Məhkəmə qərarları › İş №2-1(108)-47/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-47/2024

29.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-47/2024 29.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı X4 və tərcüməçi X3 iştirakları ilə İddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı "cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)-779/2024 nömrəli qər ardadından iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı X6 cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı 06 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 21(122)-779/2024 nömrəli qərardadı ilə iddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respubli kası Daxili İşlər Nazirliyinə qarşı "cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 21(122)-779/2024 nömrəli qərardadından narazı qalan iddiaçı X6 28 mart 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)-779/2024 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegi yadan xahiş etmişdir. İddiaçı X6 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)-779/2024 nömrəli qərardadı üzrə bildirir ki, o Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin işlədiyi inzibati orqanın adından sui istifadə edərək qanunsuz hərəkətləri nəticəsində ona vurulan ziyana görə kompensasiyanın ödənilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə müraciət edib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 27 dekabr 2023-cü il tarixli məktubunda göstərilən halların öz təsdiqini tapmadığı göstərilmişdir. Bunula bağlı o Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində cavabdeh qismində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyini göstərməklə ona vurulan ziyana görə kompensasiyanın ödənilməsi barədə iddia qaldırıb. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1 (122)-779/2024 nömrəli qərardadında cinayətkarlar haqqında vəzifəlilərinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan Respublikası qanunlarına görə bir neçə fiziki şəxs barəsində cinayət işinin açılmasını və ona vurduqları ziyanın bərpa edilməsi ilə bağlı ona təhqiqat, istintaq orqanları və ya (xüsusi ittiham) qaydasında aidiyyəti üzrə ümumi məhkəmələrə müraciət etməyi bildirilməklə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)-779/2024 nömrəli qərardadın ı 19 mart 2024-cü il tarixdə rəsmi olaraq alıb. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)-779/2024 nömrəli qərardadı ilə aşağıdakı əsaslara görə razılaşmır: O bir türk vətəndaşı olaraq Naxçıvan Muxtar Respublikasında bir iş adamı kimi tanınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub və Naxçıvan Muxtar Respublikası ərazisində bir neçə fəaliyyət göstərən obyektləri olubdur. Belə ki, Babək rayonu, Qoşadizə kəndində ona məxsus plastik şlanq sexi zorla Daxili İşlər Nazirliyinin sabiq əməkdaşları tərəfindən qanunsuz olaraq onun əlidən alınmış, bu cür kobud hərəkətlərə məruz qalmış və ona maddi ziyan dəymişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)779/2024 nömrəli qərardadı ilə heç bir əsas olmadan onu n iddiası mümkünsüz sayılmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının şəxsiyyəti müəyyənləşdirilərkən o, soyadının Oba, adının Ali Sərdar, ata adını isə Fahri olduğunu bildirərək kollegiyadan nəzərə alınmasını xahiş etmişdir. Kollegiya yerində müşavirə edərək protokola qeyd edilməklə birinci instansiya məhkəməsinin qərardadında iddiaçının adında olan yanlışlığın düzəldilərək Oba X5 yazılmasına qərar vermişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən kollegiyaya ünvanlanmış 25 aprel 2024-cü il tarixli, 3-1343/2-5998/2024 nömrəli məktubda X11 Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsiunin 14 mart 2024-cü il tarixli, 2-1(122)779/2024 nömrəli qərardadından verdiyi apellyasiya şikayətinə Daxili İşlə r Nazirliyinin fəaliyyəti ilə əlaqədar işlərin çoxluğu nəzərə alaraq onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə iddiaçı X6 şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(122)-779/2024 nömrəli qərardadının ləğv edilməsini və iddiasının mümkün sayılaraq işin yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzi bati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apel lyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Buna görə də məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Belə ki, hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə bir neçə fiziki şəxs barəsində cinayət işinin açılmasını və ona vurmuş olduqları ziyanın bərpa edilməsindən ibarətdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının iddia tələbi qeyri müəyyən ifadə olunmuşdur. Belə ki, iddiaçı bir tərəfdən iddia ərizəsində adları qeyd olunan şəxslər barəsində cinayət işinin açılmasını, digər tərəfdən isə ona həmin şəxslər tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsini göstərir. Bununla bərabər kollegiya qeyd edir ki, iddia ərizəsinin əvvəlində inzibati orqan olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin adı qeyd edilsə də, əslində iddiaçı iddia ərizəsində cavabdeh kimi fiziki şəxslərin adlarını çəkmiş və onların cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir. Hansı ki, fiziki şəxsə qarşı yönəlmiş tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır... İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.(bənd 5.1)...İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd 11,12) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində verilən anlayışa görə inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqa nları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Kollegiya hesab edir ki, fiziki şəxsə qarşı qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasına prosessual qanunvericiliyin tələbinə əsasən yol verilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin i nzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarın da göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı göstərilən hüquqi yardımdan imtina etmiş və irəli sürdüyü iddia üzrə icraatın davam etdirilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Kollegiya iddiaçı X4 şikayətində qeyd etdiyi dəllilərə münasibətdə isə qeyd edir ki, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(122)-779/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: İddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə q arşı "cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(122)-779/2024 nömrəli qərardadından iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 21(122)-779/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar