Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-69/2025 14.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa ed ilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(122)-505/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MRnın İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X18 həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(122)-505/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(122)-505/2025 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən mağaza-1 5 kv.m sahə Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən ona verilmişdir. Qeyd edilən ərazidə Ordubad Rayon Memarlıq və Tikinti işləri Şöbəsinin müəyyən etdiyi plan və texniki şərtlərə uyğun mağaza inşa edilərək 2002-ci il tarixdən istifadəsinə götürülmüşdür. İddia tələbinin əsası olaraq təqdim edilən bu kimi hüquq müəyyənedici sənədlər məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır, həmçinin, ona məxsus 47 kv.m ibarət mağazanın söküntüsü ilə bağlı dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı Ordubad Rayon İcra Hakimiyyətinə qarşı irəli sürdüyü iddianın predmeti ilə hazırkı iddia tələbində göstərilən predmetlə-mağazanın yerləşdiyi ərazilər baxımından hər hansı eyniləşdirmə aparılması mümkün deyildir. 2023-cü ildə Ordubad Rayon İcra Hakimiyyətinə qarşı irə li sürdüyü iddia tələbinin predmetini ona məxsus mağazanın söküntüsü nəticəsində dəymiş ziyanın ödənilməsi olmuşdur, hazırki məhkəmə icraatında fərqli cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələblə, eləcə də bu tələbin hüquqi əsası ilə 2023-cü ildə Ordubad Rayon İcra Hakimiyyətinə qarşı irəli sürülmüş iddianın növü və predmeti arasında hər hansı eyniləşdirmənin aparılması mümkün deyildir. İddiaçı şikayətini hüquqi cəhətdən əsaslandırmaq məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 26.2-ci, 29-cu, 60.1-ci maddələrinə istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 21(122)-505/2025 nömrəli qəra rdadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin nümayəndəsi X5 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(122)-505/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə gör ə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apel lyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Nəcəfov X 13 Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən ona Ordubad şəhərində yeni ticarət mərkəzində mağaza tikintisi üçün 15 kv.m torpaq sahəsi ayrıldığını, müvafiq torpaq sahəsi üzərində Ordubad Rayon Memarlıq və Tikinti işləri Şöbəsinin müəyyən etdiyi plan və texniki şərtlərə uyğun mağaza inşa etdiyini, tikilinin sxematik planının Ordubad Rayon Memarlıq və Tikinti işləri Şöbəsinin baş memarı tərəfindən təsdiq edildiyini, 2002-ci il tarixdən istifadəsinə götürdüyünü, bu günədək həmin mağazadan mülkiyyət hüququ əsasında istifadə etdiyini göstərib mağazaya mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakı n Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin üzərinə qoyulmasını tələb edir. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi iddiaçının mağaza üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan əmlak tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aiddir. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan obyektlərin qeydiyyatı üçün torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış lahiyə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı tələb olunur. Təqdim edilən sənədlər qanunun tələbinə cavab vermədiyi üçün hüquqların qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyil. İş materiallarında olan Naxçıvan MR Nazirlər Kabinetinin Ordubad şəhərində müasir tipli ticarət mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında 20 iyul 2001-ci il tarixli, 84 nömrəli qərarında göstərilmişdir ki, Ordubad rayon İcra Hakimiyyəti başçısının 2001-ci il 17 iyul tarixli 60 nömrəli sərəncamı və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2001-ci il 17 iyul tarixli 7 nömrəli rəyinə əsasən Ordubad rayon əhalisinə nümunəvi ticarət xidməti göstərilməsi məqsədilə rayonda müasir tipli ticarət mərkəzinin tikintisi üçün X9 istifadəsiz qalmış ərazisinin Cənub hissəsindən 0,8 hektar torpaq sahəsi ayrılsın və həmin sahə rayonda müasir tipli ticarət mərkəzinin tikintisi üçün əvəzsiz olaraq Ordubad rayon İcra Hakimiyyətinin istifadəsinə verilsin. İş materiallarında olan Ordubad Rayon İcra Hakimiyyətinin 12 fevral 2025-ci il tarixli, 525/2-67/2025 nömrəli məktubundan görünür ki, İddiaçı sənədləşdirmək üçün iddia etdiyi mağaza Ordubad şəhər Bazarına aiddir. Tikintisi Dövlət tərəfindən aparılıb, Bazar dövlət mülkiyyətindədir. Həmin mağaza icarə müqaviləsi əsasında istifadədədir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 fevral 2009-cu il tarixli 7/96 nömrəli məktubu əsasında yeni tikilmiş Ordubad şəhər Bazarı Rayon İcra Hakimiyyətinin balansına təqdim edilmişdir. Ordubad Rayon İcr a Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli 11 nömrəli Sərəncamı əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 fevral 2009-cu il tarixli 7/96 nömrəli məktubu nəzərə alınaraq ******* manat smeta dəyərində yeni tikilmiş Ordubad şəhər bazarı Rayon İcra Hakimiyyətinin balansına alınmışdır. Həmin sərəncamla bazarın icarəyə verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi qarşısında məsələ qaldırılmışdır. 20 fevral 2009cu il tarixdə Ordubad şəhər Bazarı Nazirliyi ilə X12 arasında bağlanmış Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 45 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Hazırda həmin bazar dövlət mülkiyyəti olaraq1685,4 kv.m ümumi sahə ölçüsündə Dövlət əmlakının (qeyri-ya şayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi əsasında X3 icarəsindədir. İş materiallarında olan “Dövlət əmlakının icarəyə verilməsi haqqında” 07 nömrəli, 23 yanvar 2025-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi ilə icarəçi X7 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən Ordubad şəhəri, H.Əliyev prospektində yerləşən, ümumi sahəsi 1685.4 kv.m təşkil edən, Ordubad Rayon İcra Hakimiyyətinin balansında olan qeyri yaşayış sahəsi (Mərkəzi Bazar) xidmət və ticarət məqsədilə 1 il müddətində onun icarəsinə verilmişdir. İş materiallarında olan Ordubad rayon İcra Hakimiyyəti başçısının 2009-cu il 19 fevral tarixli, 11 nömrəli “Ordubad şəhər bazarının balansa götür ülməsi haqqında” Sərəncamından görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 17 fevral 2009-cu il tarixli 7/96 nömrəli məktubunu nəzərə alaraq ******* manat smeta dəyərində yeni tikilmiş Ordubad şəhər Bazarı Ordubad Rayon İcra Hakimiyyətinin balansına götürülmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz sayarkən ona istinad etmişdir ki, iddiaçının iddia etdiyi sahəsi 15 kv.m deyil,17,64 kv.m olan mağaza Ordubad rayon İcra hakimiyyətinin balansında olan yeni tikilmiş Ordubad şəhər bazarında yerləşməklə dövlət mülkiyyəti olan bazar kompleksini icarə müqaviləsi əsasında icarəyə götürmüş X7 tərəfindən X1 verilmiş, mübahisə predmeti olan mağaza iddiaçının istifadəsində və ya mülkiyyətində olmamışdır. Həmçinin məhk əmə ona əsaslanmışdır ki, iddiaçının ona məxsus ümumi sahəsi 47 kv.m olan 3 mağazanın qanunsuz sökülməsinə görə kompensasiya tələbi üzrə Ordubad rayon İcra Hakimiyyəti tərəfindən 200 kv.m torpaq sahəsi ilə təmin edildiyindən iddiaçı iddiadan imtina etmiş və bu əsasla xx.xx.2023-cü ildə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkə tləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki,“...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verə n şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. (8.6-cı bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); Həmin Qərarın 15.5, 15.6-cı bəndlərində göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; b aşqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya apellyasiya şikayətində göstərilən “iddiaçının 2023-cü ildə Ordubad Rayon İcra Hakimiyyətinə qarşı irəli sürdüyü iddia tələbinin predmetinin ona məxsus mağazanın söküntüsü nəticəsində dəymiş ziyanın ödənilməsi olması, hazırki məhkəmə icraatında fərqli cavabdehə qarşı irəli sürdüyü tələblə 2023-cü ildə Ordubad Rayon İcra Hakimiyyətinə qarşı irəli sürülmüş iddianın növü və predmeti arasında hər hansı eyniləşdirmənin aparılmasının mümkün olmaması” dəlilini müzakirə edərək əsassız hesab edir. Belə ki, Naxçıvan MR İnzibati Məhkəməsində əvvəl baxılmış 2-1(122)-1253/2023 inzibati işdə olan və hazırki iş materiallarına əlavə edilmiş sənədlərin surətindən aydın olur ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək iddia ərizəsində 1996-cı ildə cəmdə ölçüsü 32 kv.m olan 2 mağaza tikdiyini,2001-ci ildə isə sahəsi 15 kv.m olan mağazanı icazə alaraq tikməyə başladığını,2007-ci ildə işlətdiyi 2 mağazasının və tikintisi başa çatmış, lakin fəaliyyətə başlamamış 3-cü mağazasının qanunsuz olaraq söküldüyünü, mağazalarının sökülməsi qarşılığında ona heç bir vəs aitin ödənilmədiyini göstərib Ordubad şəhərində yerləşən ona məxsus ümumi sahəsi cəmdə 47 kv.m olan 3 mağazasının qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bugünkü qiymətlərlə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmiş, sonradan məhkəməyə imzası notarial qaydada təsdiq edilən xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək cavabdeh tərəfindən tikilisinin yenidən bərpa edilməsi üçün Ordubad şəhərində 200 kv.m torpaq sahəsi ilə təmin olunduğu üçün iddiasından imtina etməsini göstərib iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən Naxçıvan MR İnzibati Məhkəməsin xx.xx.2023-cü il tarixli, 2-1(122)-1253/2023 nömrəli qərardadı ilə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarından göründüyü kimi iddiaçı əvvəl baxılmış inzibati iş üzrə ərizə verərək ümumi sahəsi cəmdə 47 kv.m olan 3 mağazasının sökülməsinə görə 200 kv.m torpaq sahəsi ilə təmin olunduğundan iddiasından imtina etməsini göstərsə də hazırki iddia ərizəsində Ordubad rayon icra hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamı əsasında Ordubad şəhərindəki yeni ticarət mərkəzində ayrılmış 15 kv.m sahədə mağaza inşa edərək 2002-ci il tarixdən bu günədək həmin mağazadan mülkiyyət hüququ əsasında istifadə etdiyini göstərib həmin mağaza üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Əvvəlki iş üzrə iddia ərizəsinə əlavə etdiyi sənədlərin surətindən görünür ki, eyni sənədlər iddiaçı tərəfindən hazırkı iş üzrə də iddia ərizəsinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 20 fevral 2025-ci il tarixli məktubla bildirilmişdir ki, Ordubad şəhər sakini İddiaçı 15 sentyabr 2023-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı 2-1(122)-1253/2023 nömrəli inzibati iş üzrə iddia ərizəsində 2007-ci ildə cəmdə ölçüsü 32 kv.m olan 2 mağazanın və tikintisi başa çatmış lakin fəaliyyətə başlamamış 15 kv.m ölçüyə malik digər bir mağazanın qanunsuz sökülməsini ifadə etmişdir. İddia ərizəsində məhkəməyə təqdim etdiyi mağazalara aid ilkin hüquq verici sənədlər daxilində Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli NK 8960/023 tarixli Sərəncamı tikintisi başa çatmış lakin fəaliyyət göstərməyən mağazaya aid olmuşdur. İddiaçı ilə Rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə onun razılığı əsasında ona sökülməsini iddia etdiyi 3 mağazaya qarşı Ordubad şəhəri ərazisində 200 kv.m qeyri-yaşayış təyinatlı obyekt tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Hazırda Ordubad şəhər Bazarında yerləşən 15 kv.m mağazanın İddiaçı 2-1(122)-505/2025 nömrəli inzibati işi üzrə məhkəməyə təqdim etdiyi Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli NK 8960/023 tarixli Sərəncam ilə heç bir əlaqəsi yoxdur. Həmin Sərəncam əsasında tikdiyi mağazanın 2007-ci ildə sökülməsi barədə iddia qaldıraraq qarşı lığında torpaq sahəsi əldə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı adına dövlət reyestrində 0.02 hektar (200 kv.m) torpaq sahəsi qeydə alınmışdır İddiaçının iddia ərizəsinə əlavə etdiyi hər hansı formada təsdiq edilməmiş Ordubad rayon İcra Hakimiyyəti başçısının 29 yanvar 2002-ci il tarixli Sərəncamının surətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 20 iyul 2001-ci il tarixli 84 saylı qərarına əsasən Ordubad şəhərində yeni ticarət mərkəzi tikintisi üçün ayrılmış ərazidə Ordubad şəhər sakini İddiaçı Ordubad rayon İcra Hakimiyyətinə etdiyi müraciət nəzərə alınaraq mağaza tikintisi üçün 15 kv.m sahə ayrılsın. Mağaza tikintisi üçün rayonun baş memarı tərəfindən tərtib olunmuş sxematik plan və texniki şərtlər nəzərə alınaraq tikintinin birtipli layihə əsasında məqsədyönlü aparılmasına nəzarət rayonun baş memarına həvalə edilsin. İş materiallarında olan Ordubad rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 noyabr 2024cü il tarixli məktubda bildirilmişdir ki, Ordubad Rayon İcra Hakimiyyətinin sərəncamlar kitablarında Ordubad Rayon İcra Hakimiyyəti başçısının NK8460/023 nömrəli 29.01 2002-ci il tarixli sərəncamı kitabda mövcud deyil (yoxdur). ünvan 1 ünvanında yaşayan İddiaçı mağaza tikintisi uçun 15 kv.m torpaq sahəsinin ayrılması, torpaq sahəsi üzərində istifadə hüququ, tikilmiş mağaza binasına dair tikintiyə icazə verilməsi, tikilmiş obyektin istismarına icazə verilməsi barəsi ndəki sənədlər sərəncamlar kitabında aşkar olunmadı. İddiaçı izahatında mağazaları söküldükdən sonra Ordubad Rayon İcra hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən Ordubad şəhərindəki yeni ticarət mərkəzində yerləşən 15 kv.m torpaq sahəsində tikdiyi əlavə mağazasının olmasını, həmin mağazanı əvəzsiz olaraq Sevinc adlı şəxsin istifadəsinə verməsini göstərsə də iddia etdiyi mağazanın onun qanuni sahibliyində və istifadəsində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, inzibati mübahisəyə dair iş üzrə İddiaçı vəsatəti əsasında iddia olunan əraziyə onun iştirakı ilə yerində baxış keçirilmiş, baxış zamanı ölçülər müəyyən olunmuş, iddia olunan ərazini müəyyən etmək m ümkün olmamışdır. İddia olunan ərazi Ordubad Rayon İcra Hakimiyyətinin balansında olan qeyri-yaşayış sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçı həmin mağazanı 2008-ci ildən istifadə etdiyini bildirmişdir. Akta Ordubad şəhər bazar kompleksinin sxematik planı, həmin bazarın fotoşəkillərinin surətləri, Ordubad şəhərində dövlət mülkiyyətində olan Ordubad bazarında yerləşən 17,64 kv.m sahəsi olan 44 nömrəli mağazanın sxematik planı əlavə edilmişdir. Yerində baxış zamanı iddiaçının ona məxsus olmasını və əvəzsiz olaraq Sevinc adlı şəxsə istifadəyə verməsini iddia etdiyi Ordubad bazarında 15 kv.m ölçüdə mağazanın olması müəyyən edilməmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Ordubad rayon Mərkəzi bazarının icarəçisi X7 ilə X8 arasında bağl anmış müqavilə əsasında Ordubad rayon Mərkəzi bazarında ümumi sahəsi 36 kv.m olan 2 mağaza Sevinc Əsədovanın subicarəsinə verilmişdir. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddia edilən mağazanın da daxil olduğu Ordubad rayon Bazarı dövlət mülkiyyətində olmaqla X3 icarəsinə verilmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisn a edir. Odur ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun yaranması üçün ilk növbədə o, qeydiyyatını tələb etdiyi mağazanın tikildiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikilinin razılaşdırılmış layihəsini, tikintinin inşa edilməsinə icazə barədə qərarı və tikilinin istismara qəbul aktını təqdim etməlidir. İddiaçı tərəfindən müvafiq sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaş dırma bölməsi, tikinti obyektinin istismarına icazə; Kollegiya həmçinin qeyd edir ki, iddiaçının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etdiyi 15 kv.m mağaza binasının sökülməsinə görə razılığı əsasında torpaq sahəsi ilə təmin olunduğundan hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Kollegiya qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il t arixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, yuxarıda göstərilən əsaslara görə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmadığından birinci instans iya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 21(122)-505/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan MR İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(122)-505/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(122)-505/2025 nömrəli qərardadı dəyi şdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-69/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-69/2025
14.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver