Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-52/2024 04.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 21(122)-513/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müdafiə nazirinin müavini – X11 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmrinin (kapitan İddiaçı “hər bi rütbəsinin bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə nazirinin müavini - X11 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmrinin (kapitan İddiaçı "hərbi rütbəsinin bir pillə aşağı "baş leytenant” hərbi rütbəsinə salınması” intizam cəzası verilməsi hissəsində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 29 mart 2024-cü il tarixli, 2-1(122)-513/2024 nömrəli qərardadı ilə prosessual müddətin bərpa olunması barədə 08 fevral 2024-cü il tarixli ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə nazirinin müavini - X11 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmri ilə onun, yəni N nömrəli hərbi hissənin Rabitə bölmə rəisinin avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə köməkçisi kapitan İddiaçı hərbi rütbəsi bir pillə (baş leytenant hərbi rütbəsinədək) aşağı salınmışdır. O, həmin əmrin qanunsuz və əsassız olduğunu hesab edərək ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onun la əsaslandırılmışdır ki, mübahisələndirdiyi əmr ona rəsmi olaraq ilk dəfə 03 noyabr 2023-cü il tarixdə hərbi hissənin idarə heyətinin sırasında elan edilmiş, şifahi elan edildikdən sonra həmin əmrin çıxarışı ona təqdim edilmiş, o, həmin əmrdən çıxarışın aşağı hissəsində əmrlə 03 noyabr 2023-cü il tarixdə tanış olduğunu, əmrdən narazı olduğunu əlyazma ilə qeyd etmişdir. O cümlədən cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023cü il tarixli, 299 nömrəli əmri ilə o, tanış edilməmişdir. Yəni N oktyabr 2023-cü il tarixdə onun iştirakı ilə hərbi hissənin düzülüşü olmamış və mübahisələndirilən əmr ona elan edilməmişdir. Cavabdeh bununla əlaqədar hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında ap ellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X12 məhkəmə iclasında şikayətin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 29 mart 2024-cü il tarixli qərardadının əsaslarına uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsəl ələr, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(122)-513/2024 nömrəli qərardadı ləğv edilməli, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı i ddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması eh timal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 38.1-ci maddəsinə ə sasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəll ənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün ol an sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Müdafiə nazirinin müavini - X11 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin Rabitə bölmə rəisinin avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə köməkçisi kapitan İddiaçı hərbi rütbəsi bir pillə (baş leytenant hərbi rütbəsinədək) aşağı salınmışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 299 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, Rabitə bölmə rəisinin avtomatlaşdırılmış idarəetmə sisteml əri üzrə köməkçisi kapitan İddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə (intizam cəzası qaydasında) müvafiq olaraq hərbi rütbəsinin "baş leytenant” hərbi rütbəsinədək bir pillə aşağı salınması elan edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N nömrəli hərbi hissənin N fevral 2024-cü il tarixli, 44 nömrəli arayışından və eyni tarixli aktında qeyd edilmişdir ki, İddiaçı kapitan hərbi rütbəsinin bir pillə aşağı salınması barədə Müdafiə nazirinin müavini - X11 komandanının xx.xx.2023-cü il tarixli, 050r nömrəli əmri N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 299 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdə saat 15:30-da baş leytenant İddiaçı da iştirak etdiyi hərbi hissənin düzülüşündə baş leytenant İddiaçı və hərbi hissənin idarə heyətinə şifahi olaraq elan edilmişdir. Birinci instansiya məhkəməsi qərardadında qeyd edir ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən əmrdən xəbərdar olmuşdur. İddiaçının mübahisələndirilən əmrin ona 03 noyabr 2023-cü il tarixdə elan edilməsinə dair arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş müvafiq sənədlər iddiaçıya qeyd olunan əmrin xx.xx.2023-cü il tarixdə elan olunmasını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Silahlı X1 98-ci bəndinin 4-cü abzasında qeyd olunmuşdur ki, verilmiş intizam cəzaları zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının onun b arəsində verilən əmrdən N oktyabr 2023-cü il tarixində məlumatı olmuş, lakin mübahisələndirdiyi inzibati aktın ona məlum olduğu vaxtdan 30 gündən çox müddət keçdikdən sonra, yəni 02 dekabr 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüşdür. Birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş və müəyyən edilmişdir ki, Müdafiə nazirinin müavini - X11 komandanının 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmrindən çıxarış, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 299 nömrəli əmrindən çıxarış və N nömrəli hərbi hissənin N fevral 2024-cü il tarixli, 44 nömrəli arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğu üçün özlüyündə iddiaçının bu sənədlərdən məlumatlı olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdən iddiaçının onlarla tanış olması təsdiq olunmur. N nömrəli hərbi hissənin N fevral 2024-cü il tarixli aktı isə N oktyabr 2023-cü il tarixdən 3 aydan çox müddət keçdikdən sonra tərtib edilmişdir və aktda əmrin saat 15:30da sıra düzülüşündə iddiaçıya elan olunduğu qeyd edilsə də, bu faktın apellyasiya baxışı zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş şahidlərin verdikləri ifadələrlə ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən şahid qismində dindirilmiş, N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən kiçik leytenant X4 öz ifadəsində bildirdi ki, İddiaçı tanıyır. Xidmətə başladığı xx.xx.2023-cü il tarixdən onunla xidməti münasibətləri vardı r. Eyni hərbi hissədə xidmət etdikləri üçün demək olar hər gün bir-birlərini görürlər. 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmrlə onun rütbəsi də bir pillə aşağı salınaraq kiçik leytenant hərbi rütbəsi verilmişdir. Həmin əmr səhər sıra düzülüşündə təxminən saat 08:30 radələrində elan olunmuşdu, lakin əmrin ona elan olunduğu tarixi dəqiq xatırlamır. Məhkəmə kollegiyası tərəfindən şahid qismində dindirilmiş, N nömrəli hərbi hissədə kadrlar bölməsinin rəisi vəzifəsində xidmət edən kapitan X7 öz ifadəsində bildirdi ki, 25 oktyabr 2023-cü il tarixli, 050r nömrəli əmr qəbul edilən zaman kadrlar bölməsinin rəis köməkçisi vəzifəsində xidmət edirdi. Oktyabr ayının 26-da səhər düzülüşündən sonra qərargah rəisi briqadanın idarə heyətini qərargahın qarşısında toplayaraq İddiaçı rütbəsinin endir ilməsi ilə bağlı əmri elan etmişdir. Məhkəmə kollegiyası tərəfindən şahid qismində dindirilmiş, N nömrəli hərbi hissədə komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmət edən X9 öz ifadəsində bildirdi ki, 25 oktyabr 2023-cü il tarixli əmr N oktyabr 2023-cü il tarixdə elan olunmuşdur. Səhər briqadanın düzülüşü olub bitdikdən sonra idarə heyətinin zabitlərinin qərargahın qarşısında düzülüşü olmuş və həmin düzülüşdə təqribən saat 08:30-dan sonra iddiaçıya əmr elan olunmuşdur. Əmr elan olunduqdan 1 gün sonra İddiaçı baş leytenant hərbi rütbəsi ilə xidmətdə olmuşdur. Məhkəmə kollegiyası tərəfindən şahid qismində dindirilmiş, N nömrəli hərbi hissədə xidmət edən mayor X2 bildirdi ki, iddiaçının rütbəsinin endirilməsi barədə əmrin tarixi və nömrəsini dəqiq bilməsə də, həmin əmr N oktyabr 2023-c ü il tarixdə elan olunmuşdur. Əmr günorta düzülüşündən sonra saat 15:30-da elan olunmuşdur. O, özü tibb xidməti üzrə daxili yoxlama komissiyasının sədridir. Komissiyanın 28 oktyabr 2023-cü il tarixli aktında İddiaçı rütbəsinin kapitan qeyd olunmasını görmüş olsa da, yoxlama 24-27 oktyabr tarixlərini əhatə etdiyindən, yoxlama başlanan zaman İddiaçı rütbəsinin kapitan olmasını nəzərə alaraq komissiyanın sədri kimi akta imza etmişdir. Komissiyanın 03 noyabr 2023cü il tarixli aktında isə İddiaçı rütbəsinin kapitan göstərilməsinə diqqətsizlik edərək fikir verməmiş və aktı sədr kimi imzalamışdır. Məhkəmə kollegiyası şahid ifadələrinə hüquqi qiymət verərək bildirir ki, şahid ifadələri arasında əmrin iddiaçıya elan edilmə vaxtı ilə bağlı ziddiyyətlər mövcuddur. Cavabdeh orqanın təqdim etdiyi şahid lər X4, X7 və X9 əmrin səhər düzülüşündə, saat 08:30 radələrində, digər şahid X2 isə günorta düzülüşündən sonra saat 15:30-da elan edildiyini bildirir. Bu səbəbdən əmrin iddiaçıya məhz N oktyabr 2023-cü il tarixdə elan olunması ilə bağlı N nömrəli hərbi hissənin N fevral 2024-cü il tarixli aktı da şahid ifadələri ilə ziddiyyət təşkil etdiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, işdə olan tibb xidməti üzrə daxili yoxlama komissiyasının 28 oktyabr 2023-cü il tarixli və 03 noyabr 2023-cü il tarixli aktlarında komissiyanın üzvü kimi İddiaçı hərbi rütbəsinin kapitan qeyd edilməsi mübahisələndirilən əmrin N oktyabr 2023-cü il tarixdə elan olunmasını şübhə altına alır. İddiaçı hərbi rütbəsi ona N oktyabr 2023-cü il tarixdə elan olunduğu təqdirdə, iddiaçı ya həmin gün və ya n övbəti gün xidmət yerinə gələrkən artıq yeni hərbi rütbəsində olmalı idi. Hərbi rütbəsi aşağı salınmış zabitin davamlı olaraq 8 gün əmri icra etməyərək əvvəlki hərbi rütbəsində xidmət göstərməsi və bu halın aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməməsi, həmçinin tərtib edilmiş komissiya aktlarında onun əvvəlki hərbi rütbəsində göstərilməsi ağlabatan deyildir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan mübahisələndirilən əmrin şifahi surətdə xx.xx.2023-cü il tarixdə elan edildiyini qeyd etsə də, bununla əlaqədar hər hansı mötəbər sübut təqdim edə bilmir. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan mübahisələndirilən əmrin iddiaçıya ilkin olaraq xx.xx.2023-cü il tarixdə hərbi hissənin düzülüşündə şifahi olaraq elan edildiyini sübut etməlidir. Təqdim edilən akt sonradan, yəni N fevral 2024-cü il tarixdə tərtib edilmiş aktdır. Sübutlardan görünən odur ki, mübahisələndirilən əmr kağız daşıyıcıda 03 noyabr 2023-cü il tarixdə hərbi hissəyə daxil olmuş və həmin gün iddiaçı hərbi hissədə əmrin arxasına imza edərək əmrlə tanış olduğunu və razı olmadığını qeyd etmişdir. İddiaçı mübahisələndirilən əmrdən 03 noyabr 2023-cü il tarixdə məlumatlı olmuş, 02 dekabr 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış və iddia müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 25 oktyabr 2023cü il tarixli, 050r nömrəli əmrin 03 noyabr 2023-cü il tarixdən daha əvvəl iddiaçıya elan olunmasını təsdiq edən mötəbər sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı həmin əmrlə özünün qeyd etd iyi kimi 03 noyabr 2023-cü il tarixdə tanış olmuşdur. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 21(122)-513/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-52/2024
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-52/2024
04.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver