Məhkəmə qərarları › İş №2-1(108)-94/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-94/2025

22.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-94/2025 22.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X6 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə N axçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək onun 2007-2011-ci illər üzrə əmək stajı barədə zəruri məlumatlarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sisteminə əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkə məyə ərizə təqdim edərək iddia tələbinə “2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin 20 may 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Məhkəmənin qərarından narazı qalan cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1983-cü il tarixli, MT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətində olan qeydlərə Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin “Xüsusi şərtlərlə pensiya təyinatı” şöbəsində baxılmış və əmək kitabçasına əsasən iddiaçının müraciət edilən tarixə 25 il 1 ay 25 gün ümumi iş stajı olduğu göstərilmişdir. Qeyd edək ki, iddiaçının əmək ki tabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri və X10 Sistemi proqram təminatı məlumatları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqdim olunmuş arxiv arayışları, X2 sistemində olan məlumatlar və əyani təhsil aldığı müddətlər nəzərə alınaraq vətəndaşın iş stajları komissiya tərəfindən yoxlanılmış və nəticədə xx.xx.2006-cı il tarixədək 11 il 7 ay 12 gün və bu staja uyğun olaraq 11671.68 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə X2 sistemində olan məlumatlara əsasən 13 il sosial stajı, 18486.49 manat pensiya kapitalı olmaqla, ümumilikdə 24 il 7 ay 12 gün ümumi iş stajı və fərdi şəxsi hesabın sığorta hissəsində 30158.17 manat məbləğində pensiya kapitalı olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə Fond tərəf indən mübahisə edilən hal iddiaçının tələb olunan azı 25 il iş stajının, yaxud minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalının mövcud olmamasıdır. İddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə mədaxil qəbzlərinin sürətlərindən görünür ki o, ümumilikdə 250.50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaedənlər” bölməsindən əldə edilən məlumatlara əsasən, özü-özünü sığortaedən fiziki şəxs kimi xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövr ərzində iddiaçı tərəfindən rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etmədiyindən, həmin illərin sosial sığo rta stajına daxil edilməsi mümkün olmamışdır. Fərdi sahibkar kimi İddiaçı tərəfindən 2010-cu il üzrə təqdim olunmuş hesabatlara əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı onun fərdi şəxsi hesabında öz əksini tapmışdır. Sonda göstərilənlər nəzərə alınaraq kollegiyadan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(122)536/2025 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfində verilmiş xx.xx.2025-ci il tarixli etirazda göstərilmişdir ki, cavabdeh daha əvvəlki instansiya məhkəməsində də öz mövqeyini qeyridəqiq sərgiləyərək ona ünvanlanmış sualları cavablandıra bilməmiş, həmçinin öz mövqeyinin haqlı olduğunu sübut etmək üçün hər hansı dəlil və sübutlar təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında da göstərildiyi kimi onun ictimai iaşə obyektindən (çayxana) gəlir əldə etmək məqsədilə istifadə etdiyi zamanlarda bütün illər ərzində daim dövlət vergilərini, həmçinin zəruri ödənişləri vaxtlı-vaxtında tam qaydada ödəmişdir. O, 2023-cü il tarixində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna bir neçə dəfə müraciət etmişdir. Lakin müraciətlərinə cavab olaraq hər zaman ona imtina məktubları göndərilmişdir. Müraciətlər zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2 Sistemində 2007-2011-ci il lər üzrə ödənişləri daxil edilməmişdir. Bu ödənişlərdən yalnız 6 ay sistemə daxil edilmişdir. Bunun səbəbini isə onun müvafiq hesabatları təqdim etməməyilə əlaqələndirmişdirlər. Vergi ödənişlərinə dair bütün sübutlar və qəbzlər mövcuddur və məhkəməyə də təqdim edilmişdir. Bütün bunlar isə həmin dövrlər üçün əmək stajınının tam hesablanmalı olduğunun əyani sübutudur. Həmçinin 2007-2011-ci illər ərzində dövlət vergilərini ödədiyi zamanlarda bir dəfə də olsun ona hesabat verməli olacağına dair hər hansı bildiriş və yaxud məlumat tipli də olsun hər hansı xəbərdarlıq göndərilməmişdir. Halbuki, hesabatın verilməli olacağı barədə bildirişin vətəndaşa göndərilməsi müvafiq orqanın əsas vəzifəsidir. Bu da açıq-aydın onu göstərir ki, müvafiq orqan tərəfindən vətəndaşa bildirişin, xəbərdarlığın və ya məlumatın göndərilməməsi həmin orqan tərəfindən törədilmiş çox kobud vəzifə pozuntusudur. Həmçinin cavabdehin tərtib etdiyi Apellyasiya Şikayətində də məhz sadalanmış məlumatlara adekvat olaraq onun haqlı olduğu və hüquqlarının kobud şəkildə pozulduğu açıq-aşkar əks etdirilmişdir. Qeyd edilənlərə, sübut və dəlillərə uyğun olaraq Apellyasiya şikayətinin əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin şikayətin rədd edilməsini və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qərarının (2-1(122)-536/2025) dəyişdirilmədən saxlanmasını xahiş edir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)536/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şif ahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna b ilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qəra rını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd e dir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 3-17 9-1/2-A-5758/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaedənlər” bölməsindən əldə edilən məlumatlara əsasən özü-özünü sığortaedən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim edilməmişdir. Nəticədə qeyd edilən ödənişlər fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Fərdi sahibkar kimi 2010-cu il üzrə təqdim olunmuş hesabatlara əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabında öz əksini tapmışdır. - İddiaçı məxsus sığortaolunanın hesabından çıxarışdan məlum olur ki, İddiaçı tərəfindən 2010-cu ilin yanvar, mart, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 49 manat məcburi dövlət sosial sığorta haqqı ödənmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 27 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-A-9472/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaedənlər” bölməsindən əldə edilən məlumatlara əsasən, özü-özünü sığortaedən fiziki şə xs kimi xx.xx.2007-ci il tarixindən 31,12.2009-cu il tarixinədək olan dövr ərzində tərəfindən heç bir rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim edilməmiş, bu səbəbdən də qeyd edilən ödənişlər fərdi şəxsi hesabında öz əksini tapmamışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il **********756000 nömrəli arayışdan məlum ki, İddiaçı xx.xx.2006-cı il tarixdə qeydiyyata alınıb, hal-hazırda Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır, fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2047-ci il tarixədək dayandırılmışdır. - Azərbaycan Milli Elmlər X12 X28 Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 071/3-11 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1986-1993-cü illərdə 4 aprel 1986-cı il tarixində 60 saylı əmrlə (§ 5) Azərbaycan SSR X15 İnstitutunun "Selen" X22 Eksperimental Sahəsinə xüsusi zərərli iş şəraitində tarif normasına uyğun (0-64,2 rubl) analıq məzuniyyətində olan (xx.xx.1986) İ.T.Xudiyevanın yerinə ştat üzrə İİ dərəçəli aparatçı vəzifəsinə işə qəbul olunmuş, 1986-cı il 29 may tarixində 94 saylı əmrlə (§ 4) Azərbaycan SSR X15 İnstitutunun "Selen" Təcrübə Zavodunun həmin sahəsinə may ayının 16-dan tarif normasına uyğun (0-71,2 rubl) İİİ dərəcəli aparatçı vəzifəsinə daimi işə qəbul olunmuş, Azərbaycan Elmlər Akademiyasının Rəyasət heyətinin 20.04.93-cü il tarixli 54 №-li sərəncamına əsasən "Selen" EİKŞ-nin X29 1993-cü ilin aprel ayının 1-dən müəyyən olunmuş qaydada ləğv edildiyindən. "Selen" EİKŞ-nin X25 işçiləri keçirmə yolu ilə “Elektromexanika" kiçik müəssisəsinə işə keçirilmişdir. - Azərbaycan Milli Elmlər X12 tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 8-1/2A-160-1-128/2024 nömrəli şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan məlum olur ki, xx.xx.1986-xx.xx.1993-cü illərdə Azərbaycan SSR X15 İnstitutunun “Selen” Təcrübə Zavodunda İİ dərəcəli aparatçı işləmiş İddiaçı işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xüsusi zərərli iş şəraitindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 13.1 bəndinə (yarımbəndinə) və (və ya) 3-cü abzas vəzifə koduna uyğu ndur. - Naxçıvan Muxtar Respublikası X3 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı xx.xx.2011 ci il tarixindən (xx.xx.2011-ci il 120 nömrəli əmr) xx.xx.2020-ci il tarixinədək (xx.xx.2020-ci il 13 nömrəli əmr) Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvan MR "X3” Peyk Radio-Rele Rabitə sexinin 4cü tarix dərəcəli elektro montyor vəzifəsində işləmişdir. 2012-2013-cü ilin oktyabr aylarında, 2019-cu ilin isə fevral ayında məzuniyyətə buraxılmış, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixinədək ödənişsiz məzuniyyətə buraxılmışdır. xx.xx.2020-ci il tarixindən (xx.xx.2020-ci il tarixli 13 nömrəli əmr) hazırki tarixədək Naxçıvan MR "X3” publik hüquqi şəxsin Ordubad Radio X4 Böyük mexanik vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə” əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci maddəsinə müvafiq olaraq Ordubad rayon “X1 (UQD, HAYT şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər) işləməsi üzrə iş stajı 12 il 8 ay təşkil edir. - Ukrayna Təhsil və Elm Nazirliyinin Elm və Təhsil Şöbəsi Xarkov X5 tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, 972 nömrəli arayışdan məlum olur ki, xx xxxxxx 1963cü il təvəllüdlü X14 şəhərin 2 saylı rabitə fakültəsində əyani təhsil almışdır. Bitir dikdən sonra 4-cü (dördüncü) dərəcəli "Radio və televiziya avadanlıqlarına texniki xidmət və təmir üzrə radiomexanik" ixtisası almışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 7 may 2025-ci il tarixli, 3-17-9-1/2-5239/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı kənd yerində digər sahələrdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeyd olunan illər üzrə 1 il staj üçün MDSS haqları aşağıdakı kimi ödənilməli idi: 2007-ci il üzrə- 58 manat; 2008-ci il üzrə- 79 manat 50 qəpik; 2009-cu il üzrə- 90 manat; 2010-cu il üzrə- 94 manat; 2014-cü il üzrə- 126 manat. T. Alquliyev tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı iş stajı olaraq aşağıdakı kimi hesablanır: 2007-ci il üzrə ödənilmiş 60 manat- 1 il sosial sığorta stajı; 2008-ci il üzrə ödənilmiş 70 manat 50 qəpik11 ay sosial sığorta stajı; 2009-cu il üzrə ödənilmiş 75 manat- 10 ay sosial sığorta stajı; 2010-cu il üzrə ödənilmiş 37 manat 50 qəpik- 5 ay sosial sığorta stajı; 2014-cü il üzrə ödənilmiş 17 manat 40 qəpik isə 1 ay sosial sığorta stajıdır. - Culfa Rayon İcra Hakimiyyətinin Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli, 360 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonu, Yaycı kəndində qeydiyyatdadır. - AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki İddiaçı xx xxxxxx 1963-cü il tarixdə, Culfa rayon Yaycı kəndində doğulmuşdur. - Naxçıvan Muxtar Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 17 dekabr 2024-cü il tarixli, 3-17-9-1/2-13525/2024 nömrəli məktubda göstərilmişdir ki, 2019-cu il 01 yanvar tarixinədək qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin müddəalarına əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya düzgün hesabat vermək sığortaedənin vəzifəsi hesab olunurdu. Ödənilmiş məcburi dövlət sosial sığorta (bundan sonra-MDSS) haqları üzrə sığortaedən (özü-özünü sığortaedən fiziki şəxs) tərəfindən təqdim olunmuş rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabat"lar (Forma B1) və illik “ Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) hesabatlarında göstərilən məlumatlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X2 sistemi"ndə (bundan sonra-MEİS) fərdi şəxsi hesablarda öz əksini tapır. MEİS-nin "Sığortaedənlər" bölməsindən əldə edilən məlumatlara əsasən özü-özünü sığortaedən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2007-ci il tarixindən xx.xx.2009 cu il tarixinədək olan dövr ərzində tərəfindən rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etmədiyi üçün qeyd olunan dövr üzrə fərdi şəxsi hesabına heç bir məlumat işlənilməmişdir. İddiaçı fiziki şəxs kimi 2010-cu il üzrə təqdim etdiyi hesabatlara əsasən ödənilmiş 6 aylıq MDSS haqları bölüşdürülmüş və fərdi şəxsi hesabında öz əksini tapmışdır. Əlavə olaraq vətəndaş İddiaçı özü-özünü sığortaedən fiziki şəxs qismində MDSS haqlarının ödənişi ilə bağlı Fondun arxivində aparılan araşdırma zamanı aşkar edilmiş qəbzlərin surəti iş materiallarına əlavə olunmuşdur. - İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 780670 nömrəli qəbzə əsasən 18 manat, xx.xx.2007-ci il tarixli, 780728 nömrəli qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, 780907 nömrəli qəbzə əsasan 8 manat, xx.xx.2007-ci il tarixli, 781854 nömrəli qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, 781955 nömrəli qəbzə əsasən 8 manat, xx.xx.2007-ci il tarixli, 782020 nömrəli qəbzə əsasən 10 manat, xx.xx.2008-ci il tarixli, 782294 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782376 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixl i, 782670 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782881 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 782650 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 403595 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 403721 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 403876 nömrəli qəbzə əsasən 6 manat, xx.xx.2008-ci il tarixli, 405242 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2008-ci il tarixli, 405443 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2008-ci il tarixli, 404301 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 404156 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 404190 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 404872 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 262224 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 262347 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 263826 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 346294 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 348263 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-cu il tarixli, 347302 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2009-ci il tarixli, 349120 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 24 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 85 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 30 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 14 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2010-ci il tarixli, 23 nömrəli qəbzə əsasən 7.5 manat, xx.xx.2014cü il tarixli, 16 nömrəli qəbzə əsasən 17 manat 40 qəpik məcburi dövlət sosial sığort a haqqı İddiaçı tərəfindən ödənilmişdir. -İddiaçı sığorta hesabından çıxarışda göstərilmişdir ki, sığortaolunan İddiaçı adına yanvar 2010-cu il tarixdən dekabr 2022-ci il tarixə qədər İddiaçı tərəfindən 2010-cu ildə 6 ay üzrə 49 manat, 2011-2022-ci illər üzrə isə sığortaedən “Naxçıvan MR X3” PHŞ tərəfindən 11011,37 manat ödənilmişdir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsidir. Cavabdeh inzibati orqan iddiaçının “X19 Təcrübə Zavodu”nda işlədiyi 1986-1993-ci illəri, 2011-ci ildən işə qəbul edildiyi “Naxçıvan MR Radio X13”ndə işlədiyi dövrləri nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası almaq hüququ verən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışdığını qəbul edir lakin hazırki iş üzrə mübahisəli məsələnin iddiaçının özü özünü sığortaedən fiziki şəxs kimi xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövr ərzində heç bir rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etməməsini qeyd edərək iddiaçının 25 il ümumi stajı olmadığını bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət f ormasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1 -ci maddələrinə əsasən bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; (...) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi ş əxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağ ır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə onun 60 yaşına çatdığı xx.xx.2023-cü il tarixdən mövcud olmuşdur. Kollegiya iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə 12 il 6 ay stajının olmasına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ИT-l seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən və Azərbaycan Milli Elmlər X12 X28 Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 071/3-11 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 4 aprel 1986-cı il tarixində 60 saylı əmrlə (§ 5) Azərbaycan SSR X15 İnstitutunun "Selen" X22 Eksperimental Sahəsinə xüsusi zərərli iş şəraitində tarif normasına uyğun analıq məzuniyyətində olan (xx.xx.1986) İ.T.Xudiyevanın yerinə ştat üzrə İİ dərəçəli aparatçı vəzifəsinə işə qəbul olunmuş, 1986-cı il 29 may tarixində 94 saylı əmrlə Azərbaycan SSR X15 İnstitutunun "Selen" Təcrübə Zavodunun həmin sahəsinə may ayının 16-dan tarif normasına uyğun (0-71,2 rubl) İİİ dərəcəli aparatçı vəzifəsinə daimi işə qəbul olunmuş, Azərbaycan Elml ər Akademiyasının rəyasət heyətinin xx.xx.1993-cü il tarixli 54 №-li sərəncamına əsasən "Selen" EİKŞ-nin X29 1993-cü ilin aprel ayının 1-dən müəyyən olunmuş qaydada ləğv edilmiş, "Selen" EİKŞ-nin X25 işçiləri keçirmə yolu ilə “Elektromexanika" kiçik müəssisəsinə işə keçirilmişdir. İddiaçının xx.xx.1986-xx.xx.1993-cü illərdə Azərbaycan SSR X15 İnstitutunun “Selen” Təcrübə Zavodunda işlədiyi aparatçı vəzifəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işə aid olması barədə Azərbaycan Milli Elmlər X12 tərəfindən 30 oktyabr 2024-cü il tarixli, 81/2-A-160-1-128/2024 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışa görə İddiaçı işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xüsusi zərərli iş şəraitində ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinet inin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 13.1 bəndinə (yarımbəndinə) və (və ya) 3-cü abzas vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı:

13. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı 13.1. Selen turşularının və kuproks düzləndiricilərinin istehsalı... Aparatçılar Kololegiya qeyd edir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən (xx.xx.2011-ci il 120 nömrəli əmr) xx.xx.2020-ci il tarixinədək (xx.xx.2020-ci il 13 nömrəli əmr) Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvan MR "X3” Peyk Radio-Rele Rabitə sexinin 4-cü tarix dərəcəli elektro montyor vəzifəsində işləmişdir. Qeyd olunan hal iddiaçıya məxsus yuxarıda qeyd edilən əmək kitabçası v ə Naxçıvan Muxtar Respublikası X3 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Qeyd edilən arayışda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə” əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci maddəsinə müvafiq olaraq iddiaçının Ordubad rayon “X1 (UQD, HAYT şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər) işləməsi üzrə iş stajı 12 il 8 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı:

35. Ümumi peşələr - UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işl ə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir). Kollegiya qeyd edir ki, göründüyü kimi İddiaçı Azərbaycan SSR X15 İnstitutunun “Selen” Təcrübə Zavodunda işlədiyi aparatçı vəzifəsində (6 il 11 ay 28 gün) və Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvan MR "X3” Peyk Radio-Rele Rabitə sexinin 4-cü tarix dərəcəli elektro montyor (8 il 3 ay 1 gün) vəzifəsində işləməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə 12 il 6 aydan artıq staj toplamışdır. Qeyd edilən hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 5 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Kollegiya qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ nun yaranması üçün digər şərt onun 25 il sığorta stajına malik olmasıdır. Lakin cavabdeh orqan iddiaçının 24 il 7 ay 12 gün ümumi iş stajı olduğunu qeyd edərək apellyasiya şikayətinin əsas dəlili kimi iddiaçının 2007-2010-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq məcburi dövlət sosial sığorta haqqı ödəsə də rüblük Forma B1 və illik Forma B3 hesabatları təqdim etmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsininin mümkün olmadığını, sadəcə 2010-cu il üzrə təqdim olunmuş hesabatlara əsasən 6 ayın iddiaçının sosial sığorta stajına daxil edildiyini qeyd etmişdir. Həmin dəlilə münasibətdə kollegiya hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, müvafiq olaraq 2007, 2008, 2009 və 2010-cu illərdə İddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsindən də görünür ki, iddiaçı “istirahət və əyləncələrin təşkili üzrə sair fəailiyyət”lə məşğul olmuş və bu fəaliyyət üzrə 2007, 2008, 2009, 2010-cu illər üzrə vergilər ödəmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il **********756000 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.2006-cı il tarixdə qeydiyyata alınıb, hal-hazırda Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçıdan alınmış məcburi dövlət so sial sığorta haqlarının aidiyyəti üzrə ödənilib-ödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıb alınmamasına nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir və həmin illər də onun ümumi stajına daxil edilməlidir. Belə olan halda iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2007-2010-cu illər də onun ümumi stajına daxil edildikdə iddiaçının 25 ildən artıq ümumi stajı olmaqla “Əmək pensiyaları haqqında” Qanunun şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan digər dispozisiya şərti olan 25 il ümumi stajı tələbi də ödənilmiş olur. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin məsuliyyət sferasına daxil olan hərəkətlərə görə, yəni ona təqdim edilmiş MDSS haqlarının alınması barədə qəbzlərin cavabdehin özündə saxladığı eyni nüsxələrində qeyd edilən məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsinə, onların etibarlı saxlanmasına, mühafizəsinin təmin edilməsinə və s. hərəkətlərə eləcə də, hazırkı iş üzrə mübahisəli illərə dair hesabat dövrlərinin uçotunun vergi orqanı tərəfindən aparılıb, lakin DSMF-nun PHŞ-i tərəfindən aparılmamasına cavabdehlik daşımır və bu hal onun əleyhinə şərh edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fonduna qarşı "2007-2010-cu illər üzrə hesablanılmış sosial sığorta stajının X2 Sisteminə işlənilərək hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-536/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddət ində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar