Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-86/2025 15.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Naxçıvan MR Nazirlər Kabinetinə qarşı "Naxçıvan MR Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadından iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Na xçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunmasını xahiş etmişlər. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçıların vəkil və nümayəndəsi Vəkil şikayət verərək Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadının ləğv edilərək Naxçıvan MR İnzibati Məhkəməsinə verilmiş müddətin ötürülməməsi ilə bağlı ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, 31 iyul 1998-ci il tarixinə fiziki şəxslərin ARAZ ATSC-nin səhmdarlarının reyestrindən çıxarışın 3-cü və 15-ci sıralarında müvafiq olaraq İddiaçı2 və Qönçə Qasımovanın adları qeyd edilmişdir. Bundan başqa iş materiallarından aydın görürür ki, Qönçə Qasımova səhmdar cəmiyyətin sədridir, bu baxımdan da subyektiv hüququn olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə formal və əsassızdır. 2008-ci ildə İPM hələ qəbul edilməmişdi, "İnzibati İcraat haqqında" Qanun da məhkəmə icraatlarını deyil, inzibati orqanlardakı inzibati şikayətlər üzrə mübahisələri tənzimləyirdi. Məhkəmə mübahisələri isə MPM və Mülki Məcəllə ilə tənzimlənirdi. Xüsusi ilə də iddia müddətləri Mülki Məcəllə ilə tənzimlənirdi. Mülki Məcəllənin 384-cü maddəsinə görə mülkiyətlə bağlı iddialar üzrə iddia müddəti tətbiq olunmur. Onlar tərəfindən dəfələrlə şikayət instansiyasına məktublar ünvanlanmış, lakin heç biri inzibati orqan tərəfində n mahiyyəti üzrə yazılı qərar qəbul olunmamışdır. Qərar qəbul olunmadığı üçün şikayətin müddəti qərar qəbul olunana qədər dayandırılır. Bu isə onların məhkəməyə müraciət üçün inzibati qərarın mübahisələndirilməsinə dair iddia müddətinin ötürülmədiyini sübut edir. İş materiallarında olan Naxçıvan MR rəsmi qəzeti – “Şərq qapısı” qəzetindən alınmış 23 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli qərarı bu günə qədər rəsmi dərc edilməmişdir. İş materiallarından həmçinin görünür ki, həmin qərar təxminən 17 ilə yaxın müddət ərzində iddiaçılara da təqdim edilməmişdir. Halbuki məhkəmə işə formal yanaşaraq 4-cü səhifə 6-cı abzasda Nazirlər Kabinetinin qərarının qəbulundan 17 ilə yaxın müddət keçməsini subyektiv hüququnun olmaması kimi qəb ul etmişdir. Lakin müddətin keçməsi iddiaçının deyil, cavabdehin səhvindən olmuş və subyektiv hüququn olmaması deyil, müddətin üzrsüz olaraq ötürülməsi üçün əsas olaraq qəbul edilə bilərdi. Bundan başqa, inzibati aktın ləğv olunması tələbi ilə Nazirlər Kabinetinə ünvanladıqları şikayətlər (sonuncu 16 yanvar 2025-ci il tarixli şikayət) cavabsız qalmışdır. Yəni, şikayət üzrə hələ də müvafiq qərar verilməmiş, şikayətlərinə mahiyyəti üzrə Nazirlər Kabineti tərəfindən yazılı cavab verilməmişdir. xx.xx.2025-ci il tarixində Naxçıvan MR-nın Nazirlər Kabinetinə ünvanladıqları məktuba 11 fevral 2025-ci il tarixində Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, xx.xx.2025-ci il tarixində Naxçıvan MR-nın Ədliyyə Nazirliyi tərəfindən, xx.xx.2025-ci il tarixində isə Nax çıvan şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə cavablar göndərilmişdir və onlar tərəfindən 10 mart 2025-ci il tarixində məhkəməyə müraciət olunmuşdur. Dolayısı ilə 30 günlük müddət buraxılmamışdır. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişlər. Cavabdeh Naxçıvan MR Nazirlər Kabineti tərəfindən kollegiyaya 30 iyul 2025-ci il tarixli məktubla iş yükünün çoxluğu nəzərə alınaraq müvafiq məhkəmə işinə iştirakları olmadan baxılması və Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)793/2025 nömrəli qərardadının qüvvədə saxlanılması xahiş olunmuşdur. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tə ləbinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil şikayət ilə eyni məzmunlu izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadının ləğv edilərək Naxçıvan MR İnzibati Məhkəməsinə verilmiş müddətin ötürülməməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda m üəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası mə hkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən ş əxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati işin materiallarına əlavə edilmiş; Naxçıvan MR Nazirlər Kabinetin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarından məlum olur ki, müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Naxçıvan "xxxx" X6 Cəmiyyətinin ləğv olunması, Cəmiyyətin balansında olan Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilməsi,X2 büdcəsinə “Dövlət əmlakının özəllədirilməsindən” daxil olan vəsaitdən əmlakın bazar qiymətini təşkil edən 41000 (qırx bir min) manatın Cəmiyyətin hesabına köçürülməsi və müvafiq qaydalara uyğun olaraq səhmdarlara ödənilməsi qərara alınmışdır. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 11 fevral 2025-ci il tarixli, 06/7-Q-32/1-5/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 02 sentyabr 1997-ci il tarixli 188 nömrəli Sərəncamına əsasən Naxçıvan MRnın Əhaliyə Məişət Xidməti "xxxx" Assosiasiyası ləğv edilərək onun bazasında "xxxx" X6 Cəmiyyəti təsis edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin müvafiq sərəncamları əsasında cəmiyyətin səhmlərinin 69,8 %-i əmək kollektivinə güzəştli satışda və çek hərraclarında satılmışdır. Cəmiyyətin dövlət mülkiyyətində qalan 30,2% səhmi isə Naxçıvan MR iqtisadi inkişaf Nazirliyi tərəfindən 30 sentyabr 2005-ci il tarixdə keçirilən 28-ci pullu hərracda satılaraq 100% özəlləşdirilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli 41 nömrəli Qərarına əsasən Naxçıvan "xxxx" X6 Cəmiyyəti ləğv edilmiş, Cəmiyyətin balansında olan, Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Naxçıvan MR büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən d axil olan vəsaitdən əmlakların bazar qiymətini təşkil edən 41000,0 (qırx bir min) manat vəsait Cəmiyyətin hesabına köçürülərək səhmdarlara ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Kollegiya qeyd edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallard a mümkün hesab edilir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüqu qi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. İd dianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şər tlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) i lə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasib ətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimlə yən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı iş üzrə” 23 iyul 2015ci il tarixli Qərarında iddianın müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini göstərmişdır. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının ləğvinə yönəlmişdir. İddiaçılar həmin qərarı onun qəbul edildiyi vaxtda mübahisələndirməmişlər. İn zibati orqan tərəfindən qərar qəbul edildiyi vaxtda qüvvədə olan, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqan larının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti həmin vaxt qüvvədə olmuş MPM-nin 298-ci maddəsi ilə tənzimlənmişdi. İnzibati Prosessual Məcəllənin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti həmin Məcəllənin 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 01 yanvar tarixinədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya apellyasiya şikayətində göstərilən iddiaçıların mübahisələndirilən həmin qərardan məlumatlı olmamaları barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, işdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı icra üçün rəhbərliyə alınmış, Naxçıvan "xxxx" X6 Cəmiyyətinə məxsus, Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödən ilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilməsi məqsədilə komissiya yaradılmışdır. İşə əlavə edilmiş 18 aprel 2008-ci il tarixli aktın surətindən məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd edilən 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamına əsasən komissiya üzvlərinin və "xxxx" X6 Cəmiyyətinin sədri hazırda iddiaçı olan İddiaçı1 da bilavasitə iştirakı ilə akt tərtib edilərək "xxxx" X6 Cəmiyyətinə məxsus Nizami küçəsi 41 ünvanında yerləşən balans dəyəri 598924,0 manat olan iki mərtəbəli məişət evi, və Xətai küçəsində yerləşən balans dəyəri 38224,0 manat olan birmərtəbəli idarə binası və “kimyəvi təmizləmə” sexi təhvil götürülmüşdür. Göründüyü kimi həmin təhvil-təslim aktı, məhz Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının icrası məqsədilə tərtib olunmuşdur. Həmin vaxt iddiaçının təhviltəslim prosesində iştirak etməsi və bunun sənədlə təsdiqlənməsi, onun həmin qərarın qəbul edilməsindən və nəticələrindən xəbərdar olduğunu birbaşa sübut edir. Həmçinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıların vəkilinə ünvanlanmış 01 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, ”Araz” səhmdar cəmiyyəti Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli 41 nömrəli qərarına əsasən xx.xx.2008-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Həmin məktuba qoşma olaraq "xxxx"SC-nin ləğvi bildirişi, ona məxsus olan möhürün təhvil verilməsi aktı və Naxçıvan MR Nazirlər Ka binetinin adı çəkilən qərarı göndərilmişdir. Göründüyü kimi ləğv edilmiş "xxxx" Səhmdar cəmiyyətinə məxsus əmlakların, eləcə də Cəmiyyətə məxsus möhürün təhvil verilməsi və nəticədə Cəmiyyətin fəaliyyət göstərməməsi faktı iddiaçıların Cəmiyyətin ləğv edilməsi barədə qəbul edilmiş yuxarıda qeyd olunan qərardan həmin vaxt məlumatlı olmalarını bir daha təsdiq edir. Kollegiya əlavə olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 nömrəli qərarının göndərilməsini təsdiq edən poçt zərfinin surətindən, eləcə də iddia ərizəsində göstərilənlərdən aydın olur ki, mübahisə predmetini təşkil edən inzibati akt, Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 nömrəli qərarı iddiaçılara 04 aprel 2024c ü il tarixində rəsmi qaydada təqdim edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən həmin inzibati aktın təqdim edilməsindən xeyli müddət sonra, yəni 18 mart 2025-ci il tarixində inzibati aktın ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müddət hətta iddiaçıların qərardan məlumatlı olduğu vaxtdan deyil, qərarın rəsmi qaydada onlara təqdim edildiyi 04 aprel 2024-cü il tarixdən hesablansa belə həmin inzibati aktın mübahisələndirilməsi ilə əlaqədar 18 mart 2025-ci il tarixində məhkəməyə müraciət olunması nəzərə alındıqda da iddiaçılar tərəfindən İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia qaldırılması üçün müəyyən edilmiş 30 günlük iddia müddəti b uraxılmışdır. İddiaçılar tərəfindən müddətin üzrlü səbəbdən buraxılması ilə əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Müddətin buraxılmamış hesab edilməsi üçün işdə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən, həm iddia müddətinin ötürülməsini, həm də iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını əsas kimi göstərmişdir. Lakin iş materiallarından aydın olur ki, Naxçıvan MR-nın Əhaliyə Məişət Xidməti "xxxx" Assosiasiyası ləğv edilərək onun bazasında “Araz" X6 Cəmiyyəti təsis edilmiş, həmin Cəmiyyətin dövlət mülkiyyətində qalan 30,2% səhm payı isə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən 30 sentyabr 2005-ci il tarixində keçirilmiş 28-ci pullu hərracda satılaraq 100% özəlləşdirilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş 17 oktyabr 2006-cı il tarixli qiymətli kağız sahiblərinin reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin İdarə Heyətinin sədri, hazırda iddiaçı olan İddiaçı1 olmuşdur. Eləcə də, xx.xx.1998-ci il tarixinə fiziki şəxslər üzrə "xxxx" ATSC-nin səhmdarlarının reyestrindən çıxarışda 3-cü və 15-ci sıralarda müvafiq olaraq iddiaçılar İddiaçı2 və Qasımova Qönçanin adlarının qeyd olunması, onların bu hüquqi şəxsdə p ay sahibi olduqlarını təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçıların inzibati aktı mübahisələndirməkdə subyektiv hüquqları mövcud olmuşdur, bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçıların iddia qaldırmaqda subyektiv hüquqlarının olmaması barədə qənaəti əsassız sayılır. Lakin eyni zamanda, iş materiallarından aydın olur ki, iddiaçılar tərəfindən qanunda nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddətinə əməl edilməmişdir. Beləliklə, iddianın mümkün sayılmaması üçün hüquqi əsas məhz iddia müddətinin ötürülməsi olmuşdur. Bu baxımdan Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsası ilə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətində göstərilən digər dəlillər iddianın mahiyyətinə aid olduğundan, hazırki iddia isə mümkün sayılmadığı üçün həmin dəlillərə qanunvericiliyin tələbinə əsasən hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləs inin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçılar İddiaçı2 və İddiaçı1 Naxçıvan MR Nazirlər Kabinetinə qarşı "Naxçıvan MR Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadından iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-793/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin
Məhkəmə qərarları › İş №2-1(108)-86/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-86/2025
15.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver