Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-85/2025 25.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndələri X9 və X6 və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Agentliyi publik hüquqi şəxsinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “aylıq sosial müavinətinin dayandırılması haqqında qərarın ləğvi və 5 illik sosial müavinətin alınıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-770/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, aylıq sosial müavinətinin dayandırılması haqqında qərarın ləğvi və 5 illik sosial müavinətin alınıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)770/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)770/2025 nömrəli qərardadından narazı qalan İddiaçı 08 iyul 2025-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İn zibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 21(122)-770/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, məhkəmənin qərardadı ilə razı deyil, ona görə ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NMR Tibbi Sosial Ekspert Komissiyasının 19 aprel 2010-cu il tarixli qərarına əsasən ona sağ said sümüklərinin anadangəlmə sinostozu diaqnozu qoyulmuş və ona əlilliyə (müddətsiz) görə aylıq sosial müavinət təyin olunmuşdur. Həmin tarixdən 2019-cu ilin aprel ayının 30-na qədər hər ay sosial müavinət almışdır. Lakin 2019-cu ilin aprel ayından etibarən əlilliyə görə sosial müavinəti kəsilmişdir. Həmin vaxt yetkinlik yaşına çatmadığı üçün bu məsələ ilə bağlı lazımi tədbirləri görə bilməmiş, müavinətinin bərpa olunması üçün müayinəyə cəlb edilməli olduğu halda, ona heç bir bildiriş göndərilməmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR X7 Şəxsinin 24 iyul 2024-cü il tarixli rəyinə əsasən ona Q87.5 sağ yuxarı ətrafın anadangəlmə inkişaf qüsuru-distal.mil-dirsək oynağının çıxığı, əl darağı arxası sümüklərnin deformasiyalı, kiçik olması, eyni zamanda mil sümüyü başının deformasiyası, sağ said, əlin rotasion hərəkətinin olmaması, əlin pronasiya vəziyyətində olması və funksiya pozğunluğu diaqnozu qoyulmuşdur. Həmçinin Şərur rayon Mərkəzi Xəstəxanasının 26 noyabr 2024-cü il tarixli müayinəsinə əsasən sağ yuxarı ətrafın anadangəlmə inkişaf qüsuru-distal.mil-dirsək oynağının çıxığı diaqnozu qoyulmuş, bu müayinən in nəticəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna göndərilmiş və orada onun üçüncü dərəcəli, müddətsiz əlil olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2025-ci il tarixli məktubunda göstərilir ki, “Sizin əlillik müddətiniz 30 aprel 2019-cu il tarixində bitdikdən sonra 26 noyabr 2024-cü il tarixində təkrar əlillik təyin edilmişdir. Onun müayinə kağızlarında əlilliyinin anadangəlmə və ömürlük olması aydın şəkildə göstərilsə də aidiyyəti orqan bunu heçə saymış və müavinətini dayandırmışdır. X8 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 29 aprel 2025-ci il tarixli məktu bunda göstərilir ki, sosial müavinətinin ödənilməsi barədə qərar müvafiq məhkəmə qərarına uyğun olaraq veriləcəkdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli etirazda göstərilmişdir ki, iddiaçı faktiki olaraq xx.xx.2019-cu il tarixdə əlillik müddətinin bitmə tarixinə istinad edərək ona 5 illik sosial müavinətin ödənilməsini tələb etsə də, həmin tarixdə onun barəsində səhiyyə müəssisəsi tərəfindən tibbi göndərişin müvafiq orqana göndərilməsi iş materiallarından müəyyən edilmir. Təyin edilmiş əlillik zamanı növbəti müayinə tarixi xx.xx.2019-cu il qeyd edilmişdir. Növbəti müayinə tarixi barədə qeyd şəxsin əlil hesab edildiyi müdd ət intervalını ehtiva etməklə həmin müddət ərzində şəxsin əlillik statusunda olmasını bildirir. Yəni, əlillik müddətinin başa çatması müvafiq orqanın avtomatik qaydada əvvəllər təyin edilmiş əlillik üzrə yenidən qiymətləndirmə aparmaq öhdəliyini yaratmır. Bunun üçün səhiyyə müəssisəsi tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin daxil edilməsi zəruridir. İddiaçının növbəti müayinə tarixi xx.xx.2019cu il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2024-cü il tarixdən müəyyən edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək əlilliyi olan şəxs hesab olunmadığından həmin dövrlər üzrə iddiaçının əlilliyə görə sosial müavinət almaq hüququ yaranmamışdır. Həmçinin, nəzə rə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin yenidən təyin edilməsi tarixi arasındakı dövr 5 il 6 ay 27 gün təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu şəxsin əlilliyini müəyyən etməyə və ya əlilliyi bərpa etməyə səlahiyyətli orqan deyil. Hazırkı mübahisədə Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətləri digər orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilmiş əlilliyin dərəcəsinə və müddətinə bağlıdır. Həmçinin, İddiaçı xx.xx.2024-cü il tarixdə orqanizm funksiyalarının 31-60 faiz pozulmasına görə proaktiv qaydada 150 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilmişdir. Apelly asiya şikayətinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 7 avqust 2025-ci il tarixli, 3-17-9-4/2-1427/2025 nömrəli məktubda bildirmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq göndəriş vermək hüququ olan dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı Kəngərli rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında 19 aprel 2010-cu il tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “sağ said sümüklərinin anadangəlmə sinostozu” diaqnozu ilə ümumi xəstəlik səbəbin dən iki il müddətinə (19 aprel 2012-ci il tarixinədək) sağlamlıq imkanlarının məhdudluğu təyin olunmuş və 2019-cu ilədək davamlı olaraq Komissiyada əyani müayinədən keçmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Şərur rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 22 noyabr 2024-cü il tarixli C00233853BFM nömrəli göndəriş əsasında 26 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi üzərindən qiymətləndirilmiş və Komissiya tərəfindən “Skeletin digər dəyişiklikləri ilə müşayiət olunan inkişaf qüsuru sindromları, sağ yuxarı ətrafın anadangəlmə inkişaf qüsuru-distal mil-dirsək oynağının çıxığı” diaqnozu ilə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 % pozulması ilə əlaqədar müddətsiz əlillik təyin olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Vətəndaşın əlilliyinin müddəti 30 aprel 2019-cu ildə bitmiş və bitdiyi tarixdən beş il sonra əlilliyinin qiymətləndirilməsi üçün Komissiyaya müraciət etmişdir. İddiaçı həmin müddət ərzində əlilliyi olan şəxs hesab edilmədiyi üçün əlilliyə görə sosial müavinət almaq hüququ yaranmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 21(122)-770/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndələri X9 və X6 izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-770/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-770/2025 nömrəli qərardadının dəyişdirilmədən saxla nılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəmə sində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib ape llyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0005 nömrəli qərarından görünür ki, İddiaçı “sağ said sümüklərinin anadangəlmə sinostozu,sağ yuxarı ətrafın funksiya pozğunluğu” diaqnozu üzrə əlilliyi 3 illik müddətinə qiymətləndirilərək növbəti müayinənin xx.xx.2019-cu ildə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarından görünür ki, İddiaçı əlilliyi təkrar qiymətləndirilərək orqanizm funksiyalarının pozulmasının 60%, əlilliyin müddətinin xx.xx.2024 tarixdən müddətsiz olması müəyyən edilmişdir.. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz sayarkən ona istinad etmişdir ki, hazırki iş üzrə iddiaçı müvafiq qərarın ləğvini və 5 illik ödənilməmiş sosial müavinətin ona ödənilməsini tələb edir. Lakin istər iddia ərizəsinin məzmununda, istərsə də iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında mübahisələndirilən qərarın rek vizitləri barədə məlumatlar öz əksini tapmamış, buna görə də mübahisələndirilən qərarın nə vaxt, hansı orqan tərəfindən qəbul edilməsi mübahisəli olaraq qalmışdır. Həmçinin iddia tələbinin məzmununda cavabdehlər qismində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qeyd edilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında iddiaçının həmin inzibati orqanlara müraciəti, inzibati orqanlar tərəfindən iddiaçının tələbinin icrasından imtina edilməsini sübut edən sənədlər mövcud deyil. Bununla da, iddiaçının tələbinin hüquqi əsasını və hüquqlarının, q anunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Bu hal isə özlüyündə iddianın mümkünlük şərtlərini istisna edir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən İddiaçı və iddiaçının vəkili Vəkil ünvanlanmış 07 mart, 25 aprel və 15 may 2025-ci il tarixli eyni məzmunlu yardım məktublarından görünür ki, iddiaçı və onun vəkilinə iddia tələbində aylıq sosial müavinətinin dayandırılması haqqında qərarın ləğv edilməsi tələb edilsə də, həmin qərarın iş materiallarına əlavə edilməməsi, həmçinin iddia ərizəsində cavabdeh qismində 2 orqan-Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publi k hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qeyd edildiyini, lakin iş materiallarına əsasən həmin orqanlara müraciət və ya orqan tərəfindən müraciətin icrasından imtina edilməsini sübut edən sənədlər iş materiallarına əlavə edilməməsi, bununla da hansı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilərək iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi üçün 10 (on) gün müddət təyin edilmiş və əks halda iddianın İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmiş, lakin iddiaçı və onun vəkili tərəfindən məhkəmənin yardım məktubunda göstərilənlərə əməl edilməmiş, cavabdeh qismində göstərilən inzibati orqanlara edilmiş müraciətə 29 və 30 aprel 2025-ci ildə cavab verilməsinə baxmayaraq iddianın mümkünlük məsələsinə baxılması zamanı həmin sənədlər məhkəməyə təqdim edilməmiş, yalnız apellyasiya şikayətinə əlavə edilmişdir. İddiaçının müraciətinə cavab olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı əlilliyinin müddəti 30 aprel 2019-cu il tarixində bitmiş və bitdiyi tarixdən beş il sonra əlilliyinin qiymətləndirilməsi üçün Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. O, həmin müddət ərzində əlilliyi olan şəxs hesab edilmədiyi üçün əliliyə görə sosial müavinət alma q hüququ yaranmamışdır. İddiaçının müraciətinə cavab olaraq Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Əlilliyi olan olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik müddəti 30 aprel 2019-cu il tarixdə bitdikdən sonra 26 noyabr 2024-cü il tarixdə təkrar əlillik təyin edilmiş, əlilliyinin müddəti bitdikdən sonra əlilliyin təkrar qiymətləndirilməsi 6 ay ərzin də olmadığından ötən dövr üçün müvafiq müavinətin ödənilməsi qanunamüvafiq hesab olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası": 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Müavinətlərin təyin edilməsi müddəti... 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə Kolle giya qeyd edir ki, cavabdeh qismində göstərilmiş inzibati orqanlara qarşı yönəlmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı aylıq sosial müavinətinin dayandırılması haqqında qərarın ləğvi və 5 illik sosial müavinətin alınıb verilməsinə nail olmaqdan ibarətdir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçıya əlillik müddətinin müəyyən olunduğu xx.xx.2019-cu ilədək əlilliyə görə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial müavinət ödənmiş, sosial müavinətin dayandırılması halı (hər hansı qərar) olmamış, iddiaçı müəyyən olunmuş əlillik müddəti bitdikdən sonra 6 ay ərzində də əlilliyin təkrar qiymətləndirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciət etmədiyindən onun həmin dövr üçün əlilliyi müəyyən olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı xx.xx.2010-cu il, xx.xx.2012-ci il,10.04 2014cü il, xx.xx.2016-cı il tarixlərində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə sağ said sümüklərinin anadangəlmə sinostozu diaqnozu qoyulmuş, sonuncu xx.xx.2016-cı il tarixli TSEK qərarı ilə iddiaçıya 3 il müddətinə əlillik statusu müəyyən edilmiş və növbəti qiymətləndirmə tarixi olaraq xx.xx.2019-cu il göstərilmişdir. Beləliklə, hüquqi baxımdan iddiaçı xx.xx.2016-cı il tarixindən başlayaraq əlilliyi olan şəxs statusuna malik o lmuş və bu status yalnız xx.xx.2019-cu il tarixində müəyyən olunmuş əlillik müddətinin bitməsi ilə sona çatmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 6 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçıya 26 noyabr 2024-cü il tarixdə təkrar əlillik təyin edilmiş və həmin vaxtdan ona əlilliyə görə sosial müavinət ödənilməkdə davam edir. Kollegiya qeyd edir ki, aylıq sosial müavinətinin dayandırılması haqqında qərarın ləğvi və 5 illik sosial müavinətin alınıb verilməsi barədə iddia tələbinin yönəldiyi cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi əliliyə görə sosial müavinət təyin edən inzibati orqan hesab edilmir Həmin orqanın vəzifəsi əlilliyi qiymətləndirməkdən ibarətdir. Odur ki, belə halda onun üzərinə iddia tələbində göstərilən qərarın ləğvi və 5 illik sosial müavinətin alınıb verilməsi barədə öhdəliyin qoyulması mümkünsüzdür. Digər tərəfdən iddiaçıya müəyyən edilmiş əlillik müddətinin başa çatdığı xx.xx.2019-cu ilədək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial müavinət ödənmiş, əlillik müddətinin başa çatdığı vaxt, eləcə də ondan sonrakı 6 ay müddətində iddiaçının müra ciəti olmadığı üçün ona əlillik təyin olunmadığından onun 5 illik müddətində əlilliyə görə sosial müavinət almaq hüququ olmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələbinə əsasən əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Kollegiya göstərilənlərə əsasən qeyd edir ki, iddiaçının Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əlilliyə görə 5 illik sosial müavinətin verilməsini tələb etməkdə subyektiv hüququ olmadığından iddia mümkün sayıla bilməz. Kollegiya həmçinin qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərək ətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki,“...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olu b-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq norma tiv-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olun muş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı tələb etməkdə subyektiv hüququnun mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində g östərilən “iddiaçının müavinətinin bərpa olunması üçün müayinəyə cəlb edilməli olduğu halda, ona heç bir bildirişin göndərilməməsi” barədə dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0005 nömrəli qərarında növbəti müayinə tarixinin vaxtı xx.xx.2019-cu il göstərilmişdir. İddiaçı izahatında əlillik müddətinin qurtardığı həmin vaxt və ondan sonra müəyyən səbəblərdən əlilliyin təyin edilməsi üçün müayinədən keçmədiyini, axırıncı dəfə 2024-cü ildə müayinədən keçdiyini və ona əlillik təyin edildiyini, həmin vaxtdan da əlilliyə görə müavinət aldığını göstərmişdir. Gö ründüyü kimi qərardakı məlumatlara əsasən növbəti müayinə vaxtı iddiaçıya məlum olduğu üçün hər hansı bir bildirişin göndərilməsinə ehtiyac olmamış, həmçinin qanunvercilikdə inzibati orqanın üzərinə belə bir vəzifə qoyulmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi digər əsaslara görə iddianı mümkün saymasa da yuxarıda göstərilən əsaslara görə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 21(122)-770/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “aylıq sosial müavinətinin dayandırılması haqqında qərarın ləğv i və 5 illik sosial müavinətin alınıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-770/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)770/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.