Məhkəmə qərarları › İş №2-1(108)-68/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-68/2025

11.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-68/2025 11.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 22 aprel 20 25-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 14 mart 2025-ci il tarixli ərizə təqdim edərək iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 14 mart 2025-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsi əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MRnın İnzibat i Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(122)-294/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin xx.xx.2024-ci il tarixli **********218800 nömrəli vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə qərarına əsasən İddiaçı Vergi Məcəlləsinin müddəalarına əsasən gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlar əsasında gəlir vergisi hesablanmışdır. Naxçıvan MR İnzibati Məkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(122)-294/2025 nömrəli qərarında ümumiyyətlə məsələyə aidiyyatı üzrə toxunulmadığını, ASAN DOC proqramı asan imza ilə imzalanan bütün elektron sənədlərin etibarlılığını yoxlamaq üçün istifadə olunan rəsmi mənbədir. ASAN DOC proqram təminatının rəsmi qəbul edilmədiyini, vergi orqanlarında elektron kargüzarlığın aparılması üçün istifadə edilən AVİS və digər program təminatlarının qanunvericiliyə zidd olmasını təsdiq edən hal yoxdur. Qeyd olunan sənədin imzalanması üçün imza sahibi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Rəqəmsal İD kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında **********7 nömrəli (VÖEN:**********) müqavilə bağlanmışdır.Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilədə “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikası Qanunu nun maddələrinə istinad olunmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Rəqəmsal İD kart dedikdə, elektron imza yaratma vasitələrinin təhlükəsizliyi baxımından “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikası Qanununun və digər aidiyyatı hüquqi aktların tələblərinə uyğun gələn elektron imza vasitəsi başa düşülür. Deməli, Rəqəmsal İD kart “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına tam uyğundur və elektron imza vasitəsidir. Rəqəmsal İD sözünün ingilis dilinə tərcüməsində “Digital identification card” mənasını ehtiva etdiyini aşkar görmək mümkündür. Belə ki “identification” sözünün azərbaycan dilinə tərcümədə obyektə aid olduğu halda, “eyniləşdirmə” şəxsə aid olduğu halda isə “şəxsiyyəti müəyyən etmə” mənalarına gəldiyini mü əyyən etmək olduqca asandır. Nəhayət, anlayışdan da göründüyü kimi Rəqəmsal İD imza sahibini identikləşdirməyə imkan verən gücləndirilmiş imzadır. “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4cü bəndinə əsasən elektron imza, imza sahibini identifikləşdirməyə imkan verməlidir. Beləliklə Rəqəmsal İD kartın imza sahibini identifikləşdirməyə imkan verməsi yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqin tapmışdır. Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) – autentifikasiya və mobil SİM ( Asan İmza) və elektron (Rəqəmsal İD-kart) smart kartlar üçün elektron imza sertifikatlarını təqdim edən, həmçinin digər xidmətləri həyata keçirən, dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və hüquqi baxımdan vacib olan elektron imzaların istifadə sini təmin edən Sertifkat Xidmətləri Mərkəzi hesab edilir. Naxçıvan MR İnzibati Məhkəməsinin yekun qərarında məhkəmə qərarın gücləndirilmiş elektron imza vasitəsilə imzalanmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Halbuki, sözügedən müqavilə elektron məhkəmə informasiya sistemi vasitəsilə şəxsi kabinetə yerləşdirilmiş və buna hər hansı münasibət məhkəmə tərəfindən bildirilməmişdir. Sənədin elektron imza ilə imzalanması və imza sahibini identikləşdirilməsi tərəfimizdən tam sübut edilmişdir. Məhkəmənin yekun qərarında yanaşdığı digər bir məsələ isə qərarda “kriptokrafik kod”un olmamasıdır. Qanunvericilikdə qərarın sonunda kriptokrafik kodun olmasını zəruri edən hər hansı maddi və ya prosessual hüquq norması mövcud deyildir. Şikayətin hüquqi cəhətdən əsaslandı rılması üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nə, “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması” qaydalarına, “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində vergi hesablanması barədə qeyd olunan qərarın səlahiyyətli şəxs tərəfindən qəbul edilməsinə münasibət bildirilməmişdir Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə ə sasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(122)- 294/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı və vəkili Vəkil2 izahatlarında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)294/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tə ləblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb şikayət məhkəmə qərarının ləğvinə yönəldiyindən qərarın qanuniliyi və əsaslılığını,həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin d əlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03 avqust 1967-ci ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Əraz i Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 1013 nömrəli arayışdan görünür ki, Əsgərov X2 şəhəri, 11-ci məhəllə, ev 24 ünvanında yaşayır. - Cavabdeh tərəfindən kollegiyaya təqdim edilmiş vergi ödəyici barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.2007-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası üzrə 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərəfindən İddiaçı göndərilmiş vergi borcunun ödənilməsinə dair 18 aprel 2024-cü il tarixli, **********0 nömrəli bildirişdən görünür ki, İddiaçı 18 aprel 2024cü il tarixinə ümumilikdə 8933.23 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərardan aydın olur ki, İddiaçı 9940.46 manat məbləğində gəlir vergisi hesablanmışdır. - Vergi ödəyicisinin fəaliyyət növü barədə 05 iyun 2024-cü il tarixli, **********472900 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən ********* saylı VÖEN-lə Naxçıvan MRnın İqtisadiyyat Naziliyinin yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmiş və “4719201 - Qızılı pərakəndə satışı” fəaliyyət növü ilə məşğul olur. - “X14” MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli, 17 nömrəli arayışdan məlum olur ki, İddiaçı (VÖEN ********** ) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 200362.62 azn dəyərində "X14" MMC-də n mal alışı etmişdir. - Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə 17 aprel 2024-cü il tarixli, **********249800 nömrəli qərardan görünür ki, İddiaçı tərəfindən 2023-cü il Gəlir vergisi hesabat(lar) və arayış(lar) əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 31 iyul 2024-cü il tarixli, **********430400 nömrəli məktubla İddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2024-cü illər ərzində elektron qaimə-faktura ilə əldə edilən ərzaq malları barədə məlumat məhkəməyə göndərilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 sentyabr 2024-cü il tarixli, **********804000 nömrəli məktubda göstərilmişdir ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesa blanması Qaydaları”na uyğun olaraq hesablaya bilər. İddiaçı 2023-cü il üzrə gəlir vergisi bəyannaməsini təqdim etməmişdir. Eyni zamanda 2023-cü ildə “X14" MMC şirkətindən elektron qaimə-faktura ilə əldə etdiyi ərzaq mallarının satışını elektron qaimə-faktura və ya nəzarət kassa aparatı vasitəsilə deyil, sənədsiz qaydada həyata keçirdiyindən malların hansı təsərrüfat subyektindən (obyektdən) satdığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq ona vergi hesablanmışdır. Vergi ödəyicisinin vergi orqanlarında qeydiyyatda olan obyektləri barədə məlumatlar və 2024-cü ilin yanvar ayından aprel ayınadək vergi orqanları tərəfindən ödəyici barədə verilən qərar və bəyannamə məktuba əlavə olunmuşdur. - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 24 aprel 2024-cü il tarixli, **********527300 nömrəli qərardan aydın olur ki, Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - 20 aprel 2023-cü il tarixli, MNAX86 nömrəli satıcı “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun şəxsində X5 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə pərakəndə satış həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları (bundan sonra “mal” adlan dırılacaq) satır, alıcı isə həmin malı alır və özünə məxsus ticarət obyektində müvafiq düzülüşlə rəflərdə yerləşdirərək satışını həyata keçirir. - Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli, 1343 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 20 aprel 2023-cü il tarixli, MNAX86 nömrəli alqı-satqı müqaviləsinin sonunda "ALİCİ" qrafasında "İMZA:" sözü önündəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslə rin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlər ini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığor ta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 10.0 - 10.0.3-cü maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. - 24.1.1 və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa ç atdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 70.2-ci vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onlar ın surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir:... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən e lektron imza; 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2-ci maddəsinə əsasən elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəb ul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həm in inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Kollegiya qeyd edir ki, hazırkı inzibati mübahisənin predmeti Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilmiş 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərardır. Həmin qərara əsasən İddiaçı 9940.46 manat məbləğində gəlir vergisi hesablanmışdır. İş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilmiş müvafiq qərarın ləğv edil məsidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisələndirilən inzibati aktı qəbul etmək səlahiyyətinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmasına baxmayaraq, həmin inzibati aktın Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və bəyannəmələrə və büdcə proqnozlarına nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilməsinə, həmçinin mübahisələndirilən qərarın həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamaqla elektron sənəd kimi tərtib edilməməsinə, eyni zamanda qərar gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, qərarın həqiqiliyinin müəyyən edilməsi nin mümkün olmamasına istinad etmişdir. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir: Naxçıvan Muxtar Respublikası X11 2023-cü il 29 dekabr tarixli 225-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5-ci bəndinə əsasən əmr və sərəncam formasında qeyrinormativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul etmək səlahiyyəti yalnız həmin xidmətin rəisinə məxsusdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi: 5.3. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası X11 vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarını n həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır. 5.4. X8 Respublikası X11 vəzifəyə təyin və vəzifədən azad etdiyi 2 (iki) müavini vardır. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. 5.5. Rəis:... 5.5.3. Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir;... 5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; 5.5.12. Nazirliklə razılaşdırmaqla, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrini n müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər; Mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərar Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi Rəşad Rzayev tərəfindən qəbul edilmişdir. Həmin idarənin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, idarənin strukturuna daxil olan şöbələrin hüquq və vəzifələri və s. Naxçıvan MR İqtisadiyyat Nazirinin 03 aprel 2024-cü il tarixli 90 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının İqtisadi təhlil, bəyannamələrə və büdcə pr oqnozunun icrasına nəzarət İdarəsinin” düzgünlüyü təsdiq ediməklə iş materiallarına əlavə edilmiş Əsasnaməsi ilə tənzimlənir. Qeyd olunan Əsasnamənin 5.0.7-ci bəndində həmin idarə rəisinin səlahiyyətləri ayrıca göstərilmiş, lakin həmin səlahiyyətlər sırasında onun vergi ödəyicilərinə münasibətdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmasına dair qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. İş materiallarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi tərəfindən Xidmətin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi Rəşad Rzayevə müvafiq qərarı qəbul etmək səlahiyyətinin verilməsini təsdiq edən sübutlar müəyyən olunmur. Cavabdehin nümayəndəsinin izahatına görə Xidmət rəisi tərəfindən İdarə rəisinə belə bir səlahiyyət verilməmişdir. Göründüyü kimi mübahisələndirilən qərar səlahiyyətli şəxs, vergi orqanının rəhbəri (onun müavini) tərəfindən deyil, səlahiyyətli olmayan şəxs tərəfindən qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsas ən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. - 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ün vanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əlve rişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Kollegiya apellyasiya şikayətində göstərilən qeyd olunan sənədin imzalanması üçün imza sahibi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Rəqəmsal İD kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında **********7 nömrəli (VÖEN:**********) müqavilə bağlanmasını, Rəqəmsal İD kartın “Elektron sənəd və elektron imza haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına tam uyğun olması və elektron imza vasitəsi olması dəlilinə münasibətdə qeyd edir ki, göstərilən dəlil əsassızdır. Belə ki, bu həmin rəqəmsal İD kartdan istifadə edilməklə mübahisələndirilən qərarın məhz gücləndirilmiş elektron imza ilə imzalanmasını təsdiq edən sübut kimi qəbu l edilə bilməz. Həmçinin müvafiq qərar kriptoqrafik təsdiqləmə elementi ilə də təmin olunmadığı üçün onun autentikliyinin və mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Həmçinin, apellyasiya şikayətində göstərilən Naxçıvan MR İnzibati Məkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(122)-294/2025 nömrəli qərarında ümumiyyətlə məsələyə aidiyyatı üzrə toxunulmaması dəlilini müzakirə edərək əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi nəticəsinə gəldiyindən həmin qərarın mahiyyətinə aid məsələlərin araşdırılmasına zərurət olmamışdır. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərarından cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştira kçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar