Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-89/2025 09.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyə qarşı "SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ömürlük təyin edilmiş İİ dərəcə əlilliyin bərpa edilməsi və ona Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2-1(112)-6644/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 21(122)-1125/2024 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə 28 aprel 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbi kimi baxılmasını xahiş etmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci i l tarixli, 21(122)-308/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində İddiaçı əlilliyi ilə bağlı məlumat mövcud deyil. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əldə edilən məlumatlara əsasən İddiaçı 17 sentyabr 2001-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və hal-hazırda şəxsə əmək pensiyası ödənilir. Əlavə olaraq, şəxsə 80 manat müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməkdədir. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş tibbi müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və X5 daxil edilməmişdir. Bundan əlavə işə baxan məhkəmə iş üzrə bəzi şübhəli məqamları araşdırmadan iddiaçının xeyrinə əsassız qərar qəbul etmişdir. Belə ki, Agentliyin arxivində İddiaçı Çernobıl AES-də baş v ermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar ikinci qrup əlil kimi pensiya alması və pensiyadan imtina etməsi barədə ərizəsi yoxdur. Lakin İddiaçı pensiya təyin edilməsi ilə bağlı arxiv şəxsi iş qovluğunda ikinci qrup Çernobıl əlili kimi müavinət alması barədə qəbzlər vardır. Belə ki, Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş 12 noyabr 2024-cü il tarixli 3-13-43/2-17057/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1 mart 1982-ci il tarixdə daxili işlər orqanlarına xidmətə qəbul edilmiş, Babək RPŞ-yə polis nəfəri vəzifəsinə təyin olunmuş və 31 avqust 2001-ci il tarixədək Naxçıvan MR daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlil liyin müəyyən olunması meyarları”nın 2-ci maddəsinə əsasən ikinci dərəcə əlilliyi olan şəxs həyat fəaliyyətini mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə davam etdirə bilər. Həmçinin vətəndaşın əlilliyi haqqında qəbul edilmiş 30 may 1995-ci il tarixli 015134 nömrəli qərarda onun əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir. Mütəmadi olaraq kənar şəxslərin köməyinə və köməkçi texniki vasitələrdən istifadəyə ehtiyacı olan şəxs və ya əmək qabiliyyətsiz hesab edilən şəxs polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə necə qadir olar bilər. Qeyd edilən hal vətəndaşın əlilliyi haqqında qəbul edilmiş 30 may 1995-ci il tarixli 015134 nömrəli qərarı şübhə altına alır. Bir halda ki, həmin qərarın əsli mövcud deyil,mövcud olsa da, qərarın düzgünlü yünü şübhə altına alan əsaslı sübutlar vardır. Qaydaların 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyanın qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Vətəndaşın əlilliyinin təsdiq edilməsi üçün Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına əyani müayinəyə gəlməsi tövsiyə edilsə də,o,öz etirazını bildirmişdir. Bu hal da şəxsin haqqında qəbul edilmiş qərarı düzgünlüyünü şübhə altına alır. Məhkəmənin 10 iyun 2025-ci il tarixli 2-1(122)-308/2025 nömrəli qərarında göstərilir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Yəni həmin şəxslərin reabilitasiya olma ehtimalları mövcud deyil. Vətəndaşın xeyrinə olan hal kimi qəbul edilib surəti təqdim edilmiş sənədlər əsasında onun əlilliyinin müvafiq altsistemə işlənilməsi müəyyən edilsə belə, iddiaçının əlilliyi haqqında qəbul edilmiş qərar şübhəlidir. Çünki hazırkı qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyində sağlamlıq vəziyyətinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olmayan şəxsin polisdə xidmətdə olması nəzərdə tutulmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı i zahatında şikayətin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 izahatlarında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 21(122)-308/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məc əllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyas ı məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki,xx.xx.1960-cı ildə anadan olmuş Quliyev X1 MR Babək qəsəbəsi Q.Əkbərov küçəsi ev 21-də qeydiyyatdadır. - Sorğuya cavab olaraq Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən düzgünlüyü təsdiq edilən Naxçıvan MR Sosial Təminat Nazirliyinin Babək Rayon Həkim Əmək Ekspert Komissiyası (VTEK) tərəfindən verilmiş 30 may 1995-ci il tarixli, 015134 nömrəli, BTE-6 seriyalı müayinə aktından çıxarışın surətində göstərilmişdir ki, Babək qəsəbə sakini, 1960- cı il təvəllüdlü İddiaçı 30 may 1995-ci ildə təkrar müayinə edilmiş, ona Çernobılla əlaqədar müddətsiz 2-ci qrup əlillik müəyyən edilmişdir. - xx.xx.1997-ci ildə verilmiş vəsiqəsinin təsdiq edilmiş surətindən aydın olur ki, ikinci qrup əlil İddiaçı 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasının iştirak etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 10/3143 nömrəli arxiv arayışından görünür ki, sabiq polis əməkdaşı İddiaçı arxiv şəxsi işində, onun 26 iyun 1986-cı ildən 26 iyul 1986-cı ilədək X8 Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı həmin stansiyanın 30 km məsafəsində xidməti vəzifələrini yerinə yetirməsi barədə qeydlər vardır. - Naxçıvan MR Daxili İşlər Nazirliyinin 12 noyabr 2024-cü il tarixli, 3-13-43/217057/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 01 mart 1982-ci il tarixdə DİO-ya xidmətə qəbul edilərək Babək RPŞ-yə polis nəfəri vəzifəsinə təyin olunmuş, xx.xx. 1985-ci il tarixədək həmin vəzifədə xidmət etmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X13 Məktəbində təhsil almışdır. Təhsili bitirdikdən sonra xx.xx.1989-cu il tarixdə Babək RPŞ-yə azyaşlılar üzrə sahə inspektoru vəzifəsinə təyin olunmuş və 31 avqust 2001-ci il tarixədək Naxçıvan MR daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. M.X12 Polis Məktəbində təhsil aldığı dövrdə 1986-cı ilin iyun ayının 23-dən iyul ayının 23-dək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Nazirliyin arxivində İddiaçı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar İİ qrup əlil kimi pensiya alması və pensiyadan imtina etməsi barədə ərizəsi yoxdur. Lakin İddiaçı pensiya təyin edilməsi ilə bağlı arxi v şəxsi iş qovluğunda 2001-2006-cı illərdə İİ qrup Çernobıl əlili kimi müavinət alması barədə qəbzlər vardır. Məktuba qəbzlərin surəti əlavə edilmişdir. - Naxçıvan MR DİN-nin Maliyyə Şöbəsi tərəfindən tərtib olunmuş qəbzlərin surətlərindən aydın olur ki, İddiaçı 2/75 nömrəli pensiya işi üzrə 2001-2006-cı illər üzrə Çernobıl əlili kimi müavinət və müalicə üçün pul ödənilməsi barədə Babək rayon DSMF-na ödəniş tapşırığı verilmişdir. -Babək rayon ƏSSM-nin direktoru tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinə təqdim edilməsi üçün verilmiş 11 sentyabr 2001-ci il tarixli 319 nömrəli arayışda göstərilmişdir ki,Babək qəsəbə sakini İddiaçı həqiqətən 2-ci qrup Çernobıl ılili kimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durur. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən məhkəməyə göndərilmiş İddiaçı aid pensiya işindəki məlumat vərəqəsində onun Çernobılla əlaqədar 2-ci qrup əlil olması göstərilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 28 mart 2023-ci il tarixli, 03/572 nömrəli arayışdan aydın olur ki, Babək rayon Babək şəhər sakini İddiaçı X9 Stansiyasında radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi hər il birdəfəlik 300 manat müavinət ödənilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mərkəzi Hərbi Həkim Коmissiyasının 18 mart 2023-cü il tarixli, 388 nömrəli qərarından məlum olur ki, Naxçıvan MR Babək rayon hərbi komissarlığı tərəfindən xx.xx.1986-cı ildə hərbi xi dmətə çağrılmış İddiaçı 1986-cı ildə Çernobil faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2023-cü ildə xəstəliklərinin səbəbinin və əlilliyinin peşə xarakterinin Çernobil AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Səhiyyə Nazirliyi Babək RMX tərəfindən təyin edilmiş xəstəlik diaqnozu: Xroniki şüa xəstəliyi. NSD kardial tip. (Naxçıvan MR DİN-nin xx.xx.2023-cü il tarixli 10/3143 nömrəli arxiv arayışı, Səhiyyə Nazirliyi Babək RMX-nın çıxarış epikrizi, Keçmiş SSRİ DİN-nin xx.xx.1986-cı il tarixli 1381 nömrəli arayış, Belarus Respublikası Polis Akademiyasının 30/2-150k nömrəli arayışı, Çernobil AES əlillik vəsiqəsinin kserosurəti, MN NQ MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsd iq edilir). Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-17-4/2-Q-802/2024 nömrəli məktubda göstərilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnam əsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində ona dair məlumat və ya göndəriş aşkarlanmamışdır. Bununla əlaqədar əlillik vəziyyətin dəqiqləşdirilməsi məqsədilə ərazi üzrə xidmət göstərən Tibbi-sosial ekspert komissiyasına müraciət edilməsi tövsiyə olunmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli, 3-17-9-4/2-Q-1516/2024 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı əlilliyi ilə bağlı məlumatlar Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxiv ində mövcud olmadığı üçün Tibbi-Sosial Ekspertiza və X5 daxil edilməmişdir. - Naxçıvan MR Dövlət Arxivi İdarəsi tərəfindən göndərilmiş 18 oktyabr 2024-cü il tarixli, 02/996 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı əlilliyin təyin edilməsi barədə hər hansı bir məlumat yoxdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş 26 noyabr 2024-cü il tarixli, 3-17-9-1/212478/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavi nət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə 1175.25 manat əmək pensiyası, Sosial müavinətlər və təqaüdlərin təyinatı şöbəsi tərəfindən 80 manat məbləğində müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməkdədir. Məlumat üçün bildirilir ki, İddiaçı 2011-ci il tarixdən 2023-cü il də daxil olmaqla Radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət ödənilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 16 yanvar 2025-ci il tarixli, 3-17-9-4/2-117/2025 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində İddiaçı əlilliyi ilə bağlı məlumat mövcud deyil. Bildirilir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 2 mart 2020-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan MRnda əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məlumat üçün bildirilir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdi rilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə daxil edilməmişdir. Vətəndaş əlilliyinin təyin olunması üçün qeydiyyatda olduğu tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etməlidir. İddiaçı əlilliyin təyin olunmasına əsas verən diaqnozu əsasında göndəriş tibb müəssisəsi tərəfindən müvafiq elektron sistemə daxil edildikdən sonra əlilliyin qiymətləndirilməsinə qanunamüvafiq baxılacaqdır. - Babək Rayon Dövlət Arxivinin 18 fevral 2025-ci il tarixli, 15 nömrəli məktubunda göstərilmişdir ki, Babək rayon Xəstəxanasının 1994-1996-cı illərə dair sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı Çernobil qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə ona əlilliyinin müəyyən edilməsi məqsədilə aparılmış müayinə proseduruna da ir müayinə sənədləri barədə Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş 16 may 2008-ci il tarixli, 22/660 nömrəli məktubda göstərilmişdir ki, 22 yanvar 2008-ci il tarixli 01/20 №-li məktuba cavab olaraq bildirilir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Naxçıvan MR Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli 11s №-li sərəncamının icrası ilə bağlı xx.xx.2008 və xx.xx.2008ci il tarixdə müddətsiz əlillərin əlillik dərəcələrinin araşdırılmalarının nəticəsi barədə məlumat (əlillik dərəcələri təsdiq, tam və hissəvi reabilitasiya) və əlillik dərəcəsi təsdiq olunmuş ÇAES-əlillərinin adlı siyahısı qanuna müvafiq tədbir görülməsi üçün göndərilir.Həmin məktuba Naxçı van MR Tibbi Sosial Ekspert Komissiyasının möhürü ilə təsdiq olunmuş əlillik dərəcəsi təsdiq olunmuş ÇAES əlillərinin adlı siyahısı əlavə edilmişdir. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 may 2008-ci il tarixli, 22/660 nömrəli məktubuna əlavə edilmiş Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyasının möhürü ilə təsdiq olunmuş əlillik dərəcəsi təsdiq olunmuş ÇAES əlillərinin adlı siyahısından görünür ki, əlillik dərəcəsi təsdiq olunmuş ÇAES əlili kimi İddiaçı adı həmin siyahıda 5-ci yerdə göstərilmişdir. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 oktyabr 2025-ci il tarixli 3-17-9/2-2802/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində TSEK-də müayinə aktından çıxarışın kötüyü mövcud deyildir. Müvafiq m əktuba qoşma olaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 may 2008-ci il tarixli 22/660 nömrəli məktubu və siyahı əlavə edilmişdir -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 oktyabr 2025-ci il tarixli 3-17-9-4/21848/2025 nömrəli məktubunda göstərilmişdir ki, inzibati icraatın aparılması məqsədi ilə İddiaçı 3 oktyabr 2025-ci il tarixli 3-17-9-4/2-Q-1763/2025 nömrəli bildirişlə 13 oktyabr 2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, ancaq vətəndaş 9 oktyabr 2025-ci il tarixli AZ1052/********** nömrəli teleqramla səhhəti ilə əlaqədar əyani müayinədə iştirak edə bilməyəcəyi haqqında məlumat vermişdir. Bu da İddiaçı Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etd iyinə görə 30 may 1995-ci il tarixli 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlil olmasına dair şübhəli haldır. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 noyabr 2025-ci il tarixli 3-17-9/2-3259/2025 nömrəli məktubunda göstərilmişdir ki, müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, “Babək rayonu üzrə əlillik dərəcələri təsdiq olunanlar” adlı 5 (beş) nəfərdən ibarət siyahıda İddiaçı də adının olmasına baxmayaraq, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində buna əsas verən hər hansı bir sənəd mövcud deyildir. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 noyabr 2025-ci il tarixli 3-17-9-1/2-15234/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı müraciəti nəzərə alınaraq T ibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 015134 nömrəli müayinə aktından çıxarışına və İddiaçı Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı olması barədə şəxsi vəsiqəsi əsasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin hər ilə aid müvafiq qərarlarına əsasən ona 2023-cü ilin mart ayınadək ildə bir dəfə olmaqla hazırda məbləği 300 manat olan radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilmişdir. 2024-cü və 2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşın əlilliyi barədə heç bir məlumat olmadığından ona birdəfəlik m üavinət ödənilməmişdir. Bundan başqa, 17 sentyabr 2001-ci il tarixində Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxs kimi hazırda məbləği 1270,45 manat olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı aylıq əmək pensiyası həmin tarixdən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən ödənilir. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 dekabr 2025-ci il tarixli 3-17-9-1/2-16366/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli 11s nömrəli sərəncamının icrası ilə bağlı 14 may 2008-ci il və 15 may 2008-ci il tarixlərində müddətsiz əlillərin əlillik dərəcələrinin araşdırılması Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılmışdır. Araşdırmanın nəticəsi barədə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 16 may 2008-ci il tarixli 22/660 nömrəli məktuba əsasən İddiaçı əmək pensiyası tərəfimizdən bərpa olunmuşdur. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 dekabr 2025-ci il tarixli 3-17-9/2-4649/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli 11S nömrəli Sərəncamına uyğun olaraq Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz əlilliyi olan şəxslərin əlillikləri araşdırılmış və araşdı rma nəticələri müvafiq siyahılara əlavə olunaraq aidiyyəti üzrə göndərilmişdir. Həmin siyahılardan “Babək rayonu üzrə əlillik dərəcələri təsdiq olunanlar” adlı 5 (beş) nəfərdən ibarət siyahıda İddiaçı adının olmasına baxmayaraq, Komissiyanın arxivində vətəndaşa aid təsdiqedici sənəd mövcud deyildir. - Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 23 dekabr 2025-ci il tarixli 3-48-NDA/1-21851/2025 nömrəli məktubunda göstərilmişdir ki, arxivdə mühafizə edilən Naxçıvan MR Mərkəzi Xəstəxanasının 1991-2001-ci illərə dair sənədlərində İddiaçı haqqında məlumata rast gəlinmədi. -Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyi “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 10 dekabr 2025-ci il tarixli 3-28-34-22/2-245/2025 nömrəli məktubunda göstərilmişdir ki, 1960-cı il təvəllüdlü İddiaçı ilə bağlı Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində aparılmış araşdırma nəticəsində aşağıdakı tibbi məlumatlar müəyyən edilmişdir:
1. İddiaçı xx.xx.1984-cü il tarixdə Babək Rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuş, ona “kardionevroz və sinir sisteminin funksional pozuntusu” diaqnozu qoyulmuş və ambulator müalicə almışdır. 2. xx.xx.1990-cı il tarixdə pasiyent Babək Rayon Mərkəzi X3 Komissiyası tərəfindən NSD (neyro sirkulyator distoniya, kardial tip) diaqnozu ilə TSEK-ə göndərilmişdir. 3.Həmin diaqnoz ilə pasiyent 1991, 1992 və 1994-cü illərdə də təkrar olaraq TSEK-ə göndərilmişdir. 4.xx.xx.2023-cü il tarixdə pasiyent yenidən Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət etmiş, müayinənin nəticəsinə əsasən ona “Xroniki şüa xəstəliyi” və “NSD, kardial tip” diaqn ozları qoyulmuşdur. - Naxçıvan MR Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin 9 dekabr 2025-ci il tarixli 3-28-34-15/2-736/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü Babək rayon Babək qəsəbə sakini İddiaçı hərhansı bir müayinə və ya müalicə üçün Naxçıvan MR Xəstəxanası PHŞ-nə müraciət etməmişdir. -Babək Rayon Dövlət Arxivinin 10 dekabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Babək rayon Mərkəzi Xəstəxanasının 1986-2005-ci illərə dair sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, İddiaçı xəstəlik tarixçəsi haqqında Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. -Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış”da göstərilmişdir ki, İddiaçı xəstəliyi üzrə tam diaqnoz “Xroniki şüa xəstəliyi. NSD kardial tip”dir, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Çernobel AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir. Xəstə baş ağrısı, baş gicəllənməsi, halsızlıqdan şikayət edir. Xəstənin ümumi vəziyyəti kafidir. Astenik bədən quruluşuna malikdir. Dəri və görünən selikli qişalar avazımışdır. Dərialtı piy təbəqəsi kafi inkişaf edib. Periferik limfa vəziləri əllənmir. Ürək tonları karlaşıb. A/T 150/90 mm cst. Pulsun 1 dəqiqəlik sayı 76-dır. Ağ ciyərlər üzərində sərt tənəffüs eşidilir. Palpasiyada qarın köb və ağrılıdır, sağ qabırğaaltı və epiqastral nahiyyədə ağrılıdır. Qaraciyər və dalaq böyümüşdür. Stul qeyri regulyardır. Simptom Pasternatski hər iki tərəfdə mənfi dir, diurez normaldır. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli,762 nömrəli Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. 5-ci maddəsinə əsasən bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzi ndən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xi dmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları, 2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti. 8-ci maddəsinə əsasən bu Qanunun 5-ci ma ddəsinin 1-ci bəndinin “a”, “b” və “v” yarımbəndlərində və 2-ci bəndində göstərilən şəxslərə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi iştirakçılarının vəsiqələri verilir. 11-ci maddəsinə əsasən Bu Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxsdir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: - 2.1.5-ci bəndinə əsasən MEİS-in strukturuna o cümlədən “Əlillik” (TSERAS) altsistemi daxildir. - 2.3.-cü bəndinə əsasən MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: - 2.3.5-ci bəndinə əsasən “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliy in qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması - 2.5-ci bəndinə əsasən MEİS-də toplanmış məlumatlardan, həmin informasiyanın xarakterindən asılı olaraq, dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və ya fiziki şəxslərin bu Əsasnamənin 1.3-cü bəndinə uyğun olaraq istifadə etmək hüququ vardır. - 2.6-cı bəndinə əsasən MEİS vasitəsilə sorğu edilən məlumatların tərkibi bu Əsasnamənin 4.1-ci bəndində göstərilən dövlət qurumları ilə qarşılıqlı razılaşmalara, operatorun bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalarına və istifadəçilərin sistemdən istifadə səlahiyyətlərinə uyğun müəyyənləşdirilir. - 4.1-ci bəndi nə əsasən nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 2.2.4. əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qan unun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (...) Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Hazırkı iş üzrə İddiaçı əsas hüquqi marağı Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə Naxçıvan MR Sosial Təminat Nazirliyinin Babək Rayon Həkim Əmək Ekspert Komissiyası (VTEK) tərəfindən verilmiş 30 may 1995-ci il tarixli, 015134 nömrəli, BTE-6 seriyalı müayinə aktı əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya m əhkəməsi tərəfindən iddia təmin edilmiş və iddianın təmin edilmə əsası kimi göstərilmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Bu baxımdan, qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsindən imtina etməkdə c avabdeh haqlı sayıla bilməz. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qərarın ləğvi üçün əsas dəlillər kimi göstərilmişdir ki, Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində İddiaçı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar ikinci qrup əlil kimi pensiya alması və pensiyadan imtina etməsi barədə ərizəsi mövcud deyil,lakin İddiaçı pensiya təyin edilməsi barədə arxiv şəxsi iş qovluğunda ikinci qrup Çernobıl əlili kimi müavinət alması barədə qəbzlər vardır.Şəxsin əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirildiyindən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş tibbi müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və X5 daxil edilməmiş, ikinci dərəcə əlilliyi olan şəxs həyat fəaliyyət ini mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə davam etdirə bilər, lakin iddiaçı polisin üzərinə düşən vəzifələri yerinə yetirmişdir.Göstərilən hal iddiaçının əlilliyi haqqında qəbul edilmiş 30 may 1995-ci il tarixli 015134 nömrəli qərarı şübhə altına alır,bir halda ki,həmin qərarın əsli mövcud deyil,mövcud olsa da qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar var iddiaçının əlilliyinin təsdiq edilməsi üçün Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına əyani müayinəyə gəlməsi tövsiyə olunsa da buna öz etirazını bildirməsi də onun əlilliyini şübhə altına alır. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, “Çernobıl qəzasının ləğvində i ştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 11-ci maddəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobil qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 17 mart 2023-cü il tarixli, 10/3143 nömrəli arxiv arayışı ilə İddiaçı 26 iyun 1986-cı il tarixdən 26 iyul 1986-cı il tarixədək Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında 30 km-lik zonada iştirak etməsi təsdiq olunur. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan sorğu əsasında Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində aparılmış araşdırma nəticəsində tibbi sənədlərə əsasən müə yyən edilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Babək Rayon Mərkəzi X3 Komissiyası tərəfindən NSD (neyro sirkulyator distoniya, kardial tip) diaqnozu ilə TSEK-ə göndərilmiş, həmin diaqnozla 1991, 1992 və 1994-cü illərdə də təkrar olaraq TSEK-ə göndərilmiş,xx.xx.2023-cü il tarixdə yenidən Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə müraciət etmiş, müayinənin nəticəsinə əsasən ona “Xroniki şüa xəstəliyi” və “NSD, kardial tip” diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mərkəzi Hərbi Həkim Коmissiyasının 18 mart 2023-cü il tarixli, 388 nömrəli qərarına əsasən iddiaçının “Xroniki şüa xəstəliyi”nin Çernobıl AES-də xidməti vəzifələrinin icrası ilə əlaqədar yarandığı müəyyən edilmişdir. Naxçıvan MR Sosial Təminat Nazirliyinin Babək Rayon Həkim Əmək Ekspert Komissiyası tərəfindən verilmiş 30 may 1995-ci il tarixli, 015134 nömrəli, BTE-6 seriyalı müayinə aktından çıxarışın təsdiq edilmiş surətindən aydın olur ki, iddiaçının təkrar müayinəsi zamanı Çernobılla əlaqədar müddətsiz İİ qrup əlilliyi müəyyən edilmiş, onun həqiqətən 2-ci qrup Çernobıl əlili kimi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durması barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinə təqdim edilməsi üçün 11 sentyabr 2001-ci il tarixli 319 nömrəli rəsmi arayış verilmiş,onun pensiya işindəki sənədlərdə 2-ci qrup Çernobıl əlili olması barədə məlumatlar mövcud olmuş, Naxçıvan MR Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli 11s nömrəli sərəncamının icrası ilə bağlı 14 may 2008-ci il və 15 may 2008-ci il tarixlərdə müddətsiz əlillərin əlillik d ərəcələrinin araşdırılması Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılmış, həmin araşdırmanın nəticəsi olaraq məhkəməyə göndərilmiş Tibbi Sosial Ekspert Komissiyasının möhürü ilə təsdiq olunmuş ÇAES əlillərinin adlı siyahısında İddiaçı adı 5-ci sırada göstərilmiş, Dövlət Sosial Müdafiə Fondunun 18 dekabr 2025-ci il tarixli 3-17-9-1/2-16366/2025 nömrəli məktubunda göstərildiyi kimi, Naxçıvan MR Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli 11s nömrəli sərəncamının icrası ilə bağlı 14 may 2008-ci il və 15 may 2008-ci il tarixlərində Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz əlillərin əlillik dərəcələrinin araşdırılmasının nəticəsi barədə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 16 may 2008-ci il tarixli 22/660 nömrəli məktuba əsasə n İddiaçı əmək pensiyası bərpa olunmuş, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 noyabr 2025-ci il tarixli 3-17-9-1/2-15234/2025 nömrəli məktubuna əsasən İddiaçı müraciəti nəzərə alınaraq Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 015134 nömrəli müayinə aktından çıxarışına və İddiaçı Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı olması barədə şəxsi vəsiqəsi əsasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin hər ilə aid müvafiq qərarlarına əsasən ona 2023-cü ilin mart ayınadək ildə bir dəfə olmaqla 300 manat məbləğində radiasiya qəzası nəticəsində müalicə üçün birdəfəlik müavinət ödənilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin 26 dekabr 2025-ci il tarixli 3-17-9/2-4649/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 19 yanvar 2008-ci il tarixli 11S nömrəli Sərəncamına uyğun olaraq Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz əlilliyi olan şəxslərin əlillikləri araşdırılmış və araşdırma nəticələri müvafiq siyahılara əlavə olunaraq aidiyyəti üzrə göndərilmişdir. Həmin siyahılardan “Babək rayonu üzrə əlillik dərəcələri təsdiq olunanlar” adlı 5 (beş) nəfərdən ibarət siyahıda İddiaçı adının olmasına baxmayaraq, Komissiyanın arxivində vətəndaşa aid təsdiqedici sənəd mövcud deyildir.İddiaçının əlilliyinin ləğv olunub-olunmaması barədə sorğu verilsə də iddiaçının əlilliyinin ləğvi ilə əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işin araş dırılması zamanı da belə bir sübut aşkar edilməmişdir. Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində iddiaçının Çernobılla əlaqədar 2-ci qrup müddətsiz əllilliyi barədə yuxarıda qeyd olunan çıxarışın kötüyünün və ona aid digər təsdiqedici sənədlərin aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olan hal olmadığından həmin aktın hüquqi nəticəsini aradan qaldırmır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh inzibati orqan təqdim olunmuş sənədlərin etibarsızlığını sübuta yetirmədən və qanunl a müəyyən edilmiş icraat aparmadan yalnız şübhə ilə kifayətlənərək iddiaçının tələbindən imtina etmişdir ki, bu da qanunçuluq və işin hallarının obyektiv araşdırılması prinsipləri ilə uzlaşmır. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektronİnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliy ə qarşı "SSRİ Daxili İşlər Nazirliyinin 23 iyun 1986-cı il tarixli, 45 l/S nömrəli əmri əsasında xidməti göndərişlə əlaqədar Çernobil AES qəzasının aradan qaldırılmasında iştirak etdiyinə görə 30 may 1995-ci il tarixli, 015134 nömrəli qərar əsasında müəyyən edilmiş müddətsiz əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron-İnformasiya sisteminin “Əlillik” altsisteminə işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(122)-308/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 21(122)-308/2025 nömrəli qərarı dəyi şdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.