Məhkəmə qərarları › İş №2-1(108)-88/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-88/2025

21.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-88/2025 21.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X5, hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Mənsimova İnnamə Zəfər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)109/2024 nömrəli qərarında n cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X16 şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə 17 iyul 2023-cü il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli 82 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə 31 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək iş üzrə cavabdeh Naxçıvan MR Dövlət Sosial Müdafiə X16 şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” Publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 14 aprel 2023-cü il tarixli, 82 saylı qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli, 2-1(122)-750/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmiş, "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" Publik hüquqi şəxsin N axçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə 02 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, iddia tələbinə “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2024-cü il tarixli, 21(122)-109/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Sonradan 30 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 61 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmənin protokol qərardadı ilə “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır(hakim: E.Hüseynov). Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)109/2024 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası tərəfindən baxılaraq 09 yanvar 2025-ci il tarixli, 2-1(108)-2/2024 nömrəli qər arı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 21(122)-109/2024 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır (Hakimlər: Y.Qurbanov - sədrlik edən və mər uzəçi, S.Novruzov və M.Həsənov). Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 09 yanvar 2025-ci il tarixli, 2-1(108)-2/2024 nömrəli qərarı ilə razılaşmayan iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(102)-1291/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-2/2025 nömrəli qərarının ləğv edilməsi işə təkrar baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışa əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 10 ay) Naxçıvan MR 32 nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (7 ay) Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında traktorçu işləmiş, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin 01 fevral 2023-cü il tarixli, 112 nömrəli arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ( 2 il 2 ay) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi xx xxx 1961-ci il tarixli, əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 ay) Naxçıvan 1 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (7 ay 6 gün) X6 2-ci dərəcəli mexanik, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (1 il 3 ay) Babək rayon Mexanika Birliyinin 4 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (4 ay 23 gün) 100 nömrəli Körpü Tikinti briqadasında betonçu, xx.xx.1985-cı il tarixdən xx.xx.2000-ci il tarixədək (15 il 10 ay) Babək rayon Kənd Təsərrüfatında traktorçu vəzifələrində işləmişdir. İddiaçı təqdim etdiyi 15 yanvar 2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (1 il 2 ay) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Flidrometrologiya İdarəsində operator, 01,04.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək (5 ay 14 gün) Meşəsalma müəssisəsində traktorçu, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (2 ay) N nömrəli hərbi hissədə təmirçi çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (9 ay) Naxçıvan MR Nazirlər Kabineti yanında X15 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək (4 ay 20 gün) yenidən Naxçıvan MR Nazirlər Kabineti yanında X15 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (4 ay 8 gün) X7 MMC-də sürücü, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək (16 il 1 ay 17 gün) həmin MMC-də qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək (2 ay) Babək rayon suvarma sistemləri İdarəsində qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (3 il 2 ay) yenidən X7 MMC-də qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (5 il 5 ay) "xxxx" MMC-də qaynaqçı vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən bu günədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı əmək kitabçasındakı qeydlərə və Naxçıvan MR Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-cı il tarixdən 2021-ci il tarixədək 37 il 8 ay 18 gün ümumi, 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajları X1 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan ümumi iş stajı 01.01 2006-cı il tarixdən 31.12 2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etmişdir. Beləliklə, İddiaçı tələb olunan 25 il ümumi iş stajı təsdiq olunsa da, 12 il 6 ay xüsusi iş stajı təsdiq olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci, 1.0.2-ci, 21.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il 15 may tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci 81.1-ci 81.2-ci 87.6-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 21(122)-109/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəx sə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandı r. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə

2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilm əsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmənin mövqeyi Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icra atında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillər ini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan - 26 iyun 1979-cu il tarixli, Б seriyalı, 371405 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Naxçıvan MR 32 nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. - 06 aprel 2023-cü il tarixli, 1 nömrəli "xxxx" MMC tərəfindən verilmiş 04 noyabr 2019-cu il tarixli, 75 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 04 noyabr 2019-cu il tarixdən "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. 09 aprel 2020-ci il tarixli, 18 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” maddəsinə əsasən öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. - “X3 Zavodu” MMC-in 19 yanvar 2023-cü il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən “X7" MMC-də sürücü vəzifəsində, xx.xx.2010-cu il tarixdən “X7" MMC-də qaynaqçı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdən işin azalması ilə əlaqədar olaraq AR Əmək Məcəlləsnin 75-ci maddəsinin 2 "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən “X7” MMC-də qaynaqçı vəzifəsinə işə q əbul edilmişdir. xx.xx.2019cu ildə Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "ə" bəndinə müvafiq olaraq ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya İdarəsində işləmiş, dekabr 1998-ci il tarixdən mart 2003-cü il tarixədək aylar üzrə əmək haqqı almış və 2003-cü ilin mart ayından sonrakı aylarda əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı X13 Stansiyasında işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. Əməkhaqqı kitabları 1984-cü ildə başlayıb 1990-cı ildə b itir, 1987-ci ilə dair əməkhaqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmiş, 1988-ci ilə dair əməkhaqqı cədvəlində dekabr ayında adına rast gəlinməmişdir. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan Tikiş fabrikinə xx.xx.1982-ci il tarixli 133 №-li əmrlə İİ dərəcəli “mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli 57 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X13 stansiyasının əmr kitabları 1986-cı ildən başladığına görə işə qəbul edilməsi barədə məlumat vermək mümkün olmamış, lakin xx.xx.1987-ci il tarixli 165a №-li əmrlə əmək məzuniyyətindən qayıdaraq işdə hesab edilməsi əmr kitabında göstərilmişdir. Əmr kitabları 1990-cı ildə bitdiyinə görə işdən azad edilməsi haqqında məlumat m övcud deyil. - Naxçıvan MR Dövlət Arxivinin 27 yanvar 2023-cü il tarixli, 13/211 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixli, 25 №-li əmrlə “armatur-qaynaqçı” qəbul edilməsi və 48 №-li qrupda oxuması, xx.xx.1979-cu il tarixli, 87 №-li əmrlə məktəbi bitirməsi əmr kitablarında göstərilmişdir. - Babək rayon Dövlət Arxivinin 04 aprel 2023-cü il tarixli, 60 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayon X11 Təminat birliyində işləmiş və müvafiq aylar üzrə əmək haqqı almışdır. - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin 02 fevral 2023-cü il tarixli, 206 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ d ərəcəli qaynaqçı işləyir və həmin peşə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxma hüququ verir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 1077 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - AZE seriyalı, 09006590 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1961-ci il tarixdə doğulmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin qəbul etdiyi qərardadın icrası ilə əlaqədar göndərilmiş 06 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13002/2024 nömrəli məktubda göstərilmişdir ki, müəyyən olunmuş müddət ərzində İddiaçı Fonda dəvət edilməsinə baxmayaraq gəlməmiş və ona təklif olunmuş, həmçinin inzibati icraatın aparılması üçün zəruri olan sənədləri təqdim etməmişdir. Belə ki, son iş yerindən müvafiq hesabatların göndərilməsini təmin etməmişdir. - İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında traktorçu işləmiş,həmin tarixdə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxçıvan 1 nömrəli traktor briqadasında traktorçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək X6 2-ci dərəcəli mexanik, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Babək rayon Mexanika Birliyinin 4 nömrəli traktor briqadasında traktorçu işləmişdir. - İddiaçı təqdim etdiyi 15 yanvar 2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1998-ci il tarixdən 25 may 2001-ci il tarixədək Hidrometrologiya idarəsində operator, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometrologiya İdarəsində operator, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssisəsində 6cı dərəcəli traktorçu, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək N nömrəli hərbi hissədə təmirçi çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıvan MR Nazirlər Kabineti yanında X15 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdə n xx.xx.2009cu il tarixədək yenidən Naxçıvan MR Nazirlər Kabineti yanında X15 İdarəsində qaynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək X7 MMC-də sürücü, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək həmin MMC-də qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Babək rayon suvarma sistemləri İdarəsində qaynaqçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək yenidən X7 MMC-də qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir. - 12 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı həqiqətən əmək müqaviləsi ilə xx.xx. 2008-ci il tarixli, 45 saylı əmrlə Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat idarəsində qaynaqçı vəzifəsinə təyin olunmuş və xx.xx.2009-cu il tarixli, 86 saylı əmrlə işdən azad olmuşdur. İşlədiyi dövrdən çöl və qapalı şəraitlərdə əl ilə müxtəlif tikinti obyektlərində (Ordubad rayon Y.Məmmədəliyevin ev muzeyi, Ordubad rayon Şərq Hamamı və Ordubad rayon Yeraltı abidələr) qaynaq işləri aparmışdır. İddiaçı qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında qeyd edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısında 35-ci hissəsində yer aldığına görə (əl ilə qaynaq aparan elektrik qaynaqçı) vəzifəsinə uyğundur. Həmçinin, Naxçıvan MR Nazirlər Kabinetinin 12 fevral 2013-cü il tarixli, 25 saylı qərarı ilə Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat idarəsi ləğv edildiyindən hüququ varis kimi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi bu arayışı təqdim etmişdir.13 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı həqiqətən əmək müqaviləsi ilə xx.xx.2021- ci il tarixli 51 saylı əmrlə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ dərəcəli qaynaqçı.vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə çalışır. İşlədiyi dövrdən çöl və qapalı şəraitlərdə əl ilə müxtəlif tikinti obyektlərində (yaşayış binalarının dam örtüklərində, zirzəmilərdə, karyerdə və yanacaq doldurma avtomaşınların çənlərinin içərisində) qaynaq işləri ap armışdır. İddiaçı tutduğu qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı qərarında qeyd edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısında 35-ci hissəsində yer aldığına görə (əl ilə qaynaq aparan elektrik qaynaqçı) vəzifəsinə uyğundur. - “X3 Zavodu” MMC tərəfindən kollegiyaya təqdim olunmuş 04 nömrəli, xx.xx.2024cü il tarixli arayışdan aydın olur ki, İddiaçı, xx.xx.2009-cu il tarixdən əvvəlki adı “X7” MMC, indiki adı “X3 Zavodu” MMC- də əvvəl sürücü vəzifəsində işləmiş, sonra xx.xx.2010-cu il tarixdən əl ilə elektrik qaynaqçışı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə işin azalması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2“ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yenidən, xx.xx.2016-cı il tarixdən “X8” MMC-də onunla əmək müqaviləsi bağlanaraq işə əl ilə elektrik qaynaqçışı vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə müvafiq olaraq ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bəndinin ümumi peşələr üzrə 1.12-ci yarımbəndində nəzərdə tutulan əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində 09 il 3 ay 17 gün xüsusi stajı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1291/2025 nömrəli qərarının 32-ci bəndində qeyd edilmişdir ki, iddiaçının xüsusi iş stajı ilə əlaqədar olan rəqəmlər arasında fərq vardır, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən həmin məqamı araşdırmalı olduğu halda, bunu etməmişdir, buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə təkrar baxıldığı zaman inzibati mübahisənin bu xüsusatı tam, hərtərəfli və diqqətlə tədqiq edilməlidir. Kollegiya bildirir ki, iddiaçının xüsusi iş stajı ilə əlaqədar olan rəqəmlər arasında fərqi araşdırmaq məqsədi ilə apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin düzgün həll edilməsi ilə bağlı 18 avqust 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna verilmiş müvafiq sorğuya cavab olara q; - Naxçıvan şəhər sakini İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən xeyrinə ödənilmiş MDSS haqları Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində ona məxsus **********830 nömrəli fərdi şəxsi hesabda öz əksini tapmışdır. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən ötürülən məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən təqdim olunan hesabatlarda 2023-2024-cü illər və 2025-ci ilin l-ll rübləri üzrə sığortaolunan İddiaçı adı qeyd olunmamış, bu səbəbdən də həmin dövrlər üzrə İddiaçı fərdi şəxsi hesabında MDSS haqları əks olunmamışdır. Kollegiya hazırkı inzibati mübahisəyə dair 21 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinə verilən sorğuların cavabında iddiaçının xüsusi stajının hesablanmasında fərqli illərin səbəbi barədə nümayəndənin fikrini soruşmuş, cavabdeh inzibati orqanı nümayəndə qismində təmsil edən Nümayəndə1 “həmin rəqəmlərin texniki səhvliklə” fərqli yazıldığını bildirmişdir. Kollegiya tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1291/2025 nömrəli qərarının 34-cü bəndində qeyd etdiyi, hazırkı işdə xüsusi önəm daşıyan digər bir məqamın, iddiaçının halhazırkı tarixə qədər 7-ci dərəcəli qaynaqçı vəzifəsində xx.xx.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Nax çıvan şəhər idarəsində işlədiyini və bunun işin təkzib olunmaz fakt olduğunu bildirdiyi hissə ilə əlaqədar, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində işləməsi faktının araşdırılması məqsədi ilə 18 avqust 2025-ci il tarixdə müvafiq sorğu verilmiş və həmin sorğuya cavab olaraq inzibati orqan; - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsi tərəfindən bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması tələbinə görə kollegiyanın istədiyi sənədləri Naxçıvan şəhər idarəsi xx.xx.2024-cü il tarixdə 12 saylı arayışla göndərdiyini və həmin arayışın nəzərə alınmasını xahiş etmişdir. Sözügedən xx.xx.2024-cü il tarixli, 12 saylı arayışda bildirilir ki, İddiaçı həqiqətən əmək müqaviləsi üzrə xx.xx. 2008-ci ildən-xx.xx.2009-cu il tarixədək Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat idarəsində qaynaqçı vəzifəsində işləmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarında qeyd edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısında 35-ci hissəsində qeyd edilmişdir. Həmçinin, 13 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı həqiqətən əmək müqaviləsi ilə xx.xx.2021-ci il tarixdən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində Vİİ dərəcəli qaynaqçı.vəzifəsinə təyin olunmuş və hal-hazırda həmin vəzifədə çalışır. İşlədiyi dövrdən çöl və qapalı şəraitlərdə əl ilə müxtəlif tikinti obyekt lərində (yaşayış binalarının dam örtüklərində, zirzəmilərdə, karyerdə və yanacaq doldurma avtomaşınların çənlərinin içərisində) qaynaq işləri aparmışdır. İddiaçı tutduğu qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı qərarında qeyd edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Siyahısında 35-ci hissəsində göstərilən vəzifəsinə uyğundur. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən; - Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur(maddə 1.0.2). -63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyas ının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (maddə 7). Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilə rin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır(maddə 9.1). - Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir(maddə 21.1). - Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir(maddə 21.2 və 21.2.1). “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: - 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: -4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; -4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; Kollegiya qeyd edir ki, “Əmək pensiyalar ı haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 21.1 və 21.2-ci madələrinin tələblərinə müvafiq olaraq “Əmək pensiyala rının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarının 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən hesablanmalıdır. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri olan ümumi iş stajının ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ver ən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı olması şərti iddiaçıya münasibətdə mövcud deyil. Belə ki, işin hərtərəfli araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı fərdi uçot məlumatlarına əsasən onun 2006-cı ilin yanvarın 1-dən sonra iddia tələbində göstərdiyi xx.xx.2022-ci il tarixədək əl ilə qaynaqçı peşəsində işlədiyi Naxçıvan MR Nazirlər Kabineti yanında X15 İdarəsində, “X7” MMC-də, Babək Rayon Meliorasiya və Su təsərrüfatı İdarəsində, "xxxx" MMC-də və hazırda işlədiyi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində ümumilikdə 11 (on bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün xüsusi iş stajı mövcuddur. Cavabdeh qeyd edilən dövrlər üzrə iddiaçının fərdi uçot məlumatlarına əsasən məcbu ri dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin iş stajı kimi nəzərə alındığını göstərmişdir. Kollegiya qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 100 nömrəli Körpü Tikinti briqadasında betonçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının 2-ci bəndində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ‐mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. Yeraltı qurğularda yeraltı işlərdə işləyən betonçular nəzərdə tutulmuşdu. İddiaçının məhkəmə iclasında verdiyi izahata görə o, betonçu kimi göstərilən sahələrdə və yeraltı işlərdə işləmədiyindən onun betonçu kimi işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staja aid edilməsi mümkün deyildir. Həmçinin iddiaçının 2006-cı ilin yanvarın 1-dək işlədiyi təmir emalatxanasında çilingər, Hidrometrologiya idarəsində operator, X4 mexanik peşələri həmin Siyahıda nəzərdə tutulmamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan şəhər 3 nömrəli traktor briqadasında, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxçıvan 1 nömrəli traktor briqadasında, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Babək rayon Mexanikə Birliyinin 4 nömrəli traktor briqadasında, xx.xx.1985-cı ıl tarixdən xx.xx.2000-ci il tarixədək Babək rayon Kənd Təsərrüfatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Meşəsalma müəssisəsində ümumilikdə 17 il, 6 ay, 01 gün traktorçu peşəsində işləmişdir. Lakin, iddiaçının işlədiyi vaxt, yəni 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin Z bəndində kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçumaşinistlərin kişilər-55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya almaq hüququ nəzərdə tutulm uşdu. Qeyd edildiyi kimi iddiaçının traktorçu peşəsində işlədiyi müddət qanunda nəzərdə tutulmuş 20 il müddətdən az olduğundan həmin müddət güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staj kimi qəbul edilə bilməz. İddiaçı traktorçu peşəsində işlədiyi müddətlə digər güzəştli sahədə işlədiyi müddətin birləşdirilməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də kollegiya qeyd edir ki, traktorçu peşəsi üzrə xüsusi staj ayrıca tənzimləndiyindən qanunvericilikdə həmin müddətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuni və əsaslıdır, belə ki, iddiaçının 2006-cı il yanvarın 1-dək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahədə qanunvericilikdə nəzərdə tutulmuş mü ddətdə işləmədiyinə və 2006-cı ilin yanvarın 1-dən sonra işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bəndində ümumi peşələrə aid əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olsa da iddiaçının fərdi uçot məlumatlarında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qeydə alınmış xüsusi iş stajının 12 il 6 aydan az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması ilə bağlı iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin tələblərinə əməl etməmişdir, bu əsasla iddiaçının apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Hazırkı inzibati iş üzrə kollegiya tərəfindən araşdırma aparılaraq müəyyən sorğular verilmiş, lakin sorğuların cavabında inzibati mübahisənin həllinə üzrə yeni faktlar aşkar edilməmişdir. İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, isti nad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki; - birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir; - cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzi bati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-109/2024 nömrəli qərarından cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 21(122)-109/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona bu hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi rədd edilsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gün dən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Səadət Bəktaşi. Mehman Allahverdiyev və Sənan Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar