Məhkəmə qərarları › İş №2-1(108)-58/2024

Ali Məhkəmə Qərar — İş №2-1(108)-58/2024

30.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-58/2024 30.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və X17 ibarət tərkibdə, X18 məhkəmə iclas katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X5 və X3 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-128/2024 nömrəli qərarından üçüncü şəxslər X14 və X9 tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı idd ia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı 01 oktyabr 2019-cu il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və X30 Dövlət Xidmətində qeydiyyata aldırmaqla tam mülkiyyət hüququ ilə ona məxsusdur. ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında heç bir qohumluq münasibəti olmayan X14 və X9 dayanırlar. Alqı-satqı etdiyi şəxslə əlaqə saxlayıb qeydiyyatdan çıxmalarını bildirsə də, o da həmin şəxsləri tanımadığını bildirmişdir. Adına olan əmlakı öz istədiyi kimi istifadə edə bilmir, həmin əmlakla bağlı bir sənəd lazım olanda qeydiyyatda olanlar barədə arayış istəyirlər. Bu da ona bir sıra çətinliklər yaradaraq hüquqlarını pozur. İddiaçı göstərilənləri nəzərə alaraq, məhkəmədən X5 və X3 onun mülkiyyətində olan ünvan 4 ünvanının qeydiyyatından çıxarılmalar ı öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 21(122)-128/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X5 və X3 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 21(122)-128/2024 nömrəli qərarından narazı qalan üçüncü şəxslər X14 və X9 şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Üçüncü şəxslər X14 və X9 tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş nəticə işin həqiqi hallarına uyğun deyildir və aşağıdakı əsaslara görə hesab edirlər ki, həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, onlar 25 avqust 1971-ci il tarixdə Naxçıvan Şəhər VVADQ Şöbəsində nikah qeyd etdirdiklərini, onlara Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 7 saylı ev ümumi sahəsi 58.0 kv metr, yaşayış sahəsi 38,42 kv metr olan üç otaqlı, 26 nömrəli mənzilə köçüb, orada yaşamaq üçün 16 mart 1993-cü il tarixli, 4505 nömrəli order verilmiş və həmin order əsasında onlar həmin mənzilə köçüb pasport qeydiyyatına alındıqlarını və hal-hazırda həmin mənzildə pasport qeydiyyatında olduqlarını, pasport qeydiyyatında olduqları mənzil üçüncü şəxslə rin xəbəri olmadan X13 tərəfindən özəlləşdirilib, mənzilə çıxarış alınmış və X10 bağışlanmışdır. Sonuncunun isə etibarnamə əsasında İddiaçı alqı- satqı müqaviləsi əsasında satması məlum olmuşdur. xx.xx.2023-cti il tarixdə qeydiyatda olduqları ünvan 4-nın özəlləşdirilməsi zamanı İ JVs-li Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 2 nömrəli forma arayışda adlarının olub-olmaması barədə Naxçıvan, MR DİN-nin Naxçıvan şəhər Polis İdarəsinə müraciət edtidklərini, polis orqanı Mİİ tərəfindən verilən 2 №-li forma-arayışda adlarının olub-olmamasını araşdırmadan 1 №-li Mİİ tərəfindən verilən Forma-2-də adlarının olub-olmaması barədə xx.xx.2023-cti il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat şöbəsinə sorğu verilmiş, lakin sorğuya cavab verilmədiyindən ” ərizənin araşdırılması üçün Naxçıva n MR Naxçıvan şəhər prokurorluğuna göndərilməsi tövsiyyə edilmişdir. Naxçıvan MR Naxçıvan şəhər Prokurorluğu isə guya araşdırma aparmış və “2015-ci ildən 2020-ci ilədək "Naxçıvan şəhər 1 №-li Mİİ üzrə vətəndaşların qeydiyyatı kitabında X15 və X3 qeydiyyatına rast gəlinmədiyi qeyd olunmuşdur və qeyd olunanlarla bağlı müvafiq olaraq məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Naxçıvan şəhəri, Atabəylər məhəlləsi 7 saylı evin ümumi sahəsi 58.0 kv m. yaşayış sahəsi 38,42 kv m olan üçotaqlı 26 saylı mənzil hazırda da dövlət mənzil fondunun mülkiyyətindədir və onlar mənzilə verilmiş order əsasında həmin mənzildə qeydiyyatdadırlar. X13 vəfat etməmişdən əvvəl Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, 7 saylı evin ümumi sahəsi 58.0 kv m. yaşayış sahəsi 38.42 kv m olan üç otaqlı 26 saylı mənzili n fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun onda olmasından istifadə edərək həmin sənədi Daşınmaz əmlakın dövlət reyestr xidmətinə təqdim edərək mənzilə mülkiyyət hüququ verən çıxarış aldıqdan sonra mənzili oğlu X11 bağışlamışdır. Bağışlama müqaviləsi rəsmiləşdirilərkən onların mənzildə pasport qeydiyyatında olmaqlarına və yaşamaqlarına baxmayaraq Naxçıvan şəhər 1 N°-li Mənzil İstismar İdarəsi tərəfindən "mənzildə heç kimin qeydiyyatda olmaması" barədə Naxçıvan şəhər birinci dövlət notariat kontoruna arayış verilmişdir. Bundan sonra X6 verdiyi etibarnamə əsasında X29 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilə Naxçıvan şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş və reyestrdə 4Ə-116 nömrə ilə qeyd edilmişdir. Buna görə də tərəflərindən “özə lləşdirilmənin, Naxçıvan 1 saylı DNK-da və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair” Naxçıvn şəhər Məhkəməsində iddia qaldırdıqlarını bildirmişlər. Odur ki, hesab edirlər ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almalıdır. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsinin nəticəsi sadə məntiqə də uyğun deyildir. Belə olan halda, birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi yuxarıdakı maddi hüquq normalarına istinad etmiş, lakin tərəflərə və işin həqiqi halları na uyğun düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə nəticələnən qərar qəbul etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qərar qeyri- mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Sonda üçüncü şəxslər X14 və X9 şikayətlərində göstərilən xüsusatlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin 09 aprel 2024-ci il tarixli, 2-1(122)-128/2024 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilmə sini kollegiyadan xahiş etmişdirlər. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Naxçıvan şəhər Polis İdarəsinin nümayəndəsi və üçüncü şəxs X14 məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Lakin Naxçıvan şəhər Polis İdarəsi 15 may 2024-cü il tarixli 3-1343-6/7-8961/24 nömrəli məktubla kollegiyaya müraciət edərək onların iştirakı olmadan işə baxılıb müvafiq qərar verilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X5 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxs X9 izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Muxtar Res publikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-128/2024 nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-128/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəl lə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasi ya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsas ən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında ba xılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunm uş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan: - ünvan 3 ünvan ında yaşayan İddiaçı ünvanladığı 21 iyul 2023-cü il tarixli, 313-436/2-Ə-81xx/xx/2023 nömrəli məktubundan görünür ki, X5 və X2 ünvan 4 ünvanının pasport qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən 58 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/22 nömrəli reyestr kitabının 4301 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1987-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfin dən verilmiş 25 iyul 2023-cü il tarixli, 87 və 88 nömrəli arayışlardan görünür ki, X7 və X1 şəhəri, Atabəylər məhəlləsi, ev 7, mənzil 26 ünvanında qeydiyyatdadırlar, ev satıldığından həmin ünvanda yaşamırlar. - 12126 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi **********2405101-093035 reyestr nömrəsi ilə Naxçıvan şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X30 Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş 27 noyabr 2023-cü il tarixli, 04/951 nömrəli məktubdan aydın olur ki, ünvan 5 ünvanında ümumi sahəsi 58,0 m2 olan 3 otaqlı mənzil X4 adına olmuşdur. xx.xx.2004-cü il tarixdə Naxçıvan 1-ci DNK-da qeydiyyata alınan 4Ə-856 nömrəli bağışlama müqaviləsi əsasında Zinyət Abdullayeva mənzili X12 bağışlamışdır. xx.xx.2019-cu il tarixdə mənzil qeyd olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Naxçıvan şəhər 1 saylı notariat ofisində qeydiyyata alınan 4Ə-116 nömrəli alqı-satqı müqaviləsi əsasında İmdat Cahangirov mənzili İddiaçı satmış və həmin müqavilə əsasında mənzil xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş 19 yanvar 2024-cü il tarixli, 02/90 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövl ət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2004-cü illərə dair sənəd materiallarında ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın X4 adına qeydiyyata alınması barədə hər hansı bir məlumat mövcud deyil. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş 29 yanvar 2024-cü il tarixli, 3-13-43-6/2-1558/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı ünvan 6 ünvanda yerləşən evində X14 xx.xx.2004-cü ildən və X9 isə xx.xx.2004-cü ildən qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndində yaşayış yerinin anlayışı verilmişdir. Belə ki, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi ü zrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binasıdır (özünün, qohumunun, tanışının və b.). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respu blikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş e lan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə: şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. “... mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan ş əxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla həmçinin müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu madd əsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996cı il tarixli, 493 nömrəli Fərmanının 2.3 -cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeydiyyatdan çıxarılması tələb olunan evin iddiaçının mülkiyyətində olmasına, üçüncü şəxslərin həmin evdə qeydiyyatda olsalar da orada yaşamadıqlarından qeydiyyatın formal olmasına, onun həmin evdə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh və üçüncü şəxslər tərəfindən sübut təqdim edilməməsinə istinad etmişdir. Həmçini n birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanınının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq üçüncü şəxslər X5 və X3 İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmalarını əsaslı hesab edir. Belə ki, üçüncü şəxslər X5 və X3 İddiaçı mülkiyyətində olan yaşayış evində əmlak hüququnun olması hazırkı vəziyyətdə hər hansı sübutla təsdiq olunmur. Üçüncü şəxslərlə iddiaçının ailə bağlılığı yoxdur. Üçüncü şəxslərin qeyd olunan yaşayış evində əmlak hüququ, o cümlədən istifadə hüququ əldə etməsi də işdə olan sənədlərlə sübut olunmur. Həmçinin işdə olan sənədlərlə və izahatlarla üçüncü şəxslərin həmin yaşayış evində yaşamaları da təsdiq edilmir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçı mülkiyyətində olan yaşayış evinə münasibətdə həmin yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlıdır. Belə ki, qeydiyyatdan çıxarılmanı tələb etmək mülkiyyətçinin əmlak üzərində sərəncam hüququnun tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X16 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. A zərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-128/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 87.6-cı madəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X5 və X3 İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanının qeydiyyatından çı xarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-128/2024 nömrəli qərarından üçüncü şəxslər X14 və X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 21(122)-128/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 30 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar