Məhkəmə qərarları › İş №2-1(108)-36/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-36/2025

14.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-36/2025 14.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, proses iştirakçılarının iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "ona “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)-690/2025 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil Süliddin oğlu tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı elektron qaydada Bakı İ nzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(112)-15883/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)690/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)690/2025 nömrəli qərardadından narazı qalan iddiaçının vəkili və nümayəndəsi Vəkil Süliddin oğlu şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 21(122)-690/2025 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsi konkret olaraq Bakı İnzibati Məhkməsinə ünvanlanmışdır. İddiaçının anket məlumatları konkret qeyd edilib. Cavabdeh konkret olaraq göstərilib və ünvanı qeyd olunub. Lakin, nədənsə məhkəmə bu hala fikir verməmişdir. İddia ərizəsində də konkret olaraq qeyd olunmuşdur ki, əvvəl inzibati orqana müraciət edilmiş, 35 gün ərzində müraciətə cavab verilməmişdir. Bu məhkəmə tərəfindən bu normanın tələblərinə formal yanaşılmışdır. İddia ərizəsi a şağıda göstərilən səbəblərə görə mümkünsüz sayılmışdır: iddia ərizəsinin məzmununa dair tələblər, etibarnamədə iddia ərizəsinin imzalanması barədə nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi olaraq göstərilmə, cavabdeh orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun olmaması. Məhkəmənin bu əsaslandırmasından şikayət müəllifində belə təəssürat yaranır ki, məhkəmə başqa iddia ərizəsinə münasibət bildirmişdir. İddia ərizəsi hazırda elektron sistemdədir. İddia ərizəsinə baxanda görünür ki, iddia Bakı İnzibati Məhkəməsinə verilmiş (sonradan aidiyyət üzrə göndərilib), iddiaçının adı, soyadı, ata adı göstərilmiş, şəxsiyyət vəsiqəsi məlumatları qeyd olunmuşdur. Sistemdə olan iddia ərizəsini şikayətə əlavə edirəm. Bununla bağlı qeyd edirəm ki, etibarnamənin mə zmununda “iddia qaldırmaq” “tələb olunan ərizələr və sənədləri imzalamaq” kimi səlahiyyətin verilməsi bariz şəkildə müəyyən olunur. Eyni zamanda etibarnamənin əslində konkret şəkildə “Azerbaycan Mahkemeleri” sözü qeyd olunub. Yəni etibarnamə Çin və ya Yapon dilindən tərcümə olunmayıb ki, məhkəmə Azərbaycan məhkəmləri sözünü müəyyən edə bilməsin. Məhkəmə formal mülahizələrdən çıxış edərək iddia ərizəsini bu əsasla geri qaytarmışdır. İddia ərizəsinə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, cavabdeh orqana müraciət olunmuşdur. Lakin, cavabdeh inzibati orqan zəhmət çəkib müraciətə cavab verməmişdir. İnzibati Prosessual Məcəllənin 39.1-ci maddəsində müəyyən edilmiş 35 günlük müddətin məqsədi, məhz vətəndaşı inzibati orqanın hərəkətsizliyindən müdafiə etməkdi r. Cavabdeh inzibati orqan müraciətdə 35 gündən çox müddətin keçməsinə baxmayaraq müraciəti cavablandırmamışdır. İddiaçı isə İPM-nin 39.1-ci maddəsinin ona verdiyi hüquqdan istifadə etmişdir. Apellyator apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.1, 46.1, 46.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə proses iştirakçıları məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə proses iştirakçılarının i ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsin də icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsas ən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliy i nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (1.1-ci bənd); İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. (1.2-ci bənd); Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (2.2-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada b irləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd); İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. (11-ci bənd); İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (12-ci bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Birinci instansiyası məhkəməsi iddianı, iddiaç ının müraciətinə cavabdehin imtinasının olmaması əsası ilə mümkün hesab etməmişdir. Birinci instansiyası məhkəməsinin qərardadından apellyasiya şikayəti verən iddiaçının vəkili və nümayəndəsi bildirir ki, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin 35 gündən çox müddətin keçməsinə baxmayaraq edilmiş müraciət cavablandırılmamış, iddiaçı isə İPM-nin 39.1-ci maddəsinin ona verdiyi hüquqdan istifadə edərək birinci instansiyası məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası şikayəti əsassız hesab edərək öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Apellyasiya şikayətinin və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ndan ibarətdir. İddiaçı iddianı məcburetmə haqqında iddia növü olaraq qiymətləndirsə də, mübahisə premdeti ilə bağlı tələb müharibə veteranı adının verilməsi ilə bağlı olduğundan iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. İnzibati Prosessual Məcəllənin bəhs olunan müddəalarına görə öhdəliyin icrası haqqında iddianın məqsədi ondan ibarətdir ki, iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. Bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Hazırkı işdə də, iddiaçının müraciəti inzibati aktın qəbul edilməsinə yönələn (məcburetmə haqqında) tələb olmadığından, öhdəliyin icrası haqqında iddia olduğundan cavabdehin imtinası inzibati akt formasında deyil, faktiki xarakterli hərəkətlə bağlı olmalı, imtina məktubunda imtinanın faktiki və hüquqi əsasları göstərilməli, iddiaçı isə cavabdehin imtina məktubunu əldə etdikdən sonra məhkəməyə müraciət etməli idi. İş materiallarından aydın olur ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil Süliddin oğlu xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdehin edilmiş müraciətə cavab (imtina) məktubunu əldə etmədən, İPM-nin 39.1-ci maddəsinin istinad etməklə birinci instansiyası məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qə rar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Kollegiya bu halla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. Kollegiya tərəfindən iddiaçının vəkili və nümayəndəsi Vəkil Süliddin oğluna ünvanlanmış sorğuya cavab olaraq, İddiaçı 1992-ci ilin 26 mart tarixində könüllü olaraq döyüşmək üçün Qarabağa getdiyini, Rəhim Qazıyevin qurduğu “Könüllülər batalyonunda” döyüşdüyünü, daha sonra həmin batalyona Tofiq Oğuzun rəhbərlik etdiyini, 1992-ci il may ayının 11-də döyüş zamanı boyun nahiyəsindən yaralandığını, hospitalda müalicə aldıqdan sonra həmin ilin may ayının 17-si Naxçıvana qayıtdığını, Naxçıvan Milli Müdafiə Komitəsinə müraciət etdiyini, onu X4 Komitəsinə göndərdiklərini, bundan sonra Yuxarı Yaycı, Sədərək bölmələrində döyüş əməliyyatlarında iştirak etdiyini, 1992-ci ilin noyabr ayına kimi döyüşlərdə iştirak etdiyini, bundan sonra Qıvraq polkunda hərbi hissədə işləməyə başladığını, eyni zamanda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə veteranlıq vəsiqəsinin veriləsi üçün müraciət etmədiklərini, vəsiqənin verilməsinin Müdafiə Nazirliyinin səlahiyyətində olduğu üçün müraciət etmədiklərini, həmin idarəyə sorğular verildiyini, Naxçıvan İnzibati Məhkəməsi tərə findən iddia ərizəsinin mümkünlük məsələsinin "etibarnamə" və "iddia ərizəsinin formasına" görə qiymətləndirildiyini, qərardaddan verilmiş şikayətdə də həmin məsələləri mübahisələndirdiyini, etibarnamə ilə bağlı məsələnin aradan qaldırıldığını, iddia ərizəsinin formasına münasibətdə isə məhkəmənin səhvə yol verdiyini, iddia ərizəsi mümkün hesab edildikdən sonra "məhkəmənin yardım etmə" vəzifəsindən istifadə edərək, sorğularla əldə edə bilmədikləri məlumatların əldə edilməsi istiqamətində iddiaçıya köməklik göstərə biləcəyini, çünki iddiaçıya faktiki olaraq vəsiqə verilməsinə, onun döyüşməsinə baxmayaraq bu barədə məlumatların onlara təqdim edilmədiyini, göstərilənlərin nəzərə alınmasının xahiş edildiyini bildirmişdir. Kollegiya iddianın bilavasitə tələbə cavab verməli olan subyektə yönəl dilmədiyi qənaətindədir. Belə ki, cavab məktubunda qeyd olunanlardan aydın olur ki, İddiaçı döyüş əməliyyatlarında könüllü olaraq iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin səkkizinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərt ər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyy atlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsar ət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Əsasnamənin 1-ci hissəsinin 2-ci bəndinin 2-ci abzasına əsasən bu Əsasnamənin 1ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsasnamənin 1-ci hissəsinin 2-ci bəndinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərara əsasən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulmasını əsaslandırmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə inzibati orqanlara münasibətdə inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün s ayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mü mkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İnzibati icraatda iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla üzərinə vəzifə qoyulan və bu baxımdan cavabdehlik daşıyan inzibati orqana qarşı verilməsi və həmin inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtlərindən biridir. Kollegiya mövqeyini onunla əsaslandırır ki, iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməmişdir. Belə ki, hazırkı iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehliyi yaranmır. Həmçinin hazırki iddia, öhdəliyin icrası haqqında iddia olduğundan burada xüsusi mümkünlük şərti kimi cavabdehin imtinası olmalıdır. Kollegiyanın sorğusuna cavab məktubundan da aydın olur ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə veteranlıq vəsiqəsinin veriləsi üçün müraciət edilməmişdir. Belə ki, öhdəliyin icrası haqqında iddianın qaldırılması zamanı iddiaçı cavabdehin imtina məktubunu əsas tutaraq göstərməlidir ki, onun hansı hüququ pozulmuşdur. Lakin iddiaçı tərəfindən iddianın xüsusi mümkünlük şərti yerinə yetirilməmişdir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumat ların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Həmçinin qeyd olunur ki, kollegiya birinci instansiya məhkəməsinin qərardadında iddia ərizəsinin forma və məzmunu və etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyətinin xüsusi olaraq göstərilməməsi ilə bağlı mövqeyilə razılaşmır. Buna baxmayaraq kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil Süliddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)-690/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)690/2025 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil Süliddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il ta rixli, 2-1(122)-690/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar