Məhkəmə qərarları › İş №2-1(108)-43/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-43/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-43/2025 30.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X4, mütəxəssislər X8, X5 və X6 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 21(122)-218/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı cavabdehin 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M1307/2024 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-91/2-M-1307/2024 nömrəli qəra rının ləğv edilməsi, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxmış Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 07 fevral 2025-ci il tarixli, 2-1(122)-218/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdən başlayaraq hazırkı vaxtadək müxtəlif vəzifəl ərdə çalışmış, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Şərur Tikinti Materialları zavodunda qazmaçı vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Şərur Tikinti Materialları zavodunda buldozerçi vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Şərur Tikinti Materialları zavodu ləğv edildiyindən yeni yaradılmış Tikinti Materialları ASC-nin Şərur sahəsində buldozer sürücüsü vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-nin və İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2011-ci il tarixli 68 nömrəli icarə müqaviləsinə əsasən Qarabağlar daş karxanasında buldozer sürücüsü vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-də briqadir maşinist vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X19 Sənaye Kompleksi MMC-də briqadir vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək X19 Sənaye Kompleksi MMC Qarabağlar sahəsində briqadir vəzifəsində, xx.xx.2020-ci il tarixdən X19 Sənaye Kompleksi MMC-də daş mədənlərində briqadir vəzifəsində işləmiş, 2024-cü ilin sentyabr ayından bugünədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dağ kəsən maşinisti vəzifəsində işləyir. xx.xx.1983-cü ildə işə başladığı Şərur Tikinti Materialları zavodu karxanalardan ibarət olmuş, Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada işləmiş, Şərur Tikinti Materialları zavodunda xammal kimi travertin, mərmər bloklar, əhəng istehsal edilmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1987ci il tarixədək zavodda qazmaçı vəzifəsində işləmiş, qazmaçı iş ləyərkən vəzifə funksiyası preparator ilə dağ-mədəndə izlər açmaq olmuş, həmçinin partladıcı funksiyasını yerinə yetirmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.2013-cü il tarixədək buldozerçi, buldozer sürücüsü vəzifəsində (əmək kitabçasında vəzifələr bu cür qeyd edilsədə buldozer maşinisti vəzifəsində) işləmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Qarabağlar karxanasında briqadir maşinisti, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən 2024-cü ilin sentyabr ayınadək briqadir vəzifəsində işlədiyi zaman fəhlələrlə birlikdə açıqda dağ-mədən işləri görmüş, həmin dövrlərdə əmək kitabçasında vəzifələr müxtəlif cür qeyd edilsədə dağ-mədən ustasının iş funksiyasını yerinə yetirmişdir. Müxtəlif vaxtlarda Şərur Tikinti Materialları zavodunun adı (s onradan Tikinti Materialları ASC-nin Şərur sahəsi, X19 Sənaye Kompleksi MMC və "xxxx" MMC) dəyişsədə (yerində yeni müəssisə yaransada) eyni iş yeri, eyni istehsalat olmuşdur. xx.xx.1983-cü il tarixdən başlayaraq hazırkı vaxtadək o, demək olar ki, iki karxanada: Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada və Qarabağlar karxanasında, yəni açıqda dağ-mədən işlərində işləmişdir. xx.xx.1983-cü il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələr əmək kitabçasında müxtəlif cür qeyd edilsədə o, qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələrində güzəştli peşələrdə işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövl ət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə müraciət etmişdir. Lakin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarında imtina səbəbi olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin şərtlərinə əsasən 12 il 6 ay xüsusi iş stajının olması öz təsdiqini tapmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilməsi göstərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi dövrə aid güzəştli iş staj ı barədə arayış mövcud deyildir və iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında öz əksini tapmır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasi ya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbin in mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M1307/2024 nömrəli qərarından görünür ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 12 il 6 ay xüsusi stajının olmaması səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İşdə olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 15 fevral 2024-cü il tarixli, 317-9-1/2-M-1307/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, ”Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün araşdırma aparılmış, tələb olunan 12 il 6 ay xüsusi iş stajının olmaması səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş 3-43-73/3-2-214/2023 nömrəli arayışda qeyd olunmuşdur ki, Kəngərli rayon Şahtaxtı kənd sakini 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən, 24 oktyabr 1981-ci il tarixdən 14 noyabr 1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. İşdə olan ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmi ş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək İliç (Şərur) Rayon Tikinti Materiallar Zavodunda 3-cü dərəcəli işçi, xx.xx.1987-ci il tarixdən buldozer sürücüsü olaraq 1 saylı Ağbulaq sexində əmək fəaliyətinə davam etmişdir, xx.xx.2000-ci il tarixdən Naxçıvan MR Əmlak Nazirliyinin 8 saylı 16 may 2000-ci il tarixli əmrinə əsasən T.M.Z-u ləğv edildiyindən yeni yaradılmış Naxçıvan TMİSÇ-nin Şərur sahəsinə buldozer sürücüsü vəzifəsinə keçirilmişdir. Tikinti Materialları ASC-nin Şərur rayon sahəsinə buldozer sürücüsü, xx.xx.2011-ci il il tarixindən (ArkozTravertin-Mərmər Zavodu) X19 Sənaye Kompleksi MMC-nin Qarabağlar Daş karxanasına buldozer sürücüsü, xx.xx.2013-cü il tarixdən briqadir maşinist, xx.xx.2013-cü il tarixdən briqadir vəzifələrinə keçirilmiş və xx.xx.2015-ci il tarixdən işdən azad olmuş, xx.xx.2016-cı il tarixdən Gəmiqaya DMSK MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən Qarabağlar sahəsinə briqadir vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən etibarən daş mədənlərində briqadir vəzifəsinə keçirilmişdir. İşdə olan Kəngərli Rayon Dövlət Arxivinin 30 avqust 2023-cü il tarixli, 94 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 240 nömrəli əmrlə 2-ci dərəcəli qazmaçı kimi işə qəbul edilmiş. xx.xx.1987-ci il tarixli, 557 nömrəli əmrlə buldozerçi vəzifəsi verilmişdir. İşdə olan Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi şərtlərlə təyinat şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının sığorta stajı barədə məlumatda qeyd edilmişdir ki, xx.xx.20 06-ci il tarixədək əmək fəaliyyəti barədə məlumata əsasən pensiyaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək müxtəlif vəzifələrdə çalışmış və onun ümumilikdə 13 il 4 ay 1 gün stajı mövcuddur. Güzəştli şərtə düşən əmək fəaliyyəti barədə məlumata əsasən pensiyaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2010-cu il tarixədək güzəştli dövrdə çalışmış və onun ümumilikdə 12 il 11 ay 3 gün güzəştli şərtlərlə əmək stajı mövcuddur. xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək əmək fəlaiyyəti barədə məlumata əsasən pensiyaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək çalışmış və onun ümumilikdə 14 il stajı mövcuddur. İşdə olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş 22 oktyabr 2024-cü il tarixli, 3-17-91/2-10883/2024 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı adına "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 19 sentyabr tarixli, 17 nömrəli arayışda onun 20 iyul 2011-ci il tarixdən 01 mart 2013-cü il tarixədək “X19 Sənaye Kompleksi” MMC-nin Qarabağlar daş karxanasında buldozer sürücüsü, 2013-cü il 01 mart tarixdən 2013-cü il 11 oktyabr tarixədək həmin karxanada briqadir maşinist, 2013-cü il 11 oktyabr tarixdən 2015-ci il 12 dekabr tarixədək, 2016-cı il 14 aprel tarixdən bu günədək "xxxx" MMC-də briqadir işlədiyi göstərilmişdir. Həmin arayışa görə İddiaçı 26 avqust 2023-cü il tarixə (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixə) xüsusi iş stajı 11 il 09 ay təşkil edir. İddiaçı adına verilmiş həmin arayış Fondun Pensiya, müavinət və təqaüdlərin təyinat ı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, C.X2 İnformasiya Sisteminə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 01-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən hesablanır) əsasən 2012-ci il 01 yanvar tarixdən 2013-cü il 01 mart tarixədək “X19” MMC-də buldozer sürücüsü (01 il, 2 ay), 2013-cü il 02 mart tarixdən 2013-cü il 11 oktyabr tarixədək briqadir maşinist (07 ay, 09 gün), 2013-cü il 12 oktyabr tarixdən 2015-ci il 12 dekabr tarixə dək briqadir (02 il, 02 ay), 2016-cı il 14 aprel tarixdən 2018-ci il 01 fevral tarixədək briqadir (01 il, 09 ay, 18 gün), 2018-ci il 01 mart tarixdən 2023-cü il 26 avqust (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarix) tarixədək briqadir (05 il, 05 ay, 25 gün) işlədiyi qeyd olunmuşdur. Nəticədə İddiaçı ümumilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixə 11 il, 02 ay, 22 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair arayışda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə “X19 Sənaye Kompleksi" MMCdə buldozer sürücüsü xx.xx.2011-ci il tarixinə 42 saylı əmrlə "X19 Kompleksi" MMC-yə buldozer sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta stajı 1 il 7 ay 20 gün təşkil edir. "X19 Kompleksi" MMC-də briqadir maşinist xx.xx.2013-cü il tarixində 15 saylı əmrlə "X19 Kompleksi" MMC-yə briqadir maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta stajı 7 ay 10 gün təşkil edir. "X19 Kompleksi" MMC-də briqadir xx.xx.2013-cü il tarixində 133 saylı əmrlə "X19 Kompleksi" MMC-yə briqadir vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta stajı 2 il 2 ay 2 gün təşkil edir. "X19 Kompleksi" MMC-də briqadir xx.xx.2016-cı il tarixində 26 saylı əmrlə "X19 Kompleksi" MMC-yə b riqadir vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 2 ay 28 gün təşkil edir. "xxxx" MMC-də dağkəsən xx.xx.2024-cü il tarixində 338 saylı əmrlə "xxxx" MMC-yə dağkəsən vəzifəsinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixədək işlədiyi vəzifə üzrə sosial sığorta stajı 1 il 3 ay 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dağ mədənində travertin lay qatının bloklar şəklində kəsilib yük maşınlarına yüklənməsi müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci iİ 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 1.2.1 - açıqda dağ-mədən işləri və yer səthində işlər – bəndinə, a) fəhlələr - (yarım bəndinin) buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların suxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar - 41 (qırx bir) vəzifə koduna, daşkəsən maşın maşinistləri-52 (əlli iki) vəzifə koduna, kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərinə, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər - 1 (bir) vəzifə koduna və doğrayıcılar - 22 (iyirmi iki) vəzifə koduna uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsən ətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının 12 il 6 ay xüsusi iş stajının olmasının öz təsdiqini tapmadığını, onun güzəştli iş dövrünü müəyyən etməyin mümkün olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Məhkəmə iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərara uyğun olaraq ən azı 12 il 06 ay fəaliyyətinin mövcud olub-olmadığını yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddəyə əsasən güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 60 yaşı olmalı, həmçinin o 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə işlərdə çalışmalıdır. Cavabdeh iddiaçının ümumi iş stajının yetərli olduğunu qeyd edir və ümumi iş stajını mübahisələndirmir. Cavabdeh apellyasiya şikayətini iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışın olmaması və iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında öz əksini tapmaması ilə əsaslandırmışdır. İddiaçı əmək kitabçasına əsasən qeyd edir ki, o, xx.xx.1983-cü il tarixdən başlayaraq hazırkı vaxtadək müxtəlif vəzifələrdə çalışmış, o cümlədən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Şərur Tikinti Materialları zavodunda qazmaçı vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Şərur Tikinti Materialları zavodunda buldozerçi vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Şərur Tikinti Materialları zavodu ləğv edildiyindən yeni yaradılmış Tikinti Materialları ASC-nin Şərur sahəsində buldozer sürücüsü vəzifəsində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-nin və İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2011-ci il tarixli 68 nömrəli icarə müqaviləsinə əsasən Qarabağlar daş karxanasında buldozer sürücüsü vəzifəsində, xx.xx.2013-cü il tar ixdən xx.xx.2013-cü il tarixədək X19 Sənaye Kompleksi MMC-də briqadir maşinist vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək X19 Sənaye Kompleksi MMC-də briqadir vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək X19 Sənaye Kompleksi MMC Qarabağlar sahəsində briqadir vəzifəsində, xx.xx.2020-ci il tarixdən X19 Sənaye Kompleksi MMC-də daş mədənlərində briqadir vəzifəsində işləmiş, 2024-cü ilin sentyabr ayından bugünədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dağ kəsən maşinisti vəzifəsində işləyir. xx.xx.1983-cü ildə işə başladığı Şərur Tikinti Materialları zavodu karxanalardan ibarət olmuş, Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada işləmiş, Şərur Tikinti Materialları zavodunda xammal kimi travertin, mərmər bloklar, əhəng istehsal edilmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1987ci il tarixədək zavodda qazmaçı vəzifəsində işləmiş, qazmaçı işləyərkən vəzifə funksiyası preparator ilə dağ-mədəndə izlər açmaq olmuş, həmçinin partladıcı funksiyasını yerinə yetirmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.2013-cü il tarixədək buldozerçi, buldozer sürücüsü vəzifəsində (əmək kitabçasında vəzifələr bu cür qeyd edilsədə buldozer maşinisti vəzifəsində) işləmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Qarabağlar karxanasında briqadir maşinisti, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən 2024-cü ilin sentyabr ayınadək briqadir vəzifəsində işlədiyi zaman fəhlələrlə birlikdə açıqda dağ-mədən işləri görmüş, həmin dövrlərdə əmək kitabçasında vəzifələr müxtəlif cür qeyd edilsədə dağ-mədən ustasının iş f unksiyasını yerinə yetirmişdir. Müxtəlif vaxtlarda Şərur Tikinti Materialları zavodunun adı (sonradan Tikinti Materialları ASC-nin Şərur sahəsi, X19 Sənaye Kompleksi MMC və "xxxx" MMC) dəyişsədə (yerində yeni müəssisə yaransada) eyni iş yeri, eyni istehsalat olmuşdur. xx.xx.1983-cü il tarixdən başlayaraq hazırkı vaxtadək o, demək olar ki, iki karxanada: Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada və Qarabağlar karxanasında, yəni açıqda dağ-mədən işlərində işləmişdir. xx.xx.1983-cü il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələr əmək kitabçasında müxtəlif cür qeyd edilsədə o, qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələrində güzəştli peşələrdə işləmişdir. Məhkəmə kollegiyası tərəfindən 30 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 30 may 1983-cü il tarixdən 26 avqust 2015-ci il tarixədək Şərur Tikinti Materialları Zavodunda işləmiş, iddiaçını 1983-cü ildən iş yoldaşı olaraq tanımış, iddiaçı ilə Şahtaxtı və Qarabağlar karxanasında birlikdə işləmiş, iddiaçı əvvəl qazmaçı, sonra isə buldozer maşinisti, dağmədən ustası vəzifələrində işləmişdir. Müxtəlif vaxtlarda Şərur Tikinti Materialları zavodunun adı (sonralar X19 Sənaye Kompleksi MMC) dəyişsədə eyni iş yeri, eyni istehsalat olmuşdur. Onların işlədiyi karxanalarda mərmər, travertin istehsal edilirdi. O həmin istehsalatda işlədiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (şahidin qeyd edilən illərdə həmin müəssisədə işləməsini təsdiq edən ona məxsus əmək kitabçasına məhkəmə iclasında baxış keçirilmiş və surəti işə əlavə edilmişdir). İddiaçının işlədiyi iş yerindən təqdim edilən güzəştli iş stajı barədə arayışlarda müəyyən anlaşılmazlıqlar olduğu üçün, həmçinin iddiaçının işlədiyi istehsalatın və vəzifələrin xüsusiyyətlərinə aydınlıq gətirilməsi məqsədilə həmin iş yerindən mütəxəssislər dəvət edilmişdir. X1 və X12 məhkəmə iclasında bildirdilər ki, onların fəaliyyət göstərdiyi karxanalarda mərmər və travertin istehsal edilir. Mərmər və travertinin özüdə bir əhəng daşıdır. İddiaçının işlədiyi istehsalat və işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin Siyahısı"nda qeyd edilmiş istehsalata və vəzifələrə uyğundur. Əmək kitabçasında tam aydın göstərilməsə də iddiaçı açıqda dağ-mədən işlərində qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələrində güzəştli peşələrdə işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi istehsalat mərmər, travertin və əhəng daşı karxanası olmuşdur. O, həmin karxanada 1983-cü il tarixdən hüququnun yarandığı tarixədək qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələrində işləmişdir. 2011-ci il tarixədək müəssisənin sənədlərinin mövcud olmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnə bilməz. xx.xx.1983-cü il tarixdən başlayaraq hazırkı vaxtadək o, demək olar ki, iki karxanada: Şahtaxtı kəndində yerləşən Ağbulaq adlanan karxanada və Qarabağlar karxanasında, yəni açıqda dağ-mədən işlərində işləmişdir. xx.xx.1983-cü il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələr əmək kitabçasında müxtəlif cür qeyd edilsədə o, qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələrində güzəştli peşələrdə işləmişdir. İddiaçının işlədiyi qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda (1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər. Qazmaçılar, buldozer maşinistləri, dağ-mədən ustaları vəzifələri) öz əksini tapmışdır. İddiaçı xx.xx.1983-cü il tarixdən pens iya hüququnun yarandığı xx.xx.2023-cü il tarixədək açıqda dağ-mədən işlərində işlədiyi vəzifələr əmək kitabçasında müxtəlif cür qeyd edilsədə o, qazmaçı, buldozer maşinisti, dağ-mədən ustası vəzifələrində güzəştli peşələrdə işləmişdir. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il, 6 ay güzəştli iş stajını) toplamış və onun xx.xx.2023-cü il tarixdə, yəni 60 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir k i, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 21(122)-218/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar