Məhkəmə qərarları › İş №2-1(108)-40/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-40/2023

23.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-40/2023 23.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyriyaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-233/2023 nömrəli qərarından İddiaçı tərə findən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı 13 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək İstiqlal küçəsi bina 79-da yerləşən zirzəmi qatında olan obyekti ondan geri alaraq, Naxçıvan şəhəri mərkəzində eyni xarakterli və eyni bazar qiymətinə uyğun ona yerüstü obyekt verilməsi, ünvan 2 ünvanda ümumi sahəsi 19.6 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 manat kompensasiyanın cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi, ona İstiqlal küçəsi bina 79-da verilən və ondan dövlət ehtiyacları üçün alınmış Atatürk küçəsi 12 ünvanda yerləşən obyektlər arasında real orta bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən müstəqil qiymətləndirmə aparılması, iki obyekt arasındakı fərqin kompensasiya şəkilində şəxsinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini dəqiqləşdirərək 07 mart 2023-cü il tarixdə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 21(122)-233/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimi yyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 21(122)-233/2023 nömrəli qərarından narazı qalan İddiaçı 04 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2-1(122)-233/2023 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş et mişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 23 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin elektron poçt ünvanına göndərmiş olduğu 23 oktyabr 2023-cü il tarixli, 5-5/2-1592/2023 nömrəli məktubla kollegiyaya müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar olaraq 23 oktyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini üzrlü hesab edilməsini və inzibati işə onun iştirakı olmadan baxılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmad an işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında 23 oktyabr 2023-cü il tarixli ərizəsini tədim edərək, Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə aralarında razılıq əldə edildiyini, ona cavabdeh tərəfindən 150 m2 torpaq sahəsi verildiyindən apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri gö türülə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir İş materiallarından görünür ki, iddiaçının apelyasiya şikayətini geri götürməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı birinci instansiya məhkəməsinin qərarından vermiş olduğu apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88- ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyriyaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2-1(122)-233/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına хitam verilsin. Qə rardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar