Məhkəmə qərarları › İş №2-1(108)-65/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-65/2024

20.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-65/2024 20.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı istifadə edilməmiş illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2-1(122)-230/2024 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizəni və apellyasiya şikayət ini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər orqanları sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim H.Muradov) 03 aprel 2024-cü il tarixli, 2-1(122)-230/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin iddiaçı apellyasiya şikayətinə buraxılmış pros essual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 21(122)-230/2024 nömrəli qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı poçt vasitəsilə əvvəllər Bakı şəhərində müvəqqəti yaşadığı ünvana göndərmiş və o, həmin qərardadın surətini əldə etməmişdir. Onun müraciəti əsasında birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı ona təqdim etmişdir. İşdə olan qərardadın ona təqdim edilməsi barədə ərizə və qərardadın surətinin ona təqdim edilməsi barədə yazılı məlumat onun tərəfindən yazılmış və onun tərəfindən imzalanmışdır. O, həmin ərizəni və məlumatı özü yazsada, həmin günü stress vəziyyətində olmuş və qərardadı ona təqdim etmiş məhkəmə işçisinin sözləri əsasında yazmışdır. Həmin ərizə və məlumatın tarixi 24 aprel 2024-cü il göstərilsədə onlar həmin tarixdə deyil, 8-9 gün sonrakı tarixdə yazılmışdır. Ona görə də o, müddəti ötürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş mate riallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadının surəti 06 aprel 2024-cü il tarixdə iddiaçının iddia ərizəsində faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 2çt vasitəsilə rəsmi qaydada göndərilmiş və həmin ünvana çatdırılmışdır. Lakin rabitə orqanının vəzifəli şəxsi tərəfindən “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”də poçt göndərişini alan şəxsin adı və ona təqdim edilmə tarixi qeyd edilməmişdir (İş vərəq 106). Bundan sonra İddiaçı 24 aprel 2024-cü il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12/52b ünvanında yaşamadığını, daimi olaraq Naxçıvan şəhərində yaşadığını bildirmiş və qərardadın surə tinin ona təqdim olunmasını xahiş etmişdir (iş vərəq 108). İş materiallarında olan iddiaçının öz əl yazısı ilə tərtib etdiyi 24 aprel 2024-cü il tarixli məlumatdan görünür ki, 03 aprel 2024-cü il tarixli qərardadın surətini 24 aprel 2024cü il tarixdə almışdır (iş vərəq 109). Həmin əl yazısı məhkəmə iclasında iddiaçıya təqdim edilmiş, imza və xəttin ona məxsus olduğu iddiaçı tərəfindən təsdiq edilmişdir. Bununla belə iddiaçı, qohumunun şəhid olması ilə əlaqədar stress vəziyyətində olduğunu, onun bu vəziyyətindən istifadə olunaraq qərardadın ona təqdim edilməsi barədə məlumatın 8-9 gün əvvəlki tarixə tərtib etdirildiyini, yəni qərardadı ona təqdim etmiş şəxsin sözlərini olduğu kimi öz əl yazısında qeyd etdiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən qərardadın 24 aprel 2024-cü il tarixdə dey il, həmin tarixdən sonrakı tarixlərdə, yəni daha gec alınmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəmə kollegiyasına təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadı 24 aprel 2024-cü il tarixdə İddiaçı rəsmi qaydada təqdim olunmuşdur. Belə olan halda qərardaddan apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin sonuncu günü 04 may 2024-cü il tarix qeyri-iş gününə təsadüf etdiyindən, şikayətin verilməsi üçün sonuncu gün 06 may 2024-cü il tarix hesab olunur. Lakin apellyasiya şikayəti 16 may 2024-cü il tarixdə poçt şöbəsinə təqdim edilmiş və 17 may 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Lakin iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80- ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 21(122)-230/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar