğu, möhür və imza ilə təsdiqlənmədiyi və bu səbəbdən əmək stajını sübut etmədiyi, eləcə də tələb olunan 12 il 6 ay xüsusi staj və ya 25 il sığorta stajının mövcud olmadığı bildirilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli icmal məktubunda göstərilən meyarlara uyğun olaraq işəgötürən tərəfindən verilmiş arayışın təqdim olunmadığı qeyd edilmişdir. Bu səbəbdən, cavabdeh iddia tələbinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını tələb etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)335/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvaf iq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellya siya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğı sına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyin atı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 14 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-M-5436/2024 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi və xüsusi stajı olmaması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - Azərbycan SSR X22 Təhsili Komitəsinin 21 aprel 1982-ci il tarixli, A seriyalı, 763362 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1981-ci il tarixdə Azərbycan SSR Bakı şəhər 19 №-li məktəbə daxil olmuş və 15 aprel 1982-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursun u bitirmişdir. - Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il 3-43-73/3-220/2024 nömrəli arayışdan görünür ki, o, 25 aprel 1982-ci il tarixdən 05 iyun 1984-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət etmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsinin 11 yanvar 2024-cü il tarixli, **********578700 nömrəli arayışından görünür ki, Kəngərli rayon Qıvraq qəsəbə sakini İddiaçı (VÖEN **********) xx.xx.2005-ci il tarixdən Naxçıvan MR Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər idarəsində qaynaqçı xidmətlərinin göstərilməsi fəaliyyəti üzrə fiziki şəxs kimi qeydiyyatda durur, xx.xx.2022-cü il tarixdən fəa liyyətini dayandırıb. - Naxçıvan MR Dövlət Arxivinin 11 yanvar 2024-cü il tarixli, 02 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixli 58№-li əmrlə xx.xx.1985-ci il tarixdən 5-ci dərəcəli qaynaqçı təyin edilmiş, xx.xx.1998-ci il tarixli 46№-li əmrlə qaynaqçı kimi işlədiyi ştat ləğv olunmuşdur. 1997, 1998, 1999-cu ilin əmək haqqı kitablarında adına rast gəlinməmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 29 iyul 2024cü il tarixli, 3-17-9-1/2-6948/2024 nömrəli məktubdan məlum olur ki, siğortaolunanın xeyrinə hesablanıb ödənilmiş məcburi dövlət sosial siğorta haqqı ilə bağlı göstəricilər 01 yanvar 2006-cı il tarixdən sonrakı dövr üçün fərdi şəxsi hesablarda əks olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində İddiaçı fərdi şəxsi hesabında MDSS ödənişləri 2009-cu ildən başlayaraq əks olunur. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 22 avqust 2024-cü il tarixli, **********000900 nömrəli məktubundan məlum olur ki, İddiaçı 2019-2022-ci illər ərzində X4 (VÖEN: **********) muzdlu işçi kimi çalışmış, eyni zamanda sahibkarlıq fəaliyyəti (VÖEN: **********) ilə məşğul olmuşdur. 2019-2022-ci illər ərzində İddiaçı üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqlarının cəmi 6698,58 manat təşkil edir. - Naxçıvan MR Dövlət Arxiv tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi Kəngərli rayon Dövlə t Arxivinin 07 oktyabr 2024-cü il tarixli, 58 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1981-1996-cı illərdə Qıvraq kənd N.Nərimanov soxvozunda işləmiş və əmək haqqı almışdır. 1997, 1998, 1999-cu ilin əmək haqqı kitablarında adına rast gəlinməmişdir. Müvafiq sorğuya cavab olaraq kollegiyaya təqdim olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 09 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-3681/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü araşdırılmış və məlum olmuşdur ki, 14 mart 1985-ci il tarixində 58 nömrəli əmrlə Qıvraq kənd N.Nərimanov adına sovxozuna qaynaqçı peşəsinə işə daxil olmuş və 1 oktyabr 1998-ci ildə işdən azad olunmağı əmək kitabçasında göstərilsə də, K əngərli rayon Dövlət Arxivindən verilmiş 11 yanvar 2024-cü il tarixli arayışında 1997-ci, 1998-ci və 1999-cu illərdə əməkhaqqı kitablarında adına rast gəlinmədiyi qeyd olunmuşdur. Həmçinin, İddiaçı əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparılmaması ilə bağlı hər hansı məlumat göstərilmədiyindən həmin dövrlərin güzəştli iş stajına aid olunmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumilikdə 14 il 05 ay 14 gün sığorta stajı (1 sentyabr 1981-ci il tarixindən 15 aprel 1982-ci il tarixinədək Elektrik qaynaqçısı kursunda oxuması, 25 aprel 1982-ci il tarixindən 5 iyun 1984-cü il tarixinədək hərbi xidmət dövrü, 12 mart 1985-ci il tarixindən 1 dekabr 1996-cı il tarixinədək N.Nərimanov adına sovxozda), 1 yanvar 2006-cı il ta rixindən 1 yanvar 2024-cü il tarixinədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix) X1 Sisteminin “Sığorta” altsisteminə əsasən 9 il sığorta stajı (1 yanvar 2009-cu il tarixindən 1 iyun 2009-cu il tarixinədək Gəmiqaya Yol-Su Enerji MMC-də, 1 iyun 2015-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək Kəngərli rayon Elektrik Şəbəkəsində) mövcuddur. Müvafiq sorğuya cavab olaraq kollegiyaya təqdim olunmuş Şərur rayon İcra Hakimiyyətinin 05 aprel 2025-ci il tarixli, 5-28/2-423/2025 nömrəli məktubunda göstərilmişdir ki, Şərur (hazırda Kəngərli) rayon Qıvraq kənd Nəriman Nərimanov adına sovxozun nə vaxtdan fəaliyyətini dayandırması barədə Şərur Rayon Dövlət Arxivinin müdirinə etdikləri müraciətə əsasən sözügedən qurumun rəhbərliyi sovxozun hansı tarixdən fəaliyyətini dayandırması haqqında bu və ya digər səbəblərdən heç bir rəsmi məlumatın olmadığını bildirmişdir. Müvafiq sorğulara cavab olaraq Kəngərli rayon Dövlət Arxivi tərəfindən kollegiyaya təqdim edilmiş əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixli 70№-li əmrlə N.Nərimanov adına tütünçülük sovxozunda Şpaller briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1981 -ci il tarixli 127№-li əmrlə ona 20 manat məbləğində yardım verilmiş, xx.xx.1985-ci il tarixli 58№-li əmrlə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 46№-li əmrlə işlədiyi ştat ləğv edilmiş, xx.xx.1999-cu il tarixli 122№-li əmrlə islahat aparılması ilə əlaqədar sovxozda tütün, taxıl və.s işlərdə işləyən işçilər işdən azad edilmişdir. Həmçinin qeyd edilmişdir ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1981- ci il tarixədək olan əmrlərə baxdıqda İddiaçı işdən azad edilməsi ilə bağlı əmrə rast gəlinməmiş və 1997-1999-cu illərin əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinməmişdir. Kollegiyanın digər sorğusuna cavab olaraq Kəngərli rayon Dövlət Arxivi tərəfindən kollegiyaya təqdim edilmiş əmrlərin surətindən görünür ki, iddiaçının həmin sovxozda onunla birlikdə işləməsini göstərdiyi X14 xx.xx.1986-ci il tarixli 54№-li əmrlə işdən azad edilmiş, X15 xx.xx.1998- ci il tarixli 46№-li əmrlə ştat ixtisarı ilə əlaqədar işlər ona həvalə edilmiş, X12 xx.xx.1985-ci il tarixli 34№-li əmrlə 5-ci dərəcəli çilingər keçirilmiş və xx.xx.1997-ci il tarixli 20№-li əmrlə (ştat ləğvi) ilə əlaqədar işdən azad edilmiş, X9 xx.xx.1985-ci il tarixli 33№-li əmrlə traktor briqadasına keçirilmiş və xx.xx.1998-ci il ta rixli 46№-li əmrlə işlədiyi ştat ixtisar olunmuşdur. Sovxozun fəaliyyətinə xitam verilməsi ilə bağlı (islahat aparılması ilə əlaqədar sovxozda tütün, taxıl və.s işlərdə işləyən işçilərin işdən azad edilməsi ilə bağlı xx.xx.1999-cu il tarixli 122№-li əmrdən başqa) hər-hansı sənədə rast gəlinməmişdir. İddiaçı tərəfindən kollegiyaya təqdim edilmiş Kəngərli Rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş19 may 2025-ci il tarixli arayışdan aydın olur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək Kəngərli Rayon Elektrik Şəbəkəsində növbətçi elektrik mantyoru işləyir. İşə əlavə edilmiş AZE seriyalı,14684300 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İşdə olan arayışdan aydın olur ki, Məmmədov X10 rayonunun Qıvraq qəsəbəsində qeydiyyatd a olmaqla həmin ünvanda yaşayır. İddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina haqqında 14 iyun 2024-cü il tarixli qərardan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi iddiaçının xüsusi və ümumi iş stajının olmaması, iddiaçının əmək kitabçasında 14 mart 1985-ci ildə Qıvraq kənd Nərimanov sovxozunda qaynaqçı kimi işə qəbul edilib 01 oktyabr 1998-ci ildə işdən azad edilməsi göstərilsə də 1997,1998 və 1999-cu illərdə əmək haqqı kitablarında adına rast gəlinməməsi və əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb aparmaması barədə məlumat olmadığından həmin dövrlərin güzəşli iş stajına aid edilməsinin mümkn olmamasına istinad edilmişdir. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindir ilmiş X12 ifadəsində bildirmişdir ki, məktəbi bitirdikdən sonra, təxminən 1985-ci ildən Nərimanov adına Sovxozda sovxoz dağılanadək, təxminən 1997-ci ilədək əvvəlcə çilingər, daha sonra isə emalatxana müdiri vəzifələrində işləmiş, həmin dövrdə İddiaçı əvvəldən sovxoz dağılanadək orada qaynaqçı kimi işləməsini görmüş, sovxoz dağıldıqdan sonra özü rabitə sahəsində işləmiş, lakin Rasimin sonrakı fəaliyyətindən məlumatlı olmamışdır. Rasim işlədiyi dövrdə yalnız qaynaqçı kimi çalışmış, başqa heç bir vəzifədə işləməsini görməmişdir. Qaynaq aparatı avtomobillərin arxasında daşınmış və Rasim həmin aparatla çöldə qırılan maşınları qaynaq etmişdir.Onun əl ilə qaynaq aparmasını,yəni qaynaq aparatı üçün istifadə edilən elektrod çubuğu aparatın içərisinə salmaqla qaynaq aparmasını görmüşdür. Sovxozda ə məkhaqları cədvəl üzrə ödənilmiş, sovxoz dağılanadək həmin qayda ilə həmişə əmək haqlarını almışlar.Özü çilingər işlədiyi dövrdə 93 manat, emalatxana müdiri kimi isə 180 manat əmək haqqı almış, Rasim isə 143 manat maaş almışdır.Həmçinin əməkhaqqından əlavə mükafatlar yazılmışdır. Sovxoz dağılan zaman əmək kitabçasını özü kadrlar şöbəsindən almışdır. Kəngərli rayon Dövlət Arxivi tərəfindən kollegiyaya təqdim edilərək iş materiallarına əlavə edilmiş əmrlərin surətləri ilə müəyyən olunmuşdur ki, şahid qismində dindirilmiş X12 xx.xx.1985-ci il tarixli 34№-li əmrlə 5-ci dərəcəli çilingər keçirilmiş və xx.xx.1997-ci il tarixli 20№-li əmrlə (ştat ləğvi) ilə əlaqədar işdən azad edilmişdir. Şifahi məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə eyni kənddə yaşamış, özü sovxozda briqadir, Rasim isə qaynaqçı kimi işləmişdir. 1981-ci ildən sovxozda əmək fəaliyyətinə başlamış, Rasim də həmin ildən işə qəbul olunmuşdur. X8 adına olmuş və həmin təsərrüfatda 1100 hektar sahədə taxıl və tütün əkilmişdir. Sovxoz 1998-ci ilin may-iyun aylarında fəaliyyətini dayandırmış,sovxoz dağılandan sonra hamı işdən çıxmışdır. Rasim sovxozda yeganə qaynaqçı olmuş və sovxoz dağılana kimi onunla birlikdə orada işləmişdir.. Traktorlar və kombaynlar sıradan çıxarkən Rasim həmin texnikaları qaynaq aparatı vasitəsilə elektroddan istifadə etməklə əl ilə qaynaq etmiş və sovxozda digər qaynaq işlərini aparmışdır. Rasim həmin dövr ərzində fasiləsiz olaraq yalnız əl ilə qaynaqçı kimi işləmişdir. Orada işlədikləri dövrdə işdən çıxanadək əmək haqları cədvəl əsasında mün təzəm ödənilmiş,əmək haqqı almadıqları ay olmamışdır. Sovxoz dağılandan sonra əmək kitabçasını kadrlar şöbəsindən almışdır. Kəngərli rayon Dövlət Arxivi tərəfindən kollegiyaya təqdim edilərək iş materiallarına əlavə edilmiş əmrlərin surətləri ilə müəyyən olunmuşdur ki, şahid qismində dindirilmiş X9 xx.xx.1985-ci il tarixli 33№-li (ştat ləğvi) əmrlə N.Nərimanov adına tütünçülük sovxozunun traktor briqadasına keçirilmiş və xx.xx.1998-ci il tarixli 46№-li əmrlə işlədiyi ştat ixtisar olunmuşdur. İş materiallarına əlavə edilmiş arxiv arayışları, təhsil haqqında diplom, hərbi xidmət haqqında arayış və digər sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixli 70 nömrəli əmrlə xx.xx.1981-ci ildən N.Nərimanov adına tütünçüklük sovxozunun Şpaller briqadasına fəhlə qəbul edilmiş, xx. xx.1981-ci il tarixli 127 nömrəli əmrlə ona yardım verilmiş, işdən çıxması barədə əmr aşkar edilməsə də 1981-ci ilə aid əmək haqqı cədvəllərində xx.xx.1981 və xx.xx.1981-ci ildə əmək haqqı alması göstərilmişdir (3 ay). xx.xx.1981-ci ildən xx.xx.1982-ci ildək ( 7 ay 14 gün) elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək (2 il 1 ay 10 gün) hərbi xidmətdə olmuş, xx.xx.1985-ci il tarixli 58 nömrəli əmrlə xx.xx.1985-ci ildən N.Nərimanov adına tütünçülük sovxozunda 5-ci dərəcəli qaynaqçı təyin edilmiş, xx.xx.1998-ci il tarixli 46 nömrəli əmrlə qaynaqçı kimi işlədiyi ştat ləğv edilmişdir (13 il 6 ay 19 gün). Həmçinin iddiaçı xx.xx.2015ci il tarixdən hazırki vaxtadək Kəngərli Rayon Elektrik Şəbəkəsində növbətçi elektrik mantyoru işləyir. İddiaçının pensiya h üququnun yarandığı xx.xx.2024-cü ilədək Elektrik Şəbəkəsində iş stajı 8 il 7 ay təşkil edir. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı fərdi şəxsi hesabından çıxarışdan görünür ki, sığortaedən Kəngərli rayon Elektrik Şəbəkəsi tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı adına istisnasız hər ay ödənilməklə cəmi 17321 manat 73 qəpik məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.Həmçinin cavabdehin 09 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-3681/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı1 yanvar 2006-cı il tarixindən 1 yanvar 2024-cü il tarixinədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix) X1 S isteminin “Sığorta” altsisteminə əsasən 9 il sığorta stajı (1 yanvar 2009-cu il tarixindən 1 iyun 2009-cu il tarixinədək Gəmiqaya YolSu Enerji MMC-də, 1 iyun 2015-ci il tarixindən 1 yanvar 2024-cü il tarixinədək Kəngərli rayon Elektrik Şəbəkəsində) mövcuddur. Göründüyü kimi iş materiallarındakı sənədlərə əsasən cavabdeh inzibati orqanın göstərdiyinin əksinə olaraq adi qaydada hesabladıqda iddiaçının 12 il 6 aydan çox xüsusi, 25 ildən çox ümumi iş stajı vardır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar s übutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan İddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən 1997-ci, 1998-ci və 1999-cu illərdə əmək haqqı kitablarında iddiaçının adına rast gəlinmədiyini, əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması ilə bağlı hərhansı məlumatın göstərilmədiyini, tələb olunan 12 il 6 ay xüsusi stajının və 25 il ümumi sığorta stajının mövcud olmadığı əsas götürmüşdür. Kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından görü nür ki, iddiaçının işlədiyi müəssisə tərəfindən iddiaçıya aid əmrlər belə ardıcıl olaraq arxivə təhvil verilməmiş, iddiaçının xx.xx.1981-ci il tarixli 70№-li əmrlə Şpaller briqadasına fəhlə qəbul edilməsi xx.xx.1981 -ci il tarixli 127 №-li əmrlə ona 20 manat məbləğində yardım verilməsi və xx.xx.1985-ci il tarixli 58 №-li əmrlə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilməsi barədə əmrlər və məlumat mövcud olsa da, onun sovxozun Şpaller briqadasından işdən azad olunması barədə əmrlər və ya hər hansı məlumatlar arxivdə aşkar olunmamış, yalnız xx.xx.1998-ci il tarixli 46 №-li əmrlə onun qaynaqçı kimi işlədiyi ştatın ləğv olunması və xx.xx.1999-cu il tarixli 122 №-li əmrlə sovxozda islahat aparılması ilə əlaqədar tütün, taxıl və.s işlərdə işləyən işçilərin işdən azad edilməsi barədə məlumat olmuşdur. İddiaçının izahatına görə işlədiyi qaynaqçı ştatı ləğv edilənə qədər sovxozda qaynaqçı peşəsində işləmişdir. Kəngərli rayon Dövlət Arxivi tərəfindən kollegiyaya təqdim edilmiş əmrlərin surətlərinə əsasən Qıvraq kənd Nəriman Nərimanov adına sovxozda işləmiş olduğu müəyyən edilən şahidlər X12 və X9 məhkəmə iclasında verdikləri izahatlarda sovxozda işlədikləri vaxt iddiaçının əl ilə qaynaqçı işlədiyini və ştatların ləğv olunması ilə əlaqədar işdən çıxdıqları vaxta qədər iddiaçının qaynaqçı işlədiyini təsdiq etmişlər. İşdə olan arxiv arayışına əsasən iddiaçı ilə birlikdə sovxozda işləmiş X12 xx.xx.1997-ci il tarixli 20 №-li əmrlə (ştat ləğvi) ilə əlaqədar işdən azad edilmiş, X9 xx.xx.1998-ci il tarixli 46 №-li əmrlə işlədiyi ştat ixtisar olunmuşdur. İddiaçının xx.xx.1985-ci ildən xx.xx.1998-ci ilədək 13 il 6 ay 19 gün N.Nərimanov adına tütünçülük sovxozunda əl ilə qaynaq aparan elektrin qaynaqçısı peşəsində işləməsi özünün izahatı ilə yanaşı arxiv arayışları, şahid ifadələri ilə də təsdiq edilir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi iş yerindən güzəştli arayışın təqdim edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işləmiş olduğu Qıvraq kənd Nəriman Nərimanov adına sovxoz fəaliyyətini uzun müddət əvvəl dayandırdığından və hazırda hüquqi varisi mövcud olmadığı üçün ona aid güzəşli iş stajı barədə arayışı və digər sənədləri birbaşa əldə etmək mümkün olmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “arxiv arayışına əsasən 1997, 1998 və 1999-cu illərdə əmək haqqı kitablarında iddiaçının adına rast gəlinməməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki,iddiaçının izahatına görə işlədiyi qaynaqçı ştatı ləğv olunanadək, yəni işə əlavə edilmiş əmrin surətinə əsasən xx.xx.1998-ci il tarixədək sovxozda işləmiş, həmin dövrədək müntəzəm olaraq əmək haqqı almışdır. İş üzrə dindirilmiş, yuxarıda adları qeyd edilən şahidlər də işdən çıxdıqları vaxtadək sovxozda əmək haqqının verilməsini təsdiq etmişlər. Göründüyü kimi iddiaçı işlədiyi ştat ləğv olunandan yəni xx.xx.1998-ci il tarixdən sonra, eləcə də 1999-cu ildə sovxozun işçisi hesab olunmurdu. Ona görə də həmin vaxtdan sonra iddiaçıya aid hər hansı sənəd arxivdə ola biməzdi. Verilmiş sorğuya cavab olaraq apxivdən göndərilmiş N.Nərimanov sovxozuna aid, üzərində “aylıqçılar”yazılmış 1985-1996-cı illəri əhatə edən kitabların üz səhifələrinə əlavə edilmiş cədvəllər dən görünür ki, İddiaçı yalnız özünə aid həmin illərin (1985-ci ilin yanvar,fevral ayları istisna olmaqla hansı ki,həmin ilin mart ayında sovxozda qaynaqçı peşəsi üzrə işə qəbul olunmuşdur) bütün ayları üzrə aldığı əmək haqqlarının məbləği ardıcıl olaraq göstərilmişdir. Aydın olur ki, iddiaçının adı sovxozun digər işçiləri ilə birlikdə tərtib edilmiş əməkhaqqı kitablarında olmamış, mübahisələndirilən dövrə aid əmək haqqı alması barədə olan sənədlər isə arxivə təhvil verilməmişdir. İddiaçının 1996-cı ildən işdən çıxdığı xx.xx.1998-ci il tarixədək əmək haqqı almasına dair sənədlərin arxivdə olmaması onun həmin dövrdə əmək haqqı almaması barədə nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçını izahatı, şahid ifadələri ilə həmin dövr ərzində iddiaçının əmək haqqı alması təsdiq e dilir. Cavabdeh inzibati orqan isə bunun əksini sübut edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müəssisənin müvafiq dövrlərə aid əməkhaqqı cədvəllərini, işçiyə aid əmrləri və ya digər sənədləri arxivə təhvil verməməsi işçinin məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz, belə ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini və işçiyə aid digər sənədləri qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunur. Həmçinin apellyasiya şikayətində qeyd edilən iddiaçının adına latın qrafikası ilə tərtib edilmiş əmək kitabçasına münasibətdə kollegiya qeyd edir ki,həmin əmək kitabçası xx.xx.2015-ci il də Kəngərli arxiv İdarəsinin möhürü ilə təsdiq edilmiş,orada yazılmış məlumatlar iddiaçının iş stajını tam əks etdirməmişdir.İddiaçının izahatına görə sovxozdan işdən çıxandan sonra əmək kitabçası orada qalmış,sonradan əldə edə bilməmişdir.Verilmiş sorğunun nəticəsində də onun əmək kitabçası arxivdə aşkar edilməmiş,İddiaçının həmin dövrdə iş stajı arxivdən alınmış əmrlərin surətləri ilə təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1 -ci maddələrinə əsasən bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-də k, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müdd əaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri id diaçıya münasibətdə onun 60 yaşına çatdığı xx.xx.2024-cü il tarixdən mövcud olmuşdur. Belə ki, İddiaçı izahatından, iş materaiallarına əlavə edilmiş əmrlərin surətləri və digər sənədlərdən, arxiv arayışlarından, eləcə də iddiaçı ilə eyni yerdə, yəni Qıvraq kənd Nəriman Nərimanov adına sovxozunda işləmiş şahidlərin ifadələrindən aydın olur ki, iddiaçı Məmmədov X7 Nəriman Nərimanov adına sovxozda xx.xx.1985-ci ildən başlayaraq, xx.xx.1998-ci il tarixli 46№-li əmrlə işlədiyi ştat ləğv edilənədək əl ilə qaynaqçı vəzifəsində işləmişdir. Bu müddət ərzində iddiaçının fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 saylı əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verə n istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XXXİİİ bölməsi olan “ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” kimi qeyd edilən kateqoriyaya uyğun gəlir. Bu səbəbdən, iddiaçının qeyd olunan dövr ərzində əmək fəaliyyəti xüsusilə zərərli və ağır əmək şəraiti ilə bağlı peşə hesab olunur və həmin dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi staj kimi tanınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 saylı əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: -əl ilə qaynaq aparan elektr ik qaynaqçıları (23200000—19906) Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü ilədək tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının olması işin araşdırılmış halları ilə təsdiq edlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haq qı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xid məti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və süb utlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəl illərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə b ilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməs inin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(122)-335/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.