Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-58/2025 03.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X7 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2 022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)-223/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası yenidən hesablanmaqla yaşa görə əmək pensiyanın təyin o lunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 20 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bild irib, həmin tələb üzrə işə baxılıb qərar qəbul edilməsini xahiş edərək bu barədə yazılmış 20 avqust 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 20 avqust 2024-cü il tarixli, 21(122)-877/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 03 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı yenidən iddia tələbini dəqiqləşdirirərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin Naxçıvan MR Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)-223/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR inzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)-223/2025 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayətində göstərmişdir ki, hazırki iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X23 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında əmək fəaliyyətinin digər sənədlərlə öz təsdiqini tapmaması ilə bağlıdır. Bu səbəbdən də iddiaçının pensiya ödənişi Fondun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarı ilə dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021 -ci il tarixədək ümumi xəstəlik səbəbindən İİ (ikinci) dərəcə əllilik təyin edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Komissiya tərəfindən qiymətləndirilmiş və ona xx.xx.2021-ci il tarixində müddətsiz olaraq ümumi xəstəlik səbəbindən İİİ (üçüncü) dərəcə əlillik təyin olunmuşdur. Fondun Culfa Rayon Şöbəsi tərəfindən daxili nəzarət qaydasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, pensiya təyinatı ilə bağlı bir sıra qanun pozuntusuna yol verilmişdir. Belə ki, iddiaçıya əlillik təyin olunarkən 46 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün (46 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 31 yaş x 4 ay:12 ay = 10 il 4 ay) 10 il 4 ay sosial sığorta stajı tələb olunduğu halda, onun 1991-1992-ci illər üzrə 8 ay, xx.xx.2006-ci il tarixdən hüququnun yarandığı 2016-cı il tarixədək isə 5 il 6 ay olmaqla, cəmi 6 il 2 ay sığorta stajının olduğu aşkar olunmuşdur. 2008, 2009, 2011 və 2012-ci illər üzrə Naxçı van MR Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında İddiaçı sosial sığorta nömrəsi düzgün göstərilmədiyindən xeyrinə ödənilən MDSS haqları başqa hesaba köçürülmüşdür. Bu səbəbdən həmin illərdə İddiaçı fərdi şəxsi hesabında heç bir məlumat əks olunmamışdır.1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığo rta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Hazırkı halda iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X23 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında işlədiyi dövrlərdə əmək haqqı alması və onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktı öz təsdiqini tapmır. Bu isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1.Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2.Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təm inatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Beləliklə, Qanunun 12.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi vacib şərtlərdən biri kimi qoyulur. Beləliklə, qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 izahatında apellyasiya şikayətini müdafiə edərək İddiaçı qanunla tələb edilən 10 il 4 ay sığorta stajının olmadığını göstərərək Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025ci il tarixli, 2-1(122)-223/2025 nömrəli qərar ının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)223/2025 tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müə yyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarında olan: - “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 04 noyabr 2016-cı il tarixli, 189 nömrəli qərarına əsasən İddiaçı 04 noyabr 2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyas ı təyin olunmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayon Yaycı kəndində yaşayan İddiaçı ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-17-9-1/2-T327/2024 nömrəli və 27 fevral 2024-cü il tarixli, 317-9-1/2-T-1744/2024 nömrəli məktublarda göstərilmişdir ki, ona 4 noyabr 2016-cı il tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, araşdırma zamanı məlum olmuşdur ki, pensiya təyinatı zamanı müvafiq yaşına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən 10 il 4 ay sığorta stajı tələb olunduğu halda, 4 il 3 ay sığorta stajı əsasında qanunazidd əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunmuşdur ki, onun 001 87990 nömrəli əmək kitabçasında göstərilən 3 iyun 1991-ci il tarixdən 10 iyun 2004-cü il tarixədək Yaycı "Şərab ATSC-üzrə doldurma” sexində və 31 dekabr 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək Naxçıvan şəhər 4 saylı uşaq bağçasında işləməsi faktı Qanunun 31.2-1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) əsasən müvafiq arayışlarla təsdiqlənmədiyi üçün Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyasının 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarı ilə əlilliyə gör ə əmək pensiyası ləğv edilmiş və ona ümumilikdə 11299.93 manat artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, ona 27 may 2023-cü il tarixdən "Sosial müavinət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə (əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda) əsasən sosial müavinət təyin olunmuşdur. Həmçinin, ona Fondun Culfa rayon şöbəsi tərəfindən əsassız hesablanıb ödənilmiş 11299.93 manat məbləğin 2522.46 manatı 1 iyun 2022-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək aylıq sosial müavinət məbləğindən tutularaq Fondun hesabına bərpa olunmuşdur. - “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayo n şöbəsinin pul tələbinin icraya yönəldilməsi haqqında 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarından məlum olur ki, "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının (icra sənədi) icraya yönəldilməsi və 11299.93 manat vəsaitin İddiaçı tutularaq "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin YXO-dakı yığım hesabına ödənilməsinin təmin edilməsi, qərarın məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış (olduğu yer, iş yeri) yeri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan aydın olur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən və hal-hazırda Naxçıvan Muxtar Resp ublika Xəstəxanası publik hüquqi şəxsində 1,0 oklad sanitarka vəzifəsində işləyir. - Culfa rayon İcra Hakimiyyətinin Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, 69 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Culfa rayon Yaycı kəndində yaşayır və qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindəki qeydlərdən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixli əmrlə X27 fəhlə qəbul olunmuş, əmək haqqının götürək iş üsulu ilə ödənilməsi qeyd edilmiş, ərizəsi əsasında xx.xx.2004-cü il tarixli 02 nömrəli əmrlə Yaycı Şərab ATCS üzrə doldurma sexinin fəhləsi olaraq işdən azad olunmuş, xx.xx.2005ci il tarixli əmrlə Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında dayə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə həmin vəzifədən azad olunmuş, xx.xx.2006-cı il tarixdə yenidən Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında dayə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə həmin vəzifədən azad olunmuş, xx.xx.2007-ci il tarixli əmrlə Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında 0.5 aklad dalandar təyin edilmiş, xx.xx.2007-ci il tarixdə həmin vəzifədən azad edilmiş, xx.xx.2008-ci il tarixli əmrlə Naxçıvan MR Xəstəxanasında Lor şöbəsinə sanitarka təyin edilmiş, xx.xx.2012-ci il tarixli əmrlə Naxçıvan MR Xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində sanitar vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə Naxçıvan MR Xəstəxanasında Neyrocərrahiyyə şöbəsində sanitar vəzifəsinə keçirilmişdir. - “Naxçı van MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarından görünür ki, xx.xx.1970-ci il tarixdə anadan olmuş, Culfa rayon, Yaycı kəndində yaşayan İddiaçı xx.xx.2016-cı il tarixdə 189 nömrəli qərara əsasən əlilliyə görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 11299.93 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - Naxçıvan MR Dövlət Arxivi İdarəsi tərəfindən göndərilmiş Culfa rayon Dövlət Arxivinin 17 iyul 2024-cü il tarixli, 57a nömrəli və 22 oktyabr 2024-cü il tarixli, 76 a nömrəli arayışlarında İddiaçı Abuzər qızının Culfa rayon Yaycı şərab ATSC-yə xx.xx.1991-ci ildə 23 №-li əmrlə işə girməsi göstərilmiş və arayışa 1991-1992-ci illərə aid aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl əlavə edilmişdir. Arayışın qeyd hissəsində Yaycı şərab ATSC üzrə doldurma sexinin 1993-1996-cı illər əmək haqqı cədvəllərində xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək əmr kitablarında adına rast gəlinmədiyi, Yaycı şərab ATSC üzrə doldurma sexinin 1997-2004-cü illər üzrə əmək haqqı cədvəllərinin, 2003-2004-cü illər üzrə əmr kitablarının Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan MR Dövlət Arxivi İdarəsi tərəfindən göndərilmiş 26 iyul 2024-cü il tarixli, 13/1098 nömrəli arxiv arayışında İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinin Naxçıvan şəhər 4 №-li uşaq bağçasında işləməsi göstərilmiş və 2006-cı il ərzi ndə aylar üzrə (yanvar, fevral, mart, aprel, iyul, sentyabr, dekabr) aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl arayışa əlavə edilmişdir.Arayışın qeyd hissəsində 2005-ci ilə dair əməkhaqqı kitablarında adına rast gəlinmədiyi, Naxçıvan şəhər Təhsil şöbəsinin Naxçıvan şəhər 4 №li uşaq bağçasının 2005-2006-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işə qəbul edilməsi və işdən azad olunması haqqında məlumatın olmadığı qeyd edilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/210664/2024 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində 2006-cı ilin yanvar ayından 2011-ci ilin noyabr ayınadək fərdi şəxsi hesabında mövcud olan məlumat məhkəməyə təqdim olunmuşdur. 2019-cu il 01 yanvar tarixinədək sığortaolunanların (işçilərin) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesablarında sığortaedən (işəgötürən) tərəfindən təqdim olunan “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) illik hesabatlarda göstərilən məlumatlar əsasında fərdi şəxsi hesablarda öz əksini tapmışdır. 2008-ci, 2009-cu, 2011-ci və 2012-ci illər üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında sığortaolunan İddiaçı sosial sığorta nömrəsi düzgün göstərilmədiyindən xeyrinə ödənilən MDSS haqları başqa hesaba köçürülmüşdür. Bu səbəbdən həmin illərdə İddiaçı fərdi şəxsi hesabında heç bir məlumat əks olunmamışdır. Müvafiq sənədlər Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən təqdim edildikdən sonra 2008-ci, 2009-cu, 2011-ci və 2012-ci illərə dair məlumatların İddiaçı məxsus olan **********346 nömrəli fərdi şəxsi hesabda əks olunması təmin ediləcəkdir. - 000774 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən İİ qrup əlilliyi müəyyən edilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 noyabr 2024-cü il tarixli, 3-17-9-4/21990/2024 nömrəli məktubdan məlum olur ki, Culfa rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında Ə.X15-Sosial Ekspert Komissiyası tərəfindən “Çanağın sol yarısı adsız sümük cisminin, sirkə kasası dibinin və qasıq sümüyü üfüqi şaxəsinin qapalı yerdəyişmiş sınığı” diaqnozu ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə 2016-cı il 12 oktyabr tarixindən 2021-ci il 12 oktyabr tarixinədək ikinci dərəcə əlilliyi müəyyən olunmuşdur. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Culfa rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 4627003AAAJS nömrəli göndəriş əsasında Komissiya tərəfindən qiymətləndirilmiş və onun 2021-ci il 1 oktyabr tarixində “Sol bud-çanaq oynağının kəskin nəzərəçarpacaq kontrakturası. R26 Hərəki funksiya pozğunluğu. M16 Soltərəfli posttravmatik koksartroz İİİ (üçüncü) mərhələ” diaqnozu ilə ümumi xəstəlik səb əbindən üçüncü dərəcə müddətsiz əlilliyi müəyyən olunmuşdur. Komissiyanın qərarlarından çıxarışlar məhkəməyə təqdim olunmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-10664/2024 nömrəli və 16 noyabr 2024-cü il tarixli, 317-9-1/2-11918/2024 nömrəli məktublarla İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində 2006, 2007, 2010, 2013, 2014, 2015, 2016-cı ilin dekabr ayınadək fərdi şəxsi hesabında mövcud olan sığortaolunan haqqında məlumat məhkəməyə təqdim edilmişdir. - Naxçıvan MR Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndə rilmiş 20 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-209/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Naxçıvan MR X5 işə qəbul va işdən azad olunma əmrlərinə rast gəlinməmişdir. Lakin 2016-cı ildə mükafat alması ila bağlı əmrin təsdiq edilmiş surəti və arxiv arayışları məhkəməyə təqdim edilmişdir. - Naxçıvan MR Dövlət Arxivi İdarəsinin 18 fevral 2025-ci il tarixli, 3-48-NDA/2-2-T2xx-xx/2025 nömrəli arxiv arayışında göstərilmişdir ki, Naxçıvan MR Mərkəzi Xəstəxanasının 2008-2016-cı illərə dair əmr kitablarında, İddiaçı işə qəbul edilməsi va işdən azad olunması haqqında məlumata rast gəlinmədi. Lakin, xx.xx.2016-cı il tarixli, 439 №-li əmrlə mükafat verilməsi əmr kitabında göstərilmişdir. Eyni tarixli digər arayışda İddiaçı Mərkəzi Xəstəxanasında işləməsi faktı və 2008-2016-cı illər ər zində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində Naxçıvan MR X3 2016-cı ilə dair əməkhaqqı kitablarında may-sentyabr aylarında adına əməkhaqqı yazılmadığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 fevral 2025-ci il tarixli, 18-1-92-1/108 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən (Əmr № 131) xəstəxananın LOR şöbəsinə kiçik tibb işçisi vəzifəsinə təyin edilmiş və xx.xx.2016-cı il tarixdə (Əmr № 01) həmin xəstəxananın Cərrahiyyə şöbəsinə palatalar üzrə sanitarı vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə (Əmr N2 311/152) xəstəliyi nəzərə alınaraq həmin vəzifədən azad edilmiş, xəstəxananın Neyrocərrahiyyə şöbəsinə palata üzrə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda həmin şöbədə palata üzrə sanitar vəzifəsində işləyir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 aprel 2025-ci il tarixli, 5-5/2-519/2025 nömrəli məktubla məhkəməyə göndərilən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03 mart 2025-ci il tarixli, 3-48-NDA/2-2-T-35633/2025 nömrəli arxiv arayışında İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinin Naxçıvan şəhər 4 №-li uşaq bağçasında işləməsi göstərilmiş, arayışa 2006-cı il üzrə yanvar, fevral, mart, aprel, iyul, sentyabr, dekabr,2007-ci il üzrə yanvar, iyun, iyul, avqust ayları üzrə əmək haqqı almasını əks etdirən cədvəl əlavə edilmişdir.Arayışda həmçinin Naxçıvan şəhər Təhsil şöbəsinin Naxçıvan şəhər 4 №-li uşaq bağçasının 2005-2007-ci illərə dair əmr kitablar ının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq təqdim edilmiş: -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 21 iyun 2025-ci il tarixli, 3-21-2-24/2-18254/2025 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 28 avqust 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 1 yanvar 2013-cü il tarixdən 10 oktyabr 2013-cü il tarixədək aktiv fəaliyyət göstərmiş, 3 mart 2026-cı il tarixədək isə fəaliyyətini dayandırmış, hal-hazırda qanuni təmsilçisi X12r. -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “Əntiqə Abazər qızının sığorta stajları barədə” məlumatında qeyd edilmişdir ki, İddiaçı “Əmək qabiliyyət inin müvəqqəti itirilməsinə görə” müavinət ödənildiyi 21 iyun 2016-cı il tarixdən 31 avqust 2016-cı il tarixinədək olan dövrləri nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixdən hüququnun yarandığı 11 oktyabr 2016-cı il tarixinədək 8 il 11 ay, ümumilikdə isə 9 il 7 ay sığorta stajı mövcuddur. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 23 iyul 2025-ci il tarixli, 3-17-9-1/2-8898/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən 2008, 2009, 2011 və 2012-ci illər üzrə İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabına (**********346) bərpa edilmişdir. -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 sentyabr 2025-ci il tarixli, 3-17-9-1/211526/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, Əntiqə Abazər qızına 27 avqust 2016-cı il tarixli SN**********4 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında 21 iyun 2016-cı ildən 31 avqust 2016-cı ilədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmişdir. -Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsinin 17 sentyabr 2025ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı hal-hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Neyrocərrahiyyə şöbəsində 1.0 ştat vahidi kiçik tibb işçisi vəzifəsində işləyir. -Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 sentyabr 2025-ci il tarixli, 3-17-9-1/211650/2025 nö mrəli məktubunda qeyd edilmişdir ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 1 mart 2019-cu il tarixindən 160 manat, 1 oktyabr 2019-cu il tarixindən 200 manat, 1 yanvar 2022-ci il tarixindən 240 manat, 1 fevral 2023-cü il tarixindən 280 manat, 1 fevral 2025-ci il tarixindən 320 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmçinin, Qanunun 2017-ci ilin 1 iyul tarixinədək qüvvədə olan redaksiyasının 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı 4 noyabr 2016-cı il tarixli 189 nömrəli qərarla 11 oktyabr 2016-cı il tarixindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X21 rayon şöbəsi tərəfindən Qanunun 12.1-ci maddəsinin şərtlərinə əsasən İİ dərəcəli əlilliyə görə 135,39 manat əmək pensiyası təyin edilmiş, lakin əmək fəaliyyəti ilə məşğul olduğu üçün həmin dövr qüvvədə olan qanunvericiliyə əsasən 110 manat pensiyanın baza hissəsi ödənilmişdir.Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən 110 manatın (baza hissə) üzərinə 28,54 manat (sığorta hissə) əlavə ol unmuş, 31 dekabr 2017ci il tarixinədək aylıq 138,54 manat əmək pensiyası ödənilmişdir. Qeyd olunan məbləğ Qanunun 29.1-ci maddəsinə əsasən 1 yanvar 2018-ci il tarixindən 5,7 faiz indeksləşdirilərək 146,44 manata, 1 yanvar 2019-cu il tarixindən 3 faiz indeksləşdirilərək 150,83 manata, Qanunun 6-1-ci maddəsinə əsasən 1 mart 2019-cu il tarixindən 160 manata, 1 oktyabr 2019-cu il tarixindən 200 manata, 1 yanvar 2020-ci il tarixindən 16,6 faiz indeksləşdirilərək 233,20 manata, 1 yanvar 2021-ci il tarixindən 11,4 faiz indeksləşdirilək 259,78 manata çatdırılmışdır. Əlillik müddəti 30 sentyabr 2021-ci il tarixində bitdiyindən pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır.İddiaçı 1 oktyabr 2021-ci il tarixindən İİİ dərəcə əlilliyi müəyyən olunduğundan pensiyasının ödənişi həmin tarixdən 200 manat olmaqla bərpa olunmuş və 31 dekabr 2021-ci il tarixinədək ödənilmişdir.Araşdırma zamanı İddiaçı məxsus 00187990 nömrəli əmək kitabçasında qeyd olunan 3 iyun 1991-ci il tarixindən 10 iyun 2004-cü il tarixinədək “Yaycı Şərab ATSC-üzrə doldurma” sexində işləməsi faktı Qanunun 31.2-1-ci maddəsinə əsasən müvafiq arayışlarla təsdiqlənmədiyi üçün Qanunun 12.1-ci maddəsinə əsasən tələb olunan 10 il 4 ay sığorta stajının olmaması səbəbindən pensiyanın ödənişi 31 dekabr 2021-ci il tarixinə dayandırılmışdır. İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması barədə 4 noyabr 2016-cı il tarixli 189 nömrəli qərar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X21 rayon şöbəsinin pensiya təyin edən komissiyasının 10 fevral 2022-ci il tarixli 33 nömrəli qərarı ilə ləğv edilmiş və ona ümumilikdə 11299,93 manat artıq pensiya məbləği ödənildiyi məlum olmuşdur. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək 8 ay sığorta stajı, 1 yanvar 2006-cı il tarixindən 1 noyabr 2016-cı il tarixinədək 8 il 10 ay sığorta stajı, ümumilikdə isə 9 il 6 ay sığorta stajı mövcuddur. İddiaçı 27 may 2022-ci il tarixində hüququnun yarandığı 1 oktyabr 2021-ci il tarixindən hesablanmaqla İİİ dərəcəli əlilliyə görə hazırda məbləği 180 manat olan sosial müavinət təyin olunmuşdur. Həmçinin, Ə.X16 Respublikası Dövlət Sosial X21 rayon şöbəsi tərəfindən əsassız hesablanıb ödənilmiş 11299,93 manat pensiya məbləğinin 2529,40 manatı 1 iyun 2022-ci il tarixindən 31 dekabr 2023-cü il tarixinədək aylıq sosial müavinətindən tutularaq Fondun hesabına bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 10 oktyabr 2025-ci il tarixli, 1049/2025 nömrəli və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 oktyabr 2025-ci il tarixli, 04/1383 nömrəli məktublarında bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26 avqust 2002-ci il tarixli 496 saylı sərəncamına əsasən Culfa rayonu X30 Zavodunun bazasında Culfa rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Cəmiyyət 28 avqust 2002-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyində qeydiyyatından keçmiş və 1202-02/08 nömrəli şəhadətnamə almışdır. Sonrakı dövrdə Cəmiyyətin nizamnamə kapitalında dəyişiklik olduğundan 20 may 2004-cü il tarixdə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 140 saylı sərəncamı ilə dürüstləşmə aparılmış və 21 may 2004-cü il tarixdə Naxçıvan MR Ədliy yə Nazirliyində qeydiyyatından keçmişdir. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 254 may 2004-cü il tarixli 142 saylı Sərəncamına əsasən Culfa rayon "xxxx" ASC-nin səhmləri 2004-cü ildə keçirilmiş ixtisaslaşdırılmış çek və pul hərraclarında 100 faiz dəyəri ilə satılmışdır. Culfa rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini 2004-cü ilədək X17 icra etmiş, cəmiyyətin emissiya prospektində işçilərin siyahısında İddiaçı adı mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yal nız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərli yini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (...) - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur Maddə
24. İşin hallarının obyektiv araşdırılması -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan m üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (10 mart 2017-ci ilədək qüvvədə olan redaksiyası) 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər t am ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”yə görə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 2.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd ə mək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır..Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş ”Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası; 4.1. Əmək pensiyasının təyin ed ilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşd irilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.1970-cı il tarixdə Culfa rayonu, Yaycı kəndində anadan olmuş, müxtəlif illərdə bir sıra müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş və 4 noyabr 2016-cı il tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon Şöbəsi tərəfindən ona İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarı ilə təyin olunmuş əlilliyə görə əmək pensiyası ləğv olunmuş və 1 yanvar 2022-ci il tarixdən əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Qərarda əmək pensiyasının ləğv edilməsi əsası kimi iddiaçının 3 iyun 1991-ci il tarixdən 10 iyun 2004-cü il tarixədək Yaycı “Şərab ATSCüzrə doldurma” sexində və 31 dekabr 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək Naxçıvan şəhər 4 saylı uşaq baxçasında işləməsi faktının təsdiqlənmədiyi, beləliklə də 10 il 4 ay sığorta stajı tələb olunduğu halda, 4 il 3 ay sığorta stajının olması qeyd edilmişdir. İddiaçı Tahirova X14 MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin yuxarıda qeyd edilən qərarından narazı qalaraq Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş və xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Culfa Rayon X25 doldurma sexində fəhlə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixədək 4 nömrəli uşaq bağçasında dayə, xx.x x.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixdədək 4 nömrəli uşaq bağçasında dayə, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 0.5 aklad dalandar işlədiyini, xx.xx.2008-ci il tarixdən bu günədək isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında sanitarka işlədiyini bildirərək Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ondan tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, təqdim olunmuş arxiv arayışları və digər sübutlarla iddiaçının xx.xx.1991-ci il tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edildiyi 4 noyabr 2016-cı il tarixədək, ümumilikdə 20 ildən artıq əmək stajının mövcud olması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur və bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 0 mart 2017-ci ilədək qüvvədə olan redaksiyasının 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 10 mart 2017-ci ilədək qüvvədə olan redaksiyasının 12.1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 2 şərt mövcud olmalıdır: 1) şəxs əlil və ya sağlamlıq imkanları məhdud şəxs olmalı; 2) şəxsin ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuşdur. Belə ki, iş materiallarındakı sənədlərdən aydın olur ki, Naxçıvan MR Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ilkin olaraq iddiaçının əlilliyi qiymətləndirilərək onun ikinci dərəcə əlilliyi müəyyən edilmiş, həmin Komissiya tərəfindən xx.xx.2021-ci il tarixdə əlillik təkrar qiymətləndirilərək xx.xx.2021-ci il tarixli qərar əsasında müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilmişdir. İkinci şərtə münasibətdə kollegiya qeyd edir ki, İddiaçı xx.xx.1970-cı il tarixdə anadan olduğu üçün ona əlilliyə görə əmək pensiyası təyin olunduğu xx.xx.2016-cı il tarixində onun 46 yaşı tamam olmuşdur. Belə olan halda əmək qabiliyyətli yaş dövrü (46-15) 31 il təşkil etmişdir. Həmin müddətin hər tam ilinə görə 4 ay sığorta stajı hesablandıqda əlilliyə görə əmək pensiyasının təyini üçün 10 il 4 ay sosial sığorta stajı tələb olunur. Cavabdehin əsas dəlilinə görə iddiaçının 00187990 nömrəli əmək kitabçasında qeyd olunan 3 iyun 1991-ci il tarixdən 10 iyun 2004-cü il tarixədək Yaycı "Şərab ATSC-üzrə doldurma” sexində və 31 dekabr 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək Naxçıvan şəhər 4 saylı uşaq bağçasında işləməsi faktının Qanunun 31.2-1-ci maddəsinə əsasən müvafiq arayışlarla təsdiqlənmədiyi üçün ona əlilliyə görə əmək pensiyasının təyini üçün tələb olunan 10 il 4 ay sığorta stajı tələbi ödənilmir. Əlavə olaraq cavabdeh qeyd etmişdir ki, 2008, 2009, 2011 və 2012-ci illər üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında İddiaçı sosial sığorta nömrəsi düzgün göstərilmədiyindən xeyrinə ödənilən MDSS haqları başqa hesaba köçürülmüş, bu səbəbdən həmin illərdə iddiaçının fərdi şəxsi hesabında heç bir məlumat əks olunmamışdır. Kollegiya tərəfindən apellyasiya şikayətinə baxılan zaman İddiaçı Naxçıvan MR Xəstəxanasında işlədiyi 2008, 2009, 2011 və 2012-ci illər üzrə fərdi şəxsi hesabının bərpası məqsədilə zəruri sənədlərin Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi təmin edilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən 2008, 2009, 2011 və 2012-ci illər üzrə Əntiqə Abazər qızının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabına (**********346) köçürülmüşdür. Kollegiya qeyd edir ki, Naxçıvan MR Dövlət Arxivi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 03 mart 2025-ci il tarixli, 3-48-NDA/2-2-T35633/2025 nömrəli arxiv arayışı ilə İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinin Naxçıvan şəhər 4 №-li uşaq bağçasında işləməsi, 2006-cı il üzrə yanvar, fevral, mart, aprel, iyul, sentyabr, dekabr, 2007-ci il üzrə yanvar, iyun, iyul, avqust ayları üzrə əməkhaqqı alması təsdiq edilmişdir.. Cavabdeh tərəfindən təqdim edilmiş sığortaolunan İddiaçı fərdi hesabından da görünür ki, 2006-cı və 2007-ci illər üzrə iddiaçıya əməkhaqqı ödənildiyi müvafiq aylar (11 ay) üzrə sığortaedən Naxçıvan şəhər Təhsil şöbəsi tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənildiyindən həmin müddət sığorta stajı kimi nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2008-ci il tarixdən (Əmr № 131) Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin LOR şöbəsinə kiçik tibb işçisi vəzifəsinə təyin edilmiş və xx.xx.2016-cı il tarixdə (Əmr № 01) həmin xəstəxananın Cərrahiyyə şöbəsinə palatalar üzrə sanitarı vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə (Əmr N2 311/152) xəstəliyi nəzərə alınaraq həmin vəzifədən azad edilmiş, xəstəxananın Neyrocərrahiyyə şöbəsinə palata üzrə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda həmin şöbədə palata üzrə sanitar vəzifəsində işləyir. Həmçinin iş materiallarına əlavə edilmiş arxiv arayışında iddiaçının 2008-2016-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl də göstərilmişdir. 2008, 2009, 2011 və 2012-ci illər üzrə Əntiqə Abazər qızının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabında bərpa edilməsindən sonra Naxçıvan MR Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kollegiyaya təqdim edilmiş sığortaolunan İddiaçı fərdi hesabından görünür ki, sığortaedən Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən sığortaolunan İddiaçı adına 2008-ci ilin iyun ayından başlayaraq 2016-cı ilin noyabr ayına qədər hər ay üzrə sosial sığorta haqqı ödənmişdir. Həmçinin, cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı 27 avqust 2016-cı il tarixli SN**********4 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında 21 iyun 2016-cı ildən 31 avqust 2016-cı ilədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş və həmin dövr də iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə əsas mübahisəli məsələ iddiaçının xx.xx.1991ci il tarixdən x x.xx.2004-cü il tarixə qədər X23 fəhlə kimi işlədiyi illərin cavabdeh tərəfindən iddiaçının iş stajı kimi qəbul edilməməsidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdə aparılan qeydlərin latın qrafikası ilə yazıldığını, latın qrafikalı möhürdən istifadə edildiyini, iddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2004-ci il tarixədək X23 işləməsi faktının digər sənədlərlə-əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri ilə öz təsdiqini tapmadığını göstərir. Kollegiya yuxarıda göstərilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş arxiv arayışı ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1991-ci il tarixli 23 №-li əmrlə Culfa rayon X27 fəhlə qəbu l edilmiş, 1991-ci ilin iyun,iyul,oktyabr,noyabr,dekabr ayları üzrə,1992-ci ilin yanvar,mart,aprel ayları üzrə əmək haqqı almışdır. İddiaçı ilə eyni müəssisədə işləmiş və birinci instansiya məhkəməsinə şahid qismində dindirilmiş X10 ifadəsində 1991-ci ildən 1996-cı ilə qədər Culfa rayon X23 direktor vəzifəsində, 1996-cı ildə direktor vəzifəsindən azad olunandan sonra 1998-ci ilə qədər Culfa rayon X23 istehsalat müdiri olaraq işlədiyini, Culfa rayon Yaycı Şərab doldurma zavodunda işlədiyi dövrdə iddiaçının orada işlədiyini, o, işdən çıxandan sonra iddiaçının orada işləməsini davam etdirdiyini, sonradan hansı tarixədək işləməsi barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X4 məxsus əmək kitabçasındakı qeydlərlə onun xx.xx.1990-cı il tarixli əmrlə X27 direktor v əzifəsinə təyin edilməsi, xx.xx.1996-cı il tarixli, 06 nömrəli əmrlə həmin vəzifədən azad edilməsi, 1996-cı ildə direktor vəzifəsindən azad olunandan sonra 1998-ci ilə qədər Culfa rayon X23 istehsalat müdiri olaraq işləməsi təsdiq olunur. Cavabdehin apellyasiya şikayətində iddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdə aparılan qeydlərin latın qrafikası ilə yazıldığını,möhürün latın qrafikalı olduğunu, həmin vaxt latın qrafikası ilə əlifbadan istifadə olunmadığı üçün əmək kitabçasının sonradan tərtib olunduğuna görə onun mötəbərliyinə şübhə yaranması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının Culfa rayon X27 xx.xx.1991-ci il tarixli 23 №-li əmrlə fəhlə qəbul edilməsi barədə əmək kitabçasında olan qeydlər arxiv arayışı ilə öz təsdiqini tapır. İddiaçının əmək kit abçasında onun xx.xx.2004-ci il tarixli 02 nömrəli əmrlə Yaycı Şərab ATCS üzrə doldurma sexinin fəhləsi olaraq ərizəsi əsasında işdən azad olunması qeyd edilərək möhürlə təsdiqlənmiş, lakin arxiv arayışına əsasən həmin müəssisənin 2003-2004-cü illər üzrə əmr kitabları Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun işdən çıxması barədə əmri əldə etmək mümkün olmamışdır.Bu baxımdan əmək kitabçasının mötəbərliyi sübhə doğurmur. Həmçinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 10 oktyabr 2025-ci il tarixli, 1049/2025 nömrəli və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 oktyabr 2025-ci il tarixli, 04/1383 nömrəli məktublarından aydın olur ki,Culfa rayonu Yaycı kəndində yerləşən "xxxx" zavodu 1973-cü ildən 1998-c i ilə qədər fəaliyyət göstərmiş, daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 26 avqust 2002-ci il tarixli 496 saylı sərəncamına əsasən Culfa rayonu X30 Zavodunun bazasında Culfa rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyəti təsis edilərək fəaliyyətini davam etdirmiş,Culfa rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini 2004-cü ilədək X17 icra etmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən,həmin vaxt Yaycı şərab ATCS-nin sədri olmuş X13 pensiya işindəki məlumatlardan görünür ki, onunla bağlı verilmiş arxiv arayışında 1994, 1997, 1998, 1999, 2000-ci illərə aid X25 əməkhaqqı cədvəllərinin Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilərək onun həmin illərdə əməkhaqqı almasına aid sənədlər təqdim edilmə miş, buna baxmayaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən ona əmək pensiyası təyin edilərkən onun Culfa rayon X23 işlədiyi müddətlər də əmək stajına daxil edilmişdir. Belə olan halda hazırkı iş üzrə İddiaçı həmin müəssisədə işlədiyi illərin onun əmək stajı kimi qəbul edilməməsi iddiaçının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, həmin maddəyə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan bu kimi hallar iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. İddiaçının yuxarıda qeyd olunan müəssisə və təşkilatlardakı əmək fəaliyyəti onun əmək kitabçası, arxiv arayışları, şahid ifadəsi və digər sənədlərlə təsdiq olunur. Bununla yanaşı müəssisənin əməkhaqqı cədvəllərində bəzi vaxtlarda iddiaçının adına əməkhaqqının yazılmaması və ya əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi, eləcə də ödənilmiş əməkhaqqı məbləğindən məcburi dövlət sosial sığorta haqlarının tutulmaması iddiaçının məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən hallar iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal onun sosial təminat hüququna münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı yuxarıda qeyd olunan tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, ona cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunaraq ödənilmiş, iddiaşı inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir. Yaranmış etimad hüququ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən qanunla qorunur. Belə olan halda, inzibati orqanın iddiaçının əmək pensiyası almaq hüququndan məhrum etməsi inzibati orqan tərəfindən etimad hüququnun qorunması prinsipinin pozulmasına səbəb olmuşdur. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdıran kollegiya qeyd edir ki, iddiaçıya münasibət də 4 noyabr 2016-cı il tarixdən etibarən əlilliyə görə əmək pensiyasının təyin olunması üçün zəruri olan dispozisiya şərtləri mövcud olmuşdur. Belə ki, İddiaçı izahatından, iş materaiallarına əlavə edilmiş arxiv arayışlarından və digər sənədlərdən, eləcə də iddiaçı ilə eyni yerdə, X23 işləmiş şahid ifadəsindən aydın olur ki, iddiaçı X23, Naxçıvan şəhər 4 №-li uşaq bağçasında, Naxçıvan Muxtar Respublika Xəstəxanasında işləmiş və ümumilikdə onun tələb olunan 10 il 4 aydan artıq sığorta stajı mövcud olmuşdur. Belə olan halda iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Həmçinin Kollegiya qeyd edir ki,iddiaçıdan 1 iyun 2022-ci il ta rixdən 31 dekabr 2023-cü il tarixədək 2529,40 manat pulun tutulması da qanunsuz olmuşdur.Belə ki,iddiaçıdan pulun tutulması ilə əlaqədar onun razılıq ərizəsi cavabdeh tərəfindən təqdim edilməmiş, həmçinin onun pensiya işinə baxış keçirilərkən də belə bir ərizə aşkar olunmamışdır. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1.cu maddəsinin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Alınmış sorğuya cavabdan aydın olur ki,iddiaçıya “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə” 21 iyun 2016-cı il tarixdən 31 avqust 2016-cı il tarixədək müavinət ödənilmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan R espublikası Qanununun 21.2.9cu maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinətin alındığı müddət sığortaolunanın sığorta stajına daxil edildiyindən həmin müddət də iddiaçının sığorta stajı kimi nəzərə alınmışdır. Apellyasiya şikayətinin dəlillərindən biri kimi göstərilmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə pensiya təyin olunması üçün ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissə sində qeydə alınmış pensiya kapitalı olmalıdır. Həmin dəlili əsassız hesab edərək kollegiya qeyd edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunduğu 4 noyabr 2016-cı il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2017-ci il 10 mart tarixinədək qüvvədə olan 12.1-ci maddəsində göstərilirdi ki, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi həmin dövrdə qüvvədə olmuş Qanunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti mövcud olmamışdır. Ona görə də iddiaçıya ə lilliyə görə əmək pensiyası təyin edilən zaman onun hüququnun yarandığı 4 noyabr 2016-cı il tarixdə qüvvədə olmuş qanunvericiliyin norması tətbiq olunmalıdır. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək stajı ilə bağlı göstərilən müddətlər bir-biri ilə ziddiyyət təşkil etmiş, iddiaçının əmək stajı ilə bağlı dəqiq müddət müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətində iddiaçının cəmi 6 il 2 ay sığorta stajının, iddiaçı və birinci instansiya məhkəməsinə ünvanlanmış məktublarda 4 il 3 ay sığorta stajının, 17 sentyabr 2025-ci il tarixli, 3-17-91/2-11650/2025 nömrəli məktubunda 9 il 6 ay sığorta stajının, “Əntiqə Abazər qızının sığorta stajları barədə” məlumatında 9 il 7 ay sığorta stajının olduğu göstərilmişdir. Göründüyü kimi cavabdeh orqan ilkin olaraq iddiaçının 4 il 3 ay sığorta stajının olması əsası ilə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasını ləğv etsə də, həmin sığorta stajını sonradan 6 il 2 ay, 9 il 6 ay və son olaraq isə 9 il 7 ay hesablamış, cavabdehin nümayəndəsi son məhkəmə iclasındakı izahatında iddiaçının 9 il 7 ay sığorta stajının olmasının müəyyən edildiyi bildirmişdir. Qeyd edilən bütün bu hallar onu göstərir ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmamış,işin halları obyektiv araşdırılmamış, ziddiyyətli məqamlar aydınlaşdırılmamış və bütün bunlar iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. - 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxla ya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)223/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85. 1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)-223/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2-1(122)-223/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.