Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-38/2022 20.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Novruzov Əsgər Novruz oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 21(122)-89/2020 nömrəli qərarından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 79.65 m2 yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat m etr üçün 1000 (bir min) manat və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) manat olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) manat maddi ziyan və 15.000 (on beş min) manat mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (sədrlik edən S.H.Novruzov) 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 nömrəli qərarı ilə iddia əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsi orqanı rolundan tamamilə uzaq mövqe nümayiş etdirməklə, iş üzrə yekun akt olan qərarda mövcud olan bütün faktlara, tərəflərin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddia ərizəsində qeyd olunan hallara dair məhkəmənin mövqeyini ifadə etməmiş, iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, qüvvədə olan prosessual qanunvericilik işin aparılmasının əsas ağırlığını: tələblərin və sübutların təqdim edilməsini; bütün faktların araşdırılmasını; tərəflərin sübutlarının yoxlanılması və onlara qiymət verilməsini; iş üzrə əhəmiyyət daşıyan müəyyənləşdirilmiş hallar, maddi və prosessual qanunun müddəaları əsasında qərarın qəbul edilməsini birinci instansiya məhkəmələrinin üzərinə qoymuşdur. Məhkəmə müəmmalı şəkildə Naxçıvan şəhəri, H.Əliyev prospekti, 40 nömrəli evin 7-ci mənzilinə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyin tələblərinə zidd şəkildə artırıldığını qeyd etsə də, qanunsuzluğun nədən ibarət olmasına, kimin tərəfindən qanunsuzluğa yol verilməsinə dair mövqeyini ifadə etməmiş, qeyd olunan məsələ ilə bağlı cavabdehin əsassız mülahizələrinə qərarda geniş yer versə də, iddiaçının mövqeyinə, əsaslandırmalarına dair heç bir cümlə belə qeyd etməmişdir. Halbuki, mülkiyyətində olan mənzilə artırılan 37 kv.m. sahə 2010-2011-ci illərdə adı çəkilən ünvanda yerləşən 40 nömrəli binada cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında "x xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən təmir və fasadın üzlənməsi işləri çərçivəsində binanın ön hissəsində yerləşən mənzillərə əlavə sahələrin artırılması nəticəsində əlavə olunmuş, bu faktı təsdiqləyən Naxçıvan Şəhər Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 83s nömrəli Sərəncamı tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən işin hərtərəfli, obyektiv araşdırılmasında mühüm rol oynayan sübutun heç bir əsas olmadan iş materiallarına əlavə edilməsindən imtina edilmiş, adı çəkilən ünvanda yaşayan digər mənzillərin sakinlərinin şahid kimi dindirilməsinə dair, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə sözügedən binanın tikintisi və fasadının üzlənməsi üçün ayrılmış vəsait barədə məluma t verilməsi üçün sorğu verilməsinə dair vəsatətləri əsassız olaraq təmin olunmamış, “çəkişmə”, “tərəflərin bərabərliyi”, “obyektivlik”, “ədalətlilik” kimi mühüm prosessual prinsiplərin pozuntusuna yol verilmişdir. Məhkəmə şikayət olunan qərarında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 19 oktyabr 2020-ci il tarixli, 464 saylı məktubunda qeyd olunan məlumata əsasən, İddiaçı məxsus adı çəkilən ünvanda yerləşən mənzilə əlavə olunmuş 37 kv.m. sahənin Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2016cı il tarixli, 19/138 saylı məktubu əsasında qeydiyyata alındığını göstərsə də, digər tərəfdən mənzilə sonradan artırılan 37 kv.m. sahənin qanunvericiliyə zidd şəkildə mənzilə artırıldığı və müvafiq inzibati orqan tərəfindən qanuna müvafiq qaydada qeyd iyyata alınmadığı səbəbindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışının ləğv olunduğunu qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Məhkəmə məhz cavabdehin qeyd olunan mənzilə artırılan sahənin qeydiyyata alınmasına dair yazılı məktubunun mövcudluğunu və həmin məktub əsasında və qanuna müvafiq qaydada tərəfindən təqdim olunan digər sənədlər əsasında qeydiyyatın aparıldığını nəzərə almamış, qeyd olunan fakta dair məhkəmə qərarında öz mövqeyini ifadə etməmiş, mübahisəyə birtərəfli yanaşmışdır. Məhkəmənin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü, 26-cı və 27-ci maddələrinə istinad etməsi də anlaşılan deyil və heç bir mötəbər sübuta əsaslanmadan qeyd olunan maddələrin hazırki iş üzrə tətbiqi ciddi hüquq pozuntusu olmaqla, qeyri-peşəkarlıq nümunəsidi r. Belə ki, həmin maddələrin tələbinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır (24.1-ci maddə), yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir, qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir (26-cı maddə), bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqd im edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir (27.1-ci maddə). Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən 40 nömrəli binada, habelə mülkiyyətində olan mənzildə cavabdehin sifarişi və qərarı əsasında yenidən qurma işləri aparıldığından yaşayış sahəsində yenidən qurma işlərinin aparılması üçün icazə alınması və verilməsi və ya qəbul komissiyasının yaradılması və akt tərtib olunması kimi məsələlər də cavabdehin və digər aidiyyəti orqanların tərəfindən həll edilmişdir və mənzilinə əlavə sahə artırılan bir neçə mülkiyyətçidən biri kimi ona münasibətdə belə bir tələbin irəli sürülməsi yolverilməz və qəbul edilməz dir. Belə olan halda məhkəmənin heç bir əsas olmadan qeyd olunan maddələrə istinad etməklə mənzildə aparılmış tikintinin özbaşına tikinti olmasına dair mülahizələri mülkiyyət hüququnun və qanuni mənafeyinin kobud surətdə pozulmasının bariz nümunəsidir. Məhkəmənin cavabdehin məktubu əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsinin əvvəlki ölçüsünün bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi səbəbindən hazırki iş üzrə mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin mövcud olmaması kimi qanuna zidd mövqeyi mülkiyyət hüququnun qorunmasına dair istər milli, istərsə də beynəlxalq hüquq normalarının tələbinin heçə endirilməsidir. Məhkəmə nəzərdən q açırmışdır ki, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 79.65 kv.m. (cavabdeh tərəfindən sökülən 37 kv.m. sahə daxil olmaqla) sahəsi olan yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur və qanuni mülkiyyətçi kimi cavabdehin qanunsuz davranışı ilə mülkiyyət hüququna edilən müdaxilənin nəticələrinə mütənasib olaraq kompensasiya ödənilməsi tələbinə dair 07 avqust 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi davam edərkən qeydiyyat orqanının mülkiyyətçiyə heç bir məlumat vermədən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı ləğv etməsi tamamilə qanunsuz olmaqla yanaşı, cavabdehin hərəkəti nəticəsində mülkiyyət hüququnun kobud şəkildə pozulması və bununla ona əhəmiyyətli ziyan vurulması faktını heç bir halda dəyişdirə bilməz. Lakin məhkəmə “mülkiyyət hüququ”, “mülkiyyətçinin mülkiyyətə dair ağlabatan və qanuni gözləntisi” kimi anlayışların mahiyyətinə varmadan, cavabdehin hərəkəti nəticəsində mülkiyyət hüququnun pozulması və ona əhəmiyyətli ziyan vurulması faktını düzgün qiymətləndirmədən əsassız nəticəyə gəlmişdir. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində müəyyən olunmuşdur ki, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Qeyd edilən maddələrin məzmununa görə, daşınmaz əmlak məhv olduqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yalnız maraqlı şəxsin ərizəsi əsasında məhkəmə qaydasında ləğv oluna bilər. Yəni adı çəkilən qurumun mülkiyyətçinin və ya mənzilə dair hüququ olan digər maraqlı şəxslərin ərizəsi və ya məhkəmə qərarı olmadan dövlət reyestrində qeydiyyatı və həmin qeydiyyata dair 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışı ləğv etmək hüququ olmamışdır və bu barədə məlumatı məhkəmə qərarı vasitəsilə əldə etdiyindən ona qanuna müvafiq qaydada məlumat verilməmişdir. Məhkəmənin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində müəyyən olunmuş və dövlətin tərəfdar çıxdığı beynəlxalq sənədlər ilə birbaşa və heç bir məhdudiyyət olmadan qorunan mülkiyyət hüququnun hazırki mübahisə üzrə mövcud olmaması və onun toxunulmazlığının təmin olunmasından söhbət belə gedə bilməməsi kimi mülahizələri tamamilə əsassız və qanunsuz olmaqla, ədalət mühakiməsinin təyinatına tamamilə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsində qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 5. rekvizisiya (təbii fəlakətlər, texniki qəzalar, epidemiyalar və digər fövqəladə hallarla bağlı əmlakın özgəninkiləşdirilməsi); 6. müsadirə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İnsan hüquqlarının və əsas azadl ıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Axverdiyev Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi ” olan əmlakı da əhatə edə bilər. Məhkəmə iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzi kimi 15.000 (on beş min) manat kompensasiyanın ödənilməsi” hissəsində də rədd olunmasında qanunsuzluğa yol vermiş, mənəvi zərərin ödənilməsi ilə bağlı qüvvədə olan hüquq normalarını düzgün tətbiq etməmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişlərini nəzərə almamışdır. Belə ki, 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, adı çəkilən mənzil, o cümlədən sökülməsi nəzərdə tutulan 37 kv.m. sahə mülkiyyət hüququ ilə ona məxsusdur və orada tərəfindən əsaslı təmir işləri görülmüş, xeyli xərc çəkilmişdi. Cavabdeh tərəfindən qəflətən mənzilin yarıdan çox hissəsinin 37 m2 sahəsinin sökülməsi normal həyat şəraitinə çox ciddi təsir göstərməklə biri orta məktəb şagirdi, ikisi tələbə olmaqla, üç uşağın, onun və həyat yoldaşının- 5 nəfər ailə üzvünün həmin mənzildə yaşamasını, eləcə də həmin mənzildən faydalanmaq imkanlarını qeyri-mümkün etmiş, onları çıxılmaz vəziyyətə salmış, çox çətin vəziyyətdə qohumlarının yanında məskunlaşmağa məcbur olmuşlar. Onun və ailə üzvlərinin mülkiyyət hüququna edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və yaşamaq üçün normal şəraitin yaradılması üçün cavabdehə ünvanlanmış kompensasiya tələbinin heç bir əsas olmadan rədd edilməsi onları ciddi əsəb, stressə məruz qoymuş, sıxıntıya düçar etmiş, bununla da cavabdehin qanunsuz davranışı ilə mənəvi ziyan vurulmuşdur. Məhkəmə isə yaşamaq üçün yeganə əmlakı olan mənzilinin xeyli hissəsinin sökülməsi və bunun müqabilində heç bir kompensasiya ödənilməməsi nəticəsində iddiaçının və onun ailə üzvlərinin hansı mənəvi və psixoloji iztirablara, narahatlıq, məyusluq və ədalətsizliyə məruz qaldığını nəzərə almamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında izah olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xa rakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal, ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan m əhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zər ərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009-cu il tarixli, “Maksimov Rusiyaya qarşı” iş üzrə 18 mart 2010-cu il tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alın malı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tətbiqinə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, məhkəmələr tərəfindən mənəvi zərərin ödənilməsi vəzifəsi şəxsin çəkdiyi mənəvi əziyyətin, iztirabın əvəzi kimi müəyyən olunur. Mənəvi ziyanın təbiəti dəqiq hesablamanın tətbiq edilməsini istisna edir. Əgər məhkəmə mənəvi ziyanın ödənilməsini zəruri hesab edərsə, işin hallarından asılı olaraq ədalətli qiymətləndirmə aparıl malıdır. Birinci instansiya məhkəməsi məhkəmə qərarının (qətnaməsinin) əsaslandırılması tələbini kobud surətdə pozaraq dövlət adından çıxarılan və iş üzrə yekun akt olan qərarın əhəmiyyətini, mübahisənin həllindəki rolunu heçə endirmişdir. Qərar (Qətnamə) o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qərarda göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının cavab verməli olduğu tələbləri şərh edərkən göstərmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübut ları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunma ması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin məhkəmə tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Ə.Xıdırov, hakimlər: S.Qarayev və M.Allahverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(108)13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1405/2021 nömrəli qərarı ilə qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-13/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati işə yenidən baxılaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-02/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: V.Kuimova, hakimlər: Ə.Allahverdiyev və F.Abbasov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikas ı İnzibati Məhkəməsinin 2-1(122)-89/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)02/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(102)-932/2022 nömrəli qərarı ilə təmin edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-02/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası 15 iyul 2022-ci il tarixli, 2-1(102)-932/2022 nömrəli qərarında göstərmişdir ki, mübahisə yə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan mənzilin mübahisəli 37 kv.m hissəsinin sökülməsi məhz cavabdehin qərarı və təşəbbüsü ilə həyata keçirilmişdir. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməlidir. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) iddiaçının məhrum olduğu yaşayış sahəsinin dəyəri, onun təmiri və müvafiq infrastrukturun qurulması ilə bağlı xüsusatlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı şikayəti ni müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 izahatında şikayəti qəbul etmədiyini bildirərək şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)89/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 79.65 m2 sahəsi olan yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 (otuz yeddi) m2 sahəsi müqabilində bazar dəyərinə müvafiq olaraq hər kvadrat metr üçün 1000 (bir min) manat və həmin sahənin bazar dəyərinin 20%-i məbləğində əlavə haqq kimi 7.400 (yeddi min dörd yüz) manat olmaqla, cəmi 44.400 (qırx dörd min dörd yüz) manat maddi ziyan və 15.000 (on beş min) manat mənəvi ziyan məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüqu qlarının və X2 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmay an (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67 və 68-ci maddələrində göstərilmişdir ki, maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respubl ikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş materiallarına əlavə edilmiş; Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, aparılan işlər zamanı Heydər Əliyev prospekti 10; 22; 24; 26; 29; 31; 40; 44; 54; 58a; İstiqlal küçəsi 82; 87; 91; 93; 94; 99; 105; 111; Şadlinski küçəsi 1; 2; Bektaşi küçəsi 1; 2; Nizami küçəsi 40; 53; Atatürk küçəsi 20; Həsən Əliyev küçəsi 11 nömrəli ictimai yaşayış binalarının mənzillərində yaşayış və ümumi sahələrdə dəyişikliklər olmuşdur. Məktubda Naxçıvan Şəhər İcra Hakimiyyəti ünvanları göstərilən binalardakı mənzillərin yaşayış və ümumi sahələrində əmələ gələn dəyişikliklərin sənədləşmə zamanı nəzərə alınmasını xahiş etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən, 79.65 m2 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3669 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Poli s İdarəsi tərəfindən 15 mart 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki,mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsi nəzərdə tutulan 37 kv.m sahənin müqabilində kompensasiyanın ödənilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan 10 iyul 2020-ci il tarixli, 27/M-16 saylı məktubda göstərilmişdir ki, İddiaçı 16 iyun 2020-ci il tarixli çox mənzilli binada həyata keçiriləcək təmir işləri ilə əlaqədar daxil olmuş ərizəsinə baxılmışdı r. Naxçıvan Muxtar Respublikasında, eləcə də onun paytaxtı Naxçıvan şəhərində aparılan kompleks quruculuq işləri ilə yanaşı yenidənqurma, şəhər və rayonların abadlaşdırılması, bu sahədə görülən bütün tədbirlər əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin edilməsinə xidmət edir. Çoxmənzilli binada ümumi mülkiyyətin qorunmasının, yararlı vəziyyətə salınmasının, qurğuların dayanıqlılığının, yükdaşıyan rigellərin uzunömürlülüyünün və zəlzələyə davamlılığının təmin edilməsi məqsədilə şəhərin mərkəzi küçəsində yerləşən yaşayış binasının müəyyən edilmiş qaydada müasir üslubda təmir olunması nəzərdə tutulmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanan 10 sentyabr 2020-ci il tarixli, 164 saylı məktubdan məlum olu r ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus 2 otaqlı evin sahəsi 42.65 m2 olmuşdur. 2011-ci ildə həmin mənzilin sahəsi 37 m2 artırılaraq mənzildən istifadəyə görə kommunal xidmət haqları ödənilməmişdir. Belə ki, mənzilin artırılmamış sahəsindən istifadəyə görə 537 (beş yüz otuz yeddi) manat, artırılan sahəyə görə 826 (səkkiz yüz iyirmi altı) manat, ümumilikdə mənzildən istifadəyə görə vətəndaşın 1363 (bir min üç yüz altmış üç) manat kommunal borcu yaranmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanladığı 21 avqust 2021-ci il tarixli, 19/107 nömrəli məktubunun surətindən aydın olur ki, məktubda Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar bir sıra ictimai yaşayış binaları nda əsaslı təmir və yenidənqurma işləri aparıldığı, aparılan işlər zamanı Heydər Əliyev prospekti 40 və Nizami küçəsi 40 nömrəli ictimai yaşayış binalarının mənzillərində artırmalar aparıldığı üçün həmin artırmaların şəhərin arxitekturasını pozmaqla eyni zamanda binanın dayanıqlılığına mənfi təsir etməsi və binanın qəzalı vəziyyətə düşməsinə şərait yaratması qeyd olunmuş, Naxçıvan Şəhər İcra Hakimiyyəti qeyd olunan binalardakı artırmaların söküldüyünü nəzərə alaraq həmin mənzillərə dair verilmiş sənədlərə müvafiq düzəlişlər aparmaqla əvvəlki vəziyyətinə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 19 oktyabr 2020-ci il tarixli, 464 saylı məktub dan görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 40-da 7 nömrəli mənzilə əlavə olunmuş 37 m2 sahə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2016-cı il tarixli, 19/138 nömrəli məktubu əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məcəllənin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının a ktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2020-ci ildə araşdırma aparmış, müvafiq icazə alınmadan yerinə yetirilən yenidənqurma və yenidən planlaşdırma işlərində Mənzil Məcəlləsinin 25.1.3 və 25.1.6-cı maddələrində nəzərdə tutulmuş hallar aşkar edilmişdir. Məcəllənin 27.2.2-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsi və sahənin yerləşdiyi bina əvvəlki vəziyyətinə qaytarılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər olunmaqla yaşayış sahələrinin əvvəlki ölçüsü bərpa edilmişdir. Naxçıva n Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan 07 dekabr 2020-ci il tarixli, 553 saylı məktubdan aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 21 avqust 2020-ci il tarixli, 19/107 nömrəli məktubu əsasında İddiaçı məxsus, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 40 nömrəli binanın 7 nömrəli mənzilinə sonradan əlavə olunmuş 37 m2 sahə haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv olunmuş və bu barədə hüquq sahibinə 20 oktyabr 2020-ci il tarixdə müvafiq qaydada bildiriş göndərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 22 sentyabr 2020-ci il tarixli, 22/143 nömrəli məktubdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 42.65 m2 olan mənzilin qeyri-yaşayış sahəsi olan balkonuna dirəklər quraşdırılaraq yaşayış sahəsi üçün daşıyıcı divara təhlükə yaradan artırma edilərək sonradan 37 (otuz yeddi) m2 genişləndirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının müddəalarının tələblərinə əməl edilmədən, İddiaçı yaşayış sahəsini genişləndirmək məqsədi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinə məlumat vermədən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş təqdimat olmadan ona məxsus ünvan 1 ünvanında yerləşən 42.65 m2 sahəsi olan yaşayış sahəsinə 2011-ci ildə 37 (otuz yeddi) m2 sahədən ibarət olan əlavə tikinti apararaq yenidən qurma və texniki yeniləşdirmə işləri həyata keçirmiş və qeyri-qanuni tikinti aparılan genişləşdirilmiş sahədən istifadə edərək kommunal xidmətlərə görə ödəniş etməmişdir. Beləliklə, iddiaçı qanunsuz olaraq 2011-ci ildə nəzarətsizlik şəraitində tikinti-quraşdırma işləri apararaq binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinə səbəb olmaqla tikinti normalarına əməl olunmadan, müvafiq orqan və təşkilatlarla razılaşdırılmadan binanın qurğularının dayanaqlılığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü azaldan tikinti işləri həyata keçirməklə binada yaşayan vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozaraq sakinlərin həyat və sağlamlığına təhlükə yaratmışdır. Müvafiq icra h akimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarının tələblərini pozaraq Qanunun 8-ci maddəsində göstərilən sənədlərin heç biri təqdim edilmədən mövcud yaşayış sahəsinə qanunsuz tikilmiş artırmaları əsassız olaraq dövlət qeydiyyatına almışdır. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi mülkiyyətində olan mənzilə artırılan 37 m2 sahənin 2010-2011-ci illərdə adı çəkilən ünvanda yerləşən 40 nömrəli binada cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən təmir və fasadın üzlənməsi işləri çərçivəsində binanın ön hissəsində yerləşən mənzillərə əlavə sahələrin artırılması nəticəsində əlavə olunması, bu faktı təsdiqləyən Naxçıvan MR Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarix li, 83s nömrəli Sərəncamı tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən işin hərtərəfli, obyektiv araşdırılmasında mühüm rol oynayan sübutun heç bir əsas olmadan iş materiallarına əlavə edilməsindən imtina edilməsi, adı çəkilən ünvanda yaşayan digər mənzillərin sakinlərinin şahid kimi dindirilməsinə dair, habelə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə sözügedən binanın tikintisi və fasadının üzlənməsi üçün ayrılmış vəsait barədə sorğu verilməsinə dair vəsatətlərinin əsassız olaraq təmin olunmamasına dair dəlilərinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində aparılan şifahi məhkəmə iclaslarının protokollarından iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-c u il tarixli, 83s nömrəli Sərəncamının məhkəməyə təqdim olunması, adı çəkilən ünvanda yaşayan digər mənzillərin sakinlərinin şahid kimi dindirilməsi, habelə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə sözügedən binanın tikintisi və fasadının üzlənməsi üçün ayrılmış vəsait barədə məlumat verilməsi üçün sorğu verilməsi barədə vəsatətlər verilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İddiaçı məhkəmə iclaslarının bütün mühüm anlarını əks etdirən məhkəmə iclasının protokolu ilə tanış olmaq üçün birinci instansiya məhkəməsinə müraciət etməmiş və onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan fa ktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki Konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinədüşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya qeyd edir ki, iddiaçı mənzilinin sökülməsi nəzərdə tutulan sahəsində tərəfindən əsaslı təmir işlərinin görülməsini, xeyli xərc çəkməsini, ona 37 kv.m.sahənin hər kvadrat metri üçün 1000 manat olmaqla 37000 manat məbləğində maddi ziyan vurulmasını göstərsə də tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən və mübahisənin düzgün həlli üçün zəruri olan sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı sökülməsini göstərdiyi sahənin sökülənədək olan faktiki vəziyyətinə dair sübutları, yəni bununla əlaqədar tərtib olunmuş hər hansı aktı,həmin sahənin konkret hansı vəziyyətdə olmasını əks etdirən fotoşəkilləri, videoyazıları və s. məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının kompensasiya tələb etdyi həmin sahənin sökülənədək hansı vəziyyətdə olması,təmir olunu b olunmaması, həmin sahədə hansı materiallardan istifadə olunması və s. müəyyən edilmir. Kollegiya qeyd edir ki,daşınmaz əmlaka münasibətdə kompensasiya müəyyən edilərkən onun mövcud vəziyyəti,istismara yararlı olub olmaması, təmirli və ya təmirsiz olması,mal-materiala,işlərin görülməsinə çəkilmiş xərclər və s. nəzərə alınmalıdır.Mübahisəli sahə hazırda mövcud olmadığından onun qiymətləndirilməsi də mümkün deyil.İddiaçının məhkəməyə təqdim etdiyi mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilənin surəti maddi ziyanın müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı Kollegiya qeyd edir ki, iddiaçı ona mənəvi ziyan vurulmasını göstərsə də bunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəmə si iddiaçının tələblərini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti t əmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 2-1(122)-89/2020 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 21(122)-89/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-38/2022
Ali Məhkəmə Qərar — İş №2-1(108)-38/2022
20.10.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver