Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-56/2025 29.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 21(122)-484/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənil məsi və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənilməsi və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura for masında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 25 fevral 2025-ci il tarixli, 2-1(122)-484/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənilməsi və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və di gər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən yanacaq doldurma məntəqələri mülkiyyət hüququ haqqında şəhadətnamələrlə mərhum həyat yoldaşı Mirsəttar Seyidovun xüsusi mülkiyyətinə verilmişdir. Lakin həyat yoldaşı vəfat etdiyindən onun və övladlarının mərhum həyat yoldaşına məxsus əmlaklarına qanun üzrə vərəsəlik hüququ vardır. 2006-2007-ci illərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilən tapşırığa əsasən Şahbuz rayonuna gedən yolun üzərində olan yanacaq doldurma məntəqəsi sökülmüşdür. 2009-cu ildə isə Şərur rayonuna gedən yolun üzərində olan yanacaq doldurma məntəqəsi Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilən tapşırığa əsasən qanunsuz olaraq sökülmüşdür. Həmin yanacaq doldurma məntəqələrinin sökülməsi ilə əlaqədar heç bir inzibati akt təqdim olunmamış, eyni zamanda hər hansı bir məhkəmə qərarı olmamışdır. Bunlarla yanaşı mərhum həyat yoldaşı tərəfindən Babək rayon Vayxır kəndində inşa edilən broyleri isə həyat yoldaşı vəfat etdikdən sonra düşdükləri ağır vəziyyətdən sui istifadə edərək dəyərindən 3 dəfə aşağı qiymətə ələ keçirmişdirlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı kimi öz adından iddia qaldırmasına baxmayaraq məhkəmə qərardadında göstərilmişdir ki, “Sevinc-85” kiçik müəssisəsinin təsis sənədləri və ya etibarnamə təqdim olunmamışdır. Lakin yanacaq doldurma məntəqəsi “Sevinc-85” kiçik müəssisəsinə deyil, mərhum həyat yoldaşı X2 məxsus olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nikah dövründə əldə edilən əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Qərardadda həmçinin broyler obyekti ilə bağlı iddia tələbi üzrə Naxçıvan Şəhər İcra Hakimiyyətinə aidiyyəti olmadığı göstərilmişdir. Əgər cavabdeh düzgün müəyyən edilməyibsə, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə bu barədə ona məlumat verməli və cavabdehin dəyişdirilməsinə yardım etməli idi. Hazırkı iş üzrə o, subyektiv hüququnu əsaslandırmışdır. Məhkəmə ona hüquqi yardım etməli olduğu halda bunu etməmişdir. Prosessual məsələlər M əhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə al ır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)-484/2025 nömrəli qərardadı ləğv edilməli, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə ha qqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfind ən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:
1. Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən iki yanacaq doldurma məntəqələri;
2. Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi və natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsindən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş 19 mart 2004-cü il tarixli, 3 reyestr nömrəli, 139 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Naxçıvan şəhəri, 67-ci məhəllədə y erləşən, ümumi sahəsi 228,6 kv.m olan yanacaq doldurma məntəqəsi X1 xüsusi mülkiyyətindədir. Həmçinin, yanacaq doldurma fəaliyyəti həyata keçirmək üçün "Sevinc-85" kiçik müəssisəsinə 28 iyun 1999-cu il tarixli, AB seriyalı, 010672 nömrəli lisenziya verilmişdir. Beləliklə, iddia tələbinin birinci hissəsinə münasibətdə iddiaçının hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxs olmasını, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olmasını təsdiq edən sənəd, başqa sözlə prosessual hərəkətləri etmək hüququna malik olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı mübahisəli məsələ ilə bağlı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. İddia tələbinin “Babək rayonu, V ayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi və yerləşdiyi torpaq sahəsində tikilərək onun mülkiyyətinə verilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti həmin iddiaya cavab verməli orqan olmadığından bu öhdəliklə bağlı cavabdehliyi də yaranmamışdır. İşdə olan 19 mart 2004-cü il tarixli, 139 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətində qeyd edilmişdir ki, bu şəhadətnamə verilir Naxçıvan şəhər sakini X2 ondan ötrü ki, o həqiqətən Naxçıvan şəhəri 67-ci məhəllədə yerləşən, ümumi sahəsi 228,6 kv.m olan yanacaq doldurma stansiyasının mülkiyyətçisidir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbləri üzrə bir hissədə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə, bir h issədə isə iddia tələbinə cavab verməli olmayan cavabdehə qarşı iddia qaldırılması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam dolğun aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi ilk növbədə işin faktiki hallarını tam dolğun aydınlaşdıraraq iddiaçının hüquqi marağını müəyyən etməlidir. İlk olaraq iddiaçının mərhum ərinə məxsus olmuş əmlaklar müəyyən edilməlidir. Mərhumun mülkiyyətində olmuş əmlakların başqa şəxslərin, o cümlədən "Sevinc-85" kiçik müəssisəsinin mülkiyyətinə keçib-keçməməsi aydınlaşdırılmalıdır. Qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmadan, mübahisəli əmlakın "Sevinc-85" kiçik müəssisəsinin mülkiyyətində olan əmlak hesab edilərək iddiaçının ha zırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmadığı qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi mübahisəli əmlakların mülkiyyətçilərini, həmin əmlaklara hüquqların başqa şəxslərə keçib-keçməməsini, əmlakın mülkiyyət hüququ ilə bağlı qeyd edilən hüquqi şəxsə aid olub-olmamasını, əmlakların nədən ibarət olmasını, qeyd edilən əmlakların iddiaçının mərhum ərinin mülkiyyətində olduğu təqdirdə onun vərəsələrinin dairəsini, həmin əmlaklara kimlər tərəfindən zərər vurulmasını müəyyən etməli idi. Həmçinin Babək rayonu, Vayxır kəndində yerləşən əmlakın mövcud olub-olmaması, hansı ərazidə yerləşməsi, kimlər tərəfindən zərər vurulması, iddiaçının bu iddia tələbi üzrə hansı inzibati orqanın cavabdeh olması müəyyən edilməlidir. O cümlədən qeyd edilənlər istiqamətində iddiaçıya dolğun hüquqi yardım göstərilməlidir. Lakin qeyd edilənləri nəzərə almamış birinci instansiya məhkəməsi tam dolğun araşdırma aparmadan iddianı mümkün saymamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 21(122)-484/2025 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.