Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-95/2025 22.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə, üçüncü şəxs Qaraçuq Bələdiyyəsinin nümayəndəsi X3 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadə sində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-25/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 01 ha torpaq sahəsinin yerləşdiyi sahəni müəyyənləşdirməklə həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibat i Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 21(122)-575/2023 nömrəli qərardadı ilə Qaraçuq Bələdiyyəsi üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 13 noyabr 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirərək tələbə “Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-1(122)-575/2023 nömrəli qərardadı ilə iddia tələbi “Naxçıvan şəhər Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha t orpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-67/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-25/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edərək Naxçıvan şəhəri, Qaraçuq kə ndində yerləşən 01 ha torpaq sahəsinin yerləşdiyi sahəni müəyyənləşdirməklə həmin sahənin onun adına qeydiyyata alınması öhdəliyinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə qoyulması, Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-25/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qaraçuq kəndinin 1991– 1995-ci illərə dair təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 hektar torpaq sahəsi qeyd olunmuş, bu barədə məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 03/1141 nömrəli, 17 dekabr 2014-cü il ta rixli; 13/192 nömrəli, 06 mart 2018-ci il tarixli; 03/365 nömrəli, 16 fevral 2023-cü il tarixli və 13/365 nömrəli, 16 fevral 2023-cü il tarixli arayışları ilə, habelə 8 nömrəli təsərrüfatbaşına kitabdakı qeydlərlə təsdiqlənmişdir. Bu torpaq sahəsinə görə hər il onun tərəfindən vergi pulu ödənilmiş, kənd ərazi nümayəndəliyində onun adına ev tikmək üçün 0,1 hektar torpaq sahəsinin ayrıldığı haqda və həmin torpaq sahəsinin kolxoz həyətinin ərazisində yerləşdiyi barədə qeyd edilmişdir. Lakin çoxsaylı müraciətlərinə baxmayaraq, nə yerli icra nümayəndəliyi, nə də o dövrün Naxçıvan MR Dövlət Torpaq Komitəsinin əməkdaşları onun adına sənəddə torpaq sahəsinin olduğunu təsdiq etsələr də, faktiki olaraq ona ayrılmış torpaq sahəsinin hələlik olmadığını, ona əlavə torpaq veriləcəyi ilə yalançı vədlər v erməklə süründürməçiliyə yol vermişlər. Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə iddiaçının adına 0,38 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilmiş, lakin ev tikmək məqsədilə ayrılmış 0,1 hektar torpaq sahəsinin sənədləşdirilməsi təmin edilməmişdir. 2018-ci ildə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, cavabında isə bildirilmişdir ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçiləri və torpaq payı almaq hüququ olan subyektlərin siyahısına əsasən Komitənin məlumat bazasında onun adına 0,1 hektar torpaq sahəsi qeyd edilmiş, lakin kəndin yer quruluşu planı tərtib edilərkən həmin torpaq sahəsinin sərhədləri naturada məlum olmadığından və təyinatına uyğun istifadə edilmədiyindən qeydə alınmamış və həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi verilməmişdir. Hazırda da həmin torpaq sahəsindən faktiki istifadə etdiyini, qanunvericiliyə əsasən fasiləsiz və mübahisəsiz şəkildə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan 27 ildən artıq müddətdə torpaqdan istifadə etdiyindən bu əsasla müvafiq tələb hüququna malik olmuşdur. Şikayətə qarşı etiraz daxil olmamışdır. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 noyabr 2024-cü il tarixli, 21(108)-95/2025 nömrəli qərardadı ilə X14, Əlizadə (Əliyeva) Xədicə Həsən qızı və Cəfərova (Əliyeva) Zeynəb Həsən qızı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraat ına cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək şikayət ilə eyni məzmunlu izahatlarında Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-25/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 21(122)-25/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs Qaraçu q Bələdiyyəsinin nümayəndəsi X5 izahatında qanuni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X14 qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxslər Əlizadə (Əliyeva) Xədicə Həsən qızı və Cəfərova (Əliyeva) Zeynəb Həsən qızı məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxslər Əlizadə (Əliyeva) Xədicə Həsən qızı və Cəfərova (Əliyeva) Zeynəb Həsən qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı birinci instansiya məhkəməsinə göndərdiyi 13 avqust 202 4-cü il tarixli, 04/142 nömrəli etirazını onunla əsaslandırmışdır ki, Xidmətin informasiya bazasında saxlanılan və Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına hüquqi torpaq sahəsi qeyd olunsa da, kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azə rbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa ed ilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim edilməli olduğu barədə İddiaçı 23 fevral 2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubla məlumat verilmişdir. 19 iyun 2023-cü il tarixdə iddiaçının vəsatəti əsasında mübahisəli əraziyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Kəndin yerquruluşu planından çıxarış və 19 iyun 2023-cü il tarixli akt məhkəməyə göndərilmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmu nuna dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqas ına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri, Sabir küçəsi, döngə 6, ev 12 ünvanında yaşayan İddiaçı ünvanlanmış 23 fevral 2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının tə qdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında adına 1000 kv.m hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Orta pay normasına uyğun olaraq JN-282 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3780,05 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyiş ikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən hə min torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən müvafiq arxiv arayışı ilə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim etməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Xidmətin Naxçıvan Şəhər İdarəsinə müraciət edilə bilər. - JN-282 KOD 10304018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı, X9, X7 və X8 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.38 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 13/365 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 2001-2005-ci illərə dair 8 №-li Təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 06 mart 2018-ci il tarixli, 13/192 nömrəli arxiv arayışından görünür ki, Qaraçuq kəndinin 1992-1995-ci illərə dair təsərrüfat başına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı - ailə başçısı, X14-həyat yoldaşı, X12. - Naxçıvan Mux tar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 dekabr 2014-cü il tarixli, 03/1141 nömrəli arxiv arayışından görünür ki, Qaraçuq kəndinin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla onun adına 0.1 ha torpaq sahəsi qeydə alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 605 nömrəli arayışdan görünür ki, Əliyev X10 şəhəri, Sabir küçəsi, döngə 4, ev 12 ünvanında qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2023-cü il tarixli, 04/398 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərma nı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Sıyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatl arı ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim edilməli olduğu barədə xx.xx.2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubla İddiaçı məlumat verilmişdir. İddiaçının vəsatəti əsasında xx.xx.2023-cü il tarixdə mübahisəli əraz iyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Kəndin yerquruluşu planından çıxarış və xx.xx.2023-cü il tarixli akt məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16 fevral 2024-cü il tarixli, 04/113 nömrəli məktubda qeyd edilmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən Qaraçuq kəndində torpaq islahatı həyata keçirilmiş, İddiaçı istifadəsində həyətyanı torpaq sahəsi uçota alınmadığından mülkiyyətinə torpaq sahəsi verilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaql ar bələdiyyə mülkiyyətinə verilir. İddiaçı iddia etdiyi torpaq sahəsi Qaraçuq bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 13/1019 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 1996-2000-ci illərə dair 8 №-li Təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 ha torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 13/03 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayonu, Qaraçuq (Bulqan), Cavidabad kəndinin qərar, əmr k itablarında İddiaçı 1985-1992-ci illərdə torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli, 13/187 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon ZDS İK-nın birləşmiş fondu (kənd sovetləri) Qaraçuq (Bulqan) kəndinin təsərrüfatbaşına kitablarında İddiaçı 1991-1997-ci illərdə torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinməmişdir - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 noyabr 2024-cü il tarixli, 02/1151 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 19912005- ci illərə aid 8 və 22 nömrəli təsərrüfatbaşı na kitablarında İddiaçı haqqında məlumatların qeyd olunduğu 22 noyabr 2024-cü il tarixli 13/1718 nömrəli arxiv arayışları göndərilmişdir. Həmin arayışlardan görünür ki, Qaraçuq kəndinin 1996-2000-ci illərə dair 8 №-li təsərrüfatbaşına kitabında, Cavidabad sovetliyi-Qaraçuq kəndinin 1991-1995-ci illərə dair 22 №-li təsərrüfatbaşına kitabında və Qaraçuq kəndinin 2001-2005-ci illərə dair 8 №-li təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, 04/279 nömrəli məktubda qeyd edilmişdir ki, 18 iyun 2024-cü il ta rixdə Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən torpaq sahəsinə Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin, Yerquruluşu Geodeziya və X1 Cəmiyyətin nümayəndələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, Naxçıvan şəhər Qaraçuq bələdiyyəsi sədrinin və İddiaçı iştirakı ilə əraziyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Tərtib olunan aktda qeyd olunan yer Naxçıvan şəhər inzibati ərazi vahidinin sərhədləri daxilində olan Qaraçuq bələdiyyəsi sədrinin təsviri ilə müəyyən olmuşdur. Belə ki, bələdiyyə sədrinin ifadəsinə əsasən tərtib olunan aktda iddiaçının həmin sahədən istifadə etdiyi, lakin qısa müddət ərzində həmin ərazidə yaşamadığı üçün torpaq sahəsinin onun faktiki istifadəsində qeydə alınmadığı qeyd olunmuşdur. Publik hüquqi şəxsin informasiya bazasında saxlanılan 2001-ci ilə aid ortofotoplanlar və 2005-ci il dair kosmik şəkillər üzərində aparılan təhlillər zamanı məlum olmuşdur ki, bəhs edilən ərazi istifadə olunmamışdır. Həmin ərazinin ortofotoplanı və kosmik şəkildən çıxarışı məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2025-ci il tarixli, 3-48-NDA/1-2-612/2025 nömrəli məktubda göstərilmişdir ki, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin 1990-1995-ci illərə dair torpaq sahəsi verilməsinə dair qərar, protokol və akt kitabında İddiaçı adına rast gəlinməmiş,Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin qaytanlanmış kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Mux tar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2025-ci il tarixli, 04/283 nömrəli məktubunda qeyd edilmişdir ki, publik hüquqi şəxsin məlumat bazasında saxlanılan və Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına 1000 kv.m hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Publik hüquqi şəxsin informasiya bazasında torpaq islahatı aparılan zaman İddiaçı istifadəsində hansı səbəbdən həyətyanı torpaq sahəsi nin uçota alınmaması barədə məlumat mövcud deyil. Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısından çıxarışın surəti məhkəməyə göndərilmişdir. Kollegiyanın sorğusuna əsasən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə 25 noyabr 2025-ci il tarixli, 04/612 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin (4 nəfər) adına 0.10 hektar hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Bəhs olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) olmadığından, həmin torpaq sahəsinin harada yerləşməsini, həmçinin üçüncü şəxsin istifadəsində, icarəsində olub-olmamasını müəyyən etmək mümkün deyildir. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş 20 oktyabr 2025-ci il tarixli, 04/546 nömrəli məktubda qeyd edilmişdir ki, Nax çıvan şəhəri, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin (cəmi 4 nəfər) adına 0,10 hektar hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən orta pay normasına uyğun olaraq JN-282 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3780,05 kv.m torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ailə üzvləri (cəmi 4 nəfər) ilə birlikdə İddiaçı mülkiyyətinə verilmişdir. Bəhs olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid ol an xəritəsi və bələdiyyə mülkiyyətinə verilməsinə dair dövlət aktı publik hüquqi şəxsin arxivində saxlanılan sənədlər arasında mövcud deyil. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 29 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Arxivində mühafizə olunan Cavidabad Sovetliyinin, Qaraçuq kənd İcra Nümayəndəliyinin, Qaraxanbəyli Rayon Kənd Kolxozunun 1990-1995, Araz Kolxozunun 1995-2000 və Qaraçuq Bələdiyyəsinin 1991-2005-ci illərə dair hüquqmüəyyənedici sənədlərə, eləcə də İddiaçı və digərlərinə torpaq verilməsi ilə bağlı hər hansı akta, sərəncama və qərara rast gəlinməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş arxiv arayışla rında, 1991-2005-ci illərə dair təsərrüfatbaşına kitablardan çıxarışlarda ailə başçısı kimi İddiaçı adına 0.10 ha torpaq sahəsi, həmçinin Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında iddiaçının ailə üzvləri ilə birlikdə adına 1000 kv.m torpaq sahəsi qeyd edilsə də iddiaçı sözügedən torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənədləri, həmçinin torpaq sahəsinin naturada yerini müəyyən etməyə imkan verən digər sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması ilə də həmin sənədlər müəyyən olunmamışdır. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin (4 nəfər) adına 0.10 hektar hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Bəhs olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) olmadığından, həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün deyildir. Kollegiya tərəfindən 1991-2005-ci illərə dair təsərrüfatbaşına kitabl ardan çıxarışlarda İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsinin qeyd edilməsinə münasibətdə araşdırma aparmış, həmin təsərrüfatbaşına kitablarda aparılmış qeydin hansı hüquqmüəyyənedici sənəd əsasında aparılmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında torpaq sahəsinin kolxozun qərarına əsasən ona verildiyini, lakin qərarın mövcud olmadığını bildirmişdir. Bu istiqamətdə aparılmış araşdırma nəticəsində iddiaçının adına 0.10 ha torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qərar, sərəncam, akt və s. müəyyən edilməmişdir. İddiaçı apellyasiya şikayətində torpaq sahəsinin faktiki olaraq istifadəsində olduğunu göstərsə də, bu hal iddia ərizəsinin məzmununda qeyd edilənlərlə və iddiaçının məhkəmə iclasında verdiyi izahatlarla ziddiyyət təşkil edir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində qeydiyyatının aparılmasını tələb etdiyi Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 01 ha torpaq sahəsinin yerləşdiyi sahəni müəyyənləşdirməklə həmin sahənin adına qeydiyyata alınmasını xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirərək faktiki olaraq istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd (inzibati akt) mövcud olmadığından, bununla yanaşı onun iddia etdiyi torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən torpaq sahəsinin plan ölçüsü, koordinatları, sxemi və s. barədə hər hansı sənəd olmadığından, həmçinin torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətində olduğundan cavabdehin üzərinə iddiaçının iddia etdiyi torpaq sahəsinin onun adına qeydə alınması barədə öhdəlik qoyula bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l ı r: Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-25/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-25/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-95/2025
Ali Məhkəmə Qərar — İş №2-1(108)-95/2025
22.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver